Rəqiblərin öyrənilməsi, təhlili rəqabət mühiti və rəqabət qüvvələri qurumun rəqabət strategiyasının hazırlanması üçün çox mühüm və qiymətli məlumat verir. Lakin, yalnız bu məlumata əsaslanaraq, firma strategiya işləyib hazırlaya bilməz. Ona görə də rəqabət mühitində öz vəziyyətini aydın etmək lazımdır. Bu məsələ F.Kotler və K.Kellerin 2014-ci ildə «Marketing Management» adlı dərsliyində ətraflı verilib (142. səh. 390—403). Firmanın rəqabət meydanı kifayət qədər dəqiq müəyyən mövqeləri olan dörd yerə ayrılır: