XII FƏSIL.
Portfel strategiyaları
12.1. Biznesin inkişafında portfel strategiyalarının
əhəmiyyəti
Portfel – müstəqil qənaətli bölmələrin məcmusudur, bir şirkətin strateji vahidləridir. Portfel strategiyaları – bazar seqmentlərinin cazibədarlığının meyarlarından və qənaətli vahidin potensial imkanlarından istifadə etməklə şirkətin qənaətlə hər bölmələrinin arasında məhdudlaşdırılmış ehtiyyatların səmərəli istifadə üsullarıdır. Bazarın fəaliyyətinin qənaətli istiqamətləri əsasında şirkətin ehtiyyatlarının idarə olunması Boston Konsaltinq Qrupunun (BKQ), Djının və Makkenzinin matrislərindən istifadə etməklə həyata keçirilir.
Nəzərə alsaq ki, (BKQ) matrisi 1960-cı illərin sonlarında hazırlanmış və indikatorlar təqdim edilmişdir. Bunlar hansılardır:
– bazarın cazibədarlığı, şirkətin məhsuluna tələbatın dəyişikliyinin sürəti göstəricisi kimi istifadə olunur. Artım sürəti bazarın (ortaçəkili ölçü ola bilər) seqmentində malın satışının məlumatına görə hesablanır;
– rəqabətədavamlılıq və gəlirlilik, bazarda şirkətin nisbi payının göstəricisi kimi istifadə olunur. Bazarda pay ən təhlükəli rəqiblərinə və ya bazarın liderinə uyğun təyin edilir (matris 12.1).
Dostları ilə paylaş: |