A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)



Yüklə 3,11 Mb.
səhifə95/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   91   92   93   94   95   96   97   98   ...   212
Ətrafına meydan oxuyan şirkət:

Bazar ətrafına meydan oxuyan firma, kifayət qədər güclü amma lider mövqesi tutmayan olmalıdır. Bu cür artımın əsas strateji məqsədi - digər firmaların öz hesabına görə əlavə bazar seqmentlərini ələ keçirməkdir. Bu məqsədin reallaşdırılmasına keçəndə firma özü üçün dəqiq müəyyən etməlidir ki, kimdən o, bazarın bir hissəsini geri almaq niyyətindədir. İki seçim var:

• liderlərə hücum;

• daha zəif və xırda rəqiblərə hücum.

Liderlərə hücumu firma yalnız o halda başlaya bilər ki, əgər onun qarşısında aşkar rəqabət üstünlükləri varsa, liderlərdə rəqabətdə nöqsanlar varsa, firma bunu onların əleyhinə istifadə edə bilər. Bu zaman firma liderlərə qarşı açıq hücum seçməyə də bilər, müxtəlif dolayı manevrlərdən də istifadə edilə bilər. Liderlərə hücumun keçirilməsinə beş mümkün yanaşma seçilir.

Birinci yanaşma ondan ibarətdir ki, firma əvvəlcə açıq birbaşa zərbə atır. Bu halda rəqabət mübarizəsi "zor gücünə" prinsipi üzrə gedir. Firma liderin güclü tərəflərinin istiqamətində hücum görür ki, orada onu sarsıda, harada güclü sayılır və burada o zirvədə idi. Belə davada adətən, kim daha çox resurslara və kim güclü üstünlüklərə malikdirsə o qalib gəlir.

İkinci yanaşmada firma liderlər üçün cinahdan hücumu həyata keçirir. Bu halda hücum liderlərin zəif istiqamətləri üzrə gedir. Bu istiqamətlərdə əsasən liderlərin güclü olmadığı region seçilir.

Üçüncü yanaşma onunla səciyyələnir ki, firma bütün istiqamətlərdə hücuma atılır. Bu halda, liderlər öz qabaqcıl mövqeyini və arxalarını, cinahlarını da müdafiə edir. Bu tip hücumların uğurla başa çatması üçün firmaya çox böyük resurslar tələb olunur, belə ki, bütün bazarlarda lider var və lider buraxılan məhsulların bütün növləri üzrə irəliləyiş nəzərdə tutur.

Dördüncü yanaşma - bu dolayı hücumdur. Bu yanaşmada firma liderə hücum etmir, yeni bazar yaradır, hansı ki, sonra lideri olduğu bazardan qoparır və bu bazarda üstünlüklərə malik olmaqla bərabər, ona qalib gəlir. Ən çox yayılmış tiplərlə dolayı hücumlarda əvəzedici məhsulun yaradılması və ya yeni coğrafi bazarların açılışı olub. Dolayı hücum şəklində işlənməsi və yeni texnologiyaların tətbiqi məhsulun istehsalında geniş istifadə olunur.

Beşinci yanaşmanın aparılmasını rəqabət mübarizəsinin liderinə qarşı partizan mübarizəsi təşkil edir. Adətən, hücumun bu tipində digər üsulları özünə rəva bilməyən kiçik ölçülü firmalar da mübarizə edirlər. Partizan mübarizəsi zamanı firma elə bazarlar seçir ki, lider orada daha zəifdir və onun üzərinə sürətli hücumlar etmək üçün bəzi üstünlükləri atır. Partizan mübarizəsində göz­lənilməz gedişlər, çox sürətli əməliyyatların keçirilməsi, qəflətən hücum nə­zər­də tutulur. Bu zaman firmalar üçün çox vacibdir, həm də onun dayan­dırıl­masına hücumun əvvəlindəki kimi daim hazır olsunlar.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin