Aban aban iş olmaz, bəsləməsən qız olmaz


İhtiyarın düşkünü (eşkıyanın düşkünü) beyaz giyer kış günü, Yaşlı insanlar ve eşkıyanın yaşlısı zayıfı hayatın mihnetlerine dayanamaz, ölüme hazırlıklı olur. (Bayram Özdemir)



Yüklə 5,82 Mb.
səhifə32/59
tarix21.11.2018
ölçüsü5,82 Mb.
#84359
1   ...   28   29   30   31   32   33   34   35   ...   59
İhtiyarın düşkünü (eşkıyanın düşkünü) beyaz giyer kış günü, Yaşlı insanlar ve eşkıyanın yaşlısı zayıfı hayatın mihnetlerine dayanamaz, ölüme hazırlıklı olur. (Bayram Özdemir).

iki ağız bir olcaq, bir ağız küt gəlir. (küt gəlir: bacaracaqsız olur. qısa gəlir).

iki ağız birgəlsə, göy üzdəkin endirər, altı ağız algəlsə, əlindəkin aldırır. (birgəlsə: səsbir olsa). (algəlsə: ixtilaflı olsa).

iki arslan bir dəriyə sığmaz.

İki arslan bir posta sığmaz. Bir ülkede, bir toplumda iki baş (iki lider) olmaz, birisi ötekini yok eder. (Bayram Özdemir).

iki ayağ bir başmağa girməz.

iki ayağ bir qonucqa tıxanmaz. (iki ayağ bir qabuca soxulmaz). (olmasın işdə dirənmə).

iki ayağ bir quyuya sallanmaz, yumurtalar bir səbətə yığılmaz.

iki ayaq bir başmağa girməz, amma girdirəllər.

iki ayaq sığmaz, bir başmağa təpincə. (bir başmağa, iki ayaq sığmaz). (sığmaz ayaq iki olsa, bir başmağın tayına).

iki baş, bir başdan üstündür.

iki başdan içmiş suyun sevən ürək.

iki çeşit yaşarız. -qaranlıqda oyanıq, aydınlıqda uykulu. (uykulu: uyanıq). (qaranlıqda oyanıq, aydınlıqda uyanıq).

iki çetik, bir arslana tapdurur. (çetik. çetük. çitik. ketek. ketik. kedi: pişik. mişik). (tapdurur: tapdur: əşdir. bərabərdir). (iki çetik bir olsa, bir arslana tapdurur).

iki dillik canın bəlası, dilin qadası. dünya belə tanımaz kimki doğula bilsin iki anadan.

iki dillilik dibsiz quyu, yoxdur suyu.

iki dovşan bir oxula vurulmaz.

iki dovşan qovanın yoxdu karı, birisin tutsada qaçrar obirin.

iki ev bir evə sığmaz.

iki evi bir elədik, düyünü batman yarım.

iki evrən çulqamış bizi, biri varlıq, biri içlik, varlığa günlə göz yolağuc, içliyə yalnız könül durur qılavuz.

iki evrən çulqamış bizi, biri varlıq, biri içlik, varlığa günlə göz yolağuc, içliyə yalnız könül durur qılavuz.

iki əl birikib, üzü yuğar.

iki əl, bir baş üçündür.

iki əşlinin qulağı, eşək minən ayağı dinc almaz.

iki fındıq bir qozu qırar.

iki fındıq bir olsa bir qozun başın qırar.

iki fındıq bir olsa bir qozun başın qırar.

iki göz dünyanı görür, bir birin yox.

iki göz hamını görər, birbirinə nisgilli ölər.

iki göz, birbiriylə yola getməzdi, aralarında burun olmasaydı.

iki günlük ömrü olan üç gün yaşamaz.

iki xan bir ölkəyə, iki qılınc, bir qına sığmaz.

iki xoca bir kişi, bir xoca yarım kişi.

iki iğnə bir ipdə, iş görənməz bir yerdə.

iki iğnə bir sapilə saplanmaz.

iki it başına boğuşar, qurd görcək barışar. (başına: təbii halətdə).

İki karpuz bir kultuğa sığmaz, Bir kimse aynı anda iki önemli işin üstesinden gelemez. (Bayram Özdemir).

iki könül bir olsa, kimin ona sözü var. {könüldəşlər elçi aramaz). (aramaz: gəzməz)}. (könüldəşə elçi gərəkməz) (elçi: arxan. vasitə).

iki könül bir olsa, tez tapar, dalda yeri.

iki könül bir olsa, yollar qıyın görünməz. (qıyın: zor).

iki könül bir olunca, samanlıq seyrangah olur.

iki könül birisə, yollar qıyındır demə. (qıyındır: zordu).

iki qılıc, bir qına sığmaz.

iki qoç başı, bir aşıcda pişməz.

İki qoç toslaşlaşar, qurdun qarnı acığar. (toslaşlaşmaq: tutuşmaq. çarpışmaq. savaşmaq. burnuzlaşmaq). (iç savaşda, qayın ölkələr toy tutar). (qayın ölkələr: rəqib ölkələr. yad ölkələr).

iki qoç uruşur, keçinin qıçı qırılır.

iki qoçınqar başı, bir aşıcda pişməz.

iki qulağdan çox eşidən, bir dilinən az danışar.

iki qulaq bircə dil, iki dinlə bir söylə. (söylə: dillə).

iki nərsə sürür sürünü, çomaqla para. (sürü: köpçülük: cəmiyyət. camiə).

iki nərsəni unutma yaşa, öz qafanda düşündüyün, tanışlarlar danışdığın. iki nərsəni unutma yaşa, təkliyində düşündüyün, çoxluğunda danışdığın.

iki nərsəni unutma yaşa, təkliyində düşündüyün, çoxluğunda danışdığın. (iki nərsəni unutma yaşa, öz qafanda düşündüyün, tanışlarlar danışdığın).

iki nəyi unutma. – yolda raslar kavşaqlar, ardan yürən yavşaqlar. (kavşaqlar: qavşaqlar: boş danışanlar. gəvəzələr. çənəboşlar). (yavşaqlar: yava konuşanlar. yavağızlar. pisağızlar. yamanağızlar. ağzı pislər, yavalar).

iki nәrsə heç kiməsə yad olmaz, birincisi qaranlıq, ikiincisi yalnızlıq.

iki olub birə dəğməz, gözlü olub kora dəğməz.

iki olursa gözün, duşünməzsən heç birin, itirmişsənsə birin, qayğı tutar o birin.

iki olursun birlikdə danış, tək olursun börkünlə danış.

iki onbeş, bir otuz.

iki oylu, iki evli.

iki pox arasında qalmaq. (heç yaxcı seçim bulamamaq).

iki sanı düğü verdiyi pay, əkin vermiş dağlara tay. (sanı: dənə). (ağırsama diləki: şükr edmə zikri).

iki sevgi qovuşursa, açar güllər, iki sevgi qopuşursa, solar qalmaz.

iki sırtlan bir sırtlanın sırtın sökər!.

iki söyək iki sevək. –biri sığınaq, atana qoucağı, ikincisi sevgi, birinci sığınmalı, ikincisi sevməli.

iki şey var əsgilməyir, biri yaxcılıq, biri pislik.

iki üzdən savaşma, bir üzü savaşa qoy, o birin barışa.

iki üzlü savaşma – bir üzü savaşa qoy - o bir üzü barışa.

iki üzlü yaşamaq, beş üzlü ölüm.

iki yaxın uruşdular, özgələrə yem oldular.

iki yaxın vuruşmuş, ötgələrə yem olmuş. (ötgələrə: özgələrə).

iki yanı su, susuzluqdan ölür.

iki yayın başın tutan alava qalır. (alava: avara).

iki yoldaş dos qalmış, biri ata çatınca.

ikisin yel aldı, üçün yolda saldı. (salmaq:. itirmək).

ikisin yel aldı, üçün yolda saldı. (salmaq:. itirmək).

ikit, buyur. (ikit: təfrəqə sal). {ayır buyur. (ayrat buyrat). (ayrat: ayır: təfrəqə sal). (buyrat: buyur. buyruq sür. hikumət ed)}. {bulat, durut. (bulandır, istədiyini qalxıt). (aranı qarışdır sözüvü yerit)}. {bölüt burut). (burut: hükm ed)}.

ikitlərə yol vermə, alağuza söz vermə. (ikitlərə: kitozlara. iki üzlülərə). (alağuza: ağzı açıq).

ikiyüzlü hara altıyüzlü ora. (yaman işlər yamanlıqla ölçülər) (yaman işdə yaxşılığa yer qalmaz).

ikki qaşa ikki dos, yanma yan duruşadı, ağlasa, birgə ağlarş, birgəlikdə gülüşədi. (tapmaca). (göz).

ikki qoyannı qovan, heçdə birin tutmamış. (qoyannı: dovşanı).

iküç il sonra yeni evliliklər. -ayrışıq yollar, dəğişik qollar, ağzı ayrı, sözü qayrı, könlü parçalı, təni ayralı, bu nasıl yaşam, mən buna çaşam.

iqit qokusundan qoçar.

iqlamaq: qorxunu götürmək işi.

il gün ötür anılar yaşır.

ilan adamın topuğunu, adam ilanın başın çalar.

ilan başı ağrısa, yol ortasında yatar. (ilan başı ağrımış, yol ortasında yatmış).

İlan çalan yatar, ac yatmaz. (Ara Gündüz).

ilan çalsa dərman görsə sağalar, dil çalısa ağrısı can ağrıdır.

ilan dışı yumuş, içi acı.

ilan doğrulmaz, içözü çalmaqdır, bırak yağı itən deyil, qırmaqla bitən deyil, yağı ilə yollaşmalıyıq, vurduğu itgilərdən qaçınmalıyıq. (içözü: fitrəti)}. {ilanı başdan vur, yağını qol qanatdan). (yağunu arsıllat, zərərsizlət)}.

ilan don dəğişər, qılığ yox.

ilan girsə qamış içrə doğrular.

ilan gözəlliyi dərisində, kişinin ki ürəyindədir.

ilan hər yana əğri gedsədə, öz yuvasına düz gedər.

ilan hər yana qıvrıq gedsədə, öz yuvasına düz gedər. (qıyşıq güvdən, tüstü düz çıxar). (güvdən: gühdən). (oldağın gərəyindən qaçmaq olmaz). (oldağın: vaqeiyyətin. fəktin).

ilan içi ağur, üzü yağur.

ilan izin, ilan yaxcı bilər.

ilan kəndi əğrisin bilməz, dəvə boynun əğri deyər.

ilan kəndi əğrisin bilməz, dəvə, boynun əğridir dər (diyər).

ilan kəndi əğrisin bilməz, dəvəyə, boynun əğri dər. (deyər).

ilan kəndi əğrisin bilməz, dəviyə boynun əğri deyər..

ilan köynək dəğişər, dişi yerində qalar.

ilan qabığ dəğişər, iç yox.

ilan qoğsa yola qaç, dəvə qoğsa dağa.

ilan qoğsa yola qaç, dəvə qoğsa dağa.

ilan quyruqundan tutulmaz.

ilan öləndə düzələr.

ilan öz ağısından ölməz, ilan öz əğrisin görməz.

ilan öz əğrisin görməz.

ilan sürünsün, balasıda dalıncan. (qoy rədd olsun).

ilan yalpız adlamaz, qartal sinək avlamaz. (adlamaz: adın dilə çəkməz).

ilan yarpızdan qaçar, qança barsa, yarpız ütrü gələr. (ütrü: tərəfə). (qança barsa : hara gedsə).

ilan yarpızdan qaçar, qança barsa, yarpız ütrü gələr. (ütrü: tərəfə). (qança barsa: hara gedsə).

ilan yarpuzdan qaçar, hara gedsə, yarpuz ütrü (qabağına) çıxar.

ilan yarpuzdan qaçar, qança barsa yarpuz ötrü qaçar. (ilanın yarpızdan acığı gələr, hara gedsə onla üzgələr).

ilan yeriməz, sıçrar.

ilana sütdə içirsən ağısı (zəhri) azalmaz.

ilana yumşaq deyib əl vurma.

ilanda ayaq, xocada çörək arama.

ilandan qaçıb yuvasına düşmək. (ilan yuvasına).

ilandırsa əz başın, yavadırsa at daşın.

ilandursa sorma adun, əzədur başın, yamandursa sorma dilin, atadur daşın.

ilanı başdan vur, yağını qol qanatdan. (yağunu arsıllat, zərərsizlət). {ilan doğrulmaz, içözü çalmaqdır, bırak yağı itən deyil, qırmaqla bitən deyil, yağı ilə yollaşmalıyıq, vurduğu itgilərdən qaçınmalıyıq. (içözü: fitrəti)}.

ilanı başından tutarlar.

ilanı qarğa üçün öldürmə.

İlanı yaralayıb buraxmazlar.

ilanın ayağın görsən, xocanın ağalığın görərsən. (ağalıq: kəramət).

ilanın çölü (dışı) yumşaq, içi ağılı.

ilanın quyruğun bassan, başı qancığar. (qancığmaq: qabarmaq. qabazaqlamaq. qalxmaq. ).

ilanın quyruğun bassan, başı qancığar. (qancığmaq: qabarmaq. qabazaqlamaq. qalxmaq. ).

ıldırım bir kərə çalar.

ıldırım bir vursada, min şaxar.

ıldız yerdə, ulduz göydə qalsa yol caymaz. (ıldız: kök).

ilə bilmədin, ilənmə!. (bacaranmadın, qarğanma, küfr demə).

ilərdə görməyə sana gəlməz görəcəklər olurkən, geridə bıraxdıqlarımıza baxmağa nə gərək.

iləri gedən axır ki, bir yerə çatacaq.

ilgisiz sanmışıdınsa baxışım, düzülür dalba dala anba anı.

ılı sözlə ilan inindən çıxar, iri sözlə kişi dinindən çıxar. (- ılı: ılıq. - iri: gobud. - dinindən: yolundan).

ılı sözlə ılan inindən çıxar, ulu sözlə kişi dinindən (yolundan). (ılı: ılıq. yumşaq). (ulu: iri. yekə. gobud).

ilik qoxar, sümük oğar. ( ilik (sümüyün içəyi, cirgəsi) qoxuyar, iylənər, sümük qalsa oğunar, pukalar).

ilik qoxar, sümük oğar. ( ilik (sümüyün içəyi, cirgəsi) qoxuyar, iylənər, sümük qalsa oğunar, pukalar).

ilik oyla, geyin söylə. (ilik: ilkin).

ilik yürüşər, bilik olan yerdə. (başarcağ güllənər, bilik var olan yerdə).

ilik, bilik yartısı, dilək, ilik yartısı. (ilik: başarıq). (bilik: ilim. tanışlıq). (yartısı: yarısı). (dilək: istəş). (başarıqsız, başarma, iqdam gücü olmadan, bilik yartıcan olur, dilək gücü olmayınca, başarmaq, qılmaq uğru (şansı), yarı kəsir). (bilik dolmayına, ilik olmayınca, dilək gəlməyincə, nə yapayız, yapabiləriz).

ılıq aş odlu qazan. (içinə görə, kəndini artıq qızqın göstәrәn). (kəndini kəndliyindən (olduğundan) artın sıcaq, qızqın göstәrәn).

ılıq ılıq söyləsən, ilan ninindən çıxar, kəttə kəttə gəpirsən, ilan əlindən qaçar. (ılıq ılıq dil ilə, ilan ninindən çıxar).

ılıq sözlə ılan inindən çıxar, ulu sözlə kişi dinindən çıxır. (ılı: ılıq).

ilıq sümük sındırmaz, soyuq canı dirdirməz.

ilim bilim, dil tanımaz, el bilməz.

ilim doğar bilimdən. (ilim: ərdəm. tovan. güc. başarcaq).

ilim qazan, satsan pulun, saxlasan qulun.

ilin olmaz dadşım bil yenisi, tinin olsun yenilərdən yenisi. (tin: ruh. nəfs).

ilin sevən yurdun sevir, yurdun sevən, atanasın.

ilin yaxcısı, yazdan bəllidir.

ilişməyi xoşlamır, ilişmişsə boşlamır. (ilişmək: nəqd edmək. tənqid edmək. bənd eləmək).

ilk gərək rahatulhulqum yeyəsən, ta sonunda "alhamdu lullah" deyəsən.

ilk qarın sonğ yarın.

ilk ozal böylə deyildik biz. -haçansa sevirdik birbirimizi, bölməmişdi ikiyə ayrılıq bizi, ısınıb qızırdıq soluq soluğa, oxşayan sözümüz, oxşayırdı qulağmızı. (ilk ozal: ilk əzəl).

ilk unutan ən mutlu.

ilk unutan ən mutlu.

İlk vuran okçudur, İşin ehli olan, hızlı hareket eden amacına önceden ulaşır. (Bayram Özdemir).

ilkə sevgim yaramadı yaşama, evrənim döndü başqa aşama. (ilkə: birinci) (aşama: mərhələyə).

ilkə sevgim yaramadı yaşama, evrənim döndü başqa aşama. (ilkə: birinci) (aşama: mərhələyə).

ilkələrə dönüklük, tanıdığın danmaqdır. (ilkələrə: pirənsiblərə). (tanıdığın: qəbul etdigin. inandığın).

ilki sonu gürəşdi olum, inanılmaz acıdır ölüm.

ilki yaşanmadan sonğu yaşanmır. (hər nəyin başlanqıcı var). (ilki: başlanqıcı). (sonğu: sorası).

ilkin atdım bilməyə, bilməzliqizni bilməyizdən başlayar.

ilkin dilək, yardım olmuş özgüyə, qılanmadın, savul qaıraq qırma onun könlünü!.

ilkin düşün sonğın danış. (sonğın: sonra).

ilkin düşün sonğın danış. (sonğın: sonra).

ilkin eşək sürən at minsə, özün bilməz, hovalanıb, göt atar.

ilkin görüş, sonra, soruş.

ilkin gündənki olmuş, duraqsızlıqdı durmuş. (duraqsızlıqdı: qərarsızlıqdı). (durmuş: yaşam).

ilkin iş, sondan diş.

ilkin qulaq sonra sıra ağızda.

ilkin oylan geyin söylən. (oylan: düşün). (geyin: sonra).

ilkin oylan, sonra toylan. (əvvəl düşün, sonra toya, yığvaya qarış).

ilkin ozalı böylə yazılmamışdı, yol yola qovuşdu, yoluğ uzaşdı. (yoluğ: səfər) (ilk başdan, əzəl başdan böylə yazılmamışdı, yol yla qarışdı, səfər uzuna sürdü.

ilkin özgələri dingələ, sonğ öz sözün aytgələ. (dingələ: dinlə) (aytgələ: söylə).

ilkin özüm sonra gözüm. (evin yağı təkyə üçün yaxılmaz).

ilkin özünə bax, sonan nökərə qaq. (qaq: hirslən. qız). (sonan. sondan. geyin).

ilkin özünə geyin özgüyə əl yetir. (geyin: sonra).

ilkin sağol, geyin varol.

ilkin seviş dadlı, ilkin qaşıq yağlı gələr.

ilkin seviş dadlı, ilkin qaşıq yağlı gələr.

ilkin yaşam, geyin arzular. (geyin: sonra). (yaşamla istəklərin uyqula).

ilkin yol, geyin yoldaş.

ilkin yoldaş, geyin yol.

ilkin, evi doyur, qalsa eşikdə sovur.

ilqar gedsə, edər qalmaz, gözdən düşər , kaça desələr, heçə saymaz. (edər qalmaz: dəğər. qalmaz. dəğərdən, qiymətdən düşər).

ilqar gedsə, edər qalmaz, gözdən düşər , kaça desələr, heçə saymaz. (edər qalmaz: dəğər. qalmaz. dəğərdən, qiymətdən düşər).

ilqarı gözəl olmayanın vurqunu aşiq, veylan gəzibən sürər ömür qarşıma qarşıq.

ilqarlılar utanmış, ilqarsızlar utanmaz.

ilqarsıza vermə sən öz ilqarın.

ilqarsıza vermə sən öz ilqarın.

ilqarsızı yüz sınamış, yüzdə sınmışlar. (ilqarsızı: bəfasızı) (yüz kərədə olmamışlar, şikəs yemişlər).

illər aylar günlərilə yaşanır.

illər çəkər qazanaq, bir gün içrə itirək.

illər dönər, ay aylanar, gün keçər.

illər keçər dov dolar. (dov: sıra. kəz. devir. novbət). (hamıya sıra gəlir). (hər qapının dəvəsi günündə yatar). (tələsmə, dalın gör). (yaşa ha yaşa, gün gəli başa).

illər ötər, aylar keçər, gün savar, eykuluqdan, yamanlıqda ad qalar.

illər ötmüş, olan köçmüş.

illər son əşlər birbirindən ayrılırsalar, yoldaşlarının ilişgilərinin çoxu yoxlanılmalıdır. çünkü doslara bilər keçmişki deyilik!!.

illər vardır günlərə tay tez keçər, günlər vardır illərə tay gej keçər.

illəri qış qoğalar yaz qarşılar, sevgi doğar.

illik işlə, aylıq xəşlə.

ilmək ilmək toxunur, bir çıpıda sökülür.

ilmək sallam pul allam, ustam qızını allam, ustam qızın verməsə, ilməyi tərsə sallam.

ilmək sallam pul allam, ustam qızını allam, ustam qızın verməsə, ilməyi tərsə sallam.

im bilsə, ər ölməz. (im: iki, neçə kişi arsında qoyulan rəmz. geçit, gecə sözü).

imam uzaqdısa, imamzadanı unutma.

imanlı adam, odada suyada inanar.

imansız gedir, tumansız gəlir.

inac artqısı ev yıxar. (artıq inac ev yıxar). (artıq, aşırı güvənmək eyi değil).

inac ilə özümü, utanc ilə üzümü, əkic ilə sözümü, sözüm ilə işimi uğurladım. (uğurladım: düz yola qoydum). (əkic: ədəb).

inaq igid könlündə, yəhərlənmiş at yatar. (inaq: andaq. inanmış).

inam bilən ursa atdım hər kişi, heç bir çağun qayrada qalmaz işi. (ursa: vursa). (qayrada qalmaq: gec, yarımçıq, gəlcəyə, qurbətə qalmaq).

inam gedsə, tuman qalmaz.

inam güc yaradır, gücdə inam.

inam gücə dayanır, güc inandırmağa. (gücsüz, inam duramaz, uyqulanamaz).

inam sevməz gerçəyi.

inam yoxsa umud uçar.

inam, sığınsa gücə, könlə sığamaz (könüldən qaçar).

inamı qoru, vermə ələ, inam qalır, köçən bizlər.

inamın gücə sığınmasın, inamın güclü olsun.

inamlara güvən yoxdur, güvənlərə inam.

inamlı el yazıq deyil, kəndivi düşün.

inamlı ol iş tutsan, yeni yollar bulursan.

inamlı ol iş tutsan, yeni yollar bulursan.

inamsız yaşam, tikandan daşam.

inamsız yaşam, tikandan daşam.

inan bu sözlərə, gümandırdı demə. (gümandırdı: quşquludur).

inanan beynindən, güvənən könlündən qorx.

inanan beynindən, güvənən könlündən qorx.

inanan ilana dönər. (ilanın ağı bozu olmaz, onu bilən dosd olmaz).

inanan yansada, yanılmasın (aldanmasın)..

inanancsız, dözüm otu bitməmiş.

inananı aldatma, aldatana inanma.

inananı aldatma, aldatana inanma.

inanc başqa yaşam başqa. -çox nəyə inandım yaşayamadım, çoxuna inanmadım yaşadım ama.

inanc başlayında, usluq susar, oyu gidər. (usluq: məqulluq).

inanc doğuşu, beyin boğuşu.

inanc girmiş, sanğu bitmiş. (sanğu: sanağ. oyum. anğaşa. əndişə. fikir).

inanc insanı özündən alıb özgə bir şeyə çevirər.

inanc qalar toxluqda, iman qaçar yoxluğda.

inanc olar könül başın dusdağı.

inanc olsun sevincə, aldanmayaq sevməyə.

inanc olsun sevincə, aldanmayaq sevməyə.

inanc ölümə yaklaşdırır, quşqu yaşama.

inanc umud verir.

inanc umut verir, güvənc mutluluq.

inanc üçün ölmə, inancla yaşa.

inanc, yasanı qurar, yasa, inanc quramaz... (yasanı: qanunu).

inanca qapılan sorqu sorağdan geri qalır!.

inancın özə, aldanma üzə, özlər özgərir, üzlər oxşayır. (özgərir: dəğişir. oxşamazlar).

inancın özə, aldanma üzə, özlər özgərir, üzlər oxşayır. (özgərir: dəğişir. oxşamazlar).

inancınan bağlı biri, yüyənsiz atdı.

inancını alçadan, kəndi əşin küçüldən, alçaqların alçağı.

inancıva güvənsən, düşüncədən qalısan, düşüncədən qalanda, inancıva dalısan.

inancıva güvənsən, düşüncədən qalısan, düşüncədən qalanda, inancıva dalısan.

inancıva güvənsən, düşüncədən qalısan.

inancıva güvənsən, düşüncədən qalısan.

inancıvı səndən başqa alan yox. kəndivə güvən.

inancla qılışların uymasa, çıxar boşa çox şişinmə savlara. (savlara: iddialara).

inancla qılışların uymasa, çıxar boşa çox şişinmə savlara. (savlara: iddialara).

inancla yalan birgə doğmuş.

inancla yaşayan, onun günü gülər gedir, başla yerir!.

inanclar düşüncənin düşmanı, onu ara araşdırıb sən tanı.

inanclar düşüncənin düşmanı, onu ara araşdırıb sən tanı.

inanclar yapmaz iyi kişini, yapdıqları vurar dışa işini (içini).

inandığım kimi yaranmadım, inandığım kimi yaşıyam.

inandığın daş olsa belə, atılmazsa mənə, keçinməliyəm!.

inandığın görməginə çalışma, gördüyüvü inanmağa çalışqıl.

inandığın kölgələr, səni səndən özgələr.

inandığın sevgi səni kor eylər.

inandığın sevgi səni qul eylər, yaratdığın sevgi səni bay eylər. (bay: hakim).

inandınsa güvən, güvəndinsə inan, yer yox ortada oynamağa.

inandırmaq balıq verməkdi,qandırmaq balıq tutmağı oğrətmək!.

inandırmaq balıq verməkdi,qandırmaq balıq tutmağı oğrətmək!.

inandızsa, sorqu sorağdan geri qalmayın!.

inanıb qalma, inanıb dur. (inanıb uyma, inanıb dur).

inanıb qanmaq, qanıb inanmaq.

inanılan yalandan heç nə dadlı tapılmaz.

inanılmıyan düz sözü belə, söyləmə.

inanma, aldanma, tovlanma.

inanmamış kor doğulan ışığa, yalançıda yoxdu işənc doğruqa. (işənc: inam).

inanmasaq yalan ayaq tutanmaz.

inanmasan yalana, and bazarı pozular. (inanmasan yalana, din bazarı pozular).

inanmasan yalana, and bazarı pozular. (inanmasan yalana, din bazarı pozular).

inanmasan yalana, inanc evin yıxılar.

inanmışdıq ölümsüzdür sevgimiz, unutmazdıq iki təniz bir tiniz, şaxda vursa solar gülüz, donar su, qırıq yelkən, sınıq gəmi bir dəniz.

inansan itər səni. inanmasan, nedər səni. (nedər: nə edər. nə edidər).

inaş olsa, yenəş olar (inanc olsa, yenənc olar) (inaş: inanc) (yenəş: yenənc: imkan).

incə cığır yol durur, həp ayrılıq dik durur, könül ilə baş ara, könül hara, baş ora!. (dik durur: diçəlir, canlanır).

incə çıxıp yoğuna girmək rahat (qolay), yoğundan incəyə girmək çətin.

incə əğirib sıx toxumaq. (işgə əğirib sıx toxumaq).

incə ələnib sıx toxunub, ağ geydirən ölüm oxunub. (bu evrəni ölçüb biçməyə gəlmədin, köçən yoldur, köndə biz, qaçmaq olmaz köçər yoldan).

incə əliyib, sıx toxuyan.

incə səslə qonuşmaqla, qadındısa qız olmaz.

incə sözlər güvənlik, düşüncənin incəsi dərinlik, incə duyqu mutluluğun qaynağı.

incə tutsan ipivi, dartılalı tez qırılı. (işivi qurğun, bərk, möhkəm tutmalısın. işin yoğunluqlarında qaçırmamalısan).

incə var yarar, incə var yaxar.

incə var yarar, incə var yaxar. (yarar incə, sözdə, yaxar incə, beldə).

incə var yarar, incə var yaxar. (yarar incə, sözdə, yaxar incə, beldə).

incə yeyib yoğun sıçmaq.

incə yoğun seçilsin. (eyku geyku ayrılsın). -eyku geyku. yaxcı pis. yaxcı yaman. qutuq kötük. incə yoğun. xeyir şərr.

incidirsə sevən sevəni, inanmayın seviş qalıb arada, söğüş səpir kəndi duzun yarada. (söğüş: nifrət).

incik kişi acıq qoxar. (həssas olan çevrəsin sancar).

incitdyin ürək, edirsə dilağu, qutarmadı ondan başın sağu. (dilağu: qarqış. bəddua).

inciyib sınmağı, sevən bilər, sınıb dağılar, sevməyən ürək.

indi artıq o günlər artda, quru nisgil anısı yadda !!!.

indi artıq o günlər artda, quru nisgil anısı yadda !!!.

indi qo heyvanı ged insanə gəl, ol xayaldan keç bu gerçək canə gəl.

indidən çaşsa dilin, yarın necə saxlar elin.

indidən çaşsa dilin, yarın necə saxlar elin.

indiki evlənməklər toy tutmaq yok, tor qurmaqdırlar.

indini tutaq, dünəni buraq.

indini tutaq, dünəni buraq.

indisin quranmıyan, yarının itirir.

indisin quranmıyan, yarının itirir.

indisini qurmayan, yarınların itirmiş.

indisini qurmayan, yarınların itirmiş.

indivi bil etdiyin, sonra gəlsə bilərsən.

indivi bil etdiyin, sonra gəlsə bilərsən.

indivi danma keçmişə dalma.

indiyə güvən yarına inan.

inək duza aldanır, kişi sözə.

inək gözün süzər, buğa ipin qırar.

inək quyruğu özün döğər.

ins cin gəldi çalışdı sürə yerdə kürəyin, qorxu qalmış bunaki qalmışı şeytan apara.

ins cin gəldi çalışdı sürə yerdə kürəyin, qorxu qalmış bunaki qalmışı şeytan apara.

İnsan insanın (adam adamın) şeytanıdır. Kötü arkadaş insanı insanı doğru yoldan çıkarır, kötülüğe sürükler. (Bayram Özdemir).

insan necə başarır öylədə yaşayır.

insan pülənmiş tuluğ kimidir, ağzı açılsa içi dışa axar, çıxar. (yalqu (insan)


Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin