Mədaxil sahəsi:
Gəlirlilik, rentabellik, səhim gəlirləri və s.
Bazardakı vəziyyət:
- Bura bazar payı, satış həcmi, rəqiblərin bazar payı, ümumi satışın həcmində ayrı - ayrı məhsulların payı və s. göstəricilər daxildir.
Məhsuldarlıq:
- Bura fərdi məhsul, material məsrəf, fərdi məhsuldarlıq gücünün faydalılıq əmsalı, ayrı-ayrı vaxtda istehsal edilən məhsulun həcmi və s. daxildir.
Maliyyə ehtiyatları:
- Bura kapital strukturunun xarakteri, təşkilatda pulun hərəkəti, kapitalın böyük dövriyyəsi və s. göstəricilər aiddir.
Şirkətin istehsal gücü:
- Bura istehsal gücündən istifadənin ölçüsü, fərdi texnikanın keyfiyyətini ifadə edən göstəricilər daxildir.
Məhsul istehsalı və texnikasının yenilənməsi, hazırlanması:
- Bura elmi - tədqiqat işləri sahəsində layihənin yerinə yetirilməsi xərcləri, yeni avadanlığın fəaliyyətə gətirilmə müddəti, məhsul istehsalının həcmi və müddəti, yeni məhsulun bazara çıxarılma müddəti, məhsulun keyfiyyəti və s. göstəricilər daxildir.
Dostları ilə paylaş: |