A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Sxem.11.3 Göstəricilərin tarazlaşdırılmış sistemi



Yüklə 3,11 Mb.
səhifə154/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   150   151   152   153   154   155   156   157   ...   212
Sxem.11.3

Göstəricilərin tarazlaşdırılmış sistemi


Missiya

Biz nə üçün mövcuduq?




Dəyər

Bizim üçün vacib oln nədir?





Proqnoz

Biz nə olmaq istəyirik?





Strategiya

Bizim stratei planımız




Strateji xəritə




Göstəricilərin balanslaşdırılmış sistemi

Məqsəd və göstəricilər






Məqsəd və təşəbbüslər

Nələrin edilməsi vacibdir




Şəxsi məqsədlər

Mən nə etməliyəm





Strateji nəticələr



Razı qalmış müştərilər

Səmərəli və nəticəli proseslər

Səmərəli və nəticəli proses

Motivləşdirilmiş və ixtisaslaşmış heyət


Bu baxımdan, əsasən, maliyyə strategiyaları sadədir və şirkətlərin əsas məq­sədi pul qazanmaqdır. Yazılmamış qanunlara əsasən şirkətlər əmtəəni baha sata­raq, az xərclərlə istehsal etmək istəyirlər. Bütün qalan işlərin hamısı sanki ar­dıcıl nizamla düzülən "musiqi notlarına" bənzəyir ki, bu da sonda musiqini ya­ra­dır.

İstənilən proqram müştəri ilə olan məxfi münasibətlərdir və "alt siqmaya" uyğun olan keyfiyyətli səfərbərliyi idarəetmə qabiliyyəti olmaqla, qabaqcıl texnologiyalar əsasında istehsal edilən məhsulun vaxtında çatdırılmasıdır. Belə məqamlarda dəyər yalnız o hadisədə yaranır ki, əgər bu satış həcminin artmasına və ya xərclərin azalmasına gətirib çıxardır.

Beləliklə, şirkətin maliyyə nəticələri iki əsas amil vasitəsilə təkmilləşir, gəlirin və məhsuldarlığın artırılması yolu ilə.

Şirkət mövcud müştəriləri ilə münasibətləri bərkidərək gəlirlərin artmasına nail ola bilər. Bu olan məhsulların və xidmətlərin yaxud onların əlavə çeşidinin satış həcmini artırmağa imkan verir.

Məsələn, bank çek kitabçalarından istifadə edən öz müştərilərini inandır­malıdır ki, onlar bu metoddan istifadə etmək cəhdini təşəbbüs kimi qiymətləndirməli, bank tərəfindən buraxılan kredit kartları ilə ipoteka krediti götürmək və ya avtomobillərin alınması məsələləri eyni ola bilməz.

Həminki hədəfə uyğun gəlirlər arta bilər (əgər tamamilə yeni məhsulları sa­taraq mümkün olsa).Məsələn, kitablara əlavə olaraq, bəzi şirkətlər indi yığcam disk­ləri və elektron avadanlığı satır, yanacaqdoldurma stansiyalarında müş­tərilərə sürətli xidmət göstərərək, öz mağazalarında müəyyən malları güzəşlə təklif edir­lər.

Daha bir üsul, bu bazarın yeni seqmentlərindən olan malların satışıdır. Bə­ziləri isə öz məhsullarını pərakəndə istehlakçılarla yanaşı kiçik biznesin nü­mayəndələrinə satır ki, bazarı genişləndirsin hətta gələcəkdə beynəlxalq bazara çıxsın.

Məhsuldarlığın artması, maliyyə vəsaitlərinin artmasının ikinci amili hesab edilir, bu isə iki üsulla əldə edilir. Birincisi, birbaşa və dolayı xərclərin azal­ma­sı vasitəsilə maya dəyərinin azalması şirkətin əməkhaqqına daha az xərc­lər ayırdığı zamanı məhsulun həminki miqdarını istehsal etməyə imkan verir, ikin­cisi isə daha səmərəli olan öz maliyyə və fiziki aktivlərindən istifadə edə­rək, şirkətin biznesinin bu səviyyəsinin saxlanılması üçün lazım olan dövriyyə və əsas kapitalı azaldır.

Bu məqamlarda belə yanaşmanı tətbiq etmək olar ki, şirkətlər vaxtında öz qabiliyyətlərinə uyğun, malların və materialların artıq ehtiyatı olmadan, yal­nız lazımlı satışların səviyyəsini dəstəkləyə bilər və planlaşdırılmış sadə xərcləri azaldaraq, avadanlıqlara yönəldilmiş investisiyaların miqdarını artırmadan məhsuldarlığı yüksəldə bilər.

Biznesin inkişaf strategiyasını və maliyyəsini təşkil edən şirkət iki bir-birinə tez - tez zidd olan amilin arasında hansısa tarazlığı qurursa, deməli, bu artma və məhsuldarlıqla bağlıdır. Burada məqsəd, bir qayda olaraq, gəlirlərin artmasına nail olmaq üçün edilir, buna görə də, dəyəri yaratmaq üçün daha çox vaxt tələb olunur, bu daha çox məhsuldarlığın artımı üçün lazımdır.

Gündəlik təzyiq altında maliyyə nailiyyətlərini səhmdarlara göstərmək, qısamüddətli nəticələrin üstün tutulmasının açıq tendensiyası, uzunmüddətli qeyd edilməsi vacibdir. Strateji xəritəni (SX) hazırlayaraq, şirkət belə münaqişə ilə mütləq rastlaşır.

Əsas maliyyə hədəfi səhmdarlar üçün dəyərin möhkəm artması olmalıdır. Bu səbəbdən strategiyanın maliyyə komponentinə malik olmaması vacibdir və uzunmüddətli artım, qısamüddətli məhsuldarlıq göstəriciləri əks olunma­lıdır. Bu mübarizə edən güclərin ani tarazlaşdırılması strateji xəritə (SX) üçün təşkilat modelidir.

Maliyyə əsasında yaranan dəyərin miqdarını müəyyən etməyə çalışaq. Burada müştəriyə uyğun, biznesin inkişaf strategiyası əsasında istehlak dəyərinin ayırılmış formada təklifinə baxaq.

Biznesin inkişaf strategiyasına uyğun gəlirlərin artmasının spesifik istehlak mallarının təklifini tələb edir. Bu, müştərinin tələbində özünü daha önəmli bildirir ki, şirkət necə istehlak bazarının məqsədli seqmentləri üçün ayırılmış möhkəm dəyəri yaratmağı bacarır.

Müştəri təkliflərinə əsasən təşkil edilmiş strateji xəritənin dürüst ifadə edilməsi zamanı menecerlərin istehlak bazarının məqsədli seqmentlərini müəyyən etməlidirlər ki, bu biznes öz sahəsində rəqabət aparır və müştərilərin nöqteyi-nəzərindən onun fəaliyyətinin nəticələrinin göstəriciləri müsbətdir.

Adətən, müştərinin istəklərinə uyğun hasırlanan strategiya, nəticə etibarilə düzgün xülasə edilə bilər. Bu zaman həyata keçirilən strategiyanın müvəffəqiyyətli fəaliyyə­tinin hansısa ümumi meyarlarını öz iş prosesinə daxil edə bilər. Bunlar aşağıdakılardır:



  1. müştərilərin razı qalması;

2) müştəri bazasının saxlanılması;

3) müştəri bazasının genişləndirilməsi;

4) müştərinin gəlirliliyinin artması;

5) şirkətlərin biznesində beş payı.

Yaddan çıxarmaq lazım deyil ki, müştəriyə təklif edilən dəyərin əsası, möhkəm əsaslandırılmış təkliflərin kompleksi məhz təklif olunan strategiyanın əsasını təşkil etməlidir. Müştərini təşkil edən faktorların nəticələrinin ümumi göstəriciləri öz-özlüyündə kontekstə uyğun bəhs edilə bilər və təhlil əsasında aparılan münasibətlər bu məsələyə cavab verə bilər.

Məsələn, müştərilərin məmnunluğu, bir qayda olaraq, onların saxlan­ma­sını təmin edir və istehlakçıya istehsalçıya informasiyanın ötürülməsi vasitəsilə müştəri bazasının genişlənilməsinə gətirib çıxarır. Müştərini saxlamaqla, şirkət öz biznesində onun payını artırmaq imkanına malik olur və bu prinsipə əsaslanaraq loyal müştərilər qrupunu yaradır.

Müştəri bazasının yaradılması prosesini uyğunlaşdıraraq, mövcud müş­tərilərlə biznesi artıraraq, şirkət məqsədli müştərilər bazarının hissəsini artır­mağa məcburdur. Çünki, nəticədə müştəri bazasının saxlanılması, müştərinin qənaətetmə imkanını artırmaq və bu halda əhəmiyyətlilərini saxlamaq, yeni müştəriləri əldə etmək və ya köhnələri təzələri ilə əvəz etmək lazımdır.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin