A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Xarici mühitin təhlilinin nəzəri əsasları



Yüklə 3,11 Mb.
səhifə97/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   93   94   95   96   97   98   99   100   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

Xarici mühitin təhlilinin nəzəri əsasları
Heç bir şirkət təcrid edilmiş formada işləyə bilməz, çünki o, xarici mühitdən asılıdır. Açıq sistem kimi şirkət yalnız xarici mühitlə qarşılıqlı əlaqədə olur və əgər düzgün strategiya seçilirsə, o zaman bazarda qalıb fəaliyyət göstərə bilir.
Xarici mühitdən, şirkət öz fəaliyyəti üçün bacarıqlı istifadə edə bilirsə, deməli, yalnız bu zamanı onun artmasına imkan yaradan amillərdən səmərəli istifadə edir. Strategiyanın hazırlaması məntiqi xarici təhlildən başlanır və bu amillərin təhlili şirkətin rəhbərliyinin daimi nəzarət dairəsinə daxildir, çünki onlar strategiyaya təsiri göstərə bilər.
Xarici mühitin təhlilini SWOT təhlili adlandırırlar, çünki bu onun bir hissəsidir.
SWOT təhlili – bu ingilis anlayışıdır (strengths – güc, weaknesses – zəiflik, opportunities and threats - imkanlar və təhlükələr bura aiddir), hansısa şirkətin güclü və zəif tərəflərinin təhlilini həyata keçirməklə, onun imkanlarını və potensial təhlükələri qiymətləndirilir.
Xarici mühitin təhlilinin əsas təyinatı — aşkar etmək, imkanın və təhlükənin strategiyasının hazırlaması zamanı səmərəli istifadə edilməsidir. Hazırda mövcud vəziyyəti göstərməklə gələcəkdə şirkət üçün yarana biləcək təhlükələri müəyyən etmək əlbəttə məntiqə uyğundur.
İmkanlar, bu müsbət tendensiyalardır və xarici mühitin hadisələridir ki, bunu şirkətin fəaliyyətinin səmərəliliyinin artırılması üçün istifadə etmək olar. Məsələn, vergilərin faiz dərəcələrinin azalması, əhalinin və şirkətin gəlirlərinin artması, rəqiblərin mövqelərinin zəifləməsi, inteqrasiya-kamunukasiya texnologiyalarının inkişafı, gömrük baryerlərinin azalması və s. məsələlər buraya daxil edilir.
Təhlükələr – bu mənfi tendensiyalardır və xarici mühitin hadisələridir ki, onun rəqabət mövqeyini zəiflədə bilər və ya uyğun olan reaksiyanın yoxluğunda, biznesin tam dağılmasına gətirib çıxara bilər.
Təhlükələrə − əhalinin alıcılıq qabiliyyətinin azalması, bazarda rəqabətin gücləndirilməsi, əlverişsiz demoqrafik dəyişik­liklər, dövlət tənzimləməsinin kəskinləşməsi prosesi və s. aiddir.
Alternativ strateji qərarların formalaşması, onların qiyməti və imkanlardan istifadəsi önəmli məsələdir. Xarici mühitin təhlükələrindən müdafiə üçün yönəldilmiş strategiyanın son məqsədi, xarici mühitin təhlilindən sonra əldə edilmiş nəticədən çox aslıdır.
Biznesin xarici mühiti iki hissədən ibarətdir:
- makromühit;
- mikromühit.
Makromühit – geniş mənada başa düşülən mühitdir, şirkətə vasitəli təsir göstərir. Ona aiddir: təşkilata toxunan başqa ölkələrdə iqtisadiyyatın durumu, elmi - texniki irəliləmə, ictimai - mədəni və siyasi dəyişikliklər, təbii hadisələr, qrup maraqları və s. hadisələr.
Mikromühit – bu şirkətin sahə üzrə və ya yaxın mühitidir birbaşa təsir göstərir və ya əsas fəaliyyətin bilavasitə təsiri altındadır.
Ona bütün əlaqə auditoriyaları aiddir, məsələn, təchizatçılar, istehlak­çılar, rəqiblər, vasitəçilər, səhmdarlar, kreditorlar, həmkarlar ittifaqları, dövlət idarələri və s.
Adətən, xarici mühitin dörd əsas tipi seçilir:
1. Dəyişən mühit, hansı ki, sürətli dəyişikliklərlə səciyyələnir. Bu tex­niki innovasiyalar, iqtisadi dəyişikliklər (inflyasiya səviy­yəsinin dəyişməsi), qanunvericiliyin dəyişiklikləri, rəqiblərin siyasətində ye­niliklər və s. məsələlər ola bilər. Belə qeyri-stabil mühit, hansı ki, idarəedən üçün böyük çətin­likləri yaradır.
2. Sərt rəqabətlə yaradılan düşmən mühiti istehlakçılar və satış bazarları üçün mübarizə burada önəmli əhəmiyyət daşıyır. Belə mühit, məsələn, ABŞ avtomobil sənayesinə, Qərbi Avropa ölkələrinə və Yaponiyaya məxsusdur.
3. Müxtəlif mühit qlobal biznesə məxsusdur. "McDonald's" şirkəti qlobal biznesin tipik nümunəsidir. Çox ölkələrdə işləyən, çoxsaylı müştərilərin xidməti ilə bağlı, müxtəlif dillərdə danışanlar, müxtəlif mədəniyyətlərə malik istehlakçıların zövqlərini oxşaya biliblər. Bu şirkət müxtəlif mühit şəraitində fəaliyyət göstərir və istehlakçılara yüksək xidməti ilə təsir etməklə öz siyasətini uğurla apara bilir.
4. Texniki olaraq mürəkkəb mühit. Belə mühitdə elektronika inkişaf edir, hesablayıcı texnika, telekommunikasiyalar, mürəkkəb informasiya və yüksəkixtisaslı xidmət edən heyyətin olmasını tələb edirlər. Texniki olaraq mürəkkəb mühitdə strateji şirkətləri idarəetmə innovasi­yalara yönəldilmiş olmalıdır, çünki məmulatlar bu halda bazarda tez köhnəlir.
Təcrübəyə əsaslanan fəaliyyət, xarici mühit amillərinin dəyişikliklərinə münasibət göstərmənin müxtəlif metodlarından istifadə edir. Onların arasında ən çox yayılmış növbəti yanaşmalar nəzərdə tutulur:
-"atəşlə mübarizə" və ya reaktiv idarəetmə üslubu olmaqla, dəyişikliklərin yerinə yetirməsindən sonra idarəedən, ölçülərin qəbulunu nəzərdə tutan bu yanaşma əvvəlki kimi çox yayılmışdır;
- fəaliyyət sferalarının genişlənilməsi və ya xarici mühit amillərinin dəyişikliyi zamanı ticarət riskinin mümkün qədər azaldılmasının vasitəsi kimi kapitalın yeni istehsala diversifikasiyasıdır;
- onun elastikliyinin artımı üçün idarəetmənin təşkilat strukturunun təkmilləşdirilməsi vacibdir və bu halda şirkət gəlir mərkəzlərini yaratmaqla, biznesin strateji vahidləri və başqa elastik strukturları vasitəsilə səmərəli, son nəticələrin əldə edilməsinə yönəldilir;
- strateji idarəetmə əsasında, mənfəət imkanları və gəlir artır.

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin