A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Sxem 1.1 Biznesin inkişaf strategiyasının quruluşu



Yüklə 3,11 Mb.
səhifə23/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   212
Sxem 1.1

Biznesin inkişaf strategiyasının quruluşu

Biznes mühitin təhlili








Biznesin missiya və məqsədinin müəyyənləşdirilməsi

Biznesin inkişaf strategiyasının seçilməsi



Biznesin inkişaf strategiyasının yerinə yetirilməsi




Biznesin inkişaf strategiyasının qiymətləndirməsinə və reallaşdırmasına nəzarət



Biznesin inkişaf strategiyasında mühitin təhlili, adətən, strateji inkişafın əsas prosesi sayılır, çünki o firmanın və ya şirkətin missiya və məqsədlərinin müəyyənləşdirməsi üçün, həmçinin, firma və ya şirkətə öz missiyasını həyata keçirməyə və öz məqsədlərinə nail olmağa imkan verən davranış strategiyasının hazırlanması üçün bazanı təmin edir.

İstənilən strateji inkişafın əsas açar rolunu təşkilatın mühitlə qarşılıqlı əlaqədə balansın saxlanılması təşkil edir. Hər bir təşkilat üç prosesə cəlb olunmalıdır:

1. Xarici mühitdən ehtiyatların əldə edilməsi (giriş);

2. Ehtiyatların məhsula çevrilməsi (istehsalat);

3. Məhsulun xarici mühitə verilməsi (çıxış).

Biznesin inkişaf strategiyası zamanı giriş və çıxış balansı təmin olunmalıdır və əgər firma və ya şirkətdə bu balans pozulursa, deməli, o şirkət müflisləşir. Müasir bazarın gözə görünməyən tələbatı bu balansın saxlanılması zamanı çıxış prosesinin əhəmiyyətini kəskin şəkildə gücləndirib. Məhz bu, strateji inkişafın strukturunda birinci əsas göstəricilərin təhlili və bunların eyni fəsildə olmasının vacibliyi ilə öz əksini tapır.

Biznesin inkişaf strategiyasında mühitin təhlili üç tərkib hissənin öyrənilməsini nəzərdə tutur:

1. Makromühit;

2. Ətraf mühit;

3. Təşkilatın daxili mühiti.

Biznesin inkişaf strategiyası zamanı xarici mühitin təhlili (makro-ətraf mühit faktorlarına əsasən) şirkətlərdə uğurlu iş aparılarsa, gələcəkdə nəyə ümid edə biləcəyinə arxayın olmalıdır. Bundan əlavə şirkətlər üçün mühitin gətirdiyi mənfi faktorların qarşısını vaxtında ala bilməməsi səbəbindən və ya dəqiq müəyyənləşdirilməməsi yarana biləcək hansı gözə görünməyən çətinliklərin onu gözlədiyini aydınlaşdırmadan hərəkət etməsi çox qorxulu nəticələrə gətirib çixara bilər.

Biznesin inkişaf strategiyası qurulduğu zaman, makromühitin təhlilinin, iqtisadiyyata təsir imkanlarının, hüquqi tənzimləmə və idarəetmənin, siyasi proseslərin, təbii mühit və ehtiyatların, cəmiyyətin sosial və mədəni məsələlərinin, elmi-texniki və texnoloji inkişafın, infrastrukturun və s. öyrənilməsi vacibdir.

İnkişaf strategiyasının tərtib olunması zamanı ətraf mühitin özündə əsasən bu komponentlərin təhlili vacibdir:

- birinci alıcılar;

- ikinci təchizatçılar;

- üçüncü rəqiblər;

- dördüncü işçi qüvvəsi.

Daxili mühitin təhlili rəqabətli mübarizə şəraitində şirkətin öz məqsədinə çatmaq prosesinə ümid etdiyi yeni potensialları və imkanları açır. Bu zaman daxili mühitin təhlili həmçinin, şirkətin məqsədini aydınlaşdırmağa, missiyanı düzgün formalaşdırmağa, onun fəaliyyətinin istiqamətlərini və digər imkanları müəyyənləşdirməyə şərait yaradır. Həmişə yadda saxlamaq lazımdır ki, şirkət bazar üçün məhsul istehsal edən, həmçinin öz üzvlərinin mövcudluğu üçün onlara iş verən, onlara mənfəətdə iştirak etməyə imkan yaradan, onların sosial təminatına zəmanət verməklə və əlbəttə, digər imkanlarla da təmin etməyə çalışır.

Biznesin inkişaf strategiyası zamanı daxili mühitin aşağıdakı istiqamətlər üzrə təhlili həyata keçirilir:


  • Şirkətlərin kadrları, onların potensialı, peşəkarlığı, maraqları və s;

  • Şirkətlərdə idarəetmənin təşkili;

  • İstehsal və onun əməliyyat və texniki-texnoloji xarakteristikası, elmi-tədqiqatlar və hazırlanması;

  • Şirkətin maliyyə vəziyyəti;

  • Şirkətlərdə marketinq;

  • Korporativ mədəniyyət.

Aparılmış bütün təhlillərdə göründüyü kimi, şirkətlərdə giriş və çıxışı arasındakı balansı saxlamaq biznesin inkişafında əsas vəzifələrindən biri sayılır. Biznesin inkişaf strategiyası üçün lazım olan digər mühüm vəzifə təşkilatın fəaliyyətində maraqlı olan təsir göstərən müxtəlif sosial institutlar və insan qruplarının maraq balansının qurulmasıdır. Bazar iqtisadiyyatı şəraitində şirkətin hansı istiqamətdə hərəkət edəcəyini, onun missiya və məqsədinin oriyentasiyası zamanı maraqlar çərçivəsində balansı müəyyənləşdirilir.

Biznesin inkişaf strategiyasının proseslərinin biri kimi baxılan şirkətlərin müasir missiya və məqsədlərinin müəyyənləşdirilməsi hər biri böyük və son dərəcə məsuliyyətli iş tələb edən üç altprosesdən ibarətdir. Birinci altprosesdə görürük ki, bu formada şirkətin mövcudluğunu bildirən, şirkətin missiyasının formalaşmasıdır. Missiya şirkətlərə orijinallıq verir, xüsusilə də iş yerlərini peşəkar mütəxəsislərlə doldurur. Ardınca altproses kimi müəyyənləşdirilmiş uzunmüddətli məqsədlər gəlir. Bu hissə biznesin inkişaf strategiyasının idarə edilməsinin altprosesinin qısamüddətli məqsədlərinin yaradılması ilə başa çatır. Şirkətin missiyasının formalaşması və məqsədlərinin qurulması, şirkətin nə üçün fəaliyyət göstərdiyinə və çalışdığına səbəb olanları müəyyənləşdirərək aydınlıq gətirir.

Biznesin inkişaf strategiyasının seçilməsi zamanı, missiya və məqsədlər müəyyənləşdirildikdən sonra təhlil və inkişaf strategiyanın seçilməsi mərhələsi başlayır. Bu mərhələdə şirkətin hansı vasitələrlə məqsədlərə nail olmağı ilə bağlı qərarlar qəbul olunur. Biznesin inkişaf strategiyasının hazırlanması prosesi haqlı olaraq strateji inkişafın özəyi sayılır. İnkişaf strategiyasının müəyyənləşdirilməsi, ayrı-ayrılıqda bazara təklif olunan məhsullar və ya xidmətlərlə nə etməyi, şirkətin necə və hansı istiqamətdə inkişaf edəcəyi, bazarda hansı yeri tutacağı və s. məsələlər barədə hansı qərarlar qəbul edilməlidir suallarına cavab tapmalıdır.

Biznesin inkişaf strategiyasının yerinə yetirilməsi prosesinin xüsusiyyəti onun həyata keçirilməsi prosesindən deyil, yalnız şirkət tərəfindən qoyulmuş məqsədlər və inkişaf strategiyasının reallaşdırılması üçün baza yaratmaqdan ibarətdir. Təhlillər göstərir ki, şirkət tərəfindən seçilmiş inkişaf strategiyasını həyata keçirmək iqtidarında olmadığı hallar tez- tez müşahidə olunur. Bu ya təhlilin düzgün aparılmadığının, ya da xarici mühitdə gözlənilməz dəyişiliklər baş verdiyinin nəticəsi ola bilər. Yaddan çıxarmaq lazım deyil ki, biznesdə inkişaf strategiyası tez - tez həyata keçirilmir və ona görə də inkişaf strategiyasının reallaşdırılması üçün şirkətlədə potensialın hal-hazırda mövcudluğuna lazımınca diqqət yetirmək çox vacib məsələlərdəndir. Bu məsələlərin müasir təcrübədə, xüsusilə də insan potensialında istifadəyə istinad edilir.

Biznesin inkişaf strategiyasının yerinə yetirilməsi mərhələsinin əsas vəzifəsi həmin inkişaf strategiyasının uğurla həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdan ibarətdir. Beləliklə, biznesin inkişaf strategiyasının yerinə yetirilməsi, bu şirkəti bu vəziyyətə gətirən bazardakı strateji dəyişikliklərin həyata keçirilməsi və özünün qurduğu düzgün inkişaf strategiyasının təşkilinin həyata keçirilməsi olacaqdır.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin