1.4. Müasir şəraitdə biznes mühitinin təhlili və
nəticələrin şərhi
San Dieqo Beynəlxalq Universitetinin fəxri professoru, aparıcı korporasiyalarda praktik təcrübəyə malik, çox məşhur, biznesin inkişaf strategiyası məsələləri üzrə mütəxəssis, transmilli korporasiyaların inkişaf strategiyalarının hazırlanması və idarə olunması üzrə tanınmış amerikalı ekspert İgor Ansoffun tərəfindən yazılmış kitablar bu gün öz aktuallığı ilə seçilir. Bunlardan "Strateji idarə etmək üçün strateji planlaşdırma", "Korporasiyalar strategiyası", "Strateji İdarəetmə əsasları" kitablarını qeyd etmək olar.
İ. Ansoffin biznesin inkişaf strategiyası sahəsində yazdığı bu əsərləri əvvəlcə Amerikanın aparıcı jurnallarında məqalələr formasında, sonradan isə kitab halında çap etdirilmişdir. Yuxarda deyilən kitablar sanballı əsərlərdir və digər əsərlər arasında özünəməxsus yer tutur. Bu əsərlərdə müasir dövrdə şirkətlərin fəaliyyətinin mahiyyətinə əsaslanan funksiyaları, tarixi baxımdan biznesin nəzəri əsasları, inkişaf strategiyasının təşkili və idarə olunması aspektləri hərtərəfli təhlil edilmişdir.
Sovet hakimiyyətinin süqutundan sonra, ölkəmizin iqtisadiyyatının idarəedilməsinin radikal şəkildə yenidən qurulması iqtisadi mexanizminin bütün aspektlərində köklü dəyişikliklər aparılması tələb olunurdu. Sosialist istehsal münasibətlərindən sonra yaranmış bazar iqtisadiyyatı iştirakçılarının real iqtisadi maraqlara əsaslanan iqtisadi modelin yaranması və bir ictimai-iqtisadi formasiyadan digərinə keçid, yeni biznesin inkişaf strategiyasının yeni modellərini yaratmağı tələb edirdi. Əlbətdə, dövlət biznesin inkişaf strategiyalarını, iqtisadi müstəqillik olmadan qura və həyata keçirə bilməz. Yaranmış yeni dəyərlərə malik mühasibat uçotu, şübhəsiz ki, təşkilati və yeni iqtisadi mexanizm çərçivəsində şirkətlərin yeni iqtisadi istehsal və idarəetmənin bütün funksiyalarının müasir dövrdə, həyata keçirilən yeni üsulların ciddi dəyişməsinə səbəb oldu ki, bu da bazarın əsas iqtisadi əlaqələrinin bağlantısının bütün fəaliyyətin qiymətləndirilməsi üçün iqtisadi meyarları vurğulamağı tələb etdi. Əvvəlki sistemi ilə müqayisədə, xüsusilə, planlaşdırma sahəsində dərin dəyişikliklər baş verməkdədir. İqtisadiyyatın bütün səviyyələrində strukturun aramsıl nisbəti, istiqamət və uzunmüddətli perspektivdə bazar iqtisadiyyatı və onun əsas bölmələrinin inkişaf tempinin formalaşdırılması, dövlətin bazar iqtisadiyyatı çərçivəsində inkişaf siyasəti və strategiyası, yaranmış biznes şəbəkəsinin innovativ funksiyasiyalarının gücləndirilməsindən asılıdır.
Dövlət qlobal bazar iqtisadiyyatı şəraitində milli iqtisadi idarəetmə sisteminin yeni inkişaf strategiyasını milli iqtisadi sistemlə bağlamaqla yanaşı, regional inkişafın da ən mühüm vəzifələrinə diqqət yetirməlidir və bu baxımdan,biznesin inkişaf strategiyasının gücləndirilməsi vacib məsələlərdəndir və yəqin ki, gələcəkdə də belə qalacaqdır. Dövlət ,əsasən, dolayı yollarla səmərəli normalar sistemini tövsiyyə etməklə, indikativ planlaşdırma, rəqəmlərə nəzarət, eləcə də bir neçə məhdudiyyətlər vasitəsilə şirkətləri idarə etmək üçün yeni metod və metodogiyaları öyrənməlidir. Dövlət sifarişlərinin vacib qanunvericilik sistemi çərçivəsində keçirməklə, yalnız milli və digər ehtiyaclarını ödəmək üçün nəzərdə tutulduğunu yaddan çıxarmaq lazım deyil. Bazarın getdikcə rəqabət qabiliyyətini artırmaqla xarici aləmə açılması üçün dövlətin tənzimləyici rolununun artırması vacib vəzifələrdəndir .
Bazar iqtisadiyyatı mühitində müxtəlif xarakterli şirkətlər birbaşa öz bizneslərinin inkişaf strategiyalarının funksiyalarını aydınlaşdırmalıdır. Müasir dövrdə iqtisadiyyatın idarəedilməsinin radikal olaraq yenidən qurulması şəraitində dövlət, şirkətlərin müstəqilliyini saxlamaqla onları dövlət sifarişləri ilə təmin etməklə, istehlakçı tələbinə cavab verən məhsul və xidmətləri “yaradılmasına, sosial ehtiyacları” ödənilməsinə şərait yaradaraq biznesin inkişaf strategiyasına dəstək verilməlidir. Bu şirkətlər arasında iqtisadi rəqabətin inkişafı xüsusiyyətinə əhəmiyyət verərəkdən inkişaf strategiyası planlaşdırılmalıdır. Şirkətlərin müstəqillyi üçün bazarın real tərəfləri arasında sənaye və istehlak mallarına tələb əsasında, maliyyə və istehsal arasında bir balans olunmalıdır, bazar iştirakçılarının müqavilələrə və qanunlara əməl etmələri bütün iqtisadi fəaliyyətin əsasını təşkil etməlidir. Bu siyasət sahibkara öz biznesi üçün heç bir real qorxunu görməyə əsas vermir, istehlakçının ehtiyaclarının vaxtında və kefiyyətlə yerinə yetrilməsinə şərait yaradır. Bu vəziyyət, biznesin inkişaf strategiyasını planlaşdırmağa indi daha fərqli tələb olduğunu qarşıya qoyur. Əhəmiyyətli dərəcədə prinsiplərin işlənməsi, şirkətlərin öz bizneslərinin inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi məsələləri günün aktual probleminə çevrildiyi hamıya aydın olmalıdır.
Hər bir şirkət müəyyən mühitdə yerləşir və fəaliyyət göstərir. İstisna olmayan bütün şirkətlər də hər hansı bir fəaliyyət, əgər mühit həmin fəaliyyəti həyata keçirməyə yol veririsə, o zaman mümkün olur. Şirkətlərin daxili mühiti onun həyat fəaliyyətinin mənbəyidir. Bu şirkətin fəaliyyət göstərməsinə, müəyyən müddət yaşamağa və yaşatmağa imkan verən potensialı əks etdirir. Amma daxili mühit əgər şirkətin lazımı fəaliyyət göstərməsini təmin etməsə, bu zaman şirkət məhv ola bilər və hətta bazarda problem mənbəyi də ola bilər.
Xarici mühit şirkətin daxili potensialını lazımı səviyyədə saxlamaq üçün zəruri olan ehtiyatlar mənbəyidir. Bu zaman şirkət xarici mühitlə daima mübadilə vəziyyətindədir və o bununla da özünə uzun bir dövr üçün fəaliyyət imkanını təmin edir. Lakin yaddan çıxarmaq olmaz ki, xarici mühitin ehtiyatları qeyri -məhdud deyildir. Bu ehtiyatlara mühitdə yerləşən bir çox digər şirkətlər iddia edir. Ona görə də, həmişə ehtimal var ki, xarici mühitdən lazımı ehtiyatları daima almaq olmaz. Bu, şirkət üçün bir çox mənfi nəticələrə gətirib çıxarar və onun potensialını zəiflədə bilər. Biznesin inkişaf strategiyasının idarəedilməsinin vəzifəsi şirkətin potensialını bir səviyyədə saxlamağa imkan verən, onun məqsədinə nail olmaq üçün lazımı və uzunmüddətli perspektivdə ona yaşamaq imkanı verən mühitlə onun qarşılıqlı fəaliyyətinin təmin olunmasından ibarətdir.
Şirkətin inkişaf strategiyasını müəyyənləşdirmək və bu strategiyanı həyata keçirmək üçün idarə olunanın daxili mühiti, onun potensialı və inkişaf meyilləri haqqında təsəvvürlərin olmasının vacibliyi kimi, xarici mühitin, onun inkişaf meyilləri və şirkətin bu mühitdə tutduğu yer haqqında da biliklərə malik olmalıdır. Bu zaman daxili mühit şirkətin güclü və zəif tərəflərini açmaq üçün öyrənilir, lakin xarici mühit şirkətin öz biznesinin inkişaf strategiyasının məqsədlərini müəyyənləşdirəndə və onlara nail olmaq üçün, ilk növbədə, strateji inkişafın idarə olunmasını öyrənir.
Biznesin inkişaf strategiyasının idarə olunmasının üç vasitəsini ümumi məcmu kimi ətraflı nəzərdən keçirək. Bunlar makromühit, ətraf mühit və şirkətin daxili mühitidir. Biz ayrı-ayrılıqda hər bir mühitin təhlilinin necə aparıldığına dair elmi-nəzəri və praktiki bilikləri ətraflı öyrənəcəyik.
Makromühit şirkətin xarici mühitdə yerləşməsinin ümumi şərtlərini yaradır. Əksər hallarda makromühitin ayrıca şirkətə istinad edən spesifik xüsusiyyəti yoxdur. Halbuki, makromühitin vəziyyətinə təsir dərəcəsi müxtəlif şirkətlərdə müxtəlifdir. Bu, eyni zamanda, fəaliyyət sahələrində, həm də şirkətin daxili potensialında mövcud olan fərqlərlə bağlıdır.
Tamamilə aydındır ki, makromühitin iqtisadi komponentlərinin öyrənilməsi ehtiyatların necə formalaşdığını və bölündüyünü başa düşməyə imkan verir. Şirkətə daxil olmaq vəziyyəti müəyyənləşdirən ehtiyatlardan istifadənin səviyyəsindən asılıdır və bu digər şirkət üçün həyatı əhəmiyyətlidir. Bazar iqtisadiyyatının öyrənilməsi, ümumi daxili məhsulun həcmi, inflyasiya tempi, işsizlik səviyyəsi, faiz dərəcəsi, əmək məhsuldarlığı, vergi normaları, ödəniş balansı, tədiyyə balansı və s. məsələləri ilə yanaşı bir sıra göstəricilərin təhlilini nəzərdə tutur, bazar iqtisadiyyatı komponentlərinin öyrənilməsi zamanı iqtisadiyyatın inkişafının ümumi səviyyəsi, təbii ehtiyatların hasilatı, iqlim, rəqabət mühitündə münasibətinin tipi və inkişaf səviyyəsi, əhalinin strukturu, işçi qüvvəsinin təhsil səviyyəsi, yüksək əməkhaqqı kimi amillərə diqqət yetirmək lazımdır.
Biznesin inkişaf strategiyasının təşkili və idarə olunması üçün sadalanan göstəricilərin və amillərin öyrənilməsi elə də böyük maraq kəsb etmir. İlk növbədə, bizə biznesin aparılması üçün hansı imkanlar verildiyi önəmli maraq kəsb edir. Həmçinin, biznesin inkişaf strategiyasının təşkili və idarə olunmanın maraq sahəsinə ayrı -ayrı iqtisadi komponentləri təşkil edən şirkət üçün təhlükə potensialını müəyyən etmək və açmaq lazımdır. Dünya təcrübəsindən görünür ki, çox tez- tez imkanların və təhlükələrin ciddi şəkildə bir-biri ilə bağlı olduğu proseslər baş verir. Məsələn, işçi qüvvəsinin əməyinin aşağı qiymətləndirilməsi bir tərəfdən xərclərin azaldılmasına gətirib çıxarır, lakin digər tərəfdən o əməyin keyfiyyətinin azalması təhlükəsini özündə saxlayır.
Bazarın iqtisadi komponentlərinin təhlili heç bir halda onun ayrı-ayrı hissələrinin təhlilinə uyğun olmamalıdır. İqtisadi komponentlərin təhlili, bazarın vəziyyətinin kompleks qiymətləndirilməsinə istiqamətlənməlidir. İlk növbədə, bu, risk səviyyəsini, rəqabət mühitinin gərginlik dərəcəsini və işgüzar mühitin cəlbedicilik səviyyəsini təyin edir.
Biznesin inkişaf strategiyasının təşkili və idarə olunması zamanı, qanun və digər normativ aktların öyrənilməsini nəzərdə tutan, hüquqi normalar və münasibətlər çərçivəsində yaranan hüquqi tənzimləmənin təhlili şirkətə digər subyektlərlə qarşılıqlı münasibətdə özünün maraqlarını hüquqi və münasib üsullarla müdafiə etməyə, həmçinin, fəaliyyəti üçün yol verilən sərhədlərini müəyyənləşdirmək imkanları verir. Hüquqi tənzimləmənin öyrənilməsi yalnız hüquqi aktların məzmununun aydınlaşdırılmasına uyğun olmamalıdır. Hüquqi mühitin bazar iqtisadiyyatına təsiri, bu sahədə yaranmış ənənələr və qanunvericiliyin prosesual cəhətdən təcrübi olaraq həyata keçirilməsi kimi aspektlərə diqqət yetirmək vacib məsələlərdəndir.
Biznesin inkişaf strategiyasının təşkili və həyata keçrilməsinin idarə olunmasında makromühitin hüquqi komponentlərinin öyrənilməsində hüquqi müdafiə dərəcəsi, hüquq mühitinin dinamikası, cəmiyyətin hüquq sisteminin fəaliyyətinə ictimai nəzarətin səviyyəsi maraqlandırır. Fəaliyyətin hüquqi normalarının məcburilik dərəcəsi, həmçinin, onun bütün şirkətlərın fəaliyyətinə şamil olduğunu və ya qaydalarda istisnalar mövcud olduğunu aydınlaşdırmaq, nəhayət, təşkilatda hüquqi normaların pozulduğu hallarda ona qarşı sanksiyaların tətbiqinin labüdlüyünün aydınlaşdırması vacib vəzifələrdən biridir.
Biznesin inkişaf strategiyasının təşkili və həyata keçirildiyi dövrdə biz siyasi komponentləri nəzərə almaya bilmərik və bu baxımdan, makromühitin siyasi komponenti, ilk növbədə, hökumət öz siyasətini həyata keçirmək, mühitin və cəmiyyətin inkişafı ilə bağlı hökumətin niyyətini dəqiq təsəvvür etmək üçün öyrənilməlidir. Siyasi komponentin öyrənilməsi müxtəlif partiya strukturları tərəfindən hansı proqramı həyata keçirməyə çalışdığını, dövlət hakimiyyəti orqanlarında hansı lobbiçilik qrupunun mövcud olduğunu, hökumət ölkənin regionları və iqtisadiyyatının müxtəlif sahələrinə necə yanaşdığını, iqtisadi prosesləri tənzimləyən yeni qanun və yeni normativ aktların qəbul edilməsi nəticəsində qanunvericilikdə hüquqi tənzimləmədə hansı dəyişikliklərin mümkünlüyü aydınlaşdırılmalıdır və gələcək fəaliyyət bu istiqamətə cəmlənməlidir.
Bu zaman siyasi sistemin baza xüsusiyyətlərindən olanlarının vacibdliyi bunlardır: hökumət siyasətini hansı idealogiyanın müəyyənləşdirməsi, hakimiyyətin nə dərəcədə sabitliyi, onun nə dərəcədə öz siyasətini həyata keçirdiyi, ictimai narazılığın dərəcəsidir və müxalif siyasi qurumların nə dərəcədə güclü olduğunu aydınlaşdırılması vacibdir.
Makromühitin siyasi komponentinin əsas prosesi hakimiyyət uğrunda mübarizədir. Hakimiyyət,öz növbəsindən, pul münasibətlərinin necə tənzimləməsi ilə bağlı problemləri necə həll edir məsələsi də önəmlidir. Hakimiyyət bir tərəfdən pulu əldə etməyi necə həyata keçirməyi, digər tərəfdən isə dövlət ehtiyaclarına görə təşkilat necə və nə qədər pulu özgəninkiləşdirməyi müəyyənləşdirir. Bu iki proses şirkətin fəaliyyəti üçün imkan və təhlükə mənbəyidir.
Biznesin inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi zamanı sosial komponentlərin təhlilini də yaddan çıxarmaq olmaz. Makromühitin sosial komponentinin öyrənilməsi iş və həyat səviyyəsinə insanların münasibəti, cəmiyyətdə mövcud olan adət və inanclar, insani dəyərlərin bölüşdürülməsi, cəmiyyətin demoqrafik strukturu, əhalinin artımı, təhsil səviyyəsi, insanların təşkilatlanması və s. kimi sosial hadisə və proseslərin biznesə təsirini aydınlaşdırmağa istiqamətlənməlidir. Sosial komponentlər makromühitin digər komponentlərinə təsir etdiyi kimi, şirkətin daxili mühitinə də təsir xüsusiyyətləri də mövcuddur. Sosial proseslərin digər fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, onlar nisbətən ləng dəyişir, amma təşkilati mühitin əhəmiyyətli dəyişikliklərinə gətirib çıxarır. Ona görə də, şirkət sosial dəyişikliklərin mümkünlüyünü ciddi şəkildə izləməlidir.
Xarici mühitin sosial komponentində gedən proseslər şirkətin girişi kimi, çıxışına da təsir göstərir. Məhz, bu komponent istehlakçı tələbatının həcmi və istiqamətindən çox asılı olan şirkətin öz məhsulunu reallaşdırmaq imkanı bazarda istehlak tələblərinin formalaşmasına daha çox təsir göstərir.
Biznesin inkişaf strategiyasında, texnoloji komponentin təhlili yeni məhsul istehsalı, istehsal olunan məhsulun təkmilləşdirilməsi və istehsal texnologiyasının müasirləşdirilməsi və məhsulların satışı üçün elm və texnikanın inkişafının açdığı imkanlar da ,öz növbəsində, nəzərə alınmalıdır. Elm və texnikanın tərəqqisi şirkət üçün özündə böyük imkanlar və böyük təhlükələr daşıyır. Bir çox şirkətlər yeni açılan perspektivləri görmək iqtidarında deyil, çünki onların sahənin köklü dəyişikliklərinin həyata keçirilməsi üçün əsas yaradan texniki potensialdan kənarda fəaliyyət göstərdikləri faktı da təhlil edilməlidir. Müasirləşmədən geri qalaraq onlar bazar payını itirir ki, bu da onlar üçün son dərəcə mənfi nəticələrə gətirib çıxara bilər.
Biznesin inkişaf strategiyası zamanı yaddan çıxarmaq olmaz ki, məhsul və texnologiyaların yeniləşdirilməsinin güclü proseslərindən biri olan onların hazırlanması, laboratoriya şəraitində işlənməsi, yüksək texnologiyalı sahədə istehsal, müxtəlif sahələrin məhsullarını istehsalçıların əldə edə biləcəkləri bazara çıxarılması, texnologiyanın köçürülməsi prosesi adlanır. Uzun illər ərzində yaradılan və ayrı - ayrı məhsul növlərini ənənəvi bazarlarda saxlayan bu proseslər nəticəsində bir anda təcrübi olaraq kardinal dəyişikliklərə məruz qala bilər. Bu komponentlərin inkişafı nəticəsində nəzarət mexanizmləri bazarı ilə, mexaniki inteqral sxeminin tətbiqi nəticəsində bu bazarda, rəqəmli səsyazma sisteminin yaradılması nəticəsində audiotexnika bazarında inqilab baş verdi. Yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində aparılan bu araşdırmalar nəticəsində yeni məhsul istehsalında bir çox inqilabi dəyişikliklər gözlənilir.
Biznesin inkişaf strategiyası zamanı, texnologiyanın inkişaf prosesinin izlənməsi təkcə yeni texnoloji nailiyyətlərdən istifadənin vaxtında başlamasının lazım olduğu ilə bağlı deyil, həmçinin, firma və ya şirkətlərdə istifadə olunacaq texnologiyadan istifadəni qabaqcadan görmə və proqnozlaşdırmaq və lazımi məqamında imtina etmək bacarığı vacibdir. Bu, o deməkdir ki, makromühitin texnoloji komponentlərinin öyrənilməsi prosesi texnoloji yeniliklərlə başlayanda gecikməyə, yeni məhsul istehsalı və qabaqcıl texnologiyadan uzun müddət istifadəni ləngitməyə icazə verməyən qərarlar seçimini etməyə kömək edəcəkdir.
Biznesin inkişaf strategiyasını müəyyən edərkən, makromühitin müxtəlif komponentlərini öyrənərkən aşağıdakı iki məqamı həmişə nəzərə almaq vacibdir. Birinci odur ki, makromühitin bütün komponentləri bir – birinə çox güclü təsir edir. Bu komponentin dəyişilməsi makromühitin digər komponentlərinin dəyişilməsinə mütləq gətirib çıxarır. Ona görə də, onların öyrənilməsi və təhlili ayrıca deyil, sistemli şəkildə aparılmalıdır ki, ayrıca komponentin dəyişilməsini təkcə izləmək yox, həm də bu dəyişikliklərin makromühitin digər komponentlərinə təsirini aydınlaşdırmaq da mümkün olsun.
İkinci, makromühitin ayrı-ayrı komponentlərinin təsir dərəcəsi müxtəlif şirkətlər üçün müxtəlifdir. Xüsusilə də, təsir dərəcəsi şirkətin ölçüsündən, onun sahə mənsubiyyətindən, yerləşdiyi ərazidən və s. asılıdır. Hesab edilir ki, kiçik şirkətlərə nisbətən böyük şirkətlərin makromühitdən böyük asılılığı var. Makromühitin öyrənilməsində bunu nəzərə almaq üçün şirkət makromühitin hər bir komponentinə aid edilən, onun fəaliyyətinə əhəmiyyətli təsir göstərən xarici amillərdən hansının özü üçün lazım olduğunu müəyyən etməlidir. Bundan başqa, şirkət üçün təhlükə daşıyan bütün xarici amillərin siyahısını tərtib etməlidir. Şirkətə əlavə imkanlar yaradan dəyişikliklər üçün xarici amillərin siyahısını hazırlamaq vacibdir.
Biznesin inkişaf strategiyasını qurarkən və ya bu strategiyanı həyata keçirərkən xarici mühitin izlənməsi sisteminə xüsusi diqqət yetirmək lazımdır. Şirkətdə makromühitin komponentlərinin məhsuldar vəziyyətinin öyrənilməsi üçün xarici mühitin izlənməsinin xüsusi sistemi yaradılır. Bu sistem də hansısa xüsusi hadisələrlə bağlı xüsusi müşahidələrin aparılması və şirkətin xarici amilləri üçün mühim vəziyyətin müntəzəm izlənməsi (adətən,ildə bir dəfə) həyata keçirilməlidir. Müşahidələrin aparılması çoxlu müxtəlif üsullarla həyata keçirilə bilər. Ən geniş yayılmış müşahidə üsulları aşağıdakılardır:
Kitablarda, dövrü mətbuatda, digər informasiya orqanlarında dərc olunmuş materialların təhlili;
Peşəkar konfranslarda iştirak;
Təşkilatın fəaliyyət təcrübəsinin təhlili;
Təşkilatın əməkdaşlarının fikrinin öyrənilməsi;
Təşkilat daxilində sərbəst toplaşmaq və müzakirələrin keçirilməsi.
Makromühitin komponentlərinin öyrənilməsi onların əvvəllər və ya indi hansı vəziyyətdə qaldıqlarını bəyan etməklə bitməli deyil. Ayrı - ayrı mühüm amillərin vəziyyətinin dəyişdirilməsi üçün səciyyəvi olan meyilləri açmaq vacibdir və təşkilati hansı təhlükələrin gözlədiyini və gələcəkdə onun qarşısında hansı imkanlar açdığını görmək üçün bu amillərin inkişaf prosesləri proqnozlaşdırılmalıdır.
Biznesin strateji idarə edilməsində ,əsasən , onu nəzərə almaq lazımdır ki, makromühitin təhlili sistemini əgər ali rəhbərlik dəstəkləyibsə və o zəruri informasiya ilə təmin olunubsa və şirkətin strateji-planlaşdırma sistemi ilə sıx bağlıdırsavə nəhayət, bu sistemdə işləyən analitik, makromühitin vəziyyəti və şirkətin biznesinin inkişaf strategiyasına uyğun məsələləri haqqında məlumatlar arasında əlaqəni izləmə, bu informasiyaları təhlükə nöqteyi-nəzərindən qiymətləndirə və şirkətin inkişaf strategiyasının əlavə imkanlar hesabına həyyata keçirmək iqtidarında olan strateji məsələlər üzrə mütəxəsislərin işləri ilə uzlaşarsa lazımi səmərə verəcəyinə heç bir şübhə ola bilməz.
Dostları ilə paylaş: |