Ayrı-ayrı dövrlərdə məhsul strategiyası Şirkət məhsulu yaradır və kütləvi istehsalını həyata keçirir. Lakin onun fəaliyyəti bazarda olan güclü məhsulun təsiri altında olur. Həyat tsiklinin ayrı-ayrı mərhələsini keçərək məhsul və ya funksiyalar idarəetmənin bütün sahələrinə təsir göstərir, onların müvafiq modifikasiyasının yaranmasını tələb edir. Onların hansı mərhələdə olmasından asılı olaraq, məhsulun məqsəd və strategiyası müəyyənləşdirilir. İdarəçiliyin forma və metodlarının yaradılması, məhsul satışı ilə seçilir və bundan sonra idarəetmə və informasiya sxemlər və s. qurulur. Məsələn, məhsulun formalaşması mərhələsində onun üslubuna yaradıcı münasibət olmalıdır. Bu zaman əməyin təşkili formaları çevik qərarlar qəbul edilməsini əhatə etməlidir.
Məhsulun həyat tsikli üçün şirkətin strateji qərarlarını üç səviyyədə təsir etmək olar:
Birinci səviyyə - şirkətlərin davranış strategiyasıdır. Bu halda məhsulun yerləşdirilməs fazasında şirkətin davranış mühitini yaxşılaşdırmaq üçün strategiyanın seçiməsi vacib məsələdir. Deməli, məhsul şirkətin strategiya seçiminə təsir göstərir, yadda saxlamaq lazımdır ki, məhsulun başqa daha bir neçə güclü amilləri şirkətin strategiyasının seçimini müəyyənləşdirir.
İkinci səviyyədə strateji qərarlar, əslində məhsulun özü ilə də bağlıdır, belə ki, dəyişikliklər etmək, məhsulun məzmununu dəyişmək və s. məsələlər mühümdür. Məsələn, yetkinlik fazasına daxil olan məhsula nisbətdə, aşağıdakı strategiya tətbiq edilə bilər:
1. Məhsulun markasının irəliləməsi: möhkəmləndirmədə artıq formalaşmış alıcıların cəlb edilməsi ilə deyil, yeni, əlavə xidmətlərin genişləndirilməsi, hazırlanması, daha cəlbedici qablaşdırılması, intensiv reklam markalı səylərini birləşdirməsi;
2. Müxtəlif variantlı məhsul artımı: bir çox hallarda tətbiqi müxtəlif hissələrə müxtəlif dizayn, yeni tərtibat, müxtəlif rənglərin və çalarların axtarışı və istifadəsi, orijinal və qeyri - adi formalarda fərqli qablaşdırma, həmçinin, komplektləşdirici detalların köməkçi çoxvariantlılığı;
3. Məhsul prestijinin artırılması: Onun keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin saxlanılması, istifadəsi və qablaşdırmanın, nüfuzlu markasının bazarda yüksək qiyməti, böyük satış həcmi, aşağı qiymətlər ilə almağa hazır olan müştərilər, kiçik satış həcminin üstünlüyü.