A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Qrafik 10.1 Abssissoy nöqtəsi üfiqi oxu üzərində



Yüklə 3,11 Mb.
səhifə142/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   138   139   140   141   142   143   144   145   ...   212
Qrafik 10.1

Abssissoy nöqtəsi üfiqi oxu üzərində

Koordinataların oxuna görə qiymətləndirmə son 2-3 ilin sahə üzrə göstəricilərinə uyğun aparılır. Bu zaman ildə istehsal olunan məhsulun həcminin orta çəkisinin qiymətinə uyğun aparmaq olar.
10.2. Biznesin inkişaf strategiyasına adekvat

informasiya təminatı

Belə məqamlarda mütləq inflyasiyanı nəzərə almaq lazımdır. Sonra biznesin inkişafı üçün təklif edilən strategiyaların variantlarına əsasən pul vasitələrinin qoyulmasının istiqaməti ortaya çıxa bilər.

"Ulduzlar". Təhlillər göstərir ki, yüksək gəlirlər gətirir, lakin, eyni zamanda, böyük investisiyalar tələb edirlər. Strategiyaya əsaslanaraq maliyyə vəsaitlərini ya saxlamaq lazımdır ya da bazarda olan payı artırmaq lazımdır.

"Südverən inəklər". Bunlar sabit gəlir gətirir, lakin nağd pulun axını "ölümə" məhkum olunmuş məhsula görə qəflətən bitə bilər. Müasir şəraitə görə böyük investisiyalar tələb edilmir. Biznesin inkişaf strategiyasına əsasən bazarın payını saxlamaq və ya artırmaq lazımdır.

"Sualın nişanları". Onları "ulduzlara" tərəf hərəkətə gətirmək lazımdır, əgər investisiyaların bu həcmi üçün tələb edilən məbləğ şirkət üçün münasibdirsə bu edilməlidir. Biznesin inkişaf strategiyasının bazar payını saxlamaq, artırmaq və ya bu payı ixtisara salmaq lazımdır.

"İtlər". Bazarda dar ixtisaslaşdırılmış zümrənin məşğuliyyəti belə məqamlarda əhəmiyyətli ola bilər, başqa sözlə, bazarın payının artımı üçün investisiyaları tələb edir. Əgər mümkündürsə, ümumiyyətlə, bu məhsulun istehsalından imtina etmək lazımdır. Biznesin inkişaf strategiyasına əsasən vəziyyətlə kifayətlənmək ya azaltmaq, ya da bazarda payı, ümumiyyətlə ləğv etmək lazımdır.

Belə məqamlarda nəticə çıxarmaq lazımdır ki, BCG matrisinə əsasən məhsulun hər növünə uyğun yerləşdirmək və onlara görə müəyyən strategiyanı qəbul etməyə icazə verir və ya vermir.

SWOT - təhlili. Bu metod şirkətin güclü və zəif tərəflərini bilməyə kömək edir, xarici təhlükələrin və təhdidlərin, imkanların arasında əlaqəni qurmağa şərait yaradır, yəni şirkətin xarici mühiti ilə daxili mühit arasında əlaqələrin səviyyəsini göstərir.

Güclü tərəflər deyəndə nə başa düşmək olar? Bacarıq, real maliyyə imkanları, reputasiya, texnologiya və s. Zəif tərəflər deyəndə nə başa düşülür? Köhnəlmiş avadanlıqlar, aşağı gəlirlilik, bazar haqqında kifayət qədər biliklərin olmaması və s. İmkanlar dedikdə biz başa düşməliyik: yeni bazarlara çıxış, istehsalın genişləndirilməsi, bazara artan şaquli inteqrasiya. Təhlükələr və təhdidlər isə bizə bunları deyir: yeni rəqiblər, malların əvəzediciləri, bazarın artım sürətinin ləngidilməsi, alıcıların zövqlərinin dəyişikənliyi.

İmkanlar təhlükəyə keçə bilər, təhlükə isə imkana (əgər rəqiblər təhlükənin öhdəsindən gələ bilməyəcəklərsə). Belə məqamlarda metodu necə tətbiq etmək olar?

1. Şirkətin güclü və zəif tərəflərinin siyahısını tərtib etmək lazımdır.

2. Onların arasında əlaqələri quraraq yollarını təyin etmək lazımdır.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin