A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)



Yüklə 3,11 Mb.
səhifə91/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   87   88   89   90   91   92   93   94   ...   212
Cari strategiyanın təhlili:

Rəqibin cari strategiyasının təhlili onun fəaliyyətinin əsas sahələrinin hər birində nə etdiyini və hansı üsullarla rəqabət apardığını yaxşı başa düşmək üçün yönəlib. Bu zaman belə məlum olur ki, rəqibin hansı cari məqsədləri var və bu məqsədlər hansı vasitələrin köməyi ilə əldə edilir. Bunun əsasında rəqibin strategiyası haqqında nəticə çıxarılır.



Rəqib imkanlarının təhlili:

Strategiyanın həyata keçirilməsində rəqibin imkanları əsasən onda əks etdirir ki, əgər dəyişikliklər onun ətrafında olarsa, seçilmiş strategiyanın reallaş­dırıl­masında hədəflərə çatmasına nə dərəcədə nail ola bilər. Rəqibin imkan­la­rının öyrənilməsində belə müəyyən maraq seçilmiş strategiyanın reallaş­dırıl­ması bu və ya digər əməliyyatları nə qədər həyata keçirməg mümkündür, rəqib im­kanlarının təhlili mütləq aydınlaşdırılmalıdır, onun güclü və zəif tərəf­ləri bilinməlidir.

Porter Maykl Yudjin (77, səh. 64-65), güclü və zəif tərəflərin təhlilində rəqibin əsas hansı imkanlardan istifadə edə biləcəyini təklif edir, onun fəaliyyəti aşağıdakı funksional sahələr üzrə aparılmalıdır:

• Məhsullar;

• Paylama sistemi (vasitəçilik);

• Marketinq və satışı;

• İstehsalı;

• Tədqiqi və işlənməsi;

• Ümumi məsrəfləri;

• Maliyyə qüdrəti;

• Təşkilatı;

• İdarənin ümumi imkanları;

• Portfeli biznesləri (məhsul);

• Kadrlar;

• Əsas ictimai institutları ilə münasibətlər, məsələn hökumət ilə.

İmkanların təhlilinin rəqibin öyrənilməsində çox mühüm rol var. Ona görə də yüksək dəyərli istiqamətlərin hər biri üzrə geniş məlumatlar toplanmalı və müfəssəl məlumatların təhlili aparılmalıdır. Məsələn, rəqib fiziki resurslarının öyrənilməsini təhlil etməlidir:



• Onun istehsal güclərinin tutumu;

• Zavodun miqdarı, yerləşməsi və yaşı;

• Yardımçı texnikanın və avadanlıqların çevikliyi, avtomatlaşdırma dərə­cəsi;

• Çeviklik və unikal texnoloji prosesi;

• İstehsal proseslərinin nə dərəcədə üst-üstə düşməsini;

• Xammalın dəyəri;

• İstehsal məsrəflərini.

Maliyyəyə münasibətin təhlili:

• Uzunmüddətli borc öhdəlikləri kimi götürülmüş uzunmüddətli kre­ditlərin həcmi baxımından, həm də onların münasibətləri baxımından öz ka­pitalına olan;

• Qısamüddətli borcların təhlili baxımından maliyyələşdirilməsi, mənbələrinin və onların həcmi, tipi;

• Dövriyyə anbarlarında məhsul, pul, uçot sisteminə daxil olması müddətini əks etdirən pul daxilolmaları təhlili.

Analoji siyahıda zəruri məntəqələrin imkanlarının öyrənilməsi, hər bir funksional istiqamətləriinin təhlil üçün rəqiblərin güclü və zəif rəqib ola bilmələri verilə bilər.

Rəqib imkanlarının təhlilinin öyrənilməsi yalnız onun potensialının öyrə­nilməsini güman etmir, həm də o nəyə malikdir və onun öyrənilməsində nə yoxdur, rəqib olaraq dəyişən şəraitdə öz potensialından nə qədər istifadə edə bilər deyə güman edilir. Bunun üçün rəqibin güclü və zəif tərəflərində aşağıdakı proseslər araşdırılır:

• Dəyişikliklərə uyğunlaşma;

• Sürətli reaksiya dəyişikliklər;

• Uzunmüddətli rəqabət savaşı;

• Artım.

Rəqib imkanlarının təhlili bu proseslərin hər birində müəyyən bucaq altında qalan heyət, çeviklik, texnoloji proseslərin bağlılığı olan menecer və onun maliyyə potensialının xarici öhdəlikləri və s. keçirilir.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin