Matris 15.1
Rəqabət qabiliyyətinin təmin olunması matrisi
|
Rəqabət üstünlükləri növü
|
Daha aşağı məsrəflər
|
İxtisaslaşma
|
Rəqabət
diapazonu
|
Geniş
|
А1. Məsrəflərin istiqaməti
|
А2. Unikallığı və liderlik
|
Dar
|
Б1. Məsrəfələrə öykənmə
|
Б2. Nümunəvi ixtisaslaşma
|
A1 meydanı, şirkətin strategiyasının məsrəfləri, ona uyğun olaraq standart bazarda yaranmış qiymətin daha aşağı xərclərdə zamana uyğun standart keyfiyyətin səviyyəsini təmin edir.
A2 meydanı, strategiyanın unikallığı və liderlik keyfiyyətinə görə, şirkətin məhsulunun geniş nomenklaturası üzrə keyfiyyətin yüksək səviyyəsinin təmin edilməsinə imkan verir və yüksək qiymətə satışını həyata keçirir.
B1 meydanı, strategiyaya güclü diqqətin olması, keyfiyyət səviyyəsi aşağı olan məhsulun buraxılışı üzrə xərclərin istiqamətini müəyyənləşdirir və onların həyata keçirilməsinin aşağı qiymətlərlə mümkünlüyünü göstərir.
B2 isə onların buraxılışını təmin etməklə yüksək səviyyə üçün yüksək qiymətə keyfiyyətli məhsulun satışının həyata keçirilməsinə, buna uyğun olaraq şirkət öz diqqətini toplayır və məhsulun nomenklaturasına uyğun dar ixtisaslaşma əsasında nümunəvi strategiya həyata keçirməyə çalışır.
Verilmiş matrisin əsasında üç əsas rəqabət strategiyası təklif etmək olar:
- qiymətlərin azalması;
- diferensiasiya (fərq);
- konsentrasiya.
1. Qiymətlərin azalmasına aşağıdakıların hesabına nail olmaq olar:
- şaquli təşkilati struktur;
- mərkəzləşdirilmiş planlaşdırma;
- bu miqyasda qənaət;
- yerinə yetirilən əməliyyatların sadələşdirilməsi və avtomatlaşdırılması;
- standartlaşdırma və tənzimləmə prosedurlarının yerinə yetirilməsi əsasında aparılan əməliyyatlar;
- məhsulun bazarda irəliləməsinin inkişaf kanalları;
- idarəetmə və nəzarət sisteminin sadələşdirilməsi.
Qiymət əsasında aparılan rəqabəti strategiyası yüksək standartlaşdırılmış xammalın stabil bazarlara daha çox uyğundur. Bu şəraitdə, tənzimləmə hesabına xərclərin azalmasına nail olmaq mümkündür. Tənzimləmə prosesinin formalaşması və qərarların qəbul edilməsi, əlbəttə, önəmli məsələdir. Bu baxımdan, sabit mühitdə minimum və bütöv standartlaşdırmanı və nizama salmanı həyata keçirməklə, işləyənlərin məsuliyyətini və əmək intizamını artırmaq mümkündür.
2. Diferensiasiya, bu unikal xassələrin, buraxılan məhsullara verilməsi ilə bağlıdır. Dərəcəsi bu xüsusiyyətlərlə bağlı olduğundan, məhsulun keyfiyyəti və həyat müddətinin təminatı, servis, marka imici, bazarda irəliləyiş kanalları nəzərdə tutulur. Bu zaman alıcı bu xarakteristikalara görə əlavə maliyyə vəsaitləri ödəyə bilər. Bank siyasəti, əsasən, ehtiyatlardan yaradıcılıq istiqamətində, marketinq, elmi - tədqiqat və təcrübi - konstruktor işlərində səmərəli istifadə əsasında aparıla bilər.
3. Konsentrasiya strategiyası, bazar seqmenti və coğrafi ərazilərə istinad edilərək köçürülməsi nəzərdə tutulur. Bu həm diferensiasiya, həm də qiymətlərin azaldılması hesabına həyata keçirilə bilir.
Bu zaman rəqabət mübarizəsində strategiyaya təsir edən amillər, əsasən, aşağıdakılardan ibarətdir:
- Sahənin sektoru, yaranma mərhələsindədir, artım, kamillik və qüvvəsinin itirilməsi ola bilər;
- Şirkətin sahədə mövqeyi.
Şirkət elə ola bilər ki, ikincidərəcəli mövqe tutmaqla, tənqid hədəfi ola bilər. Hakim mövqe tutan şirkət innovasiya keçirilməsi üçün daha əlverişli şərtlərlə məhsulun irəliləməsi kanallarını yaxşılaşdırılmaq məqsədilə, məhsulun bazara çıxarılması, marketinq, idarəetmə, istehsalı səmərəli yerləşdirə bilir. Belə məqamlarda şirkət lider ilə açıq rəqabət mübarizəsi zamanı ikincidərəcəli mövqedən çəkinməsi lazımdır. Diferensiasiya siyasətini konsentrasiyası üçün nəzərdə tutmaq lazımdır. Bazarın bir seqmentini seçərək iş aparılır və onun altında şəxsləndirilən məhsullar və xidmətlər, kiçik şirkətlərin liderlər ilə çox uğurla rəqabət aparar və hətta xüsusi təkliflər də verə bilər. Bazarın hansısa seqmentində kəskin mövqeyi ilə fərqlənərək daxil olan şirkət, mütəmadi olaraq qiymətləndirmə həyata keçirməsi daha məqsədəuyğun hesab edilir.
Dostları ilə paylaş: |