A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Biznesdə strateji idarəetmənin əsas mərhələləri



Yüklə 3,11 Mb.
səhifə114/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   110   111   112   113   114   115   116   117   ...   212
Biznesdə strateji idarəetmənin əsas mərhələləri:

Müasir dövrdə, alimlər və mütəxəssislər strateji idarəetmənin beş əsas mərhələsini seçirlər:

1. Şirkətin fəaliyyət missiyasının hazırlaması üçün sferasının müəyyən edilməsi;

2. Uzunmüddətli və qısamüddətli strategiyaların hazırlaması və şirkətin fəaliyyətində daha ciddi şəkildə nəzərə alınması;

3. Fəaliyyətin hədəflərinin nailiyyəti üçün səmərəli və real strategiyanın hazırlaması;

4. Şirkətin tərtib etdiyi strategiyasının ən qısa zaman çərçivəsində həyyata keçrilməsi;

5. Şirkətin fəaliyyətinə düzəliş etmək iqtidarında olan təsirlərin tətbiqinin mümükün nəticələrinə görə strategiyanın səmərəliliyyinin qiymətləndirilməsi.

Bir halda ki, müasir biznesin şərtləri son dərəcə dinamikdir, deməli, bu proses fasiləsizdir və intensiv əks-əlaqələrlə daim yenidən başlanan dövr kimi başa düşülməlidir. Bundan başqa, dövrün mərhələlərinin arasında sərhədlər kifayət qədər şərtidir.

Belə konkret strateji məsələlərin qoyulması, sözsüz, biznesin perspektivlərinin konseptual istiqamətdə xəyalların mövcudluğundan irəli gəlir. Digər tərəfdən strategiyanın seçimi, öz növbəsində, konseptual formada təqdim edilən biznesdə, şirkətin yeri və fəaliyyəti haqqında, onun bu fəaliyyətinin əsas istiqamətləri, prinsipial yanaşmalar, davranışın standartları və s. məsələlər onun sonrakı inkişafını stimullaşdırır. Strateji planın həyata keçməsi təcrübəsi qəti olaraq son dövr üçün şirkətin fəaliyyətinin bütün təşkil edənlərini qısa zamanda dəyişdirə bilər.

Daha ətraflı başa düşmək üçün strateji idarəetmənin hər mərhələsinə ayrı-ayrılıqda nəzər salmaq lazımdır.

Birinci mərhələ. Burada şirkətin fəaliyyət sferasının təyin edilməsi nəzərdə tütülür:

– təmin ediləcək ehtiyacın təyin edilməsi;

– istehlakçıların eyniləşdirməsi;

– konkret istehlakçıların ehtiyaclarının təmin olunmasının müəyyən edilməsi.

Əlbəttə, şübhəsiz, bu məqamda, bu suala cavab vermək lazımdır, "Biz nəyi, kim üçün və necə etməliyik?"

Məsələn, “Polaroid” şirkəti öz biznesini belə müəyyən etdi, "Əmtəənin hazırlaması sevgidə, dostluqda, xeyirxaq xatirələrdə və yumorda, səviyyəli ailələrin ehtiyaclarının təmin olunması üçün atılan addımlar sürətli irəliləyişdir". McDonald`s şirkəti isə onu bu qaydada etdi, "Münasib ödəmə müqabilində təmiz restoranda isti dadlı qida ilə təminat" vermək öhdəliyini öz üzərinə götürdü.

Şirkətin missiyası – bu cavabda ifadə edilmiş,əsasən, ictimai cəhətdən əhəmiyyətli funksional məqsəd uzunmüddətli dövr üçün, biznesi əks etdirən, onun fəlsəfəsidir. Bu terminin hərfi mənası onu bildirir ki, "Məsuliyyətli tapşırıqda sənin rolun nədən ibarətdir?".

Belə yanaşma, səmərəli fəaliyyət göstərmək istiqamətində kömək edir, yəni şirkət həqiqətə nə qədər uy­ğun fəliyyət göstərir və bu halda istehsalçı öz diqqətini missiyaya yönəl­t­mə­lidir, nəinki, istehsal etdiyi əmtəə. Beləliklə, missiyanın təyin edilməsi sualına cavab verməyə imkan yaranır, "Hansı şirkət bu halda bazarda ən yüksək müvəffəqiyyətə imza ata bilər və istehlakçılara məmnunluq gətirə bilər?"

Hesab edilir ki, missiyanın fikiri qısa və parlaq olmalıdır, yığcam, dinamik konstruktiv və icra edilməsi mexanizmləri detallaşdırılmalıdır.

Missiyaların nümunələri:

"Ənənələri əsrlər boyu saxlanmaqla – keyfiyyətə zəmanət" (dünyada yüzlərlə belə fəaliyyət göstərən şirkətlər mövcutdur) olmalıdır.

"Biz sizin vaxtınıza və pulunuza qənaət edirik" (İnkombank), "təbii hadisələr tabe olan deyil" (Oneksimbank).

Biznesin missiyası müəssisənin, şirkətin əməkdaşlarına imkan verir ki, onun fəaliyyətini daha yaxşı anlamaq və rəhbərlərə uzunmüddətli strateji cəhətdən uyğunlaşa bilsinlər. Daxilində gedən prosesləri, kommunikasiyalar vasitəsilə səhmdarlara, istehlakçılara və təchizatçılara qədər informasiyanın çatdırılmasına imkan yaradan vasitələrdən istifadə etmək həm də qiymətləndirməyə şərait yaradır.

İkinci mərhələ. Strategiyanın uzunmüddətli və ya qısamüddətli olması şirkətlərdə daha dəqiq təyin edilməlidir.

Burada, missiya necə xülasə edilməlidir ki, uzunmüddətli olmasını müəyyən etsək (3 – 5 il və daha çox), deməli, şirkətin hədəfinin qısamüddətli olması (1 – 2 ili), olanları ayırmağa bizə imkan verəcək.

Səkkiz əsas istiqaməti seçmək (ayırmaq) olar, hansıları ki, şirkət öz hədəfləri kimi müəyyən edir;

1. Bazarda vəziyyət. Bazar hədəfləri ilə bazarın müəyyən seqmen­tində liderliyin fəthi, müəyyən ölçüyə qədər şirkətin bazarda payının artırılması;

2. İnnovasiyalar. Bu sahədə məqsədli yanaşmalar biznesin səviyyəsinə yeni üsulların tətbiqi ilə bağlıdır, yeni malların istehsalının təşkili, yeni bazarların mənimsənilməsi, yeni texnologiyaların və ya istehsalın təşkilinin yeni üsullarının tətbiqi;

3. Məhsuldarlıq. Daha çox səmərəli şirkətlər, hansılar ki, daha az ehtiyyatlar hesabına məhsulun müəyyən miqdarının istehsalına xərcləyir;

4. Ehtiyyatlar. İndiki zamanda ehtiyyatlarin bütün növlərinə ehtiyac müəyyən edilir;

5. Gəlir. Bu hədəflər miqdarca ifadə edilmiş ola bilər, gəlirin müəyyən səviyyəsinə nail olmaq və gəlir.

6. İdarəetmə aspektləri. Gələcəkdə uzunmüddətli və yaxşı nəticələrin əldə edilməsini təmin etmək, yalnız səmərəli idarəetmənin təşkilinin hesabına mümkündür;

7. Heyyət. Heyyət barəsində hədəflər iş yerlərinin saxlanılması ilə bağlı ola bilər, əməkhaqqının münasib səviyyəsinin təmin edilməsi, əmək şəraitinin motivasiyasının yaxşılaşması və s.;

8. Sosial məsuliyyət. Hazırda qərb iqtisadçılarının əksəriyyəti bulir ki, şirkətlərin fəaliyyəti yalnız artıma yönəlməməlidir, həm də hamının qəbul etdiyi dəyərlərin inkişafına söykənməlidir.

Şirkətin hədəfləri növbəti xarakteristikalara uyğun olmalıdır:

1) hədəflər konkret olmaqla onların, ölçülərini hesablamaq mümkün olmalıdır;

2) hədəflər planlaşdırmanın konkret üfüqünə malik olmalıdır, yəni müəyyən etmək lazımdır ki, nə vaxt nəticələrə nail olmaq mümkündür;

3) hədəf əldə edilə bilən olmalıdır;

4) hədəflər elastik olmalıdır və xarici mühitin gözlənilməyən dəyişiklikləri ilə əlaqədar onlarda düzəliş etmək mümkün olmalı və şirkətin daxili imkanları hesabına düzəlişi həyata keçirmək imkanına malik olmalıdır ki, bu hədəflərin həyata keçməsini təmin edə bilsin;

5) şirkətin çox saylı hədəfləri müqayisə edilə bilən və qarşılıqlı dəstəklənən olmalıdır.

Nəqliyyat kompaniyasının uzunmüddətli hədəfi, "Dünyada ən böyük və ən yaxşı nəqliyyat kampaniyası olmaqdır". General Electric şirkətlərinin məqsədi təxminən belədir, "Harada şirkət işləyirsə, dünyada ən rəqabətədavamlı şirkət olmaqla yanaşı, mütərəqqi olanları əsas götürmək və biznesin bütün sferalarında birinci olmaq" strateji çəhətdən bir mənəvi kodeksə çevrilmişdir.

Qısamüddətli hədəflər həminki prinsiplərə uyğun ifadə edilir ki, qısamüddətli, daha konkretdir. Bu zaman məcmu halda uzunmüddətli hədəfin nailiyyətinə yönəldilmiş 1-2 ilin qısa müddətinə operativ hərəkətləri nəzərdə tutula bilər.

Üçüncü mərhələ. Biznes strategiyasının dürüst formada ifadə edilməsidir.

Biznes strategiyanın qısa şəkildə ifadə edərək – təşkilatın missiyasının formalaşma­sı nəticələri əsasında idarəetmənin funksiyasıdır ki, bu da fəaliyyətin və strategiyanın yaradılmasının hədəflərini təyin edir. Strateji plan, strateji fikirin qısa şəkildə təqdim edilən son məhsuludur.

Biznesin strateji planı təşkilatın hədəfini özündə ithaf edən və gələcəkdə fəaliyyət üçün əsas sənəddir. İnkişafın, uzunmüddətli və qısa müddətli məsələlərini məhz inkişaf strategi­yasının onun istiqamətləri hesabına müəyyən etmək olar. Strategiya bütün təşkilatlar üçün bütovlükdə lazımdır, həm də onun ayrı-ayrı bağlayıcı vasitələrinə elmi araşdırmalar, satış, marketinq, maliyyə mənbələri və əmək ehtiyatları və s. məsələlər aiddir.

Yerinə yetirilə bilən variantlardan strategiyanın formalaşması zamanı menecer, indikator rolunda çıxış edərək, yeni imkanları tapır, bir növ müxtəlif dövrlərdə, müxtəlif cərəyanların və yanaşmaların sinte­zatoru rolunda çıxış edərək şirkətin müxtəlif bölmələrində fəaliyyəti təkmilləşdirə bilir.

Şirkətin strategiyası daim inkişaf edir. Daima nə isə yenilik olur və reaksiya vermək lazım gəlir ki, nəticədə yeni strateji istiqamətlər açılır. Buna görə də, strategiyanın təkmilləşdirilməsinin məsələsi sonsuz davam edir. Şirkətin strategiyası özündə davranışın planlaşdırılmış xəttini və bütöv operativ münasibət göstərmənin imkanını yenidən uyğunlaşdırmaqla, daima yeniləşməyə vadar edir.

Dördüncü və beşinci mərhələlər. Biznes strategiyanın, onun səmərəliliyinin qiymətinin və əvvəlki mərhələlərin düzəlişinin həyata keçrilməsidir. İki son mərhələyə birgə baxılır, çünki onları dəqiq ayırmaq mümkün deyil. Strategiyanın həyata keçrilməsi prosesində daima onun qiymətində düzəliş edilir.

Strategiyanın həyata keçrilməsi, bu yalnız ali rəhbərliyin funksiyası deyil, eyni zamanda, bütün idarəetmə komandasının işidir. Bütün menecerlər öz səlahiyyətləri və məsuliyyətləri çərçivəsində strategiyanı həyata keçirənlər öz məsuliyyətlərini başa düşərək fəaliyyət göstərməlidirlər.

Son mərhələ, ilk birinci bəndə, lakin keyfiyyətlə yeni səviyyədə şirkəti qaytaran körpüdür.

Beləliklə, strateji idarəetmənin prosesi yuxarı fasiləsiz yüksələn şəkilində spiralı xatırladır.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin