7.4. Məhsulun strateji dinamikası Bir çox hallarda məhsul, şirkətin apardığı mübarizədə həlledici rol oynayır. Bu ondan asılıdır ki, şirkət tərəfindən istehsal edilən məhsul strategiyanın həyata keçrilməsinə yaxınlaşır və şirkət vaxtında bazarda öz yerini tapa biləcək və ya adekvat sorğularda mühit dəyişikliklərini həyata keçirməyi təmin edə biləcək. Ötən fəsildə deyildiyi kimi, bir neçə qarşılıqlı əlaqədə olan və hissələrdən ibarət mürəkkəb hal kimi, strateji idarəetmənin məhsulu nəzərdən keçirilir və bütün bunlar məhsulun statistikası əsasında baxılır. Strateji idarəetmədə məhsulun baxılması üçün digər çox vacib istiqamət, məhsulun dinamikasına olan baxışıdır, (bu zaman məhsul yaradılanda dəyişmir).