A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)



Yüklə 3,11 Mb.
səhifə122/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   118   119   120   121   122   123   124   125   ...   212
Sahə üzrə təhlilin hədəfi

Sahənin və onun ayrı-ayrı mal bazarlarının cazibədarlığının təyin edilməsi sahə üzrə təhlilin hədəfidir. Belə təhlil strukturun və sahənin dinamikasını anlamağa imkan verir, onun üçün tipik imkanlar və mövcud təhlükələr, müvəffəqiyyətin əsas amillərini müəyyən etmək və bu əsasda bazarda şirkətin davranış strategiyasını hazırlamaq lazım gəlir. İqtisadi istiqamət üzrə izləmənin əsas obyekti ilə sahə üzrə təhlilin keçirilməsi zamanı qənaətli sahəyə xidmət etdiyini unutmaq olmaz.

Sahə – bu bir istehlak bazarında analoji mallarla və ya xidmətlərlə rəqabət aparan şirkətin məcmusudur.

Bu baxımdan, sahənin təhlilinin növbəti mərhələləri seçilir:

- sahə üzrə mühitin iqtisadi xarakteristikalarının təyin edilməsi;

- rəqabətin dərəcəsinin qiymətləndirilməsi;

- müvəffəqiyyətin əsas amillərinin təyin edilməsi;

- sahənin cazibədarlığının dərəcəsi haqqında nəticənin əldə edilməsi və yoxlanılması.



Sahə üzrə mühitin iqtisadi xarakteristikalarının təyin edilməsi

Sahənin iqtisadi xarakteristikaları əhəmiyyətlidir, çünki onlar strateji yanaşmaların müxtəlifliyinə məhdudiyyətlər qoyurlar ki, şirkət bu sahədə binları səmərəli istifadə edə bilsin.

Sahədə ümumi vəziyyətin qiymətləndirilməsi üçün növbəti göstəricilər istifadə olunmalıdır:

- bazarın real və potensial ölçüsü;

- sahənin (qalxmanın başlanğıcı, sürətli artım və uçuş, yetkinliyin başlanğıcı, yetkinliyin və doymanın, durğunluğun və qocalmanın sonu, aşağı düşmə) həyat dövrəsinin mərhələsi;

- sahənin artım tempinin tendensiyasının ölçüsü.



VIII FƏSIL.

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin