Qrafik 11.1
Daxili proseslər və müxtəlif dövrlərdə dəyərin çatdırılması
Şirkət üçün istehsalın yüksəktexnologiyalı yeddi strateji istiqaməti göstərilmişdir. Belə məqamlarda strategiya onunla nəticələnə bilər ki, istehlak təklifini genişləndirmək və tam müştəri tələbinə yüksəkkeyfiyyətli məhsulun təklif edilməsi incə məsələləri həll edər. Belə strateji xəritənin (SX) əsasında müştərilərin idarə olunmasının iki komponenti, satışların təklifi və münasibətlərlə əlaqələrin idarə olunması durur. Burada əsas məqsəd müştərilərlə yeni əməkdaşlığın əsasını yaratmaqdan ibarətdir. Əməliyyatların idarə olunmasının iki istiqaməti, vaxtında dəqiq olmaq və elastik istehsal məhsulunun modifikasiyasının və sifarişçi tələblərinə uyğun olaraq daha çox qısa müddətdə onun vaxtında çatdırılması imkanının təmin edilməsidir.
İnnovasiya prosesinin iki komponenti - əmtəə və xidmətlərin inkişafı və texnologiyalara uyğun əməkdaşlıq burada mühüm əhəmiyyət daşıyır. Bu zaman, nou xau tarazlaşdırılmış mənbə olmalıdır ki, bu əsasda bazarın lideri, bazarda lider kimi qala bilsin. Strategiyanın qanunverici və sosial komponentləri cəmiyyətin formalaşmasıdır, şirkətlərin cəhdini əks etdirir və əsas üstün olan işə götürən öz işçilərinin yaşayış keyfiyyətinə təsir edən institutlar əsasında möhkəmlənməsinə imkan yaradır. Beləliklə, şirkətlər strategiyanın mürəkkəb strukturunu sadələşdirir, strateji istiqamətlərin yeddiyə qədər miqdarını azalda bilir, hansılardaki hər biri məntiqi istehlak təklifinin yaradılması və üstün maliyyə nəticələrinin alınması ilə bağlı olur (sxem 11.7).
Dostları ilə paylaş: |