Xarici amillər:
1. Şirkətin fəaliyyət dairəsi və məhsul istehsalının müxtəliflik dərəcəsi, şirkətlərin çoxşaxəliliyi;
2. Şirkətin son nailiyyətlərinin təbiəti, ümumi xarakteri və öz mülkiyyətinin bir hissəsinin satılması;
3. Son dövrdə şirkətin strukturu və fəaliyyət istiqaməti;
4. Şirkətin son vaxtlar uyğunlaşdığı imkanlar;
5. Xarici təhlükələrə münasibət.
Daxili amillər:
1. Şirkətin məqsədləri;
2. Mövcud bazarın bölüşdürülməsi kriteriyalar və istehsal olunan məhsul üzrə kapital qoyuluşunun struktur mövcudluğu;
3. Rəhbərlik tərəfindən həm maliyyə risklərinə münasibət, həm də real təcrübəyə uyğun olaraq maliyyə sisteminin həyata keçirilməsi;
4. Tədqiqat və inkişaf sahəsində səylərə diqqətin yönəldilməsi dərəcəsi və səviyyəsi;
5. Ayrı-ayrı funksional sahələrin strategiyası (marketinq, istehsal, kadrlar, maliyyə, elmi, tədqiqat və menecment).
Müasir bazar iqtisadiyyatı şəraitində biznes portfelinin təhlili idarəetmə strategiyasının ən mühim alətlərindən biri kimi çıxış edir. O, biznesin ayrı – ayrı hissələrinin bir–biri ilə çox bağlılığı və bütöv portfel kimi onun hissələrinin sadə məbləğindən fərqliliyinin mövcudluğu və onun ayrı–ayrı hissələrinin vəziyyətinə münasibətdə şirkət üçün çox vacibliyi haqqında əyani təsəvvür yaradır. Biznesin inkişaf portfelinin təhlilinin köməyilə daxil olan pulların yenilənməsi və risk kimi biznesin vacib amillərini balanslaşdırmaq olar.
Tam məsuliyyəti ilə demək olar ki, biznesin inkişaf portfelinin təhlili strateji planlaşdırmanın əsasıdır. Eyni zamanda, yadda saxlamaq lazımdır ki, biznesin inkişaf portfelinin təhlili – strateji idarəetmənin yalnız bir alətidir və o nə strateji idarəetmənin tərkibi kimi strateji planlaşdırmanı, nə də ki, ümumiyyətlə, strateji idarəetməni bütövlükdə dəyişmir. Həmin rəy metodoloji əhəmiyyət kəsb edir, çünki biznesin inkişafı portfelinin təhlili prosesi kifayət qədər tez-tez əhəmiyyətli dərəcədə şişirdilmir.
Biz burada yalnız biznesin inkişaf strategiyasının seçilməsi zamanı nəzərə alınması lazım olan biznes portfelinin təhlilinin həmin məsələləri üzərində dayanmağı vacib hesab edirik. İnvestisiya portfelinə ətraflı biznesin inkişaf strategiyasına həsr olunmuş növbəti bölmələrdə təhlili aparılacaqdır.
Biznesin inkişafı üçün investisiya portfelinin təhlilinin həyata keçirilməsinin 6 (altı) addımı qeyd edilib (Smith Arnold and Bizzel, s.140-143).
1. Birinci addım – biznesin inkişafı üçün investisiya portfelinin təhlilinin məqsədi ilə şirkətdə səviyyə seçilir. Şirkət təkcə özünün mikrosəviyyəli təhlilini həyata keçirə bilməz. Biznesin inkişafı üçün investisiya portfelinin təhlilində məhsulun ayrıca səviyyəsindən başlayıb və şirkətin yuxarı səviyyəsində başa çatan iyerarxiya səviyyəsini müəyyən etməlidir.
2. İkinci addım – Biznesin Strateji Vahidləri (BSV) adlanan ədədi təhlil biznesin inkişafı üçün investisiya portfelinin təhlilinin matrisini mövqeyinin müəyyən edilməsi zamanı onlardan istifadə etmək üçün lazımdır. Çox vaxt biznesin strateji vahidləri istehsal vahidlərindən seçilir. BSV oxşar tələbatı ödəyən bir məhsul və ya bir neçə məhsulu əhatə edə bilər, bəzi şirkətlər BSV – ya məhsul-bazar seqmenti kimi də baxa bilər.
3. Üçüncü addım – biznesin inkişaf strategiyası üçün investisiya portfelinin təhlili matrisinin parametrlərinin zəruri məlumatlarının seçimə münasibətdə aydınlığı, həmçinin, portfelin təhlilini aparacaq dəyişən seçim üçün müəyyənləşdirilir. Məsələn, sahənin cəlbediciliyinin öyrənilməsində dəyişikliklər bazarın ölçüsü, inflyasiyadan müdafiə dərəcəsi, gəlirlilik, bazarın inkişaf tempi, dünyada bazarın bölüşdürülməsi dərəcəsi ola bilər. Biznesin gücünün ölçülməsi üçün bazar payı, bazar payının inkişafı, aparıcı markaya münasibətdə bazar payı, keyfiyyətdə və ya digər xüsusiyyətlərdə (məsələn, xərclər, liderliyə münasibət) gəlirlilikdə liderlik kimi dəyişikliklərdən istifadə edilir. Matrislərin ölçülərinin müəyyənləşdirilməsi zamanı həcmin vahid ölçüdə seçimi, vahid bazanın aparılması norması, müvəqqəti fasilələr və s. çox vacib rol oynayır. Biznesin inkişafı üçün investisiya portfelinin təhlilinin keyfiyyətli aparılması üçün ölçü matrisini müəyyən edən bütün bu amillər mühim rol oynayır.
4. Dördüncü addım – bir çox istiqamətdə məlumatların toplanması və təhlili aparılır və bu zaman, 4 (dörd) ən mühim istiqamətin ayrıldığını biz nəzəri cəhətdən müəyyən edə bilirik:
1. Sahənin cəlbediciliyi baxımından müsbət və mənfi cəhətlərin olması, sahənin risklilik dərəcəsi və xarakteri və s;
2. Şirkətin sahədə rəqabət mühitində mövqeyi, həmçinin, şirkətin ümumi rəqabət mövqeyi, rəqabətin ayrı – ayrı əsas xarakteristikaları üçün xüsusi şkala üzrə qiymətləndirmə;
3. Şirkətdə sahənin cəlbediciliyinin qiymətləndirilməsi deyil, şirkətə münasibətdə təhlükə və imkanların qiymətləndirilməsi;
4. Hər bir rəqabətli sahədə rəqabətli mübarizə üçün şirkətin investisiya potensialının mövqeyi baxımından ixtisara düşən kadrların və ehtiyatların mövcudluğu.
5. Beşinci addım – investisiya portfelinin cari vəziyyətinin təsvirini verən biznesin inkişafı üçün investisiya portfelinin matrisinin təhlili və qurulması, bunun əsasında rəhbərlik şirkətin biznesin inkişafı üçün investisiya portfelini gözlənilən matrisin gələcək vəziyyətini planlaşdıra bilər. Bu zaman rəhbərlik matrisin dəyişmə dinamikasına uyğun dörd müvafiq ssenari hazırlamalıdır. Birinci, ssenari mövcud tendesiyaların ekstropolyasiyası üzrə qurulur, ikinci, əlverişli vəziyyət ətrafında olacaq, üçüncü ssenari böhran vəziyyətində baxılacaq və nəhayət, dördüncü ssenari şirkətin arzuolunan inkişafını əks etdirir.
Matrisdə dinamik dəyişikliklərin işlənməsi şirkətin qarşısında duran məqsədlərə nail olmağına, biznesin inkişafı üçün investisiya portfelini yeni nailiyyətlər vəziyyətinə gətirəcəkmi?
Bax, bu suala aydınlıq gətirmək üçün aşağıdakı təhlillər aparılır. Bunun üçün rəhbərlik gərək qabaqcadan deyilən investisiya portfelinin ümumi vəziyyətini qiymətləndirsin. Xüsusilə, investisiya portfelinin vəziyyətini proqnozlaşdıran xüsusiyyətləri aşağıdakı şəkildə aydınlaşdırmaq olar:
İnvestisiya portfelinə kifayət qədər keyfiyyətli və biznesdə cəlbedici sahələr daxildirmi?
Bəs, investisiya portfelinə çoxlu suallar və müəmmalı məntiqsiz yanaşmalar görünürmü?
Yeni məhsulu maliyyələşdirmək və perspektiv portfel hazırlamaq üçün kifayət qədər sabit gəlirli məhsullar varmı?
Hazırkı dövr üçün investisiya portfeli kifayət qədər mənfəət kimi pul da verirmi?
Mənfi meyillərin təzahürü bazarda investisiya portfelinə çoxmu toxunacaq?
Rəqabət mənasında zəif olan bizneslər investisiya portfelində çoxdurmu?
Rəhbərlik bu məsələlərə cavabdan asılı olaraq yeni məhsul istehsalı üçün yeni investisiya portfelinin formalaşdırılması zəruriliyin qənaətinə gələ bilər.
6. Altıncı addım – biznesin inkişaf strategiyasına uyğun olaraq investisiya portfelinin istəyinə əsasən şirkətin öz məqsədlərinə nail olması üçün hansı variantlar daha yaxşı olarsa, onları həyata keçirir? Bu barədə danışarkən qeyd etmək vacibdir ki, biznesin inkişaf portfelinin təhlili matrisi özlüyündə qərar qəbul edilməsi vasitəsi deyil. Bu hallar yalnız biznesin inkişafı üçün investisiya portfelinin vəziyyətini göstərir ki, rəhbərlik qərar qəbul edərkən onları nəzərə alsın.
Rəhbərlik şirkətin inkişaf strategiyasını seçərkən və bu strategiyanı həyata keçirərkən əsas amillərin təhlilini, biznesin inkişafı üçün investisiya portfelinin təhlilinin, şirkətin strategiyanın tətbiqindən sonrakı vəziyyəti və nəticəsi, həmçinin, həyata keçrilən yeni strategiyanın mahiyyəti və xarakteri hesabına səciyyələndirilməsi ilə məşğul olmalıdır.
Biznesin inkişaf strategiyasını seçərkən, aşağıdakı əsas amilləri nəzərə almaq tövsiyyə edilir:
- Sahənin vəziyyəti və şirkətin sahədəki mövqeyi, şirkətin inkişaf strategiyasını seçən zaman çox mühüm rol oynayır. Aparıcı, güclü şirkətlər onların liderlik vəziyyətini doğuran və bu vəziyyəti möhkəmləndirən imkanlardan maksimum istifadə etməyə çalışır. Lider şirkət sahənin vəziyyətindən asılı olaraq biznesi üçün müxtəlif inkişaf strategiyaları seçməlidir. Məsələn, əgər sahə tənəzzülə doğru gedirsə, onda çoxşaxəli strategiyaya meyil etməlidir, əgər sahə sürətlə inkişaf edirsə, onda seçim cəmlənmiş inkişaf strategiyasına, ya da inteqrasiyaedilmiş inkişaf strategiyasına yönəldilməlidir.
- Zəif şirkətlər özünü başqa cür aparmalıdır. Onlar gücünün artırılmasına gətirib çıxaran strategiyanı seçməlidir. Əgər elə strategiya yoxdursa, onda onlar bu sahəni tərk etməlidir. Məsələn, cəhdlərin cəmlənmiş inkişaf strategiyasının köməyilə sürətlə artan sahədə güclənirsə, arzuolunan vəziyyətə gətirib çıxarmayacaq, bu zaman şirkət ixtisar strategiyalarından birini həyata keçirməlidir.
Tompson və Strikland (Thompson and Strickland, səh 97) şirkətin rəqabət mövqeyi və məhsul bazarının inkişaf dinamikasından asılı olaraq aşağıdakı strategiyanın seçim matrisini təklif etdilər:
Bazarın yavaş inkişafı dedikdə nə başa düşürük? Biznesdə mümkün qaydada strateji üstünlük nədən ibarətdir?
Şirkətin biznesinin inkişaf strategiyasının yeni məqsədi konkret hər bir şirkətə münasibətdə yeni strategiya seçimində unikaldır və ona orijinallıq verir. Yalnız bir məqsəd var, şirkət daha çox mənfəət əldə etmək və bazar rəqabətinə dözərək müflisləşməməyə çalışır. Məsələn, əgər məqsədlər şirkətin sürətli inkişafını ehtimal edirsə, onda ehtimal edilən inkişaf strategiyası seçilə bilməz, hətta baxmayaraq ki, həm bazarda və həm də sahədə olduğu kimi şirkətdə da bunun üçün hər cür potensial var (matris 3.1).
Dostları ilə paylaş: |