9.5. Alternativ strategiyalarda İKT-nin rolu
İKT vasitəsiilə geniş inkişafın təmin edilməsi bilik iqtisadiyyatının dövlət və yerli hakimiyyət orqanlarının elektron xidmətlərə keçməsi və elektron təhlükəsizliyinin təmin edilməsi üçün Milli strategiyanın inkişaf fəaliyyətləri məlumat məhsulları əsasında cəmiyyətin ehtiyaclarını tam məmnuniyyət və xidmətlər üzərində qurulan, İKT potensialından istifadə etməklə strategiyalar əsasında prioritet vəzifələri mövcutdur.
Azərbaycan öz süni peykindən istifadə edərək, müvafiq layihələr həyata keçirərək yeni texnologiyalardan istifadəni genişləndirib, telekommunikasiya şəbəkəsinin mükəmməl təşkili əsasında milli yayımın peyk əsasında radio və televiziya proqramlarınin keyfiyyətini artırmaqla yanaşı tezliklərin koomersiya əsasında satışını həyata keçirə bilər.
Regionda ölkələr arasında rəqəmsal fərqi aradan qaldırmaqla Trans- Avrasiya Super İnformasiya Magistralını yaratmaqla, genişzolaqlı internet üçün ucuz və yüksəkkeyfiyyətli çıxışı təmin etməklə güclü və dayanıqlı informasiya infrastruktur sistemlərini inkişaf etdirməlidir. Elektron ticarət və elektron marketinq, qlobal məlumatlara daxil olan ölkələrin elektron məkanına inteqrasiyasını sürətləndirmək və genişəndirmək lazımdır. Alternativ strategiyalar əsasında kompyuter istifadəçilərinin sayının artırılması, telefon və mobil rabitə, İnternet əsasında genişzolaqlı xidmətlərə çıxışın genişləndirilməsi ilə ev təsərrüfatlarının payı ölkədə artırılmalıdır. İKT-nin artan istifadəçilərin təlimlər əsasında peşəkarlıqlarının artırılması səviyyəli təlimçilər tərəfindən həyata keçrilməlidir.
Elektron hökumətin formalaşması ilə bağlı tədbirlər həyata keçrilməli, bunların tətbiqini təmin etməklə müasir informasiya və kommunikasiya texnologiyaları əsasında, bir ortaq infrastrukturun informasiya mübadiləsinin təmin edilməsi, funksional vəzifələrin elektron xidmətlər əsasında göstərilməsi, səlahiyyətli mütəxəssislərin və istifadəçilərin təhlükəsizliyi təmin edilməklə fəaliyyət göstərməlidir.
Alternativ strategiyalar əsasında insan kapitalına əsaslanan strateji istiqamət kimi əhaliyə keyfiyyətli xidmətin təmin edilməsi, səhiyyə, təhsil, sosial istiqamətli bir sıra bu kimi xidmətlərin göstərilməsini aztəminatlı ailələrə xsusi diqqət yetriməsi davam etdirilməlidir. Sağlamlıq problemlərinin həlli istiqamətində ayrılan maliyyə vəsaitlərinin artımını təmin etməklə ümumi daxili məhsulun formalaşması və sağlamlıq obyektlərinin səmərəli və məqsədyönlü istifadəsini təmin edə biləcək mexanizmlər axtarılmalıdır. Sağlamlığın maddi- texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçiriləcək strategiyalar və yenidənqurma müasir tibb avadanlıqları ilə təchiz etməklə sağlamlıqla bağlı islahatlar davam etdirilməlidir.
İcbari tibbi sığorta tətbiq edilməli və onun keyfiyyətinə nəzarət mexanizmləri təkmilləşdirilməli, xəstələrin hüquqlarının qorunması təmin edilməlidir.
Müasir təhsil sisteminin formalaşması və təkmilləşdirilməsi çox önəmli məsələ olduğundan dövlət bu məsələyə daha çox diqqət ayırmalıdır.
Stimullaşdırıcı strategiyaların tətbiqi təhsilin keyfiyyətinin yaxşılaşdırılması və mexanizmləri təkmilləşdirməyə kömək edəcək.. Belə tədbirlərin həyata keçirilməsi və təhsil müəssisələrinin bütün növ müstəqilliyinin artırılması vacib məsələlərdəndir. Uşaqların məktəbə qədər təhsilin cəlb səviyyəsi Avropa ölkələrinin səviyyəsinə gətirilməlidir.
Ali təhsil müəssisələrini müvafiq texnologiya parkları ilə yaxınlaşdırmaq və birgə layihələr çərçivəsində işləmələri inkişafa təkan verə bilər. Bütövlükdə təhsil sisteminin informasiyalaşdırılması əsas amillərdəndir.
Azərbaycanda vahid təhsil sistemini yaratmaqla bütün təhsil müəssisələrində siniflərin kompyuterləşdirilməsı, proyektorlarla təchiz edilməsi, elektron lövhələrlə təchiz edilməsi günün tələbidir. Əhəmiyyətli dərəcədə elektron təhsilin tətbiqinin genişləndirilməsi, müəllim və tələbələr üçün texnologiyalar əsasında virtual mühit formalaşdırmaq imkanları yaradılmalıdır. Bu məqsədlə elektron vasitələrə maraq yaratmaqla yanaşı elektron təhlükəsizliyi təmin etmək lazımdır.
Pulsuz təhsil imkanları genişləndirilməli, resurslar əsasında Avropa təhsil prosesinə inteqrasiya etməklə yanaşı elektron təminatla artan ehtiyacları qarşılamaq üçün kitabxanalar modernizə edilməlidir. Distant təhsilə geniş imkanlar yaradılmalıdır. Təhsilin idarə edilməsində İKT-nin səmərəli inteqrasiyası davam etməklə yanaşı, təhsildə vahid informasiya sisteminin yaradılması təmin olunması üçün informasiya əsasında idarəetmə alətlərinin tətbiqini genişləndirmək lazımdır. Sənədlərin elektron dövriyyəsi sisteminin tətbiqi təhsildə şəffaflığı artıracaqdır. Eyni zamanda, yaradılmış onlayn dərs vəsaitlərindən istifadə imkanları genişləndirilməlidir.
Müəllimlərin əməyinin səmərəliliyinin mühüm amil olduğunu nəzərə almaqla, təhsilin uğurlu formalaşması vacib məsələdir.
İnteraktiv texnologiyaları bütün orta məktəb müəllimlərinin inkişafı üçün mobil sistem yaradılmalı və hər müəllimin İKT-dən istifadə bacarıqları artırılmalıdır.
Azərbaycanda müəllimlərinin təkmilləşdirilməsi dayandırılmamalı və müəllimlərin alacaqları beynəlxalq standartlara uyğun yenidən hazırlanması təlimlər prosesi keyfiyyətli həyata keçrilməlidir.
Sosial müdafiə sistemi təkmilləşdirilməli, ölkənin pensiya təminatı sistemi yaxşılaşdırılmalı, sığorta sisteminin etibarlı müdafiəsinin təşkili üçün mövcud imkanlardan səmərəli istifadə edilməlidir.
Sığortaçıların qeydiyyatı avtomatlaşdırılması təmin olunmalı və dövlət sosial sığorta sıstemi tam avtomatlaşdırılmalı və əlçatan olmalıdır.
Dövlət sosial sığorta və sığortalılar haqqında məlumat elektron formada auditin aparılmasına imkan verməlidir.
Əmək sahəsində milli informasiya sistemi quraraq əmək bazarında vəziyyətin monitorinqi və təhlilini aparmaq mümkün olmalıdır. Beynəlxalq əməkdaşlığı davam etdirmək üçün əmək miqrasiyanın tənzimlənməsi sisteminin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi vacib məsələlərdəndir.
Ictimai təhlükəsizlik sahəsində qəbul ediləcək qanunlar və nəzarət sisteminin təkmilləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi prosesi davam etdirilməlidir.
Fövqəladə halların qarşısının alınması üçün həyata keçiriləcək tədbirlərdə müasir informasiya texnologiyalarının tətbiqi, mülki müdafiə, yanğın təhlükəsizliyi və əhalinin qorunması önəmli məsələlərdir.
Gənclərin idman potensialının gücləndirilməsi sağlam və aktiv həyat tərzi Azərbaycanın inkişaf etməsi üçün lazımdır. Xüsusi diqqət ictimai resursların imkanlarının artırılmasına prioritet ictimai xidmətlər və onlardan idarəetmədə istifadə edilməsi, demokratiyanın əhəmiyyətli bir hissəsi kimi şəffaf bərabərlik, ədalətlilik prinsiplərinə uyğun olaraq ölkənin idarə edilməsi şəffaflıq şəraitində vətəndaşların maneəsiz bütün dövlət orqanlarına çıxış imkanları artırılmalıdır. Dövlətin informasiya təminatı dürüst və dolğun olmalıdır ki, ictimaiyyətin dəstəyini qazana bilsin. Bu baxımdan, məlumatlar hərtərəfli, anlaşılan, istifadəsi asan və pulsuz olmalıdır ki, vətəndaşların geniş kütləsi istifadə edə bilsinlər.
Uzunmüddətli strateji tədbirlər davam etdirilməli və məlumat azadlığının inkişafı təmin olunmalı və təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Milli qanunvericiliyə uyğun olaraq informasiya sektorunda və media tənzimləyici fəaliyyəti müasir texnologiyaların hərtərəfli dəstək verilməli KİV əsasında iqtisadi müstəqilliyinin gücləndirilməsi və potensialın artırılması qlobal informasiya məkanında öz mövqeyini tutmalıdır.
Məlumatların formalaşması telekommunikasiya şəbəkəsində yığılması, informasiya cəmiyyətinin yaranmasına kömək edəcək. İKT əsasında məlumatlarda prioritetlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün lazımi tədbirlər həyata keçrilməsi lazımdır. Əsas problemlərdən biri qlobal şəbəkə genişləndirilməsi milli informasiya resurslarının keyfiyyətinin artırılması və əhatə dairəsinin beynəlxalq ictimaiyyət səviyyəsinə qaldırmaqdır. İnformasiya sektorunda yeni formaların təşviqi ilə yanaşı, Azərbaycan dövləti tərəfindən aparılan strategiyalar dəstəkləməli ənənəvi informasiya resurslarının təşkilinin gücləndirilməsi və maddi - texniki bazanın daha da möhkəmlənməsi lazımdır.
Azərbaycan Respublikasının Qanununlarına uyğun hər bir vətəndaşın informasiya əldə etmək hüququ vardır. Bu baxımdan, ölkənin bütün fəaliyyətinin göstərilməsi üçün əsas maraq doğuran dövlət orqanlarının və onların bölmələrinin fəaliyyəti haqqında məlumatların əldə olunması İKT əsasında mümkün olmalıdır. Bu istiqamətdə nailiyyətlərə baxmayaraq, tədbirlər sürətləndirilməlidir.
Mədəni İrsin qorunması və səmərəli idarə edilməsi, Azərbaycan xalqının adət-ənənələrinin qorunması böyük əhəmiyyək kəsb edir. Azərbaycanın YUNESKO, İSESKO və digər beynəlxalq təşkilatlarda mədəni irsimizin təşviqini genişləndirmək lazımdır.
Ölkədə sosial, iqtisadi və mədəni inkişafı ilə bağlı muzey işinə yeni yanaşma təmin edilməlidir və edilməkdədir. Məlumatların tam qorunması və muzey kolleksiyaları beynəlxalq elektron muzey obyektlərinin məlumat bazasına daxil edilməklə yanaşı mərkəzləşdirilmiş informasiya sistemi yaradılmalı və yaradılmaqdadır.
Ətraf mühitin mühafizəsi və ekoloji məsələlər üzrə strategiyaların əsas məqsədlərindən biri ekoloji sabitliyə və davamlı sosial-iqtisadi inkişafa nail olmaq önəmli şərtdir. Yanacaq və enerjinin mənfi təsirlərinin azaldılması üçün alternativ strategiyalar əsasında biomüxtəliflik bərpa edilməlidir. Ətraf mühitin, dənizin çirklənməsinin qarşısının alınması və kompleks qorunması, yaşıl ərazilərin bərpası və mövcud olanların səmərəli qorunması gələcəkdə də davam etdirilməlidir. Xammal və təbii ehtiyyatların saxlanılması, ətraf mühitin mühafizəsi üçün zəruri tədbirlər həyata keçrilməlidir. Torpaqlardan səmərəli istifadə olunması problemləri daima ön planda saxlanması vacib problemlərdəndir.
Dostları ilə paylaş: |