Strateji ehramın düzülməsi: Şirkətdə strategiya, əsasən dörd ayrılmış müxtəlif təşkilati səviyyədə işlənilir:
1. Korporativ strategiya ̶ şirkətin fəaliyyət sferaları üçün bu strategiya bütövlükdə işlənilir;
2. İşgüzar strategiya ̶ şirkətin fəaliyyətinin hər bir ayrı növü üçün işlənilir;
3. Funksional strategiyası ̶ fəaliyyətin müəyyən sferasının hər funksional istiqaməti üçün işlənilir ki, fəaliyyətin hər sferası istehsal və ya xidmət strategiyasına uyğun olsun və bura, marketinqin strategiyası, maliyyələr strategiyası və s. strategiyalar bura daxildir;
4. Əməliyyat strategiyası ̶ əsas struktur vahidləri üçün daha dar strategiya hesab edilir ki, bura daxildir istehsalçı şirkətlərin ticarət şəbəkələri və onların regional nümayəndəlikləri və bölmələri.
Bazar iqtisadiyyqtının bir sahəsində yalnız üç səviyyədə şirkətlər mövcuddur. Strategiyanın hər səviyyəsinə ayrı-ayrılıqda baxaq:
1. Korporativ strategiya. Bu diversifikasiyaedilmiş şirkət üçün idarəetmənin ümumi planıdır. Korporativ strategiya bütün şirkətə yayılır, bütün fəaliyyət istiqamətlərini əhatə edərək, səmərəli fəaliyyətlə inkişafa nail olur. O müxtəlif sənaye sahələrində öz mövqelərinin iddia edilərək saxlanılmasına təşəbbüs edilən hərəkətlərdən və şirkətin fəaliyyətinin idarə edilməsi üçün istifadə edilən yanaşmalardan ibarətdir.
Diversifikasiyaedilmiş şirkət üçün korporativ strategiyanın hazırlaması məqsədilə hərəkətlərin dörd növünü nəzərdə tutur:
a) diversifikasiyanın nailiyyəti üzrə hərəkətlər;
b) sahələrdə işin ümumi göstəricilərinin yaxşılaşması üzrə addımlar, şirkət artıq harada hərəkət edir və ya etməlidir;
c) qənaətli bölmələrin arasında səmərəliliyin əldə edilməsi yollarının tapılması, fərdi səylərin sadə cəmindən yaranan, yuxarıya doğru birgə hərəkətlərin səmərəli fəaliyyətə çevrilmə, rəqabət üstünlüyünə gətirib çıxarır;
ç) investisiyalar üçün daha səmərəli istiqamətlərin müəyyən edilməsi və ən perspektivli sahələrə korporasiyanın ehtiyyatlarının yönəldilməsi.
Korporativ strategiya ən yüksək əlaqənin rəhbərləri tərəfindən yaradılır. Onlar idarəetmənin daha aşağı əlaqəsinin rəhbərlərindən gələn məlumatı, hərəkətləri və tövsiyələrin təhlili üçün məsuliyyət daşıyırlar. Ən əhəmiyyətli strateji qərarlar korporasiyanın «Direktorlar» şurasında baxılır və qərar qəbul edilir.
2. İşgüzar strategiya biznesin bir spesifik sferasında müvəffəqiyyətli fəaliyyətin təminatına yönəldilmişdir. İşgüzar strategiyanın mahiyyəti ondan ibarətdir ki, necə konkret istiqamətdə güclü uzunmüddətli rəqabət mövqelərini əldə etmək olar.
Biznesin bir növü ilə məşğul olan şirkət üçün korporativ və işgüzar strategiyalar uyğun gəlir və onların arasında fərq yalnız diversifikasiyaedilmiş şirkətdə mövcud ola bilər.
İşgüzar strategiya əsasən növbəti istiqamətlər üzrə işlənilir:
a) bu sahədə olan dəyişikliklərə münasibət göstərmək və bütovlükdə bazarda, siyasətdə və başqa əhəmiyyətli sferalarda;
b) rəqabətədavamlı ölçülərin aparılması və bu istiqamətdə müxtəlif strateji hərəkətlərin edilməsi, bazar yanaşmaları, hansı ki, rəqiblərdən əvvəl möhkəm üstünlüyü verə bilər;
c) funksional bölmələrinin strateji təşəbbüslərinin birləşməsi;
ç) konkret strateji problemlərin həlli istiqamətində mütərəqqi mexanizmlərin və innovasiyaların tətbiqi.
İşgüzar strategiya üçün əsas məsuliyyət bu və ya digər istiqamətlərə cavab verən menecerlərin çiyinləri üzərindədir. Strategiya üçün məsuliyyətli rəhbərlərdə, ən azı, iki vəzifəli şəxs aşağıdakı məsələləri nəzərdə saxlamalıdır:
– hər funksional sferada strategiyaların anlanmasına və onların qarşılıqlı uyğunluğuna nəzarət;
– ən yüksək rütbəli rəhbərlər tərəfindən bəyənilmiş müəyyən strateji hərəkətlərin icra edilməsi və onlar yeni əhəmiyyətli dəyişikliklər haqqında məlumat verməlidirlər;
– diversifikasiya edilmiş korporasiyalarda rəhbərlər də məsuliyyət daşıyırlar, çünki, korporasiyanın strategiyasını həyata keçirən bölmələrin uyğunluğunun bütovlükdə nəzarətini həyata keçirmək lazımdır.
3. Funksional strategiya, biznesin istehsal, marketinq, müştəri xidmətləri, bölgü, maliyyə vasitələri, mütəxəssis heyyəti və s. məsələlər daxil olmaqla, müəyyən sferanın daxilində funksional istiqamətin cari və əsas fəaliyyətinin idarə olunması planına aid edilir. Korporasiyalar o qədər funksional strategiyalara malik olmalıdır ki, onlarda əsas fəaliyyət istiqamətləri mövcud olsun.
Funksional strategiyaların, ümumiyyətlə, ayrı - ayrı detalları və bölmələri idarəetmənin təminatı üzrə yanaşmaların və lazımlı hərəkətlərin praktiki addımlarının təyin edilməsi hesabına, şirkətin inkişaf planı konkretləşdirilir və ya biznesin funksiyaları ilə uzlaşdırılır.
Funksional strategiyanın rolu, ümumi işgüzar strategiyanın dəstəyindən və şirkətlərin rəqabətə davamlılığından, həmçinin, şirkətlərin daha tam olan funksionalları nəzərdə tutulmuş nailiyyəti üçün idarəetmədə uyğunlaşmaların yaradılması ilə sonda nəticələnə bilər.
Funksional strategiyanın formalaşması üçün əsas məsuliyyət, adətən, bölmələrin rəhbərlərinin üzərinə düşür. Strategiyanın icra edilməsi zamanı bölmənin rəhbəri öz müavinləri ilə yanaşı, başqa bölmələrin başçıları ilə sıx əlaqədə işləməlidirlər.
4. Əməliyyat strategiyası, rəhbərlikdə daha çox konkret strateji təşəbbüslərə və yanaşmalara strateji əhəmiyyətə malik reklam kampaniyaları, xammalın alınması, ehtiyatların idarə edilməsi, profilaktik təmirlər, nəqletmə üzrə gündəlik operativ məsələlərin həlli üçün verilən qərarda əsas operativ vahidlər nəzərə alınır. Şirkətlər tərəfindən, satışlar üzrə bölmələr və bölgü mərkəzləri bura aiddir.
Əməliyyat strategiyaları şirkətin işinin ümumi biznes planına əlavə edilir və bununla da məsələ bitir. Əməliyyat strategiyalarının hazırlaması üçün əsas məsuliyyət orta səviyyəli rəhbərlərin üzərinə düşür və onlar da təkliflərə baxır və yuxarı rəhbərliklə razılaşdırırlar.
Beləliklə, şirkətin strateji planı müxtəlif menecerlər tərəfindən hazırlanmış strategiyaların məcmusudur və bunlar təşkilati ierarxiyanın müxtəlif səviyyələrindədir. Nə qədər şirkətlərin daha geniş, strategiyalarının formalaşması tələb edilirsə, daha çox mənbəyin olması məqsədəuyğundur.
Yalnız onda, menecerlər bağlı və ardıcıl sistemə müxtəlif səviyyələrdə hazırlanmış strategiyaları tətbiq edə biləcəklər. Yalnız bu zaman, strategiyaların formalaşması üzrə təşəbbüs edilmiş səylərin bütövlüyü haqqında danışmaq olar. Bütün hissələrdə olan sərhədlər, strategiyanın və mərhələlərinin ideal anlaşılan olması, məcbur edir ki, elementlər bir - biri ilə sıx yanaşsın (mozaikanın tərtib edilməsi zamanı biz bunu görürük).