A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Yeni məhsulun yaradılması mərhələləri



Yüklə 3,11 Mb.
səhifə109/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   105   106   107   108   109   110   111   112   ...   212
Yeni məhsulun yaradılması mərhələləri

Yeni məhsulun yaradılması strategiyasının həyata keçirilməsi çox böyük əhəmiyyət kəsb edir və bu strategiyanın həyata keçirilməsi prosesini düzgün qurmaq lazımdır. Hər bir şirkətin yeni məhsulunun yaradılması sxemi və öz konsepsiyası ola bilər. Lakin müxtəlif yanaşmaların olmasına baxmayaraq, hər bir şirkətin özündə 7 addım mövcutdur ki, onları birləşdirir. Yeni məhsulun yaradılması prosesinin ümumi bir sxemi var.

İlk addım - yeni məhsul ideyalarının hazırlanmasıdır. Bu addımda şirkət həm alıcıların, satıcıların, paylayıcı şəbəkənin işçilərinin, tədqiqatçıların, konstruktor və hətta rəqiblərin potensialından istifadə etməlidir. Ali rəhbər­lik fəal mövqe tutmalıdır. Xüsusilə, bu prosesdə iştirak edən tərəflərin səy­lərinin əlaqələndirilməsini həyata keçirməklə bütün bu ideyaların müzakirəsinə köməklik göstərməlidir. Bu məqamda yeni məhsulun həyata keçirilməsi üçün bir neçə fikir irəli sürülür.

İkinci addım - ali rəhbərlik hansı ideyaya əməl etmək lazım olduğuna özü qərar verir. Bu çox məsuliyyətli və incə məsələ olduğundan, hansı ideyanın həyata keçrilməsi və rəqabətdə uğur qazandıra bilər və ya əksinə, rəhbərliyin seçdiyi strategiya həyata keçirilməsində istənilən müsbət nəticəni verə biləcək ya yox. Çünki qərar üzrə yeni məhsul həmişə strateji xarakter daşıyır, bu ideya seçimində rəhbərlik strateji təhlilin bütün sadə alətlərindən istifadə etməlidir.

Üçüncü addım - ümumi ideyaları konkret məhsula qədər çatdırmaqdır. Bu zaman yeni məhsul konsepsiyası hazırlanır və yoxlanılması üçün bazara çıxarılır. Burada tam əmin olunur ki, məhsul alıcılarını tapacaq.

Dördüncü addım - yeni məhsulun yaradılması ondan ibarətdir ki, məhsul konsepsiyalarının işlənib hazırlanmış əsaslı qiymətləndirilməsi həyata ke­çi­rilir. Bu konsepsiya biznesin-təhlili adlanır. Təhlil, istehsal xərcləri və mən­fəət həcminin qiymətləndirilməsini nəzərdə tutur ki, burada məhsul potensial yeni əmtəə formasına salınır.

Məhsulun qiymətləndirilməsində üç funksional qrup iştirak edir:

• marketinq xidmətlərinin işçiləri tərəfindən mümkün satış həcminin müəyyən edilməsi;

• məhsulun ideya müəllifləri məhsul istehsalının mümkün xərclərinə dair məlumat verirlər;

• maliyyəçilər məhsulun mənfəətliliyinin təhlilini həyata keçirirlər.

Şirkət yeni məhsulu, biznes-təhlili əsasında həmin konsepsiyanı qəbul edir. Onlara təcrübi nümunələrin sınaqdan keçmiş standartda, istehlak xüsusiyyət­ləri, funksional vəziyyəti, eləcə də istehlak bazarında ilkin test sınaq nümunələri şəklində olmaqla, bütün məlumatlar təqdim edilir.

Beşinci addım - məhsulun son qiymətləndirlməsi və marketinq strategi­yası­nın hazırlanması prinsiplərinə uyğun həyata keçirilir. Bu addımda bazara məhdud sayda nəzərdə tutulmuş məhsul çıxarılır. Bu addımın vəzifəsi ondan ibarətdir ki, məhsulun reallaşdırılmasında mümkün çətinlikləri aşkar etmək, həmçinin, məhsulun marketinq strategiyasının dəqiqləşdirilməsi üçün məlumat almaq və nəzərdə tutulmuş mənfəəti əldə etmək.

Altıncı addım - yeni məhsul üçün xidmət sistemi yaradılır, ki, məhsulun reallaşdırılmasının nəticələrini qiymətləndirilmək üçün məlumat əldə etmək mümkün olsun.

Yeddinci addım - məhsulun bazarda təqdimatıdır. Bu addım, əsasən, reklam xarakteri daşıyır və bu onunla bağlıdır ki, şirkəti yeni məhsul ilə bazara çıxdığını elan edir. Vaxt amilinin nəzərə alınması, bu məqam üçün çox vacibdir və gerçəkləşdirilən məhsulların çeşidi, şirkətin ərazi strategiyası, ehtimal edilən qrup alıcıları və s. məsələlər bura daxildir. Dünyanın bir çox iş adamlarının fikrinə əsasən, seçimi yalnız lazımsız şeylərin arasından seçmək olar fikrini, sonda qeyd etmək olar.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin