ÖZÜNÜ TƏKMİLLƏŞDİRMƏK VƏ MÜZAKİRƏLƏR ÜÇÜN
TƏKLİF EDİLƏN SUALLAR
1. Strateji idarəetməni müəyyənləşdirən zəruri amilləri deyin və strateji idarəetmədə hər bir amilin rolu və təsiri nədən ibarət olduğunu deyə bilərsinizmi? Bu məsələ ilə bağlı müvafiq misallar gətirin.
2. Strateji idarəetmənin çevikliyi ilə "adi idarəetməni" müqayisə edə bilərsinizmi? Bu məsələ ilə bağlı müvafiq misallar gətirin.
3. Bazarda strateji cəhətdən proqnozu olmayan və rəqabətdə uduzan şirkətlərin fəaliyyətini misal gətirə bilərsiniz?
4. Strategiya əsasında qayda və qanunlara tabe olan məsələlərlə bağlı misallar gətirməklə, strategiyaların arasında bağlılığı təhlil edə bilərsinizmi?
5. Şirkət tərəfindən həyata keçirilə bilən bazar strategiyalarının tiplərini deməklə, bu məsələ ilə bağlı misallar gətirə bilərsinizmi.
6. Biznesin inkişafı üçün etalon inkişaf strategiyalarının ardıcıl olaraq və konkret misallarla imkanlarını və həyata keçirilməsində yaranan çətinlikləri təhlil edə bilirsinizmi?
7. Müəyyənləşdirilmiş strategiyaların hər birinə ayrı-ayrılıqda baxın və onlardan uğurlu icra ediləninin hansı şərtlər daxilində həyata keçrilməsinin mümkünlüyünü müəyyən edə bilirsinizmi?
8. Strateji dəyişikliklərin nə üçün aparıldığını izah edə bilərsinizmi?
9. Strateji idarəetmədə strateji nəzarətin rolu və yeri nədən ibarətdir?
10. Strategiya əsasında müəyyən edilmiş məhsul (istədiyiniz məhsul) üzrə təsviri verə bilirsinizmi?
a) tədqiqatçılar üçün;
b) istehsalçılar üçün;
c) planlaşdırılan məhsul üçün;
ç) istehlakçılar üçün.
11. Tərtib edilmiş strategiya əsasında məhsul və xidmətləri məhdudlaşdırmağa hansı meyarlar imkan verir ?
12. Hansı amillər, kombinəedilmiş malların payının genişləndirilməsi və inkişafını müəyyən edir?
13. Stateji inkişaf məsələləri ilə bağlı hansı misalları göstərə bilərsiniz?
14. "Şirkət yaratdığı məhsulu satmır" ifadəsini necə başa düşürsünüz?
15. Strateji fəaliyyət göstərən şirkətlərdən misallar gətirə bilərsinizmi?
16. Durğunluq vəziyyətində şirkətə nə tövsiyə edərdiniz?
17. Strategiyada məhsulun tərkib hissəsi kimi, istehlak xassəli markaya misal gətirə bilərsinizmi?
18. Biznesin strateji inkişafı əsasında, məhsula sonrakı xidmət xüsusiyyətləri inkişafa təsirini necə göstərir?
19. Strategiyaya uyğun ayrı-ayrı amillərin məhsullara və imicə necə təsir etdiyini təhlil edə bilirsinizmi?
20. Konkret nümunələr əsasında təhlilin nəticələrini misal gətirə bilərsinizmi?
21. "Biznesin diaqnostikası və şirkətin inkişaf strategiyasının formalaşmasında onun rolu” ifadəsini siz necə başa düşürsünüz ?
22. “Tərtib edilmiş strategiya əsasında məhsul imic qazana biləcək və alıcı öz arzu və istəklərini təmin edə biləcək” ifadəsini necə başa düşürsünüz ?
23. Yeni strategiya əsasında naməlum markalı olan malın qablaşdırma və etiketi vasitəsilə alıcının diqqətini cəlb etmək üsullarını necə təklif edə bilərsiniz?
24.Strateji məktəblərin inkişaf metodologiyasının əsasları dedikdə nə başa düşürsünüz?
25. Biznesin inkişaf strategiyasının, əmtəə istehsalı və xidmətlərin həyata keçirilməsinin mümkünlüyünə necə təsir etdiyini təhlil edə bilərsinizmi?
26. Müvafiq misallar gətirə bilərsinizmi?
27. Biznesin inkişafında elmi təməl mərhələləri nədən ibarətdir?
28. Biznesin inkişaf strategiyası zamanı şirkətlərin strateji ierarxiyasının nəzəri əsaslarını təhlil edə bilərsinizmi?
29. Biznesin inkişaf strategiyasının formalaşmasına təsir edən yaxın və uzaq amillər hansılardır?
30. Hal-hazırda artım mərhələsində olan mümkün məhsul strategiyasını təklif edə bilərsinizmi?
31. Alternativ strategiyalar əsasında bazarda və istehsalda dərin dəyişikliklərə təkan vermiş yeni məhsulların izahını necə verə bilərsinizmi?
32. Strategiyalar əsasında məhsulun yeniləşdirilməsi istiqamətlərini müqayisə edərək hər bir istiqamətə misal gətirə bilərsinizmi?
33. Hansısa bir məhsulu seçərək strategiya əsasında onun üçün yeni məhsulun yaradılmasının bütün zəncirinin izahını verə bilərsinizmi?
34. Portfel strategiyalarına əsasən, rəqabətdə uğura gətirib çıxara bilən misallar gətirə bilərsinizmi?
35. Rəqibin marketinq sisteminin güclü və zəif tərəflərinin təhlilinin nəticələrini tərtib edə bilərsinizmi?
36. İnkişaf strategiyasına uyğun olaraq şirkətin məhsuluna münasibətdəki qərarın və yanaşmaların dəyişməsini izləməyi bacarırsınızmı?
37. Bazarın artan payının matris əsasında, müəyyən etməklə, məhsulun həyat tsiklinə nə dərəcədə təsir etdiyini izah edə bilərsinizmi?
38. Tərtib edəcəyiniz strategiyaya uyğun düşünün, siz sahənin cəlbediciliyi və rəqabət mövqeyinin qiymətləndirilməsinin aparılması üçün hansı hazırlanmış portfel matrisini təklif edərdiniz?
39. Sizin fikrinizcə, Kotler sxemində göstərilən hansı bucaq baxışı şirkətdə marketinqin rolunun təkamülünü təsvir edir?
40. Əmtənin inkişaf strategiyasının həyata keçrilməsi zamanı marketinq və strateji idarəetmənin qarşılıqlı əlaqəsini təsvir edə bilərsinizmi?
41. İnkişaf strategiyası əsasında, uğura nail olma üçün əsas amilləri müəyyən edə bilərsinizmi?
42. Strategiyaya uyğun şirkətdə nəzarəti təşkil edə bilərsinizmi?
43. Müasir şəraitdə strategiyanın formalaşmasına təsir edən amillər hansılardır?
44. Biznesin inkişaf strategiyasının tətbiqi zamanı məhsul konsepsiyası dedikdə nə başa düşürsünüz?
45. Biznesin inkişaf strategiyasının tarixi mərhələlərini deyə bilərsinizmi ?
46. Strategiyalar biznesin tələblərinə uyğun necə inkişaf edir?
47. İstənilən mühit üçün hazırlanan strategiyalar necə tərtib edilir?
48. Sistemli açıq strategiyaların səmərəli olması üçün nə etmək lazımdır?
49. Strategiyanın formalaşmasını şərtləndirən yaxın və uzaq amillərin təhlilini
apara bilərsinizmi?
50. Strategiyanın formalaşmasına təsir edən dəyişikliklər dedikdə nə başa düşürsünüz?
51. Biznesin inkişaf strategiyasının tətbiqi zamanı məhsulun konsepsiyası nədir?
52. Biznesin inkişafında məhsulun imicinin rolunu necə izah edə bilərsiniz?
53. Biznesin inkişaf strategiyasının tərtibatı zamanı ərzaq strategiyası necə nəzərə alınmalıdır?
54. Rəqabət strategiyasının əsas mahiyyəti nədən ibarətdir?
55. Uğura nail olmaq üçün əsas amilləri müəyyən edə bilirsinizmi?
56. Uğura nail olmaq üçün biznesin inkişaf strategiyasının yerinə yetirilməsinə nəzarət necə təşil edilməlidir?
57. Şirkətin inkişaf strategiyasında, təşkilati struktur dedikdə nə başa düşürsünüz?
58. Bazarda struktur xüsusiyyətlərin ayrı-ayrı növlərini izah edə bilərsinizmi?
59. Məhsulun dinamikası dedikdə nə başa düşürsünüz?
60. Müasir biznesin səviyyəsini təhlil edə bilərsinizmi?
61. Strategiya əsasında inkişafın mahiyyəti nədən ibarətdir?
Dostları ilə paylaş: |