Sxem 11.7
Səhimdarlar üçün üzunmüddətli dəyər
Strategiya dəyərin yaradılmasının proseslərinə əsaslanan istiqamətlərdir. Qeyri-maddi aktivlər strateji uyğunluqda olmalıdır, dəyərin yaradılmasında iştirak etmək üçün bu əsasdır.
Artıq heç kimə sirr deyil ki, təhsil və inkişaf qeyri - maddi aktivlərin strateji uyğunluğu SSP-ın strateji xəritəsinin (SX) dördüncüsünü təşkil etdiyi üçün təhsil və inkişafı təmin edən şirkətlər qeyri - maddi aktivlərin və onların strateji rolunun artmasına təsir edir.
Digər vacib məsələlərdən sayılan insan kapitalı və bacarıqların mövcudluğu, istedad və nou xau strategiyanın dəstəyi üçün cox lazımlı faktordır. İnformasiya kapitalı isə informasiya sistemlərinin mövcudluğu, strategiyanın dəstəklənməsi üçün lazım olan infrastrukturun şəbəkələridir. Şirkətin kapitalını səfərbər etməyə və strategiyanın həyata keçrilməsi üçün lazım olan dəyişikliklər prosesini aparmaq üçün, innovativ qabiliyyətin olması müasir dunyada vacib şərt hesab edilir.
Bütün şirkətlər öz personalını inkişaf etdirməyə çalışır lakin, texnoloji mədəniyyət isə yalnız müəyyən strateji uyğunluğa əsaslanan öz qeyri-maddi aktivlərini gətirə bilir. "Dənəvərlik" belə uyğunluğun yaradılmasına açar kimi xidmət edir və ya detallaşdırılır, yəni əməliyyatetmə deyil, ümumi qısa fikirlərə əsaslansaq, məsələn "bizim heyətimizi inkişaf etdirmək" və ya "bizim əsas dəyərlərimizi saxlamaq" və ən əhəmiyyətli daxili strateji proseslər üçün lazım olan konkret spesifik amillərdə diqqətin konsentrasiyası vacibdir. Göstəricilərin tarazlaşdırılmış sisteminin strateji xəritəsi (SX) rəhbərlərə xüsusi üsullarla catdırılmalıdır. Xüsusi insan informasiya və təşkilati ehtiyatların seçilməsinə imkan verir, çünki strategiyanın həyata keçrilməsi üçün lazımdır.
Göstəricilərin tarazlaşdırılmış sistemi meyarlar, hədəflər və təşəbbüslərə təsir strategiyasını təcrübədən keçirilməsi önəmli məsələlərdən hesab edilir. Strateji xəritə (SX) strategiyanın məntiqini təsvir edir, ən əhəmiyyətli daxili prosesləri aydın göstərərək, dəyəri yaradır və dəstəklənməsi üçün lazım olan qeyri-maddi aktivləri müəyyən edir.
Göstəricilərin tarazlaşdırılmış sistemi göstəricilərə və konkret məsələlərə strateji xəritənin (SX) hədəfini təcrübədən keçirir. Lakin, hədəflərə və məqsədlərə o dəqiqə nail olmaq olmaz, yalnız onları müəyyən etdikdən sonra təşkilati proqramların bütöv kompleksini təqdim etməli və bundan sonra bütün nəzərdə tutulmuş göstəriciləri almaq olar. Hər belə proqram üçün şirkətlər kifayət qədər ehtiyatların ödənilməsinə məcburdur. Biz bu proqramları strateji təşəbbüs adlandırırıq.
Tarazlaşdırılmış sistemin hər göstəricisi üçün menecerlər hədəflərin nailiyyətlə əldə olunması üçün lazım olan strateji təşəbbüsləri müəyyən etməlidirlər.
Təşəbbüslərə uyğun nəticələr əldə olunur. Beləliklə, strategiyanın həyata keçrilməsi təşəbbüslərin həyata keçrilməsi vasitəsilə əldə edilir. İş planına uyğun strateji təşəbbüslər üçün ehtiyatları müəyyən və təmin etməklə strateji istiqamətlər müvafiq olaraq qurulmalı və təkilləşdirilməlidir. Birləşdirilmiş investisiyaların kompleksi kimi bu məsələyə baxılmalıdır. Hər strateji istiqamət konkret işgüzar vəziyyəti əks etdirir.
Yuxarıda göstərilmiş qrafikdə iş planına uyğun və biznesin iqtisadi sinfi kimi təqdim olunmuş hava yollarının yerüstü əməliyyatlar dövrünün optimallaşdırması üçün vəziyyət təsəvvür edilmişdir. Bu istiqamət istehlak təklifinin aşağı xərcli əsasda olması, uçuş əsasında gedib - gəlmələrin və uçuşların cədvəlinə riayət etməyə yönəldilmiş tədbirlər əgər müştərilərin məmnunluğuna imkan yaratmırsa, deməli, gəlirlərin gələcəkdə artmasını gözləmək olmaz.
Rəqiblərlə müqayisədə təyyarələrin və ekipajların daha kiçik miqdarından istifadə etməklə şirkət öz xərclərini azalda bilər ki, bu da, öz növbəsində, aşağı qiymətlərlə xidmət olunan sərnişinlər üçün uçuşlara biletləri mümkün edəcək və eyni zamanda, gəlirləri təmin edərək, kapitalın cəlb edilməsinə önəmli zəmin yaradacaqdır.
Yuxarıda, eyni zamanda, qeyri-maddi aktivlər göstərilmişdir ki, biznesin inkişaf strategiyasının həyata keçməsi üçün lazımdır. İnformasiya sistemlərinin təkmilləşdirilmiş uçuş meydanına, həmçinin, yerüstü xidmət briqadasının strateji uyğunluğu növbətçilər üçün yeni bacarıqların öyrənilməsini tələb edir. Təqdim olunan qrafikin ortasında göstəricilərin və strateji xəritənin (SX) hədəflərinin tarazlaşdırılmış sistemi yerləşdirilmişdir. Sağda strateji təşəbbüslər və xərclər sadalanmışdır, nailiyyət əldə etmək üçün dəyərli daha bütöv müəyyən edilmişlərin göstərilməsi əhəmiyyətlidir.
Şirkət tərəfindən səkkiz təşəbbüs xülasə edilmişdir ki, hər biri bir və ya iki hədəflə əlaqələndirilir. Bütün bu təşəbbüslərin həyata keçməsi üçün strategiyanın müvəffəqiyyətli təcəssüm etməsi vacib şərtdir. Əgər heç olmasa onlardan birinin istisna edilməsi, deməli, ən əhəmiyyətli bu təşəbbüslə bağlı hədəfin yox olması deməkdir.
Beləliklə, təhlilə uyğun əlaqələr qəbul edilmiş qərar səbəbindən dağıdılacağı istisna edilmir. Məsələn, yerüstü xidmətlərin briqadalarının təlimini keçirmək və cədvəlin tərtib edilməsinin yeni sistemi bura daxil edilirsə və əgər briqadaların üzvləri anlamırlarsa ki, bunun arxasında nə durur, deməli, öz işinin (məsələn, səhmlərin əldə edilməsinin planına uyğun əsasla) nəticələrinin yaxşılaşmasını əsaslandırmamışlar və bu halda biznesin inkişaf strategiyası müvəffəqiyyətsizliyə məhkum edilmiş hesab oluna bilər (cədvəl 11.1).
Dostları ilə paylaş: |