A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Qrafik 7.1 Sənaye məhsulunun (maliyyə aspekti) həyat tsikli



Yüklə 3,11 Mb.
səhifə105/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   101   102   103   104   105   106   107   108   ...   212
Qrafik 7.1

Sənaye məhsulunun (maliyyə aspekti) həyat tsikli


Maliyyə

ehtiyatları

x



Daxilolmalar

Öz vəsaiti 0 1 2 3 4 5 6 7 8 9 10 (Vaxt) y

Qrafik 7.1-də əyani şəkildə göstərilib ki, əvvəlcə şirkət yalnız xərcləri həyata keçirir, daha sonra satış həcminin daha sürətlə artması baş verir, sonra mənfəət sürətlə artır, gəlirin və satış həcminin, aşağı düşməsi başlayır.

Qrafikdə sənaye məhsulunun həyat tsiklinin məqamları müəyyən edilmişdir. Əlbəttə, 1-ci mərhələdə məhsulun ideyalarının hazırlanması mərhələsi məhdudlaşdırlır. 2-ci mərhələdə məhsulun təcrübə nümunəsinin hazırlanmasının başa çatdırılması müəyyən edilir. 3-cü mərhələdə məhsulun dayanmadan istehsalına keçidin hazır həddi müəyyən edilir. Adətən, belə hallarda şirkət yeni məhsulun buraxılması haqqında qərar verməsini elan edir. 4-cü mərhələdə birinci fazasının başlamasını qeyd edir və məhsulun bazara çıxarılmasını bəyan edir. 5-ci mərhələdə məhsulun bazara çıxarılmasının artımını və başlanğıc fazanın başa çatdığını bildirir. Göründüyü kimi, bu zaman məhsul bazara çıxıb və satış həcmi kifayət qədər yüksək templə artdığından, mənfəət də artmağa başlayır. 6-cı mərhələdə nisbi artım tempinin ləngiməsinə baxmayaraq, məhsulun həyat tsikli bu mərhələdə uyğun müvafiq gəlirlə daha səmərəli və həm də daha gəlirli olması təsdiq edilir.

7-ci mərhələdə isə artım fazasının kamillik mərhələsinin başa çatmasını qeyd edir və gəlirin artım tempi zəifləyir. Satışın nisbi artım sürətinin həcminin və mənfəətin azalması baş verir. 8-ci mərhələdə məhsulun həyat tsiklində gətirdiyi mənfəətin bir hissəsi azalmağa başlayır.

Satış həcmi getdikcə daha da artmaqdadır, lakin qiymətlərin azalması səbəbindən gəlirin həcmi azalmağa başlayır və məhsul şirkət üçün öz cəlbediciliyini itirir. 9-cu mərhələdə mənfəətin azalması sürətlə davam edir və satışın həcminin azalması prossesi başlayır. Bundan sonra məhsul bazarda daha fəal rol oynamır. 10-cu mərhələ məhsulun həyat tsiklinin başa çatması deməkdir.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin