A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Göstəricilərin balanslaşdırılmış sisteminin



Yüklə 3,11 Mb.
səhifə192/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   188   189   190   191   192   193   194   195   ...   212
14.2. Göstəricilərin balanslaşdırılmış sisteminin

yaranmasının ilkin şərtləri

Şirkətin səmərəliliyinin qiymətləndirilməsinə mühafizəkar yanaşma son zamanlar müasir idarəetmənin və səhmdarların ehtiyaclarını təmin edir və ma­liy­yə göstəricilərinə əsaslanır. Halbuki, biznesin dəyərinə ən böyük təsiri qeyri-mad­di aktivlər göstərir. Bunlara bilik və əməkdaşların təcrübəsi, əmək­daş­larla və müştərilərlə münasibətlər, əmtəə markası və s. daxil edilir. Lakin şir­kətlərdə qı­samüddətli maliyyə göstəricilərinin yaxşılaşması üçün təhsilə xərc­lərin azal­ması tez - tez müşahidə olunur. Nəzərdə tutulan, əlbəttə, marketinq əsasında müş­tə­­rilərə təqdim edilən məhsulun və xidmətlərin keyfiyyətinin artırılmasıdır. Bu kon­tekstdə göstəricilərin balanslaşdırılmış sisteminin konsep­siya­sının hazırla­ma­sına ehtiyac, əlbəttə ki, böyükdür. Dörd balanslaşdırılmış gös­tərici əsasında şir­kətin işini qiymətləndirmək olar. Bunlara maliyyə mənbələri, daxili biznes pro­sesləri, müştərilərlə münasibətlər, həmçinin, təhsil və heyətin ixtisasının artırılması daxildir.

Fikrimizcə nailiyyət əldə etmək üçün, qısamüddətli maliyyə nəticə­lə­rinin saxlanılmasında şirkətin diqqətinin cəmləşməsi qeyri-maddi aktivlərə kifa­yət qədər investisiyaların cəlb edilməsinə gətirib çıxara bilər. Belə işin təşkili gələ­cəkdə şirkətin inkişafına imkan yaradır. Bu problemin həllinin variantların­dan biri göstəricilərin balanslaşdırılmış sisteminin tətbiqini təklif edir ki, bu da özün­də strateji idarəetmə indikatorlarını nəzərdə tutur. Xarakte­rizə edən ölçülər şir­kətin fəaliyyətinin bütün aspektləri üçün səmərəliliyin qiy­mət­ləndirilməsidir. Burada maliyyə, istehsal, marketinq və başqa göstəricilər nəzərdə tutulur.

Son zamanlar bütün böyük əhəmiyyət kəsb edən nəticələr, informasiya tex­­nologiyaları və intellektual kapital əsasında əldə edilir. Maliyyə göstəriciləri, şir­kətin fəaliyyətinin idarə etməsinin səmərəliliyinin təyin edilməsinin əsas meyarları ilə çıxış edirdi. Aktivlərin gəlirliliyi, məhsulun gəlirliliyi kimi, cəlb edilmiş kapitalın gəlirliliyini də müəyyən etmək lazımdır. Bu əmsalların kö­məyi ilə şirkətlərin menecerləri ən səmərəli fəaliyyət istiqamətlərini müəyyən edə bilir və biznesin maliyyə nəticələrinin artımı məqsədilə daxili ehtiy­at­la­rı yenidən paylaşdırırlar.

Yadda saxlamaq lazımdır ki, əməkdaşların təmin olunması məmnunluğu kimi, müştərilər, cəmiyyətdə ictimai və siyasi vəziyyət və s. kimi belə göstəricilər də mövcuddur. Bunlar hamısı hazırda şirkət üçün aktualdır və keçmişə yalnız təhlillər üçün nəzər salmaq lazımdır. Əldə olan vasitələrlə, sonradan bu məlumatlar göstəricilərə yönəlmiş sistemdə, maliyyənin yalnız köhnə tarixi ilə nəzərə alına bilər ki, maliyyə ölçüləri yalnız keçmişdə şirkətin müvəffəqiyyətini əks etdirə bilər.

Beləliklə, maliyyə və qeyri-maliyyə amillərinə qarşılıqlı tamamlayıcılar kimi baxılmalıdır. Qeyri - maliyyə göstəricilərini yalnız keyfiyyətin pul-kredit gös­tə­ricilərinə əlavə etmək məcbur deyil, lakin onlarla məntiqi əlaqə nəzərə alın­malıdır. Deməli, bütün göstəricilərin kompleks hesablama sistemindən istifadə etməklə bu tapşırığın həlli məntiq üzərində qurulmalıdır.

1920-ci illərdə əmələ gəlmiş şirkətlərin fəaliyyətinin nəticələrinin qiy­mət­ləndirilməsinin birinci modelləri maliyyə göstəricilərində xüsusi halda qu­rulurdu. Lakin 1970-1990-cı illərdə dəyərin qiymətləndirilməsinin başqa kon­sep­siyaları tətbiq olunmağa başlandı və şirkətin işinin səmərəliliyinin artırılması müm­künlüyü ortaya çıxdı ki, bu da göstəricilərin (Cədvəl 14.1) balanslaşdırılmış sis­teminin son illərdə böyük məşhurluq qazanması və səmərəli tətbiqi ilə bağlıdır.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin