A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)



Yüklə 3,11 Mb.
səhifə20/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   212
Birinci mərhələ - mühitə təsir təkcə şirkətin yeni missiyasının yaradılmasında özünü göstərmir. Yeni məqsədlər, həmçinin, mühitin vəziyyətindən də çox asılıdır. Yuxarıda yeni məqsədlərin tələbləri barədə müzakirə ediləndə, bu məqsədlərin mühitdə baş verən dəyişikliklərə uyğun olaraq dəyişilməsi üçün çevik olmasından danışılmışdır. Lakin yeni məqsədlərin təkcə dəyişikliklərə uyğunlaşma və daima təkmilləşmə yolu ilə mühitin nə vəziyyətdə olmasından asılılığının yekunu kimi heç də nəticə çıxarmaq lazım deyil. Rəhbərlik mühitin hansı vəziyyətdə olacağını öncədən görməyə çalışmalıdır və bu öncədən görmə hesabına yeni məqsədlər müəyyən edilməlidir. Məhz, buna görə də, elm və texnika, sosial və siyasi sfera, iqtisadi inkişaf prosesi üçün xas olan trendləri üzə çıxarmaq çox vacibdir. Əlbəttə, hamısını öncədən düzgün görmək mümkün deyil. Bundan başqa, bəzən mühitdə açılmış trendləri heç cür doğrulda bilməyən dəyişikliklər baş verə bilər. Ona görə də, menecerlər mühitin ortaya ata biləcəyi gözlənilməz çağırışlara cavab verməyə hazır olmalıdırlar. Ancaq bununla belə trendlər mütləqləşdirilməməlidir, gərək onlar yeni məqsədləri elə formalaşdırsınlar ki, bu trendlər onlarda öz əksini tapa bilsinlər.

İkinci mərhələ - bütövlükdə şirkət üçün yeni məqsədlərin müəyyən edilməsi zamanı şirkətin fəaliyyətinə xas olan hansı geniş əhatəli imkanları şirkətin yeni məqsədləri kimi götürmək lazım olduğunu müəyyənləşdirmək çox vacibdir. Daha sonra yeni məqsədlərin kəmiyyət hesablaması üçün xüsusi bir alət seçilir. Şirkətin yeni məqsədlərinin müəyyənləşdirilməsi zamanı istifadə edilən meyarlar sistemi mühüm əhəmiyyət kəsb edir. Adətən, bu meyarlar şirkətin yeni missiyasından, həmçinin, makromühitin, sahənin, rəqiblərin təhlili nəticəsindən və şirkətin mühitdəki vəziyyətini qiymətləndirdikdən sonra müəyyən olunur. Yeni məqsədlərin müəyyənləşdirilməsi zamanı şirkətin hansı məqsədlərə əvvəlki mərhələdə malik olduğu və şirkətin yeni missiyasının yerinə yetirilməsi şəraitində həmin məqsədlərə nə dərəcədə nail olduğu nəzərə alınır. Nəhayət, yeni məqsədlər üzrə qərarlar həmişə şirkətin malik olduğu resurslardan asılıdır.

Üçüncü mərhələ - yeni məqsədlər iyerarxiyasının yaradılması şirkətin bütün səviyyələri üçün ayrı – ayrı bölmələri üçün nailiyyətləri bütöv təşkilati nailiyyətlərə gətirib çıxartdığı həmin yeni məqsədlərin müəyyənləşdirilməsini nəzərdə tutur. Bu zaman iyerarxiya həm qısamüddətli, həm də uzunmüddətli yeni məqsədlər üzrə müəyyən edilməlidir. Yüksəksəviyyəli yeni məqsədlər prosesindən, aşağı səviyyəli yeni məqsədlər prosesinin vəziyyətindən, yüksək-səviyyəli yeni məqsədlər proseslərinə uyğun yeni məqsədlər ağacının qurulması məqsədlərin tabelilik asılılığını dəqiq vasitələrin yeni məqsədlərinin asılılığının müəyyənləşdirilməsini nəzərdə tutur. Bu asılılıq digər yeni məqsədlərə nail olmaq üçün təcrübədə hansı yeni məqsədlərin vasitə kimi çıxış etdiyini müəyyənləşdirir.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin