A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Yeni məhsulun yaradılmasına müxtəlif yanaşmalar



Yüklə 3,11 Mb.
səhifə108/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   104   105   106   107   108   109   110   111   ...   212
Yeni məhsulun yaradılmasına müxtəlif yanaşmalar

Yeni məhsulun yaradılması üçün iki mümkün yanaşmanı ayırd etmək lazımdır.

Birinci yanaşma ondan ibarətdir ki, şirkət yeni funksional xassələri ilə tamamilə yeni məhsul yaradır, yeni kəşflər və prinsipləri, yeni texnologiyalar, materiallar və s. onun yaradılması üçün fəaliyyət göstərir. Adətən, bu cür ayrı - ayrı məhsulların yaradılması və istehsalı, istehlak bazarında çevrilişin başlanğıcı hesab edilir. Elə hallara da rast gəlinir ki, tamamilə yeni məhsul yalnız köhnə məhsulun sıxışdırılıb aradan çıxarılmasına gətirib çıxarır və bu məsələ ilə bağlı, bazarda və istehsalda heç bir ciddi dəyişiklik baş vermir.

İkinci yanaşmada şirkət məhsulda dəyişiklik edir, yalnız alıcılar üçün onu yeniləşdirir, lakin, onun yerinə yetirməsində köhnə məhsulla prinsipial dəyişikliyi olmur, yəni yeni məhsul tamamilə yeni olmur. Belə yanaşmalar şirkətlərin təcrübəsində çox geniş istifadə olunur. Məhsulun yeniləşdirilməsi dörd istiqamətdən birində həyata keçirilə bilər:



  1. yeni modelin yaradılması və ya məhsul modifikasiyası;

  2. məhsulun (məsələn, etibarlılığın artırılması, yaxşılaşdırılması, təminat müd­dətinin artırılması, qiymətin sabit saxlanılması və s.) keyfiyyətinin yaxşılaş­dırıl­ması;

  3. məhsulun dizayn dəyişiklikləri (yəni, onun xarici tərtibatı, qablaş­dır­ma və s);

  4. məhsulun funksional xassələrində ( istehlak keyfiyyətləri və ya digərləri ilə əvəz olunması) əhəmiyyətli dəyişikliklər.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin