A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Cədvəl 1.1 Şirkətin güclü və zəif tərəflərinin təhlili



Yüklə 3,11 Mb.
səhifə27/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   212
Cədvəl 1.1

Şirkətin güclü və zəif tərəflərinin təhlili


Sahə

Amillər

Təhlil üçün suallar

Kadrlar

  • İdarəedici heyət;

  • Əməkdaşların əxlaqı və ixtisas­laş­ması;

  • Sahə üzrə orta hesabla və rəqiblə­rin analoji göstəriciləri ilə müqayi­sə­­də işçilərin əməkhaqqlarının məc­musu;

  • Kadr siyasəti;

  • İşin yerinə yetirilməsinin moti­va­si­yası üçün stimuldan istifadə;

  • İşçi qüvvəsinin istehsal dövrünə nəzarət etmək imkanları;

  • Kadr axıcılığı;

  • Əməkdaşların xüsusi ixtisaslaş­ması;

  • Təcrübə.

  • Ali rəhbərlik hansı idarəetmə üsullarından istifadə edir?

  • Ali rəhbərliyin dəyər sistemində dominant nədir?

  • Ali rəhbərlik neçə müddət bu cür mövqedədir və neçə müddət təşkilat onda qalmaq niyyətindədir?

  • Orta səviyyəli menecerlərin ixtisaslaş­ması nə dərəcədə onlara xərclərin azaldıl­ması və keyfiyyətin artırılması, fəaliyyətin təqvim qrafikinə aid olan planlaşdırma və nəzarət məsələlərinin öhdəsindən gəlmə­sinə imkan verir?

  • Təşkilatdakı işçilərin ixtisaslaşması onların cari və gələcək vəzifələri yerinə yetirməsinə uyğundurmu?

  • İşçilərin ixtisaslarına uyğun yerləşməsi vəziyyəti və təşki­latda onların işi hansı motivlər əsasın­da qurulub?

  • Digər təşkilatdakı eyni ixtisaslı işçilərlə müqayisədə təşkilatda əməyin ödənilməsi siyasəti necədir?

Təşkilat­da ümumi idaretmə

  • Təşkilati struktur;

  • Firmanın imici və nüfuzu;

  • Təşkilatda kommunikasiya sistemi;

  • Bütün təşkilat üçün ümumi nəza­rət sistemi (effektivlik və istifadə);

  • Təşkilati mühit, mədəniyyət;

  • Qərar qəbuletmə prosesində sis­tem­ləş­dirilmiş proses və texnikalardan istifadə;

  • Ali rəhbərliyin maraqları, ixtisaslaş­ması və peşəkarlığı;

  • Strateji planlaşdırma sistemi;

  • Firmadaxili sinergiya (çoxsahəli firmalar üçün) .

  • Təşkilatda hüquq və səlahiyyətlərin bölüşdürülməsi dəqiqdirmi?

  • Təşkilati təcrübədə idarəetmə xərcləri­nin azaldılması mövcuddurmu?

  • Təşkilatın məqsədlərinə nailolma prose­sində müxtəlif struktur bölmələrinin qarşılıq­lı fəaliyyəti səmərəlidirmi?




İstehsal

  • Tədarükçülərlə münasibətdə xammalın dəyəri və mövcudluğu;

  • Ehtiyatların nəzarət sistemi, ehtiyatların dövriyyəsi;

  • İstehsal fondlarının yerləşdiyi ünvanlar və bu fondların gücündən istifadə;

  • İstehsal prosesində qənaət;

  • İstehsal gücünün və onun texniki cəhətdə səmərəliliyinin yüksəlməsi;

  • Üst podratçı sistemindən istifadə;

  • Şaquli inteqrasiya səviyyəsi, xalis məhsul və gəlir;

  • Avadanlıqlardan istifadənin səmərəsi;

  • Məhsul hazırlanması prosesinə nəzarət;

  • İşçilərin strategiyaya uyğun hazırlan­ması və iş cədvəlinin tərtib edilməsi;

  • Satınalınma;

  • Keyfiyyətə nəzarət;

  • Rəqiblərlə münasibətdə və eyni sahə üzrə xərclərin həcminin müqa­yisəsi;

  • Tədqiqatlar və araşdırmalar, innovasiya;

  • Patent, ticarət markaları və malın anoloji hüquqi müdafiə formaları;

  • Rəqabət uyğun tələblərinin istehsal gücü bu günə uyğundurmu, bunlar ən müasiridirmi və ya onlar mənəvi cəhətdən köhnəlibmi?

  • İstehsal fondlarının gücündən istifadə nə dərəcədə səmərəlidir, tam istifadə olunurmu və istehsal bazasını yeniləşdirmək üçün imkanlar mövcud­durmu?

  • Tədqiqatlar, işləmələr nə dərəcədə faydalıdır?

ETİ prinsipcə yeni məhsulun yaradılmasına imkan verirmi?

Marke­tinq

  • Firma tərəfindən istehsal edilən məhsul (xidmət);

  • Bazar haqqında zəruri informasi­yanın toplanması;

  • Malların (xidmətlərin) nomenkla­turası və genişləndirmə potensialı;

  • Əsas məhsulun həyat tsikli;

  • Bölüşdürmə kanallarının sayı, əhatə dairəsi, nəzarət;

  • Təşkilatda satış: alıcıların tələbatını bilmək;

  • Malların (xidmətlərin) imici, nüfuzu və keyfiyyəti;

  • Bazarda malların irəlilədilməsi və reklam;

  • Qiymət siyasəti;

  • Bazarla əks-əlaqə yaradan proseslər;

  • Yeni məhsullara xidmət və bazarla­rın inkişafı;

  • Satışdan sonrakı xidmət və məhsul satışının izlənməsi;

  • Markaya münasibət.

  • Təşkilatın məhsulunun güclü və zəif tərəfləri nədir: dizayn, keyfiyyət, çatdırılma, zəmanət;

  • Təşkilatın qiymət siyasəti necədir, o liderdirmi və ya qiymət davamçısıdır?

  • Bazar payı nə qədərdir və təşkilat onu nə qədər möhkəm saxlayır, bazar payının dəyişilməsi tendesiyası necədir?

  • Yeni məhsullarla bazara çıxmaq və ya yeni bazarları mənimsəmək üçün imkanlar varmı?

  • Təşkilat bazarda apardığı araşdırma nəticəsində alıcıların tələblərinə uyğun öz fəaliyyətlərinin istiqamətlənməsinə icazə verən zəruri informasiya ilə təmin edə bilirmi?

Mühasi­bat- uçotu

  • Qısamüddətli kapitalın cəlb edilməsi imkanları;

  • Uzunmüddətli kapitalın cəlb edilməsi imkanları;

  • Eyni sahə ilə müqayisədə kapitalın dəyəri və rəqiblərin kapitalının dəyəri;

  • Vergiyə münasibət;

  • Səhibkarlara, investorlara, sahiblərə münasibət;

  • Alternativ maliyyə strategiyaların­dan istifadə imkanı;

  • “İşçi” kapitalı: kapitalın çevik strukturu;

  • Məsrəflərin effektivliyinə nəzarət, məsrəflərin azaldılması imkanları;

  • Xərclərin uçot sistemi, büdcənin tərtibi və gəlirin planlaşdırılması.

  • Təşkilatın fəaliyyətinin maliyyə göstəricilərinin dəyişməsində tendesiya necədir?

  • Ayrı-ayrı bölmələrin təminatında gəlirin faizi nə qədərdir?

  • Gələcəkdə istehsal ediləcək tələbatların təminatı üçün əsaslı kapital xərcləri kifayətdirmi?

  • Təşkilatın rəhbərliyinə maliyyə institutu lazımi hörmətlə yanaşırmı?

  • Aqressiv və vergi siyasətinin dərin bilikləri əsasında idarəetmə təmin edilirmi?

Yuxarıdakı cədvəldə bizim məntiqi fikrimizi tamamlamaq üçün təşkilati mədəniyyətinin təhlili də vacib faktorlardandır və bu baxımdan şirkətin daxili mühitinin müxtəlif aspektlərinin öyrənilməsi sırasında, həmçinin, təşkilati mədəniyyətin təhlili də böyük məna kəsb edir. Elə bir şirkət yoxdur ki, onun təşkilati mədəniyyəti olmasın. Bu faktorlardan hər bir şirkətin əməkdaşları öz vəzifələrini yerinə yetirirərkən onların bir-birinə, həmçinin, öz şirkətləri ilə münasibətləri necədir, bax, bu faktorları öyrənilməlidir. Təşkilati mədəniyyət şirkətin güclü çıxış etməsini, onun strukturunun rəqabət şəraitində yaşaya bilməsini təmin edir. Lakin yadda saxlamaq lazımdır ki, təşkilati mədəniyyət şirkəti zəiflədə bilər, hətta onun yüksək maliyyə və texniki - texnoloji potensialı olduğu halda belə, onun uğurlu inkişafı təminatı oluna bilməz. Biznesin inkişaf strategiyasını quran zaman şirkətin hansı strateji idarəetməni seçməsi üçün təşkilati mədəniyyətin təhlilinin xüsusi əhəmiyyəti, onun təkcə şirkətlərdə insanlar arasındakı münasibətin hansı səviyyədə olunacağında deyil, həmçinin bu şirkətin xarici mühitlə qarşılıqlı əlaqəni hansı formada qurmasından, öz müştəriləri ilə necə rəftar etməsindən və rəqabət mübarizəsi üçün gələcəkdə hansı metodları seçməsindən aslıdır.

Şirkətlərdə təşkilati mədəniyyət aşkar şəkildə təzahür edilmədiyi üçün onu öyrənmək çox çətindir. Lakin, buna baxmayaraq, şirkətin güclü və zəif tərəflərini qiymtələndirməyə kömək edən təşkilati mədəniyyətin bir neçə sabit xüsusiyyətləri vardır. Təşkilati mədəniyyət haqqında informasiyanı şirkətin təqdim etdiyi müxtəlif informasiya mənbələrindən almaq olar. Güclü təşkilati mədəniyyətə malik olan şirkət, orada çalışan insanların vacibliyini vurğulayır, öz fəlsəfəsinin izahına, özünün dəyərlərinin təbliğinə böyük diqqət yetirir. Həmçinin, zəif təşkilati mədəniyyətə malik olan şirkət öz fəaliyyətinin keyfiyyət aspektlərindən və təşkilatın formal vəziyyətindən öz nəşrlərində qeyd etməyə çalışır.

Təşkilati mədəniyyət haqqında təsəvvürlər öz iş yerlərində əməkdaşların necə çalışdıqlarını, onlar bir-biri ilə necə qarşılıqlı əlaqədə olduqlarını, danışdıqlarında nəyə üstünlük verdiklərini göstərir. Təşkilati mədəniyyəti başa düşmək üçün şirkətdə karyera sistemini necə qurmaq lazım olduğunu və işçilərin inkişafı üçün hansı kriteriyalara üstünlük verdiyini bilmək lazımdır. Əgər təşkilatda işçilər tez irəliləyirlərsə və nəticədə fərdi nailiyyətlər əldə edirlərsə, o zaman güman etmək olar ki, zəif təşkilati mədəniyyət mövcuddur. Əgər əməkdaşların karyeraları uzunmüddətli xarakter daşıyırsa və kollektivdə yaxşı işləmək bacarığı olanların irəliləməsinə üstünlük verilirsə, o zaman belə şirkətin güclü təşkilati mədəniyyətə malik olduğu aydındır.

Təşkilati mədəniyyət anlayışı şirkətin davamlı tələbi olan yazılmamış davranış normaları, ənənəvi fəaliyyətləri və s. məsələləri öyrətməyə şərait yaradır və bu şirkətin əməkdaşları bütün bunlardan nə dərəcədə məlumatlıdırlar və nə dərəcədə bütün bunlara ciddi yanaşmalıdırlar. Əgər əməkdaşlar öz şirkətlərinin tarixi haqqında yaxşı məlumatlıdılarsa, qayda-qanunlara, təşkilati simvola ciddi və hörmətlə yanaşırsa, bu zaman təşkilat güclü təşkilati mədəniyyətə malikdir.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin