A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Cədvəl 10.4 İdarəetmə qərarlarının qəbuluna təsir edən göstəricilər



Yüklə 3,11 Mb.
səhifə149/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   145   146   147   148   149   150   151   152   ...   212
Cədvəl 10.4

İdarəetmə qərarlarının qəbuluna təsir edən göstəricilər


Şirkətin dəyərləri

Dəyərlərin kateqoriyası

Şirkətin önəm verdiyi

məqsədlərin tipi

Nəzəri

Həqiqət
Bilik
Səmərəli düşüncə

Uzunmüddətli tədqiqatlar və təcrübələr.

İqtisadi

Praktiki
Səmərəli
Yaranmış dövlət

İnkişaf
Gəlirlilik
Nəticələr

Siyasi

Hakimiyyətin
qəbul edilməsi

Kapitalın ümumi həcmi, satış, işçilərin sayı.

Sosial

Yaxşı insani münasibətlər
Bağlılıq
Konfliklərin olmaması

Gəlirlə bağlı sosial məsuliyyət
Ədalətli rəqabət
Şirkətdə əlverişli mühitin olması

Estetik

Bədii harmoniya
Tərkib
Forma və simmetriya.

Məhsulun dizaynı
Keyfiyyət
Cəlbedicilik, hətta gəlirə ziyan olsa da.

Dini

Kainatda razılaşmaq

Etika
Mənəvi problemlər

Mənanın əhəmiyyətli, dəyərlərin arasındakı əlaqələri, ali rəhbərliyin olması və ümumi şirkətin hədəfləri ilə uzlaşması. Rəhbərliyin dəyərləri təşkilatda görünməlidir və hədəflər aşağıdakı xarakteristikaya malik olmalıdır:

1. Konkret və ölçülər çərçivəsində olmalıdır.

Konkret ölçülər formasında öz hədəflərini ifadə edərək, rəhbərlik, sonrakı qərarlar və işin gedişinin qiymətləndirilməsi üçün hesablamanın dəqiq bazasını yaratmaq lazımdır.

2. Vaxtda hədəflərin oriyentasiyası.

Yalnız müəyyən etmək əsas deyil ki, şirkət həyata nəyi keçirmək istəyir, eyni zamanda, nə vaxt bu hadisə baş verəcək və nəticəyə necə nail olunacaq. Hədəflər, adətən, uzun müddətə və ya qısa müddətə qurula bilər.

Uzunmüddətli hədəflər adətən, planlaşdırmanın nəticələrinin üfüqdə olduğundan, təxminən 5 ilə bərabər olur. Qısamüddətli hədəf çox zaman şirkətin planlarından biri kimi təqdim olunur, hansı ki, ilin daxilində qurtarmaq lazımdır. Ortamüddətli hədəfləri isə bir ildən beş ilə qədər ola bilər.

3. Əldə edilə bilən hədəflər.

Hədəf əldə edilə bilən olmalıdır ki, şirkətin gücünün artmasına imkan yaratsın.

4. Hədəfin qarşılıqlı dəstəklənməsi.

Bir hədəfin nailiyyəti üçün lazım olan hərəkətlər və qərarlar, başqa hədəflərin nailiyyətinə mane olmamalıdır.

Biznesin inkişaf strategiyasının idarəedilməsi prosesi o dərəcədə müvəffəqiyyətli ola bilər ki, yalnız ali rəhbərlik hədəflərin formalaşmasında iştirak etsin və ölçülərdə bu hədəflər rəhbərliyin dəyərlərini və şirkətin real vəziyyətini əks etdirsin.

Rəhbərlər üç parametr üzrə xarici mühiti qiymətləndirirlər:

1. Dəyişiklikləri qiymətləndirir və cari strategiyanın müxtəlif aspektlərinə təsir edə bilir.

2. Hansı amillər cari strategiyanın təhlükəsini müəyyən edir və idarə edə bilir.

3. Müəyyən etmək hansı amillərin planın düzəlişinə əsasən hədəflərə uyğun şirkətin ümumi nailiyyəti üçün daha çox imkanlara malikdir.

Xarici mühitin təhlili bu prosesdir və biznesin inkişaf strategiyasının planının istehsalçıları şirkətlə bağlı xarici amillərə nəzarət edir. Şirkət üçün imkanları və təhlükələri müəyyən etmək üçün.

Bu təhlükələrin və imkanların qiymətləndirilməsi nöqteyi-nəzərindən biznesin inkişaf strategiyasının planlaşdırılması prosesində xarici mühitin təhlilinin rolu üç konkret suala, cavabla nəticələnməlidir:

1) indi harada şirkət təşkil oluna bilər?

2) ali rəhbərliyin fikrincə, gələcəkdə harada təşkilat olmalıdır?

3) rəhbərlik nə etməlidir ki, şirkət o vəziyyətdə yerini dəyişsin ki, indi olduğu vəziyyətdə, rəhbərlik onu harada görmək istəyir?

Təhlükələr və imkanlarla hansılarla ki, şirkətlər rastlaşır, bunu 7 sahədən seçmək olar:

1) iqtisadi amillər, inflyasiyanın və ya deflyasiyanın templəri, məş­ğul­lu­ğun səviyyələri, beynəlxalq ödəmə balansı, konvirtasiya olan valyutanın sabitliyi, xaricdə və vergi payı;

2) rəhbərlik yerli orqanların normativ sənədlərini izləmə­lidir, hökumətin antitrest fəaliyyətinə siyasətçilərin münasibətlərini və əlaqə­sini, işçi qüvvəsinə təlabata uyğun işəgötürülməsi üzrə məhdudiyyətlər və ssudanın alınmasının imkanları, siyasi amillər və s.;

3) bazar amilləri, demoqrafik şərait, müxtəlif məhsulların və ya xidmət­lə­rin fəaliyyəti dövrələri, bazara nüfuzetmənin mümkünlüyü, bu sahədə rəqabətin səviyyəsinin gəlirlərinin bölgüsü;

4) texnologiya amilləri, istehsalat texnikasında dəyişiklikləri nəzərə almalı, planlaşdırmada, məhsulun və xidmətlərin verilməsində EHM-nin və ya əlaqə vasitələrinin texnologiyasında müvəffəqiyyətlərin tətbiqi;

5) beynəlxalq amillər, xammal materiallarına alınmasının yüngüllüyü, xarici kartellərin fəaliyyəti, ölkələrdə valyuta kursunun və siyasi qərarların də­yişikliyi, investisiya obyektləri və ya bazarlar rolunda çıxış edən;

6) rəqabət amilləri, rəqiblərdən daha yaxşı gələcəyin təhlili, rəqiblərin cari strategiyasının qiymətləndirilməsi, rəqiblərin bu sahə barəsində ilkin şərt­lə­ri­nin icmalı, rəqiblərin güclü və zəif tərəflərinin dərinləşdirilmiş formada öyrə­nil­məsi;

7) sosial davranış, dəyişən gözləmələr, münasibətlər və cəmiyyətin xüsusiyyətləri amilləri;

Biznesin inkişaf strategiyasının təhlili istiqamətində növbəti müzakirə edəcəyimiz məsələlər ardıcıl olaraq aşağıda göstərilir.

4. Şirkətin daxili gücü və zəif tərəflərinin idarə olunmasının müayinə edilməsi. Növbəti problem, şirkətin ehtiyatları, onun təyinatı və şirkətin daxili güclərə malik olmasıdır ki, xarici imkanlardan istifadə etmək üçün, həm daxili zəif tərəflərin üzə çıxarılması lazımdır ki, xarici təhlükələrlə bağlı problemlər çətinləşə bilər.

Bu prosesdə daxili problemlərin diaqnozu həyata keçirilir və idarəolunmanın müayinəsi adlanır.

İdarəolunmanın müayinəsi üzə qərarın çıxardılması üçün, strateji cəhətdən güclü və zəif tərəflər nəzərdən keçrilməklə, şirkətin funksional zonalarının sistematik qiymətləndirilməsini tələb edir. Müayinəyə sadələşdirmə məqsədilə 5 funksiya daxil edilməsi tövsiyə edilir.

Biznesin inkişafında marketinq:

Marketinq funksiyasının müayinəsi zamanı diqqəti aparılacaq təhlil və tədqiqat üçün 7 sahə yönəltmək lazımdır:

1) bazarın payı və rəqabətə davamlılıq;

2) müxtəliflik və məhsulların çeşidinin keyfiyyəti;

3) bazarın demoqrafik statistikası;

4) bazar tədqiqatları və tədarüklər;

5) satışdan əvvəl və satışdan sonrakı dövrdə müştəri xidməti;

6) səmərəli satış, reklam və malların irəli hərəkəti;

7) müştərilərin gəlişi.

Biznesin inkişafında maliyyə mənbələri və mühasibat uçotu:

Maliyyə durumunun ətraflı təhlili artıq şirkətdə əldə olan potensial daxili zəiflikləri aşkar edə bilər, həmçinin, onun rəqibləri ilə təşkilatın nisbi vəziyyəti tutuşdurula bilər.

Əməliyyatlar zamanı bəzi əsas suallara, məhz müayinənin gedişatında cavab vermək lazımdır. Bunlar aşağıdakılardan ibarətdir:

1) biz daha aşağı qiymətlər üzrə, mallarımızı və ya xidmətləri edə bilərikmi və nə qədər bizim rəqiblərimiz var? Əgər yoxdursa, onda niyə?

2) bizim avadanlıqlarımız müasirdir və yaxşımı qulluq edilir?

3) bizim məhsulumuz tələbatın mövsümi tərəddüdlərinə meyillidirmi, işləyənlərin müvəqqəti çıxarılmasından qaçmağa nə məcbur edir?

4) biz o bazarlara xidmət edə bilərikmi, harada ki, bizim rəqiblərimiz xidmət edə bilmirlər?

5) biz keyfiyyətin səmərəli nəzarət sisteminə malikikmi?

Biznesin inkişafında insan resurslarının rolu.

Əgər şirkət yaxşı əsaslandırılmış hədəflərlə ixtisaslaşdırılmış əməkdaş­la­ra və rəhbərlərə malikdirsə, o müxtəlif alternativ strategiyaları izləmək və­ziy­yə­tini əldə etmiş olar.

Şirkətdə mədəniyyət və korporasiyanın imici.

Mədəniyyət istənilən şirkətdə üstünlük adətlərinin göstəricisidir, xasiy­yət­ləri, ünsiyyəti və gözləmələri əks etdirir.

Korporasiyanın imici, həm daxildə, həm də şirkətdən kənar, yaranmış təəs­sürata aiddir və bütövlükdə onun tərəfindən əməkdaşların və ictimai rəyin kö­məyi ilə yaradılır.

5. Biznesin inkişaf strategiyasında alternativlərin təhlili.

Şirkətin qarşısında əsas strateji alternativlər durur:

1) məhdudlaşdırılmış artım əldə olunmuş və düzəliş edilmişlərdən, inflyasiyaları nəzərə alaraq hədəflərin qurulmasıdır.

2) artım, əvvəlki ilin göstəricilərinin səviyyəsinin üstündə qısamüddətli və uzunmüddətli hədəflərin səviyyəsinin illik əhəmiyyətli artımıdır.

3) artım daxili və xarici ola bilər.

4) daxili artım malların çeşidinin genişlənilməsi yolu ilə ola bilər.

5) xarici artım şaquli və ya üfiqi artım formaları ilə yanaşı sahələrdə də ola bilər.

6) ixtisar, təqib edilən hədəflərin səviyyəsi keçmişdə aşağı səviyyədə nail olmaq üçün müəyyən edilir. İxtisarın bir neçə variantı mövcudur:

a) ləğvedilmə, maddi ehtiyatların və şirkətin aktivlərinin tam satılmasıdır;

b) artığın ortadan götürülməsi, tez-tez şirkətlər özlərindən bəzi bölmələri və ya fəaliyyətin növlərini ayırmağı əlverişli hesab edir;

c) ixtisar və istiqamətin dəyişməsi, gəliri artırmaq səbəbindən öz fəaliyyətinin hissəsinin ixtisara salınması;

ç) uyğunluq, 3-cü yada salınmış strategiyalardan istənilənin birləşməsidir.

6. Biznesin inkişaf strategiyanın seçimi.

Boston məsləhətçi qrupunun matrisi variantların formalaşması və idarəetmə qərarlarının seçimi vaxtı sizə köməklik edə bilər. Burada əsas məsələlərdən biri nağd pulun formalaşmasıdır (cədvəl 10.5).




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin