A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Matris 15.1 Qiymətlərin keyfiyyətdən asılı olaraq formalaşması strategiyasının matrisi



Yüklə 3,11 Mb.
səhifə203/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   199   200   201   202   203   204   205   206   ...   212
Matris 15.1

Qiymətlərin keyfiyyətdən asılı olaraq formalaşması strategiyasının matrisi.





Qiymətlər

Yüksək

Orta

Aşağı

Keyfiy-

yət


Yüksək

Əlavə mükafat

Dərin səmimiyyətli bazar

Yüksək dəyərli əhəmiyyət

Orta

Şişirdilmiş qiymət

Orta səviyyə

Xeyirxah keyfiyyətlər

Aşağı

Soyğunçuluq

Süni parıltı

Aşağı qiymət əhəmiyyət

5. Həssas reaksiya cüzi dəyişikliklər bazarın konyukturasından, tələb və təklif yəni dəyişən (çevik) qiymətlər strategiyasını tələb edir.

6. Strategiya uzunmüddətli qiymətlər strategiyasına əsaslanır və bazarda qiymətin dəyişmələrinə məruz qalmır .

7. Psixoloji cəhətdən cəlbedici qiymət, yəni qurulmuş strategiya belədir ki, hər hansı bir "sərtə" uyğun olan məbləğdən bir qədər aşağı olur.

8. Həyata keçiriləcək strategiya üzrə malların "qiymət pilləkənləri" uy­ğun olan çeşiddə mal buraxır və ayrı - ayrı markalara əsasən və keyfiyyətindən ası­lı olaraq qiymətləri müəyyən edir. Bu zaman malların satışı üçün bazarın seq­mentləri istehlakçıların gəlirdən asılı olaraq hər bir seqmentin istiqaməti ilə baş verir:

- Malın keyfiyyəti və qiyməti nə qədər yüksək olarsa, deməli, is­teh­lakçıların gəliri yüksəkdir;

- Biz tam strategiya və qiymətin müəyyən edilməsi metodu haqqında biliklərə yiyələnmək üçün təcrübə və təşkil edilmiş kurslarından öyrənə bilərik.

Rəqabət mühiti əhatəsində olaraq, şirkətin apardığı rəqabət mübarizəsinin müxtəlif forma və üsullarından istifadə etməsi, bəzən isə ənənəvi hüdudlarını aşan rəqabətin istənilən üsuluna əl atması mümkündür. Lakin rəqabətin əhə­miyyəti və rolu şirkətin məhsulunun ümumi rəqabət mübarizəsi, bu əsasda heç də azalmır. Bundan əlavə, məhz rəqabətin son nəticəsi şirkətin məhsulunun uzun­müddətli qalması üçün həlledici məsələ sayılır. Əgər onun məhsulları baş­qa şirkətlərin məhsulları ilə rəqabətdə uduzursa, onu iflasdan heç nə qoruya bil­məz. “General Мotors" şirkətində (General Motors) yaran­mış vəziyyət buna parlaq nümunə ola bilər. Uzun müddət hesab edilirdi ki, bu superkorparasiya yalnız dövlətin qüdrətindən başqa heç bir qüvvə yıxa bilməz. Hesab edilirdi ki, Birləşmiş Ştatların “General Мotors" o qədər güclüdür ki, ona heç bir rəqabət mühiti qorxulu deyil. 1967-ci ildə C. Qelbreyt "Yeni sənaye cəmiyyəti" kitabında. yazırdı ki, Birləşmiş Ştatların “General Мotors" iqtisadi qüdrəti ona minik avtomobilləri, yük maşınları, soyuducular və digər məhsullar üçün qiymətləri təyin etmək imkanı verir və əmin olur ki, heç bir alıcı onun tək­lif etdiyi mallardan imtina etmir. Lakin, buna baxmayaraq, 80-ci illərdə Bir­ləş­miş Ştatların “General Мotors" şirkəti fəlakət həddində idi. Amerika dövləti bö­yük səylər göstərərdi və şirkəti xilas edə bildi. Səbəb isə Birləşmiş Ştatların “General Мotors", şirkətinin istehsal etdiyi məhsullar artıq dünya bazarında yapon şirkətlərinin məhsullarına rəqabət mübarizəsində məğlub olurdular. Bu isə çox önəmli məsələ idi.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin