Aban aban iş olmaz, bəsləməsən qız olmaz



Yüklə 5,82 Mb.
səhifə18/59
tarix21.11.2018
ölçüsü5,82 Mb.
#84359
1   ...   14   15   16   17   18   19   20   21   ...   59

çörəksiz ol, ürəksiz yox.

çörəyə quru deyir, ayrana duru.



çörəyə quru diyir, ayrana duru deyir.

çörəyi itə ver, əti acıya it götü.

çörəyi qurudur, ayranı duru.

çörəyi qurudur, ayranı duru.

çörəyi topraqdan al, ağızdan yox.

çörəyi yavan yedə, yavıya yemə.

çörəyin ağacı var, ağacında çörəyi var.



çörəyin ağacı var, ağacında çörəyi var.

çörəyin dadı, çörək yiyəsinin üzündədir.

çörəyin qalsa ağızda qaçacaqdır boğaza, ya tüpür yaki onu utgilə qurtar canıvı.

çörəyin var, işin işdir, çörəyin yox, özü bir işdir.



çörəyin var, işin işdir, çörəyin yoxsa, özü bir işdir.

çözülmədən durulmaz, bilinmədən düzülməz.

çözülmədən durulmaz, bilinmədən düzülməz. (bilinmədən : açılaşmadan).

çözülmədən durulmaz, bilinmədən düzülməz. (bilinmədən: açılaşmadan).

çözülmədən durulmaz, bilinmədən düzülməz. (bulanmadan durulmaz, bilinmədən düzülməz).

çözülməsin üzülməsin ilqarın sənin, sınılmasın, yıxılmasın dirnəgin sənin. (dirnəgin: dirənşin. muqavimətin).

çözülməsin üzülməsin ilqarın sənin, sınılmasın, yıxılmasın dirnəgin sənin. (dirnəgin: dirənşin. muqavimətin).

çubuğ tutduğun yerdən yox, əğrilən yerdən qırılar.

çubux tutduğun yerdən yox, əyrilən yerdən qırılar.

çubuq çalsan göyərdər, dil yarası kök salar.



çubuq, yaşla əğilir.

çubuq, yaşla əğrilir. (yaşlansa əğrilər).

çuğun gec qızar, tezdə qaynadar.

çuxura batıb çürümək yaşama gərəkməz. yaşam durduğun, olduğun yerdə koşulda durub qalxıb ösüb gəlişməkdir.

çuxura enib ayağaltına düşmə, ucaya çıxıb uzağa yıxıl.

çulxasın atıb çılxasın qoru. (çulxasın: geyimin). (çılxasın: için. ruhun). (qabıq bıraq, içdə dur).

çulsuz eşşək çöldə gəzər.

çuluna baxıb ad qoyma, dadına baxıb, can qoyma.

çumçuqdan qorxan tarıq əkməz. (çumçuq: sərçə). (tarıq: tarla. əkin. zəmi).

çuval ağzını boğub bolsa, el ağzını tutub bolmaz.

çuval boşu dik durmaz.

çuval boşu dik durmaz.

çuval yırtıq mal durmaz.

çuvaldakın dilənçi, qabdakını yeyənçi bilir. (çuvaldakın: heybədəkin. torbadakın).

çuvalın boşu, dik durmaz, ağlı olan, tək durmaz.

çuvalın boşu, dik durmaz, ağlı olan, tək durmaz.

çü tan yeri başladı ağara, yaradı seçilməyə ağdan qara.

çüçük hürə-hürə, it olar.

çüçük it olur, it qart olur.

çürük ağac özündən, çürük kişi sözündən (bəlqürür).

çürük bağlavanın, kor alıcısı olar.

çürük bağlavanın, kor alıcısı olar.

çürük dişdən diş çıxmaz, yaman dildən dil çıxmaz.

çürük dişdən diş çıxmaz, yaman dildən dil çıxmaz.

çürük nərdivan, uca dam, çürük ip, dərin quyu.

çürük nərdüvan, uca dam, çürük ip, dərin quyu.

çürük taxda civi saxlamaz, götü yağlısa, iyi banlamaz. (dalına yağ, qiriz sürülən xoruzun səsi gurlayamaz).

çürük taxda çivi tutmaz.

çürük taxda çivi tutmaz.

çürük taxda çüv tutmaz, dəlik tava, yağ tutmaz. (çivi: mıx).



çürük taxda mıx tutmaz.

çürük taxda, çüy tutmaz. (çüy: mıx).



çürük taxta çüv tutmaz, dəlik tava, yağ tutmaz.

çürümüş ipdə olursa, gəli gün dərdə dəğir!. (gəli gün: gün gəlir).

çürümüş ipdə olursa, gəli gün dərdə dəğir!. (gəli gün: gün gəlir).

çürümüş ipdə olursa, gəli gün dərdə dəğir!. (gəli gün: gün gəlir).

çürür dəmir nəmişlə, oxur yellər qəmişlə.

çürür dəmir nəmişlə, oxur yellər qəmişlə.

dabanın bərk basan, dik qalxar.

dabbax sevdiyi dəriyi, daşdan daşa vurar.

dad bilinməz belə, tikan yoxsa güldə əgər!.

dad gülənə, acı çəkənə yürür.

dad gülənə, acı çəkənə yürür.

dadandırar duzuna, yalan satar düzünə, heçdə gəlməz üzünə, duranı yıxar, yıxıldın əzər, üstündən keçər, yalan dünya, yalan dünya.

dadanma aşa, iş çıxar başa.

dadanmış duza, gəlir bizə.

dadanmış duza, gəlir bizə.

dadıqsıyar alışdığın bal olsa belə. (dadıqsıyar: dadı qaçar. dadı dəğişər).

dadımlığı analayan,doyumluğa yol tapar.

dadın bilən yeyib gedər, dadın bulan dadıb gedər. (günün keçər, çökər torğan, yubandınsa, köçər karvan).

dadını bilsən ağızda onu sayqıl sən ümüt, umuqun yolda durubdur oda bəklər yarını. (ümüt: umut).

dadını bilsən ağızda onu sayqıl sən ümüt, umuqun yolda durubdur oda bəklər yarını. (ümüt: umut).

dadla acı, yaxcıyla pis ölçülməz. (türdəşlər birbirilə ölçüşər).

dadlı aşın özgəyə, görlü donun özüngə, tutma özgə əlini, yandır onu ortunqa (oda). (ötgə: özgə).

dadlı aşın özgəyə, görlü donun özüngə, tutma özgə əlini, yandır onu ortunqa (oda). (ötgə: özgə).

dadlı dada dadanma, acısı olmaz, inanma!. (bu söz, yaşamın öytgəliyin (dəğişgəliyin) bildirir. yaşamın acı dadlısına, qolay çoruna, eni yoxuna, olar olmazına oyaq qalmasın tavçalır (vurqulur, tovsiyə edir, tapşırır).



dadlı dadlı deməklə ağız şirində olar dadlıda olar.

dadlı dadlı deməklə, ağız hələ süycəməz. (süycəməz: dadlanmaz. şirinlənməz).

dadlı dillə, bal aşır, acı dillə, daş daşır.

dadlı dillər acı sözlər yedirir, açmaz işi dadlı sözlər yeridir (açmaz: ilişik. qıfıllı).

dadlı duzdur verən dada duz, barlı sözdür verən dilə duz.

dadlı gəlib yalandım, acı olub talandım.

dadlı görüb bal demə, dinməz görüb lal demə.

dadlı olursa sonu, ilki acı nə olsun.

dadlı olursa sonu, ilki acı nə olsun.

dadlı söz, can arzısı, acı söz, baş ağrısı.



dadlı söz, can arzısı, acı söz, baş ağrısı.

dadlı sözdən bulamam dadlırağun, acı sözdən biləməm qatlırağun. (qatlırağın: yoğunrağın. gobutrağın).

dadlı sözlər qatı daşı un eylər, acı sözlər yılım unu daş eylər. (yılım : yumşaq).

dadlı sözün bircəsi, sandığından artıq açar bir ürək. (sandığından: düşündüyündən. fikr elədiyindən).

dadlı sözün bircəsi, sandığından artıq açar bir ürək. (sandığından: düşündüyündən. fikr elədiyindən).

dadlı su, daşdan çıxar, yaxşı söz başdan.

dadlı varmı sonu olmaya acı, varmı xoşluğ, yadlı (qərib. şaşırdan) olmaya ucu.

dadlıdan dadlı, yaxşı söz.



dadlını çox çeynəsən, ardı acı olur. yaxşını döğdükcə yaman olar.

dadlını çox çeynəsən, ardı acı olur. yaxşını döğdükcə, olduğu yaman olar.

dadlısı var acısı, qaylısı var şadlısı, yufqasıda qatlısı, gəlib keçər iz qoymaz. (yalan dünya).

dadlısını bilməyən acıq dili nə bilir. (dadlısını: türkcəsini).

dadlısını bilməyən acıq dili nə bilir. (dadlısını: türkcəsini).

dadmaq yaşamdandı, doymaq ölümdən.



dadmaq yaşamdandı, doymaq ölümdən.

dadrışalı xoş gəlibən ağzına, dadın tutar adı düşməz yadına. (dadrışmaq: dadmaq)..

dadrışmadan bilinməz dadı, danışmadan bilinməz adı. (dadrışmaq: dadmaq).

dağ ağmasa, dərə dolmaz. (dağ uçmasa, dərə dolmaz).



dağ ağmasa, dərə dolmaz. (dağ uçmasa, dərə dolmaz).

dağ ardında olsun, yer alta olmasın. (ölməsində, uzaqda, ulaşılmaz yerdə olur belə olsun).

dağ başına yel dəğir, gözəllərə söz gəlir.

dağ başına yel dəğir, gözəllərə söz gəlir.

dağ başında çıxan çinar, özünə su tapar.

dağ başında itirən, ətəyində gəzər.

dağ başından aşar, yer qıyıdan. (qıyıdan: qıyısından: qırasından. qırağından).

dağ başından duman əksik olmaz. (uca yerlinin başı, sıxıntısız olmaz).

dağ bəzəyi daş, kişi bəzəyi başdır. (dağ gözəlliyi daşınan, adam gözəlliyi başınan). (dağın görki (gözəlliyi) daşınan, adamın görki başınan).

dağ bəzəyi daşdır, kişi yaraşığı başdır.

Dağ dağa kavuşmaz, insan insana kavuşur. Çok uzaklarda da olsa insanlar bir gün birbirlerine kavuşabilirler. (Bayram Özdemir).

dağ dağa qovuşmamış, yol yola qovuşmuş.

dağ dağa qovuşmamış, yol yola qovuşmuş.

dağ dərdi çəkəmmədi, kişi oğlu, dağı çəkdi.

dağ dərəsiz, süt kərəsiz (olmamış).

dağ dumansız, baş gumansız. (gumansız: quşqu. qayğı).

dağ dumansız, baş gumansız. (gumansız: quşqu. qayğı).

dağ əriyər su ilə, baş ucalar dil ilə.

dağ ətəyində dursan, yüksəkliyin bilirsən, duvar dibində dursan, duvar nədir görürsən.

dağ ətəyində dursan, yüksəkliyin bilirsən, duvar dibində dursan, duvar nədir görürsən.

dağ geçisi ağac görməmiş.

dağ görkü daş, baş görkü saç.

dağ görkü daş, ər görkü baş.

dağ görkü, daş, baş görkü saç, göz görkü qaş. (görkü: gözəlliyi. bəzəyi. yarğaşı).

dağ kürkü daşınan, adam kürkü başınan. (kürk: görk. gözəllik).

dağ nə qədər yüksək olsada yol, üsdündən aşar.

dağ nə qədər yüksək olsada, yol, üsdündən aşar.

dağ nə təkin (nə qədər) uca olsada, yol üstündən aşar. (kişi nə qədər çətinliklə, güclüklə qarşılaşırsa da, onuu yenər).

dağ nə təkin uca olsada, yol üstündən aşar. (nə dəğin, kişi nə qədər çətinliklə, güclüklə qarşılaşırsa da, onu yenər). (nə təkin:nə qədər).

dağ sınqırına yel dəğir. igid başa munq dəğir.

dağ sınrına yel dəğir. igid başa munğ dəğir. (sınrına: zirvəsinə). (munğ: bəla).

dağ sınrına yel dəğir. igid başa munğ dəğir. (sınrına: zirvəsinə). (munğ: bəla).

dağ ucalar daş ilə, kişi ucalar baş ilə.

dağ uçmasa, dərə dolmaz.

dağ üstüne dağ olur, ev üstüne ev olmaz.

dağ yarılar çalışsan, edqu ediş alışsan, öz kəndinlə barışsan, ay gün topraq göy ilə, evrən gülər səninlə. (edqu ediş alışsan: eyku (iyi) işlər, adətlərə öğrəşsən).

dağ yarılar çalışsan, edqu ediş alışsan, öz kəndinlə barışsan, ay gün topraq göy ilə, evrən gülər səninlə. (edqu ediş alışsan: eyku (iyi) işlər, adətlərə öğrəşsən).

dağ yeriməzsə, kişi yerir. (qarşı yöndən sonuc alınmayıb, səs çıxmasada, kişi olan, özü işə girir).

dağ yıxılmasa dərə dolmaz. (ağnasa dağ, dərələr boş qalmaz). (olan versə, acıq ac qalmaz). (acıq: möhtac. ac olan).

dağa bəzək daşları, başa bəzək saçları, üzə bəzək qaşları, ərgə bəzək işləri, ağza bəzək dişləri.

dağa bəzək daşları, başa bəzək saçları, üzə bəzək qaşları, ərgə bəzək işləri, ağza bəzək dişləri.

dağa çıxdın ayağın yoxla, elə çıxdın dilin saxla. (elə: camaat içinə).

dağa düzə vermə oğlu qızı, oxut bilsin yurduna nə gərək, başlı böyürsə uşaq itirməz özün, keçirirdə el yad içrə sözün.

dağa qaldırıb, dağın basır.

dağa söykənib, dağ sökür.

dağa tırmanan qarışqada var, aslanda.

dağca bardan sanamazdan götürsən, bir gün olar dağ yerinə heç qalar. (sanamazdan: hesabsızca. ).

dağca bardan sanamazdan götürsən, bir gün olar dağ yerinə heç qalar. (sanamazdan: hesabsızca.).

dağca qarın olunca, buğda dərək ağıl gərək.

dağca qarın, dağ boyda kişi yıxar. (qarınpalıq: dağca qarınlıq).

dağca qarın, dağ boyda kişi yıxar. (qarınpalıq:dağca qarınlıq).

dağda belə söyənmədən dayanmaz. (söyənmədən: söykənmədən. arxalanmadan).

dağda belə söyənmədən dayanmaz. (söyənmədən: söykənmədən. arxalanmadan).

dağda ular qurtları, at qulağın tavırdar. (tavırmaq: ititmək. tizitmək).

dağda yaşasan ilanla barış, kəndivə güvən özünlə barış.

dağdaki ova, evdə saçaq açılmaz.

dağdaki tavşana, evdə qazan asılmaz.

dağdan arxası olanın, daşdan bağrı gərək.

dağdan arxası olanın, daşdan ürəyi olar.

dağdan arxası olanın, daşdan ürəyi olar.

dağdan börü, bağdan tülkü, eldən oğru kəm olmaz.

dağdan börü, bağdan tülkü, eldən oğru kəm olmaz.

dağdan enən bağdakin qoğar.

dağdan hey götürüb desənki "çoxdur", birdə görərsən ki dağ özü yoxdu.

dağdan inən olsun, dindən dönən olsun, sonradan görən olsun, təki qanan olsun yetər.

dağdan təpiyə düşmüş. (yuxardan aşağı düşmüş).

dağı daşdan, kişini başdan tanı.

dağı daşdan, kişini başdan tanı.

dağı daşı yel iylə sel od pozar, bir toplumu yalan yalan söz tozar. (tozar: yox edər).

dağı daşı yel iylə sel od pozar, bir toplumu yalan yalan söz tozar. (tozar: yox edər).

dağı daşı yel pozar, kişi yarsın dil pozar. (kişi: adam). (yarasın: arasın).

dağı oğruqun əğməz, dənizi qayığın bükməz. (kamanla dağ tutulmaz, qayıqla təniz bükülməz (bağlanmaz).

dağı oğruqun əğməz, dənizi qayığın bükməz. (oğruq: kaman). (kamanla dağ tutulmaz, qayıqla təniz bükülməz, bağlanmaz).

dağı ovruğun əğməz, dənizi qayığ bükməz. (kəmənd dağı əğməz, dəniz qayığla bənd olmaz. böyük işlər kiçik dişlə görünməz). (ovruğun: ovruq. avruq. (< av. ov). hörgən. kəmənd).

dağı yox, qarına qala, bağı yox barına baxa. (dərdsiz, qəmsiz, gəmsiz).

dağı, daşı su pozar, əroğlunu söz pozar. (dağı, taşı su pozar, insan oğlun söz (yalan, böhtan) pozar).

dağılmağı düşünən, bağ tutmaz, pozulmağı düşünən, ev qurmaz.

dağılmağı düşünən, bağ tutmaz, pozulmağı düşünən, ev qurmaz.

dağın başı dumansız, ərin başı gümansız. (gümansız: xiyalsız). (dağlar başı dumansız, ərlər başı gümansız).

dağın gözəlliyi daşınan, adamın gözəlliyi başınan. (dağın kürki (gözəlliyi) daşınan, adamın kürki başınan).

dağın hündürlüyün görən, dərənin dərinliyindən söz açar (xəbər verər).

dağın hündürlüyün görən, dərənin dərinliyindən söz açar (xəbər verər).

dağın hündürlüyün yox, dərənin dərinliyin gör.

dağın hündürlüyün yox, dərənin dərinliyin gör.

dağın uca olduğun görməyən, öz ucalığın əldə edər.

dağına baxıb qarın versin, bağına baxıb barın, könlünə baxıb yarın versin.

dağına görə dumanı, yerinə görə ilanı.

dağına görə qarı var, bağına görə barı.

dağlar başı dumansız, ərin başı gumansız (olmaz). (gumansız: gümansız: xəyalsız).

dağlar dənizlər üstümə gəlmək: vəhm oturdu.

dağlar gəzən ayağlar, gücsüz qalıb, gücü çatsa ayağlar.

dağlar yarmış iş görən, daş qımıtmaz söz gürən. (qımıtmaz: hərəkətə gətirməz). (söz gürləmək: söz gurlamaq. xətiblik edmək).

dağlar yarmış iş görən, daş qımıtmaz söz gürən. (qımıtmaz: hərəkətə gətirməz). (söz gürləmək: söz gurlamaq. xətiblik edmək).

dağlara çıxmayan, uzaqları görənməz.

dağlara qar yük olar, kişiyə illər.

dağlarda dağ ətri var, bağlarda bağ ətri var, mən ölsəm kösüm (sinəmi) yumayın, köksümdə (sinəmdə) yar ətri var.

dağlardan böyük, dağlardı.

dağlardan böyük, dağlardı. (dağlardan böyük, dağlar).

dağlı yer bulağsız, sulu yer qamışsız olmaz.

dağlı yer qarsız, qalabalıq qaysız olmaz. (qaysız: hadisəsiz).

daha olmaz öndən aşnalıq, yaraklarsın neçə yerdən cüdalıq.

dal qırılmadan camı sınmadan, can yerindəkən, bilək dəğərin.

dal qırılmadan camı sınmadan, can yerindəkən, bilək dəğərin.

dala düşənlərdə nərsə çatmır, kölgə olub heçin dala düşmə.

dalam düşəm qalam qalxam nə dərək, yaşam sürür, yolum durur. (nə dərək: önəmi yox).

dalan suya, əl atar çöpə.

dalaşanda barışığa üz saxla, genclikde qocalığa can saxla, gen günündə dar gününə pul saxla.

dalaşdıqca daralar, gengəşdikcə genələr.

dalda basılan, üzdə doğar.

daldala qoyma düşə yer üzünə, arxa gələn arxalıya. (köməyə kömək ol).

daldan təpir, öndən qapır.

dalgeç yasa doğrudar. (dalgeç: istisna). (yasa: qanun). (doğrudar: isbat edər).

dalı qaldın gic, önə keçdin bij dedilər, iti geddin dəli, yavaş geddin çolaq dedilər.

dalı qurumazdan, balanı ulumazdan. (ağacı qurumazdan əğ, balanı uşaqlıqdan bəsit (bəslə).

dalıda alar, burunda doğar. (gecə boylu düşən, irtə doğur) (hər gizin, gəzi var açlımağa).

dalın boşu yukarı baxar, dolusu aşağı.

dalını güdmə, gedəni itmə.

dalışmaqla dalaşmağı, düşünməkə öcüşməgi dəng tutma. -öcü qov, öclə qovul, öcə tutulma.

dalıycan yaz gələn qışdan qorxma, dalıyca qış gələn, güzdən qorx.

dalqa boyu aşırsa, ha bir qarış, ha beş qarış.

dalqa qayadan dalqınar, sevən sevəndən yalqınar (aldanar). (dalqılmaq: toxunub qalmaq. dalınıb qalmaq. taxılıb qalmaq. geri dönmək).

dalqa qayadan dalqınar, sevən sevəndən yalqınar (aldanar). (dalqılmaq: toxunub qalmaq. dalınıb qalmaq. taxılıb qalmaq. geri dönmək).

dalqasız su uzta üzən yetirməz.

dalqasız su uzta üzən yetirməz.

dalqınlıq qaçırır uykularımı, kimsələr biləmir acılarımı, bir yadın oluram gecə olunca, illər ötür ata dan ışıq doğunca. (yadın: kəndinə yabancı).

dalma sözün dalına, işən işə yaşamda. (işən: inan).

dam dirək üsdə durar.

dam uça bilər, sevgi sına bilər. damı dayaq saxlar, sevgini sığal yağlar. (sığal: oxşama. nazlama).

dam üzə düşdü gözüm çer təğyə, istədim olsun işim rəmzilə aşkar təğiyə, yanağın öpməyə, quranə təfəüül elədim, gəldi bu ayə ki, ən təp təğiyə.

dama çıxmağa, çıxacaq var, damdan enməyə, enəcək var.

dama dama göl olar, heç dammasa, çöl olar. (dama-dama göl olur, axa-axa sel).

dama dama göl olur, axa axa sel olur.

dama-dama göl olur, axa-axa sel.

damar damar dam yıxar, damcı damcı göl yığar.

damar damar, daşı dələr. (damcı, damar, daş deşər).

damarda qan oynamaz, heç nə yerin tapmadı. (hər nəyə çaba gərək).

damar-damar, daşı dələr.

damarsızın damarı, iş bitəndə durar. (damarsız: qeyrətsiz).

damcı axmaz sel olmaz, dilənçidə ut olmaz. (ut: utanc. həya).

damcı ''damar damar'' daş dələr. (bir işdə durmaq, işini qurmaq deməkdir). (bir işdə durmaq: dirəniş).

damcı damcı donar, günü gələr dağ olar.

damcı damcı yığnatıb dalqa bolar, damcı damcı ağnadıb dərya bolar.

damcı əkən yağış dərər, yağış əkən selin güdər.

damcı görüb, seli unutma.

damcı, damar, daş deşər.

damcıca uslansan, bir kimsəyə uymazsan. (damcıca uslansan: zərrəcə ağlın olsa).

damcıda damar olsa, dəniz oynadar.

damcıdan qaçıb yağmura düşmək. (düşmək: uçramaq).

damcını sudan, bulağı çaydan qoruyan tanrıya güvən.

‎damcının gücü nə, dələ daşı, damcı damar ilə deşər daşı.

damcıyla da, susağlığ toxdar.

damda gəzən keçidən, çamda gəzən oğlaği. (elə babadan, belə atadan, belə bala, böylə bəla).

damdıran əl səndə olsun, damızlıq yer tapılar.

damğan damcı dam dələr. (damğan damcı, daş dələr).

damı saxlayan dirəkdir, eli saxlayan tıraktur.

damış damış yağdırar, çaylar qurub çağdırar.

damış. axış. yağış.

damız dəmiz isti.

damla damla aşınar, çıxar qazan başına.

damla damla göl olar, damlamazsa çöl olar.

damnışın bilməyən, yağnışın nə bilir.

dan axşamım erkən aşdı neyləyim, pis yaxşıdan keçirmişəm günlərim, bu gün əldə mən bilirəm neyləyim, boş veribən dünləri, tox keçirəm günləri. (dan axşamım: ömür günüm). (erkən aşdı: çox tez keçdi). (tox: nəfsi dolu. gözü dolu).

dan atar görməz gecə yoxdur gözü, axmağa verməz yanıt bilgə kişi susmaq seçər. (dan atar görməz gecə yoxdur gözü: gecə dan atarı çəkəməz).

dan atar görməz gecə yoxdur gözü, axmağa verməz yanıt bilgə kişi susmaq seçər. (dan atar görməz gecə yoxdur gözü: gecə dan atarı çəkəməz).

dan atarı duman açar, çökər gecə duman yapar. (atdı danım duman açdı, çökdü gecə duman yapdı). {dan atası duman açar, gec çökəsi duman yapar. (gec: gecə)}.

dan atarkən eşikdə, gün yatarkən beşikdə. (beşikdə: deşikdə. oyuqda. evdə). (eşikdə: dışarda. çöldə). (gənclərə öğüd).

dan atarkən gülər üz, gec dönərkən ağlar göz. (gec: gecə). (qoşalıq nisgili yaşayan yalğızlar).

dan atarkən sökülər qarnı bu boylu gecənin.

dan atası duman açar, gec çökəsi duman yapar. (gec: gecə). (dan atarı duman açar, çökər gecə duman yapar). (atdı danım duman açdı, çökdü gecə duman yapdı).

dan atası duman açar, gec çökəsi duman yapar. (gec: gecə). (dan atarı duman açar, çökər gecə duman yapar). (atdı danım duman açdı, çökdü gecə duman yapdı).

dan atmadan saçğanmaz. (saçğanmaz: ışğınmaz.. ışınmaz. gün çıxmaz).

dan atmadan saçğanmaz. (saçğanmaz: ışğınmaz. ışınmaz. gün çıxmaz).

dan bəzəyi içə yarar, gün bəzəyi elə yarar, tün bəzəyi ərə yarar. (dan: səhər) (gün: günüz) (tün: gecə).

dan irtəniz umutlu, axşam gecəz umuqlu. (dan irtəniz: sübh sabahız). (umuq: yolda olan umut).

dan ışığı gecə qalmaz!.

dan mürgüsü yolçunu yoldan qoyar. (mürgüsü: huşlanması).

dan naxıra tün axıra.

dan naxıra tün axıra.

dan soyuğu yolçunu yoldan edməz.

dan sökdü, yandı gecə (sökərsə dan, sönər gecə. - örtük düşdü, dan söküldü. - başlıq düşdü, baş göründü. - taqqa düşdü, kəl göründü).

dan tez atmış bu gecə, gözləməyə yoğdu öğün, başın at yat günüzün, gündə batar, axşam olar. (öğün: çağ. zaman. növbət).

dan yeməyin bərkit, günortanı ləngid, gec yeməyin tərkit.(günortanı: tuş yeməyin).. (gec: şam).

dan yeməyin yükünlət, şam yeməyin yüngüllət. (yükünlət. ağırlat. yüklət).

dana tutmağa, inək saxla.

danam gedər naxıra, axşam gələr axıra. (danam: dan çağı. sәhәr). (yılxı yaşamı böylədir). (yılxı: heyvan).

danar bazar ata ana toprağı.

danğısız (insafsız) türk olmaz, başsız börk olmaz.

danıq danalara bildiri. -tanrı, yaradan dildə sorar sorqu sorağlar sınağında, danan olmuşsa dilin, sorquya tutmaz belə billah!, gədə billah!. (danıq: mülhid). (sorqu sorağlar: hesab kitablar).

danıq danalara bildiri. -tanrı, yaradan dildə sorar sorqu sorağlar sınağında, danan olmuşsa dilin, sorquya tutmaz belə billah!, gədə billah!. (danıq: mülhid). (sorqu sorağlar: hesab kitablar).

danıq dönük adlanar, kəndi yurdun qoyan, özgə yurdun qoruyan (danıq dönük: gavur xain). (deyə bilmərəm kişi buna).

danın ertin uğursuz biri çıxırsa uğruva sənin, dənin səpip yolun sapdır, uğrun çevir başqa bir yönə. (danın ertin: səhər tezdən). (uğursuz: yumnsüz. şum).

danın ertin uğursuz biri çıxırsa uğruva sənin, dənin səpip yolun sapdır, uğrun çevir başqa bir yönə. (danın ertin: səhər tezdən). (uğursuz: yumnsüz. şum).

danış ta səni bilim.

danış tanıyım.

danışan çoban lal bilgədən irəli. (irəli: əfzəl).

danışan dağı aşdı, danışmayan yolu çaşdı.

danışan dilin olsun, yeyilən aşın, sağlanan başın.

danışan qanmaz olsa, dinləyən bilən gərək. (qanmaz: axmaq).

danışan, dağı aşdı, danışmayan, yolu çaşdı. (danışan: savlaşan. məşvərət edən).

danışanda dilivə, yeyəndə əlivə yiyə (yiyələn). (danışdın, dilivə, yedin, əlivə yiyə).

danışanda xoşdu, xəşliyəndə boşdu.

danışanda susmağı unutma, susanda sözüvü.

danışanlar tov aşmış, danışmayan yol çaşmış. (tov: > dağ) (danışmaq: danışqanmaq: tanışlıq, bilgi almaq).

danışdığın qanan, susduğun bilər.

danışıb susudurulmaqdansa, danışdırılmayınca susmaq yeğ.

danışıb susudurulmaqdansa, danışdırılmayınca susmaq yeğ.

danışıq, qonuşuq, gəpiş olan yerdə söz, oy gəlişər. (aytışıqdan söz doğar). (söz danışıqdan keçər).

danışırsan dilivə, yeyirsən əlivə yiyə (yiyələn).

danışqanla dalaşqan yol yoldaşı olanmaz.

danışmağa söz yoxdur, görüşməyə yer yoxdur, baxışmağa üz yoxdur, uzaq qaldın ıraq dur, yaxınçılıq yozluqdur. (yozluqdur: iki üzlülükdür).

danışmağın bilir, düşünməyi unudub.

danışmaq dananı qurda verir.

danqalıq dingəlik . (təklik dinclik). (təhlik dişlik). (azacıq aşım, ağrımaz başım).

danla atıb günlə batam, uşaqsini yerdə yatam. (


Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin