Aban aban iş olmaz, bəsləməsən qız olmaz



Yüklə 5,82 Mb.
səhifə37/59
tarix21.11.2018
ölçüsü5,82 Mb.
#84359
1   ...   33   34   35   36   37   38   39   40   ...   59
kölgə: iz. ad. nişan).

kimi yarıya duzatır, kimi yaralar düzətir.

kimi yolçu kora yalquç olur, kimisin yoldan alıb kor ylluğa hadi olur.

kimilər yarınları boş görürlər, bu boşluğu yalnız bir gövdədə, kimisində yatan sevişlə doldurmaq istəyirlər.

kimilər yox çıxarı, hərnə varı, kimilər hərnə varı yox çıxarı. (çıxarı: ərdəmi).

kimin beşik arar, kimin saltuq. (saltuq: qapırcaq: tabut. qaput. ölünü sinə dək daşıtan qutu).

kimin bilə qaş olsa, yaşın yaxmaz. {- kimin belə qutsuq daşı olsa, ıldırım onu çalmaz}.

kimin birlə qaş olası, yaşın onu yaxması. (qaş: göz daşı. yada daşı). (hər kimin göz mıncığı olsa, qada baladan saxlanır).

kimin birlə qaş olası, yaşın onu yaxması.(qaş: göz daşı. yada daşı). (hər kimin göz mıncığı olsa, qada baladan saxlanır).

kimin ilkini kimin songünü. (yazılmadan yazı öndən oxunmaz). (yaşam dolu gözlənməz). (gözlənməz: sürpiriz).

kimin kim olmaya yazusu onmaq, ani sə'yilə müşgüldür onarmaq.

kimin oğlusan əlində değil, hançı yoldasan özgədən değil.

kiminə alqış, kiminə qarqış, kişisin buldun, ona ol yarqış. (kişisin: adamın). (yarqış: kömək).

kiminə alqış, kiminə qarqış, kişisin buldun, ona ol yarqış. (kişisin: adamın). (yarqış: kömək).

kiminə baxır döş gəlir, kiminə baxır düşüngəlir. (döş gəlir: göğüslənir. şişinir). (düşüngəlir: oylanır. fikirləşir).

kiminə bayram, kiminə qarqam. (qarqam: qaqram: qısınca. işkəncə).

kiminə hay, kiminə vay.

kiminə hay, kiminə vay.

kiminə kəndi başı yük olur, kiminə özgə daşı baş olur. (kimisi kəndi axmaqlığına yanır, kimisi uyduğü kiminin). (uyduğü: mürüd olduğu).

kiminə qat-qat, kiminə ac yat, kiminin başında tac, kimi ac yalavac, kiminin saçı var, kiminin ələyi.

kiminə qat-qat, kiminə ac yat.

kiminə yalan satmaz, düzünə büzün qatmaz. {düzüt: (açıq). həlal}. (büzün: pozun. həram).

kiminin başında tac, kimi ac-yalavac.

Kiminin devesi (parası), kiminin duası. Zenginlerin parasından yararlanılarak, yoksulların da duası alınarak işler yürütülür. (Bayram Özdemir).

kiminin hayı, kiminin vayıdır.

kiminin hayı, kiminin vayıdır.

kiminin sacı var, kiminin ələyi.

kiminki torbada, kiminki ortada.

kiminsә tünü bitər kiminsә günü atar.

kimisi acanda, kimisi tapanda. (bəy. yoxsul).

kimisi alverçi, kimisi alaverçi. (alaverçi: qurumsaq. arvad satan).

kimisi duyğuların əldə əsir, kimisi varki əsən yellə əsir.

kimisi duz yeyir, kimisi susur, kimisi yava (yavuz) sanur, kimisi sanculanur. (kimisi yava sanır, kimisi sancılanur).

kimisi edmək istəyir, kimisi arzılır edsin, sonağu edən aparır. (sonağu: sonunda. aqibət).

kimisi evrəni başla döndürür, kimi evrənin başına dönür.

kimisi gəli kimisi gedir, kimisi alır kimisi verir , ağu içir baldı sanur dadanır, gələn gedən, alan verən aldanır.

kimisi kəndi üçün yengi yaşamlar yaradır, kimisi başqaların çırpa vurur can alırı!.

kimisi ölür, kimisi dirilir ölümlə.

kimisi öz yazını özü yazır, kəndi sinin kəndi qazır,.

kimisi sanur, kimisi sanculanur. (kimisi yava sanır, kimisi sancılanur).

kimisi top oynadır, kimisi topunan oynur.

kimisi tünə çıxar kimisi günə.

kimisi utanınca qızarır, kimisi qızarınca utanır.

kimisi yalan, kimisi yaman, qalanı yanan.

kimisinə ağa dedim, qul kimi aldı məni.

kimisinə ağa dedim, qul kimi aldı məni.

kimisinə sevgi sevinc qaynağı, kimisində nisgil kitir oyaldır.

kimisinə sevgi sevinc qaynağı, kimisində nisgil kitir oyaldır.

kimki ola ayquraq, tezcə çatar barquqa. (ayıq olan diləyinə qıvraq ulaşır).

kimlə batır kimlə yatır, kimlə qaçır kimlə qalır, yalan dünya, yaman dünya.

kimlə evli bilməsən, haçan ölgən duymasan.

kimlə oldun olgilən, uzaq olqıl yaltaq, daltaq, qaltaqdan.

kimlər üçün hər nəsən, kəndin üçün heç nəsən, kəndin üçün hər nə ol, kəndin üçün kəndin ol.

kimləri deyir ''ağıllı kişi oracan yalan danışmalıdıki, poxu çıxmıya''.

kimləri üçün.-gülənməyən ağlayır, susanmıyan qonuşur, ölənməyən yaşayır.

kimləri var yaxcıları görənmir, dadlı acı iyi pisi seçənmir.

kimləri var yaxcıları görənmir, dadlı acı iyi pisi seçənmir.

kimlərinin soysopuda bəllənməz, kütbeyini quddasanda təprənməz!.

kimlik başarığa satılmaz.

kimlik qavramı cicik duyqusun daşır.

kimlik qavramı cicik duyqusun daşır.

kimlik öğəsi dildə yatır, oda çağunla çapır. (çağunla: zəmanə ilə).

kimliklərin tərs uvad üzü var.

kimliklərin tərs uvad üzü var.

kimlillik, olduğuz yerdən başlır.

kimliyi yaradan, seçimlərdir!.

kimliyi yüksək, soyu nə gəzir.

kimliyin gücü kölgəsində. (kölgəsində: etgisində). (kölgə kimlik gücünün yansısıdır).

kimliyin seçimindir, gürəşəndə ölür, yatanda.

kimliyini bilməyən, özgə elgə yem olmuş. (elgə: millətə).

Kimsenin ahı kimsede kalmaz, kötülük yapanın, yaptığı kötülük yanına kalmaz. Muhakkak bir gün çıkar. (Bayram Özdemir).

kimsə kəndi ölümün görmür!.

kimsə kimsənin almaz ürəyin, ancaqki ala kəndi ürəyin. (ancaqki: məgərki).

kimsə kimsənin almaz ürəyin, ancaqki ala kəndi ürəyin. (ancaqki: məgərki).

kimsə özünə görə don biçər.

kimsə sən üçün yaşamaz, kəndin üçün yaşa.

kimsə verməz bildiyini özgüyə, gözəl görər verər inam güzgüyə, yağar külü qar yerinə başına, ölər yeri olmaz yeri daşına.

kimsədə yaxcılıqların unutsa, sən yaxcı olmağı unutma.

kimsədən ummaz, kimsədәn küsməz.

kimsədən yarmaz mənə gəlsin mədəd.

kimsələr var yapmazları yapmış olur yaşamın, kimsələri yapdıqları yapmış olur yaşamın.

kimsələr var yapmazları yapmış olur yaşamın, kimsələri yapdıqları yapmış olur yaşamın.

kimsələri qaldıran süpürgədi, endirən süpürgə sapı.

kimsələrlə qonuşmağa söz tapmaz, kimsələrlə qonuşmağı son tapmaz. (son tapmaz: son bilməz).

kimsələrlə qonuşmağa söz tapmaz, kimsələrlə qonuşmağı son tapmaz. (son tapmaz: son bilməz).

kimsənəm yox səndən özgə ya ilah.

kimsəni küçümsəmək, başsızlıq, büyütsəmək qorxaqlıqdır.

kimsənin çırağı, danacan yanmaz.

kimsənin çırağı, danacan yanmaz. (kimsənin çırağı, danadan yanmamış).

kimsənin manğın yetirsə sanğa bil, səndəki manğı yetirmiş özgəğə. (manğın: aybın). (sanğa: sənə). (özgəğə: özgəyə).

kimsənin oy başına qapınmadan, kəndivə güvən bildiyin yapın.

kimsənin oy başına qapınmadan, kəndivə güvən bildiyin yapın.

kimsəsiz dağlar, olur ağlar.

kimsəsiz dağlar, olur ağlar.

kin imandan, acığ başdan edər. (başdan: ağıldan).

kinli ürək sözlü olar, sevşək ürək dərdli.

kiri kir açar, sirri sir açar.

kırıx düşmə, karvan yürür ömür keçir.

kirişlər üzüldü, yaylar basıldı.

Kırk hırsız bir cılbağı soyamamış, Hiçbir şeyi olmayandan kim ne alabilir? (Bayram Özdemir).

kirli ürək düşüncə, tulla uzaq gücüncə.

kirpik gözün çitidi (çəpəridir).

kirpikdə yaxındır, ama görə bilmirsən.

kirtü dirlik əcəlsiz ölməkdir, tanrı birlə həmişə olmaqdır. (kirtü: doğru. həqiqi).

Kısa günün karı (kazancı) azolur, Kısa bir zaman çalışarak elde edilen kazanç doyurucu olmaz. (Bayram Özdemir).

Kış kışlığını, kuş kuşluğunu gösterir (yapar) yapar. Doğa yasaları değişmez, her varlıkta kendi özelliklerini yansıtır. (Bayram Özdemir).

kişi (adam) öz ayağından yıxılır. (kişi yanılmasa, qul olmaz).

kişi (adam) sevdiyindən inciməz.

kişi (erkek dişi) yaşlandıqca filozoflaşır.

kişi (insan) necə başarır öylədə yaşayır.

kişi (insan) unutmaqla umut (ümid) tapır.

kişi açarı gəzir, sıçan bacanı. (kişi bacarı gəzir, sıçan bacanı).

kişi ağzı sözsüz, qazan altı közsüz olmasın.

kişi ağzıyla tanınar. ( yalqu (insan) orulmuş qab, yazılsa ağzı alqınar). (insan pülənmiş tuluğ kimidir, ağzı açılsa içi dışa axar, çıxar). (orulmuş: horulmuş. (urulmuş). üfürülmüş. pülənmiş).

kişi ağzıyla tanınar. ( yalqu (insan) orulmuş qab, yazılsa ağzı alqınar). (insan pülənmiş tuluğ kimidir, ağzı açılsa içi dışa axar, çıxar). (orulmuş: horulmuş. (urulmuş). üfürülmüş. pülənmiş).

kişi altın görər, altına girməz. (altına girməz: boyun əğməz).

kişi arğanın bulur. (arğanın: aradığın). (gəzəsən ardıca kim dan atacaq, güllənən göylü çimən gün çatacaq).

kişi ayağdansa, başdan böyüsün.

kişi ayaqdan yıxılar, başdan qalxar. (düşman ayaqa, dos başa baxar). (düşman ayaqa baxdıqda, sənin yıxılmağıvı özlər, güdər, dos başa baxmaqda sənin ucalmağıvı ölçər).

kişi ayaqdansa, başdan böyüsün.

kişi başa gəldiyin yaşar, dayanırsa, bükətlər aşar. (bükətlər: (< bük) bətlər. mane'lər). (dayanırsa: dirənirsə).

kişi başdan qoxar. (adam kəlləsi ilə adam olur). {beyin yoxsa, baş qovqa). (qovqa: kovqa. boş qab, oyuq. boşqa (< boşqab)}.

kişi başı daşdan qatı.

kişi başı hər nəyindən güclüdür.

kişi başın pozanda ''söz'' düzəndə söz.

kişi başın pozanda ''söz'' düzəndə söz.

kişi bildiklərinin əsiri, bilmədiklərinin yesiri. (yesiri: əsə əsə ardıcan gəzilən).

kişi bildiyi dərək yaşır, öğrəşdiyi yok. (dərək: qədər).

kişi bildiyican görür, gördüyücan yox.

kişi bilənin oxar, toyuq görənin çoğar. {çoğar: çuğlar. dimdiklər. (< çoğ: çuğ: cük:dimdik)}.

kişi böyüklər qarşında əğilməklə dirsələr.

kişi büldüğücan görür, gördüyücan yox.

kişi çün yiyə qarnı tox ola, yaraşır gözü yuxulu ola.

kişi dediyin tuluğdur, ağzın açsan dağılır (yıxılır).(kişi gücü dilində). (dilində: sözündə).

kişi deməz, dedi dönməz. (iyid aytmaz, aytdı qaytmaz).

kişi dəlik daşla, dişi qələm qaşla alınmaz. (dəlik daş: dəğərli daş). (qələm qaş: gözəllik simgəsi).

kişi dərdlisi değingən olur, sapın incisi düğülgən. (düğülgən. tez tez düğün düşən).

kişi diləyincə danışır, duyan biliyincə qanır. (diləyincə: dilədiyi kimi). (biliyincə: bilgisicə).

kişi dili altındadır. {dilin dərgitə dəğir. (dərgit: süfrə)}. yumşaq dillə süfrəyə çatılır.

kişi dilin dansa, su çox yatsa acar. (acar: küflənər).

kişi dilin, it yiyəsin, at minənin, quş yuvasın tanır.

kişi diliylə doğur, diliylə yaşır, diliylə ölür!.

kişi doslarından azar.

kişi doydudğu yerdə yox, doğduğu yerdə olmalıdır. (# kişi doğdudğu yerdə yox, doyduğu yerdədir).

kişi dönümə söz verər, ölümə yox.

kişi dustaq içrə sınanmaz.

kişi düşünürsə bağıramaz, bağırırsa düşünəməz.

kişi elinin, qonşu qonşunun güzgüsü olur.

kişi əskiyər, əskilməz. (əskiyər: qarıyar. qocalar).

kişi əti diriklə dadır. (adam əti diri olurkən dəğəri var).

kişi əti diriklə dadır. (adam əti diri olurkən dəğəri var).

kişi əti, diriklə dadır. (adam əti diri olurkən dadlıdır).

kişi gərək dar ağacın yıxmağa, qadam gəlsin dar başına çıxmağa.

kişi gizli söz atda, sözdə gizli dil altda.

kişi görənin söylür, toyuq görənin çöplür. (çöplür: dimdiklir).

kişi görkəmiylə qarşılanır, içi ilə uğurlanır.

kişi görkəmiylə qarşılanır, içi ilə uğurlanır.

kişi görkü söz, ocaq görkü köz. (görkü: yaraşığı. gözəlliyi).

kişi gücü dilində. (dilində: sözündə). {kişi dediyin tuluğdur, ağzın açsan dağılır (yıxılır)}.

kişi gücün dinclikdən alır, bulğan qoparır. (bulğan: qiyamət). (qoparır: salır). (doyub azanlar artığın yeyər).

kişi günü elinən, balığın günü gölünən (keçər).

kişi gürəş itirər, kəndin yox. (gürəş: döğüş. mubarizə).

kişi güvəncdən soxular. (kişi inanandığı yerdən çalınar).

kişi harda varsa yaraqlı gərək.

kişi heç yanılmaz, bilir isə, deyən sözün, bulur isə, duyan sözü. (insan heç zaman yahalmaz, məğbun çıxmaz, danışdığı sözü başa düşürsə, (dediyi sözü, ağzından çıxan sözü başa düşürsə), eşitdiyi sözü anlayır isə) (bulur isə: anlamın tapır isə).

kişi içi gözəlsə, üzü çirkin, genə xoş gəlir, içi çirkinsə, üzü huri, genə turş gəlir.

kişi içi sözü ilə açılır, işi ilə kimgətilir. (kimliyi tanqatılır, təsbit olur).

kişi için, söz açar. (için: 1. içində olanı. 1. ruhun). (kişi kimliyin söz açar). {söz kişinin baylığı. (baylığı: varı yoxu. devləti)}.

kişi iki aynap gəlməz yaşama. (aynap: dövrə). (adam iki kərə, dövrə yaranmaz).

kişi iki kökdə durur, doğma dil, doğma topraq.

kişi işdə çörəyi içdə olmalı(içdə: evdə).

kişi işdə ərir, qızıl odda.

kişi işdə gərək, balığ suda.

kişi işə çalışmaqla aşınır.

kişi işin alıqlama (: özgənin işin, qılığın, lağa qoyma).

kişi ititsə tanrım bitirər.

kişi kəndi kökün danırsa, topraq onu yadırqar, kişi kəndi kökün tanırsa, topraq ona yağırdar. (onu yağırdar). (yadırqar: qərib sayar). (yaxırqar: əziz tutar). (yağırdar: kökəldər. yağa doldurar. bəslər. yağ tökər. yağ tökər. yağdırar).

kişi kəndi qulu, çox uzağa qaçılmaz, uzunluğu yaş buyruğu, çox qıslığı danılmaz, çox uzluğu sayılmaz. (uzluğu: istəyə uyqunluğu. tibqi murad olduğu).

kişi kəndilə barışmasa, kəndirə keçər. (kəndirə keçər: ipə ilişər. pırtlaşıq düşər).

kişi kəndin unudanda, özgəyə sığınır.

kişi kəndin yeniləməli, yenidən doğulmalı!. {kişi kəndi uçun həvəslərin kəndirin tutmalı (qılavutmalı, cilovutmalı, ovsatmalı), yeni evreklər qurmalıdır}.

kişi kəndinə gərəkən dəğəri biçməsə, hər günə qalmalıdır! (gərəkən: lazımlı).

kişi kəndini doğru bilsə, nəyi yoxdu.

kişi kəndini doğru sanırsa, nəyi alanmaz, nəyə çatanmaz. (kəndivə güvən).

kişi ki gözlədi dirilik yatın, gərək ki oxşaya yad obanın itin. (yatın: yolun).

kişi kim yavızlıqdan qaça, gərək kim iyi fala ağzın aça.

kişi kimliyi dil. (dil: söz).

kişi kişidən qurtulmuş, işindən yox.

kişi kişiyə baxar utanar, üzüm üzüme baxıb qızarar.

kişi kişiyə uyar.

kişi qalırsa dossuz, dərdin deməz gəbərir, kişioğlu çəkənməz, bölüşməli dərd olsa.

kişi qanı yerdə yatmaz, yuğulub gedər.

kişi qatlanması yaşdan değil, başdandır. (qatlanması: kotanlaşması. kobutlaşması).

kişi qazanın otda durnca, otdan düşüncə gör.

kişi qılğı zor düşər, açmasa söz ağızdan. (düşər: düşünülər. açılar). (qılğı: qılığı: əməli).

kişi qılığı ölünə sürər, gülüşlü dodağ könülə. (ölünə: ölənə dək).

kişi qızıqda sınanar, altın otda, dəmir kürədə. (qızıqda: hirslilikdə, sınırlıqda).

kişi qızıqda sınanar. (qızıqda: hirslilikdə, sınırlıqda).

kişi qolasa, tarı bolasar!. (qolasa: əlləşsə. çalışsa!). (bolasar: bərəkət verər).

kişi qolasun, tarı bolasun. (qolasun: əlləşsin. çalışsın). (bolasun: bərəkət versin).

kişi qudur artıq dəğər biçərsin, uşaq çürür, artığına sevərsin, çiçək qurur, artqısına suvarsın. (qudur: qudurur. azır).

kişi qursuz qalmaqdansa kor qalası. (qursuz: yoldaşsız).

kişi oğluna qımız candır, süt qan.

kişi oxşarı, işləyən sözdür.

kişi ol ki kişilikdən yad olur ər-dişilik. (kişilik ərkək dişi tanımaz). (ər-dişilik: ərkək dişi).

kişi olan erkək dişi tanımaz, evrən sürər, keçmişləri sanımaz. (sanımaz: fikrində eləməz. mütəsəvvirdə olmaz. eyninə almaz).

kişi olan sözlə özü birgəşər.

kişi olana həpimiz bir qoldayız, birikir yollar, bir yoldayız.

kişi olar, ayıq oyaq, ərin arın. (ərin: azadə. alçaq könül. sınaq görmüş) (ərin arın: ərinmiş arınmış). (ayıq oyaq: gözü, beyni açıq. bidar huşyar).

kişi olduğun yaşır, istəgin yazır, başarsa qazır.

kişi oldun işsiz yok, saçaq oldu dişsiz yok. (saçaq : süfrə).

kişi oldun işsiz yok, saçaq oldu dişsiz yok. (saçaq: süfrə).

kişi oldun, fət (fənd) gərək, qurd oldun, güc gərək.

kişi oldur ki canın fəda eyliyə cananına, yox oki canın qıya cananına.

kişi oldurki arvadı inandıra, özü inanmıya.

kişi olub dar ağacın yıxmağa, gərəkməzki dar ağacın çıxmağa.

kişi olub dar ağacın yıxmağa, kişi olmur dar ağacın qurmağa.

kişi olub kəndi başına buyruq, yalan gerçək yoxdu yeri yaşamda.

kişi olub kişi dərkin bilməyən, ondan artıq otlab yürən mal yaxşı. (dərkin: qədrin).

kişi öğrəşiyin əsiri. (öğrəşiyin: öğrəşdiyin. aldışının. atələrinin). (öğrəşirsə biri qapalı qalsın, qandalı qırıq tusdağı yarıq, acılar çəkdirər ona ayrılıq).

kişi ölər işi qalar, tini ölər təni qalar.

kişi ölümlə hər nəyin itirir, ölüm duraq deyir, yoxluqur.

kişi ölür bütü qalır. (büt: gövdə. bədən. don).

kişi ölür, izək qalır. (izək. əsər).

kişi öz gücünə, biliyinə, biləyinə inanmalıdı.

kişi özündən görər, çəkiz yoldaşından. (çəkiz: namərd).

kişi özündən görər, kişisiz yoldaşından. (kişisiz: namərd. alçaq).

kişi sağırı üz. (adamın ən etgilənən dərisi üzündədir).

kişi seldir, arvad göl.

kişi sevdiyin güdər, dişi sevildiyin.

kişi sevdiyinə, sevildiyindən daha çox güvənlidir.

kişi sevişlə yaşır, sevişlə aşır, sevmədən ölür.

kişi sılar aş verər, tarı sılar baş verər. (kişi : adam). (sılar: saylar. silər). (baş: us. ağıl).

kişi sılar aş verər, tarı sılar baş verər. (kişi: adam). (sılar: saylar. silər). (baş: us. ağıl).

kişi sılar aş verir, tanrı sılar baş verir.

kişi sorğaşıb tanar, ısğaşıb qalar. (ısğaşmaq: ıssılıq duymaq. alışmaq).

kişi sözlə, quş uçuşla, nə olduğun bəllədər. (kişi söz açsa, quş uçsa, nə olduğu bəllənər).

kişi sözləməsə, quş uçmasa tutulmaz.

kişi sözündən tanınar, üzündən yox. (üzündən: bəzəgindən).

kişi şam ağacı, qadın ona sarmaşıq.

kişi toxlu deyil varlığına yox deyə. (toxlu: haqlı).

kişi tutsağ oluru gördüyünə, bildiyinə, qılınıb qılmağımızdır qıracaq tustağımız. (biləyən: itildən). {işdir biləyən bildiyivi, arçalayan gördüyüvü). (arçalayan: aydınladan. təmizə çıxaran)}.

kişi tükdən incə daşdan qatıq.

kişi ucalır başdan, dağ ucalır daşdan.

kişi uşaq doğulur, uşaq yaşlanır, uşaqda ölür. (kişioğlu uşaq gəlir uşaqda gedir).

kişi uşaq doğur körpədə ölür, pişməyi güdür, pişməmiş ölür. (adam ha dək yaşlansın belə çiğ qalır).

kişi üçün öndən cızılan yol yox, öndən yonulmuş qol, baş gələnin çəkir, baş görənə çəkilir.

kişi üçün yer üzündə, ən dəğərlisi: bilikli inanca güvənc!.

kişi üzünə evdə söz gələr.

kişi var boyun çəkir dara, kişi var söz çəkir sapa.

kişi var can verəsən min kərəmi az gəlir.

kişi var can vermək üçün yaranıb (doğub ölmək üçün, boşuna), kişi var canvermək üçün yaranıb (calandırmaq üçün), kişi var can almaq üçün, kişidə var cana dəğmək üçün yaranıb. (kişi: adam).

kişi var doğan yerin, kişi var doyan yerin özləmiş.

kişi var doydurar, kişidə var doldurar.

kişi var dururkən, ürəyi ölür, ürək var vururkən, kişisi ölür.

kişi var qalada doğur, dərədə ölür, kişi də var dərədə doğur, qalada ölür!.

kişi var qulaqda səmrirr, kişi var qarından.

kişi var ''quranı'' yorur, kişidə var ''qurqanın''. (qurqanın: kəndi uydurusun).

kişi var söziylə böyür, kişi var sözü böyüdür, kişi var söz böyüdür. (kişi var danışdığı söz, anlam araclı (yararlı, ilə) dəğər bulur, söz yaraldıb, yaşatmaqla özündə yaşadır, kişi var sözün dəğərin açıqlır, sözü yaşadır, kişi var boş sözə önəm qazandırmaqla özün yaşadır).

kişi var süngük üçün itlik edər. (süngük: sümük).

kişi var yaşam sürür, kişidə var sürür yaşam.

kişi var yaşlandıqca aşılanır, kişidə var aşlandıqca yaşlanır.

kişi vardı sözü dadlı, kişi vardı özü dadlı, kişi vardı səsi dadlı görməyəsən üzünü, kişi vardı özü dadlı duymayasan səsini.

kişi vardır aşla başı barışmır.

kişi vardır dar ağacın yıxarmış, kişi vardır dar başına çıxarmış.

kişi vardır kişiliyə ad qoyar. (kişiliyə yeni yön, açı gəliştirər).

kişi vardır ölüb gedmiş ad qoymuş, kişi vardır ölüb gedmiş dad qoymuş.

kişi vardır ömür qoyur, var yığa, kişidə var, varın qoyur yığmağına bir ürək.

kişi vardır ömür qoyur, var yığa, kişidə var, varın qoyur yığmağına bir ürək.

kişi vardır ömür qoyur, var yığa, kişidə var, varın qoyur yığmağına bir ürək.

kişi vardır ömür qoyur, var yığa, kişidə var, varın qoyur yığmağına bir ürək.

kişi varkən donluq əsiri, yoxkən, yoxluq əsiri.

kişi varlığı elinən, eldən ayrı çürüyər.

kişi yanıla yanıla (aldana aldana), ya yanar, ya pişər.

kişi yapdığından tutulur, dəli sözündən, axmaq duyduğundan. (kişi işindən tutulur, dəli sözündən, axmaq duyğusundan).

kişi yaratmadıqca kəndin unudar.

kişi yarsız, quş qanatsız olmasın.

kişi yaşdan, od odundan doymamış. (bu söz, kişini, yaş sürəsinə, günvənlə yanaşmasına çağırır).

kişi yeddi kərə yıxılar, səgggiz kərə qalxar.

kişi yoxsa, ağac börklə gəngəş bir. (börkü tax dayağa, onla danış heç olmasa). (gənəşmədən, danışmadan, məsləhət edmədəm ulu önəmli bir iş görmə. (-örnəyin, boydaşma, evlənmə).

kişi yoldaşından azar. (adam tanışından zərər görər)..

kişi yoldaşından azar. (adam tanışından zərər görər)..

kişi yürür, yaşam sürür.

kişi, kəşür değil, bitdiyi yerdə dura. (bu söz, kişini, gəzib dolanmağı unutmasından qorçalır (qorunmasın istir).

kişi, qarqa deyil bir kəsək minin qoğa. (birin yox minin as belə, qoxutmaqla kişi istəyindən dönməz).

kişi, 'var' gətirir, 'var' kişilik yox.

kişi, yaşamaqla dəğişir, baş, çəkə çəkə ərişir. {yaşamaq, durmuş, öz etgisin, istər istəməz kişi üzərinə bıraxır, baş gördükləri, taşrıvalar, təcrübələr ilə yetişir. (durmuş: həyat) (baş: ağıl) (ərişir: yetimləşir. pişir)}.

kişiçilik bir alan, ərkək dişi seçilməz. (kişiçilik: şəxsiyyətçilik. qayratçılıq).

kişidə bəzək düz buyruq, atda bəzək yal quyruq.

kişidə değişik kəndliklər yatışır. (kəndliklər: mənliklər).

kişidən kişyə uğur (xeyir) ulaşır.

kişigə gərək is könüldə, us başda. (is: duyarlıq. yiyə çıxmaqlıq gücü. üns. ülfət). (us: huş. ağıl).

kişigə, kişicə baxmanı bilsənğ, çoxalar dosdun, yox olar düşman, mən mənligin yoluna girsənğ, yalnız qalıb edər səni ökşan. (ökşan. öküşən. peşman).

kişilər arasında bir dişi yox, dişilər olduğu yerdə kişi yox.

kişilər bir birinə bağlanıb, tanrıda qalır.

kişilər görnüşüylə qarşılanır, bilimiylə ağırlanır, davranışıyla uğurlanır. (kişilər: adamlar) (mevlana).

kişilər iş öndün yaraxlanır. (öndün: öncədən. işi başlamadan öncə). (kişilər işi başlamadan öncə, yaraklanır).

kişilər ortasıda ölçülürü bir aralıq, gərəyində nə çəkin durmuş olurlarda yaxın. (aralıq: uzaqlıq. məsafə). (nə çəkin: nə dərək. nə qədər).

kişilər ölür iş sözü qalır, varlısı ölür mal davar qalır, eşşəyin ölür palanı qalır.

kişilərdən çoğunu izləyici, qalanı oyuncaq, lap azı oyunçu.

kişilərin (adamların) nə yalanları bitər, nə etgiləri itər.

kişilərin dincözlügün pozan nədənlərdən kəndilərin başqaları ilə tutuşdurmasıdır. aymazki hər kişi kəndi donda qılıqda, yolda yöndə yollanıb yönəlir (yönənirlər). (dincözlügün: arxayınlığın. aramişin). (aymazki: qafilki).

kişilərin ilk dediklərinə yox, son etdiklərinə bax. (kişilərin: adamların).

kişilərin ilk dediklərinə yox, son etdiklərinə bax. (kişilərin: adamların).

kişiligim mənim kimligimdən, davranışım sizin kimligizdən asılı.

kişilik dəlik daşdan, dişilik qələm qaşdan tanılmaz. (dəlik daş: dəğərli daş. zənginlik simgəsi). (qələm qaş: gözəllik simgəsi).

kişilik geyimə deyil, eşşəklik palana. (kişilik paltara deyil, eşşəklik palana).

kişilik varlığı başilə könül.

kişilik yamanlığı yoxatmaq yok, azaltmaqdır.

kişilik yaşa, kişilər təki öl.

kişilik yaşa, kişilər təki öl.

kişilik yonqarı cicik deyir.

kişilikdən nəyi azı var, -ətək altda tütəyi, belində var tüfəyi.

kişiliksizin qalma, böyük mandır. ölülərlə dirilik yapma, dirilərlə ölülük. (kişiliksizin: karaktersiz. şəxsiyyətsizlik. vurdumduymazlıq. qabalıq).

kişin saç tökür, qadın saçı ağardır.

kişini (insanı) dili bələr, sürünü qotur.

kişini dəm yaşatır, qəm qağşatır. (qağşatır: qurudur).

kişini dəm yaşğatır, qəm qağşatır. (yaşğatır: yaşatır). (qağşatır: qarıtır. qocadır).

kişini dəm yeridər, qəm çürüdər.

kişini dəm yürüdür, qəm çürüdür. (yürüdər. yaşadar.

kişini dörd nədən yıxar- qanamazlıq, qınamazlıq, yenəməzlik, çatamazlıq. (qanamazlıq: cahillik). (qınamazlıq: cürətsizlik). (yenəməzlik: acizlik.). (çatamazlıq: bacaramazlıq).

kişini güldürəndə dil, küydürəndə.

kişini tanı dosdundan, kişini sına varından.

kişini varlı deyib, vardan etdi, igit deyib, gücdən etdi.

kişini yaratan işdir, ulatan dilək.

kişini yaş saxlar: yaxşı arvad, yaxşı at. (yaş: cavan).

kişinin ağı qarası içindədir, heyvanınki üzündə.

kişinin başı qaladır.

kişinin başmalı, ağıllı başıdır. (baş malı: anamalı).

kişinin bir özü, birdə sözü.

kişinin dili başqa, özü başqa.

kişinin düşmanı, pis dil ilə, pis arvad.

kişinin hovanlığı ölümlə bitir, oy uyumları sonuna yetir. (hovanlığı: axmaqlığı).

kişinin kələcinə (sözünə) baxıb, başına (ağlına) qiymət ver.

kişinin kələcinə baxıb, ağlına qiymət ver. (kələcinə: sözünə).

kişinin sözü işdi, sözdəyir işi.

kişinin sözü, özlügün özü. (özlügünq şəxsiyyət).

kişinin tüm varlığını üstələyən kimliyidir.

kişinin üzünə evdə söz gələr.

kişinin üzünə yox, izinə bax.

kişinin yaşamağa üç tapışı olur, biri dünən, (yaxcısı pisi) keçmiş ola, ikincisi indi (şimdi), dənənmiş ola (keşgə yaşıyaq), üçüncüsü yarındır, yaraqlan ki yaşanmış ola. (tapış: şans. imkan. qismət) ).

kişinin yaşamı, başla könül savşı.

kişioğlu çoxun seçir 'kәndi kәndin aldatsın'. (çoxun: əksərən).

kişioğlu çöldə tapıb evdə yər, dövlək olan çöldə tapdı çöldə yər. (yər: yeyər). (dövlək. dövələk (< döğmək. dövmək: ayaq çalmaq). hərcayi. hər yanı döğən, gəzən. ara qəhbəsi. alaqəhbə).

kişioğlu kəndi kəndini ovutur, evrəndə heçnə yerin heçnə almaşmır. (ovutur: oyutur. uğraşdırır. oyalır. aldasıtır). (almaşmır: dəğişmir).

kişioğlu köçməyinə bilkinər, nərə düşə bəllənməz. (bilkinər: yəqin edər).

kişioğlu qavramınca yaşır. (qavramınca: qanacağıca. dərkicə).

kişioğlu yetmişindən sava keçmişlərindən danışa bilər.

kişiyə (insana) unudulmaz olan (şey), yuxudu. (yaddan çıxmıyan şey yuxudu).

kişiyə biçən dəyər söz olur, edirsə tutar, çönü min olur. (edirsə tutar: sözünü dəyərə mindirə bilsə). (qıldığın ayta bir, aytdığın min qıl). (dediyin min qıl, qıldığın bir de). (ayta: de). (aytdığın: dediyin). (yapdığın bir kərə desən, dediyin min kərə yaxcı qıl).

kişiyə börk, qılınca qın dəğər verməz.

kişiyə hörmət, artırar minnət.

kişiyə tutar sözüylə, sözünə tutar işiylə. (tutar: dəğər).

kişiyə, qundağa qonduqda girən xuy, salacada çıxar. (salacada: tabutda). - kişi qundakta aldığı qoy (xuy), ölmədən dəyişməyəcək.

kit qəmuz qayğuz bizikkimdən sayuz. (bizi öz dərdizə ortaq bilin). (kit: qussə).

kitab kimi sus, qanmaza qılıc vermə. (qanmaza: cahilə).

kitaba qənim kəsilən, saçından asılar!. (qənim: düşman).

kitaba tərs baxanın, qaçsada dodaq gülməz üzü.

kitabsız baş daşı neylir!.

kitap oxuyanındı, dil danışanın.

kitir qussə yaxcı bilər üzməyi, ha doldursan çaxır içdə boğulmaz, içgi içrə çaşırmaz. (kitir: kədər).

kitli duyqular ıraq, qutlu oykular çıraq. (kitli: kötü. pis).

kitli duyqular ıraq, qutlu oykular çıraq. (kitli: kötü. pis).

kitos olan dos sandığın, pambıq içrə, od sandığın. (kitoz: iki üzlü). (dos sandığın: dosd hesabladığın). (od sandığın: od ambarın).

kitos yavqa yalınar, igit elgə sarınar. (namət düşmana yalvarar).

kitos, əğri yalançıdan dosd olmaz, sınağ düşsə, sınar doslar yar qalmaz. (kitos: ikiüzlü).

kitoz doslar, yolara boşlar. -əl üz yuğuran, ayağ qaydıran sabın kimi doslar. (kitoz: iküzlü).

kitozlarda and yasa bəllənməz. (kitozlarda: alçaqlarda. namətlərdə). (and yasa: söz sana).

Kız evi naz evi, Kız evi nazlı olur. Kız istemeye gelenlerin mihnet etmesini isterler, kendilerini ağıra satarlar. (Bayram Özdemir).

koldan kötük olmaz, haydan yetim. (onları ər arvadlığı bəlli olmaz). (haydan: erməni. kəsən oğlu).

kop çapan, bir sürcər. (çox gəzən, yürüyən, bir kərədə olsun azar).

kor at, gecədə otlar.

kor at, gecədə otlar. (kor atlar, gecədə otlar).

kor atı minib, şahlıq iddiası var.

kor atın kor alıcısı olar.

kor balta sümük qırar.

kor bilik yolda qoyar gedəni. (kor: naqis).

kor boyadan anlamaz, anlamaza açıtma söz anlamaz. (açıtma: çalışma açıqlamağa).

kor boyadan anlamaz, anlamaza açıtma söz anlamaz. (açıtma: çalışma açıqlamağa).

kor bulaxdan su gəlməz.

kor burada ya bağdadda.

kor çəliyin bir yol itirər. (kor dəğənəyin bir dəfə itirər).

kor çəliyin bir yol itirər. (kor dəyənəyin bir dəfə itirər).

kor çoban qoyun güdməz.

kor çobanda qoy qalmaz, söğüş gedsə ut qalmaz. (ut: uy: haya).

kor çobanda qoyun durmaz.

kor dedi ki öz gözümlə görmüşəm.

kor dedi, görürəm, kar dedi eşidirəm, çolaq dedi, durun qaçaq.

kor deyir ki öz gözümlə görmüşəm.

kor doğulan, ışığa inanmaz.

kor duyanın, kar görənin söyləmiş.

kor elin, kor başı. (kor: qıt başlı, qafalı, görüşlü).

kor elin, kor başı.(kor: qıt başlı, qafalı, görüşlü).

kor eşşəyə saman vermax ahaddı.

kor görəməz, kağal biləməz. (kağal: kahıl: cahil).

kor göz düşündüyün danışır, dilsiz baş, necə danışır.

kor gözdə ışıq olmaz.

kor gözdən, kor bulaxdan su çıxmaz.

kor gözə günəş neylər!. (qapalı könülə, öğüd işləməz).

kor gözə, ışıq gərəkməz.

kor gözlünün nəyi var, iki əldə gözü var.

kor gözündən qorxar, keçəl başından.

kor gözünə, var sürmə çəkənlər!.

kor gurlayar, görən ülkər.

kor xocaya kitab verdilər, basırdı tapanmadı. (basırdı: gizlətdi). {kitabı, yazını yiyəsinə, biləsinə çatdırın. (biləsinə: dərək (qədir) bilənə, verənə. qədirbilənə. qədirşünasına)}.

kor ilan heç nədən qorxmaz.

kor istədiyi bir göz, iki olsa nə söz.

kor kor ilə daşlaşmaz.

kor kora kor deməsə, bağrı çatlar.

kor korluğu görməmiş, korluğ nədir bilənməz.

kor korlunu görənməz. (kor: qanmaz) (korlunu: bədbəxdi).

kor koru axdarar, su çuxuru.

kor koru görsə qıdığlanar (öğünər, kef elər).

kor koru tapar, osduraq qabın.

kor koru tapar, su çoxuru.

kor koru tapar, su çuxurun.

kor koru tapır, kar karı qanır, şil şili tanır.

kor koru tapır, kar karı qanır, şil şili tanır.

kor koru, görməz.

kor korunan danışsa, karar ara söz çıxar.

kor köngülün gözü kor, qanmaz başın yeri gor.

kor quşun yuvası, yemsiz olmaz.

kor olası yağun sənin görməsin, sınıq başın börkündə, sınıq qolun kürkündə.

kor olmasan duduna, ısınmasan oduna. (duduna: düdünə).

kor olsa yoldaşın, gözün qıypıq yür.

kor olsun bizi kor bilənlər, kor görənlər, analıq dilin dönər sanıb, xor bilənlər. (analıq dilin dönər sanıb: kəndi dilini çönə bilən düşünüb).

kor olursa göz, gözüm olsun, kor olmasın bulaq gözün.

kor ölər, badam gözlü olar. (Kordus).

kor ölür badam gözlü olur, kəl ölür sırma saçlı.

kor öz toyuğunu oğurladı yedi.

kor piçaq" (küt piçaq. kesgin olmayan piçaq) ələ küt verir (kötü gəlir. ələ zərər verir), kötü qadın (əş) dilə kötü gəlir, zərər verir (çox qonuşmaya nədən olur).

kor satıcı, kor alıcı.

kor sevən, bir göz.

kor toyuqda, dən tapır.

kor tudduğn kəsәr.

kor tutduğun bıraxmaz, gələr gəlməz, görər görməz yerə dürtələr.

kor tutduğun bırxmaz, kağ utduğun qaytarmaz. (kağ: kal. qax).

kor tutduğun buraxmaz, kar duyduğun unutmaz.

kor tutduğun buraxmaz, kar duyduğun.

kor yol bəllədər, bilgi öğrədər. (kor: qanmaz. axmaq). (ipin ucun keçiyə (götvərənə) versən, çəkər uçuruma).

kor, çolağın əlindən tutsa, hər ikisi irəlilər.

kor, dəğəngi bəllər kimi, kor tutduğun buraxmaz. {(korun gücü, tək umarı (ümüdü) dəğəgidir (dəğənəyindədir). kor beyinli kişinin yalnız gücü, bəllədiyi (öğrəşdiyi) öğrətilər, inanclarıdır. bildiyin kimə verməz, verilən bilgini almaz)}.

kor, əlinə düşəni sikər.

kora iğnə, gərək nəyinə.

kora vəsmə gərəkməz.

kora, yer üzü qaranlıq gəlir.

korağun kəndi, günəş görməz!. (korağun kəndi: korların kəndi).

kordan çoban çıxmaz.

kordan sağçı bolmaz, laldan carşı. (sağçı: qorucu).

kordan sağçı, laldan carçı olmaz. (sağçı: baxıcı).

kordan sağçı, laldan carçı olmaz. (sağçı: qaravul. bəkçi. keşik).

kordan sakçı, laldan carçı. (sakçı: qaravul).

kordan tanıq (şahid) olmaz.

kor-gözlünün nəyi var, iki əldə gözü var.

korxmuş kişiye koyun başı qoş görünür.

Kork Allah'tan korkmayandan, Allah korkusu olmayandan her türlü kötülük gelebilir. (Bayram Özdemir).

Korkulu düş (rüya) görmektense, uyanık (sak) yatmak daha hayırlıdır. Karlı ama riski de yüksek bir işe girişmektense, ondan vazgeçip rahat işiyle meşgül olmak daha iyidir. (Bayram Özdemir).

korqa maldan olsun, başdan yok. (korqa: zərər).

korquyu suya çatsa, sulağ yeri sudan eylər. (korquyu: hər gələ vurulan quyu).

korquyu suya çatsa, sulağ yeri sudan eylər. (korquyu:hər gələ vurulan quyu).

korla görən bir göz ilə seçilər.

korla yatan şaşı qalxar, itlə yatan bitlə. (şaşı: şeş. çeri).

korla yatan, çeri qalxar. (çeri: çaşa. şaşa) ( yaşanan çevrə kişini etgilər).

korla yatan, çeri qalxar.(çeri : çaşa. şaşa) ( yaşanan çevrə kişini etgilər).

korlar hara kor ora, kor deyərmiş kor, kora.

korlar içində bir gözlü başçı sayılar.

korlar içində bir gözlü başçı sayılar.

korlar içrə bir gözlü kor xan olar.

korlar ölkəsində şaşılar xanlıq edir, kəllər saçdərən olur.

korlar şəhrində, gözlülərin nəyi var.

korların bəyi təpə göz.

korluq görməz yer olmaz. (hər nəyin bir çətinliyi var).

korluq görməz yer olmaz. (hər nəyin bir çətinliyi var).

korun gözü görməz, könlü duyar.

korun gözü yoxsada, sözü çoxdu.

korun gözündən qıl çəkməzlər.

korun istədiği bir göz, iki olursa nə söz.

korun istəyi bir göz, tarı verdi iki göz. (istədiyindən çox artığına varanlara söylənir) (əkdi olmaz qurd çağasIn becərsən. (əkdi:əkit: evçil. əhli).

koruna atan bir vursa, izləyən vursa min vurar.

kosa geddi saqqal gətirməyə, buğunda qoydu gəldi.

kosanın qocaldığı bilinməz.

kosanın qocaldığı bilinməz. (kosada, qocalıq gənclik bilinməz).

kotan ata mindi atasın dandı, atdan düşdü atın.

kotbeyinlə birgə ayaq götürmə, çoraq yerdə əkin əkib itirmə.

kova daşa toxunsa, vay kovanın halına, daş kovaya toxnsada vay kovanın halına.

kovanları inandırmaq güc olur. (kovanları: axmaqları).

kovdasın buraq, oğdasın tutaq. (govdasın. kovdasın. tənin). (# oğdasın: için).

kovxanı gör eli çap, çobanı gör sürünü. (kovxanı : köy ağasın. kədxudanı).

kovxanı gör eli çap, çobanı gör sürünü. (kovxanı: köy ağasın. kədxudanı).

kovuş qovuşdan doğur, boşanma evlilikdən. (kovuş: ayrılıq. hicran) (qovuş: vəslət).

kovuş qovuşdan doğur, boşanma evlilikdən. (kovuş: ayrılıq. hicran) (qovuş: vəslət).

kovuşla qovuş birgə doğmuş. (kovuşla qovuş: hicranla vəslət).

kovuşla qovuş birgə doğmuş. (kovuşla qovuş: hicranla vəslət).

Koyun can derdinde kasap yağ derdinde=Keçiye can kaygısı, kasaba ya kaygusu, Birisi can kaygusu ile kıvranırken, bir başkası da bundan nasıl yararlanırım diye düşünür ve bunun hesabını yapar. (Bayram Özdemir).

köç keçər it yürürər, ikisi də mənzilə birgə çatar.

köç qayıdanda, sürünün axsağı irəli düşər.

köçcək deyib, odun uçurmaq. (uçurmaq: məhv edmək). (köçmədən hər nəyi yerli dibli tükətmək).

köçdən qalan, azmışlar!.

köçdüyün yeri dosda satma, yaman atı yoldaşa.

köçdüyün yeri dosda satma, yaman atı yoldaşa.

köçə qoşul ellə ged, köşdən qaldın gora ged.

Köçən yurdun yeri düşən yurdda bilinər. (Araz Gunduz).

köçəndə əli sallaq, qonanda minib oturar. (əli sallaq: əli boş. yüksüz. ağrıqsız).

köçəndə əli sallaq, qonanda minib oturar. (əli sallaq: əli boş. yüksüz. ağrıqsız).

köçər oba keçər kərvan, atlu olda azu yayvan, mal davardan nə vardan, sözdən başqa heç bir neden iz qalmaz. (azu : yaxud). (yayvan: yaya. piyada).

köçlə gedən, yol azmaz. (çağına uyqun olan).

köçmədən öncə qonşuvu öyrən.

köçmək yaxınlaşır doslar, dəngi bağlayın, pozulmadan yollar. {(dəngi: yükü. bağlamanı). (pozulmadan: çökmədən. qırılmadan. xərab olmadan). {bu kələki (ibarət, cümlə), dosları, yarımçıq qalmış işlərin bitirməyə çağırır. (bu söz orta yaşı aşmış, əllini savmış kişilər arasında deyilir)}.

köçməyə dəh bağlamalı. (dəh: dəng. yük). (dəh bağlamalı: yasrınmalı. hazırlanmalı).

köçövün (kösövün) uzun olsa, əlin yanmaz. (köçöv: maşa).

köçün günün bilmisən, köçdügüvü barı çalış bilgilən.

köhnə baramanın qurduda, arıq olur.

köhnə dadlar dündə qali paslani, hər yeni gün özəl barı, öz dadı.

köhnə eşşək, təzə palan. (köhnə eşşək, yeni çul).

köhnə eşşək, təzə palan. (köhnə eşşək, yeni çul).

köhnə küzə qulpu qırıq, sökmə sözlər düybü yırıq. (sökmə: yaman. töhmət) (yırıq: cırıq. boş).

köhnə qafa, qalın sana. (sana: düşüncə).

köhnə paxda bez olmaz, eski düşman dosd olmaz. (paxda: pamıq. pambıq).

köhnə tap tazasında, yaman tap yaxşısında.

köhnəyə indin olsaydı, bit bazarına, nur yağardı. (indin: e’tibar. sıyım. sayğaq).

kök axmadan, ağac axmaz.

kök arıqlayına, incə üzülür.

kök arıqlayınca, arıq üzülər.

kök olda, kötük olma.

kökənində böyümüş nazik tənilə, yaz qışından nə bilir qunçə daha bu çəmənilə.

köksümdə yatan qınanc, üzümdə görnən qıvanc. (qınanc: qəm) (qıvanc. sevinc).

köksüz ağac dayanmaz. (köksüz ağac dikəlməz).

köksüz ağac dayanmaz. (köksüz ağac dikəlməz).

köksüz ot yelə gedər.

kökü qara ağarmaz.

kökü pozuq düzəlməz.

kökün danan bizim ilə yolaşmaz. (yolaşmaz: yoldaşlıq edəməz).

kökün itirsə ağac yerə sürünər.

kökün itirsə ağac yerə sürünür.

kökünə kibrit suyu tökmək. (yandırıb yaxmaq. yarasına duz səpmək).

kölə olma qula.

kölənin qulu olmur, öz işin özü görür. (qulu: köməyi).

kölgə alsa güvәncin, qalmaz gücün inanca. (kölgə: uydu. yalan).

kölgə boya götürməz.

kölgə durur qapıq üzü nərsənin.

kölgə ışığa, eşq olsun (arın olub, qaranlığı olmayan nərsə).

kölgə ışığı, danamaz, ışıq, kölgəsin tanımaz.

kölgə kimlik gücünün güzgüsüdür. {kimliyin gücü kölgəsində. (kölgəsində: etgisində)}.

kölgə kimlik gücünün güzgüsüdür. {kimliyin gücü kölgəsində. (kölgəsində: etgisində)}.

kölgə qoğan çatanmamış özünə.

kölgə qoğan çatanmamış özünə.

kölgə olub yerdə yox, ışıq olub göydə gəz.

kölgə salar ağaclar, yapraqilə dal ilə. (kötük gücü yaldızı, gövdə gücü qolları. (yaldızı: yıldızı: ildizi: kök sapları).

kölgə salsa kölgələr göz önünə, ölçülər kölgələnər kölgə çönər ölçülərə. (kölgə: uydu. şəbəh. oldağıl, vaqei olmayan. xiyaldın).

kölgə salsın ağac kəndi dibinə, qaykişini odun yığma ipinə. (qay: pis).

kölgə səndən qaraşlı, sən kölgədən qaraşsız. (qaraşlı: bağlı). (qaraşsız: bağımsız).

kölgə sənin köləndir, sən kölgəvə yox kölə. (kölgə: iz. ad. nişan).

kölgə varsa, danılmaz ışıq.

kölgə, boya götürməz. (kölgə, boya tanımaz).

kölgə, düşdüyü yeri bəllədər.

kölgədə yatanın, kölgəsi olmaz.

kölgədə yemiş iyi yetişməz.

kölgələnsə gördüyüz, kölgə tutsa göz önün, kölgələnər ölçülər, kölgə çönər ölçüyə. (kölgə: uydu. şəbəh. oldağıl, vaqei olmayan. xiyaldın).

kölgələrdən qaranlıqlar yaranmış.

kölgələrdən qaranlıqlar yaranmış.

kölgəli durursa arxan, önə kölgəsi düşər, önüdə büzüşər. (keçmişin etgisindən çıxmalı, yoxsa gəlcəyi poza bilər).

kölgəli gözdən uzaq, yalançıdan dur qıraq. (kölgəli gözdən: quşqulu olandan. dalısı qaçaq olandan).

kölgəli yayın, qarlı qışı var.

kölgəlik nə olduğun, gündən gələndən soruş.

kölgəm kəsilmiş kinit mənə. (kinit: qınac. qənim). (kişi kəndinə özünə, kəndi düşüncəsinə güvəsizliyin yetirir).

kölgəm qocalsada mən qocalmaram, tənim ölsədə, mən ölmərəm.

kölgəm qocalsada mən qocalmaram, tənim ölsədə, mən ölmərəm.

kölgən səni əzməsin. (ada minib, özündə çıxmayasın).

kölgən səni izləsin. (durduqca durasan. uzun yaşa).

kölgəni bıraq ışığı tut, gözdəkin ötür, əldəkin.

kölgəni boşla özündən danış, qaşını vazla gözündən danış.

kölgəni görməyə ışıq gərəkir, ışıqı görməyə kölgə gərəkməz.

kölgəni görməyə ışıq gərəkir, ışıqı görməyə kölgə gərəkməz.

kölgəni xoş görən ambarı boş görür.

kölgəni xoş görən ambarı boş görür.

kölgəsi var özü yox (yaxşılıq). (kölgəsi : edgisi).

kölgəsi var özü yox (yaxşılıq). (kölgəsi: edgisi).

kölgəsin tanımaz kişi, özün tanımaz.

kölgəsin tanımaz kişi, özün tanımaz.

kölgəsiz ağac, kəsilir. (kölgəsiz, ağac olmaz).

kölgəsiz tomalan (göbələk) necə bitər.

kölgəvi gördünsə ışığa inan. (kölügüvü gördünsə, günəşə and iç).

kölgəyə sığınan, günəş görməz.

kölnü açıq yolnu açıq. (arxayınlı, güvənc işlərin oluşuna, ilərşinə yol açar).

kölügə, ışığ tanığsız, kölgə, asıq ışıqdan. (tanığsız: minətsiz. qədir verməz) (ışığın kölgəyə minnəti yox, kölgə asılıdır ışıqdan). (asıq: asılı. bağlı) (kölügə: kölgüyə).

kölügüvü gördünsə, günəşə and iç. (kölgəvi gördünsə ışığa inan).

köməkləşən yov qaytar. (köməyi olan yağu qaytarar, dəf elər).

kömür bitər, ömürdə, təkcə qalan, beyin varsa, söz olar.

kömür qara yansa qızarar.

kömür qara yansa qızarar.

kömür qaradır qara qaradan qara tapılmaz qara.

kömürçü qara, yaxılmaz qara. (kömürçüyə qara yakmac güc).

kömürçünün üzü qara öyü qara. (öyü: evi) (hər işin çevrəsinə etgisi danılmazdır).

kömürün üzü qara içi qara.

könənməyin bilməyən, sevinc üzün görənməz. (könənməyin: razılığın. məmnuniyyətin. xoşnudluğun).

könənməyin bilməyən, sevincə arman qalır. (könənməyin: razılığın. məmnuniyyətin. xoşnudluğun). (arman: nisgil. həsrət).

könənməyin bilməyən, var davardan doyanmaz. (könənməyin: razılığın. məmnuniyyətin. xoşnudluğun).

könəz olsa könətməyi güc qalır. (könətməyi: razı salması). (könəz. razı olmaz).

könl açır hər gülüşün qonsa dodağ üzrә sənin, damlasıda qoparır axdığı göz yaş sənin. (qoparır: qiyamət edir).

könlə qul edmə gözü, ökdəvə yığqıl sözü. (ökdəvə: öktüvə. usuva. ağlıva). (sözü: mə'nanı).

könlə sığan kövnə sığmaz. (kövnə: dünyaya) (kövn: boş, qaranlı, quru yer, dünya).

könlə sığsa, gövrə sığar. (gövrə: cana. tənə).

könlə yatan göz oxşar. (göz oxşar: gözə xoş görünər).

könlə yatan, başa çatar (ürək tapanı, baş köklər) (ürək xoşlasa, ağıl köklər (dəlil tapar, müstədəll edər) (könül sevən göyçək oli).

könlü alıb əlində gəzir, tuşlanır oxa, oda dəlir, qan deyil ki, qızıldı axır, qara topraq üstə calanır.

könlü ayaz, başı daz.

könlü daş, ondan qaş.

könlü kimin olsa qali yox cığay, qılsan gücün olmaz belə dolqa bəy. (qali: əgər) (qılsan gücün: zorlasan belə) (dolqa bəy: ürəyi zəngin). {(yox cığay: içi boş) (cığay. çığay:. yoxsul. kasıb)}. {içi çürük, beyni çomağı neyləsəndə içi ağabay (dolu kişi) edəməzsin}.

könlü kor, gözü kor.

könlü qalan, olduğu yerdə yad qalır. (istəyi könüldə qalan, olan yerdə yad qalır).

könlüm için ortardı, yatmış başığ qartadı, keçmiş ötük irtədi, tün gün keçib ardılur. (ortardı: yandırdı). (başığ :yara). (qartadı :{dinmiş acım (yaram)} bətərləşdi, baş açdı). (ötük: keçmiş zamanları). (irtədi: istədi. arzuladı). (keçib ardılur: keçib ardılur: keçir durmadan dəvam edir). (ardılur: durmadan dəvam edir).

könlüm için ortardı, yatmış başığ qartadı, keçmiş ötük irtədi, tün gün keçib ardılur. (ortardı: yandırdı). (başığ: yara). (qartadı: {dinmiş acım (yaram)} bətərləşdi, baş açdı). (ötük: keçmiş zamanları). (irtədi: istədi. arzuladı). (keçib ardılur: keçib ardılur: keçir durmadan dəvam edir). (ardılur: durmadan dəvam edir).

könlüm tutuq dili kimi. (oddan alışıb yanan).

könlün olsa tut, könül yoxsa, unut.

könlün yazıda var, qışıda var, varlığın oluda var, ölüdə var.

könlüncə olsun diyə, özün işi al ələ.

könlüncə yapın, sevgivə tapın. (tapın: pərəstiş ed).

könlündə söz saxlama, yaş, su deyil, heç boşuna ağlama, sağlıq ilə keçən günün toydandır, sağ sana düşüngilən yaşınqıl. (sana: düşüncә). (yaşınqıl: yaşın sür).

könlünə bax, için al!.

könlünü basan diləyin alar. (könül: həvəs). (könül başa yox deyər, ürək başilə vurar).

könlünü göy uçursun, ağramın yer götürsun. (götürsun: dözsün. çəksin). (yarqış, dilək, dua sözü). (baxtı, istəyi göylərdə gəzib, umat bulsun, varlığı yerə artıq gəlməsin, uzun yaşasın).

könlüvü çalsada biri, satma heçin könlündəkin.

könlüzcə olsa yetər, -kişi könüllə yaşır, yaşama alışır. (alışır: qızıqlıq, maraq göstərir).

könmədən bəbə, yeyməz məmə. (könmədən : istəmədən. diləmədən).

könmədən bəbə, yeyməz məmə. (könmədən: istəmədən. diləmədən).

könuş hara, qonuş ora. (izək hara, izgə ora). (niyyət hara mənzil ora).

könül açan, qayğı qavan qəm savan.

könül ağrır kit qalır, göz ağrısı kit qalmaz. (kit: gizli).

könül anladıqca alışar.

könül atı yularsız, çatmaz olur barınqa. (barınqa: mənzil). {könül sağır soğur, boynunda ip olmasa. (sağır soğur: kar kor)} (könlüvü cilovla). (könlündən keçəni güd, toparlan, əlayağıvı yığ).

könül bağında bitən gül tikansız olur.

könül bağlı, əl dağlı.

könül başa yox deyər, ürək başilə vurar. {könlünü basan diləyin alar) (könül: həvəs)}.

könül başdan, baş könüldən su içsin. (sinik sanıq birbirinə yoluxsun. sinik say sana bir birində tam qopmasın, ayrılmasın. (sinik: atifə) (say sana: hesab kitab) (bir başa maddəçi olmamaq).

könül batır, atar durmaz. (könül batır: həvəs dəli qanlı olur). (həvəsə, bəsdi yoxdur) (başsız könül, durmadan yürür).

könül bəyi olsanda, mal bəyligin unutma. (yoxsulluq bir yana çıxmaz, bir yönə varmaz).

könül bəyi, mal bəyi.

könül bir olsun, dil başqada olar.

könül bir süyşədir, sındırmaq olmaz. (ama yer üzündə, içində ən çox sınan, sındırılanda elə odur!).

könül buyruq dinləməz. (sevgi qarşısında kəllə işləməz, söz keçməz).

könül buyruq götürməz. duyma dedim duymadi, sevmə dedim saymadi. {duyma dedim duymadı, sevmə dedim duymadı. (eşitmə dedim eşitmədi, sevmə dedim dinləmədi, saymadı (eşitmədi)}.

könül çaxar dilim yayar. (söz könüldə doğur, dilimlə çıxır).

könül çəkər inama, unutsa baş usunu. usun başda yığılsa, könlü yular düz yola. (usunu: ağlın). (həvəsə qapılma). (könül istər istəməz güvən arar, inanmağa çəkilər, istərki inansın, dinc bulsun. ağlıvı yığ başıva, könül cilovun, noxdasın yığ, düz yola yönət). (ağılsız könül düz yolun bulanmaz).

könül çəkər, baş ölçər. (könül istər, baş hesab verər).

könül çəkir, yeyir, ürək istir deyir.

könül çəksə, baş durmaz!, könül çəksin, baş duysun! (durmaz: dayanamaz. muqavimət edəməz).

könül çöl deyil qıyısız ola, qıyaqsız dura. (qıyaqsız: barındasız. limansız. portsuz).

könül daşı ısıtar, daşdan könül, ısınmaz!. (könül sevgi, daşı yumşatır, daşdan olan könül, ısınmaz, yumşanmaz).

könül dedi ged, baş dedi düşün.

könül dediyin yıxılar, tikəndən ucu batılar, əkdidə çəki qırılar. (əkdidə: ədəbdə. təbibiyətdə). (çəki: çizgi. hədd). (kişi yaşar biri öğrəşib yapar, biri bildiyin yapar). (kötüyə yamana raslanacaqsın, çalış tutulmuyasan).

könül deyir iləri, ürək deyir dayan hələ. (könül çoxun istəyə bağlıdır, ürək çoxun başa, ağla).

könül dəniz sevgi anın bulğani, yularlı baş çəkib yığandır anı. (yularlı: cilovlu).

könül dilək, başla ayaq bir yoldasa, qutaylığa yol açar. (qutaylığa: xoşbəxlik).

könül dilər baş dələr. (könül: həvəs). (könül başa iş açar).

könül dilin daşlayan, yuva qazdı, yad dillərə könlündə.

könül dinsə us qalxar, könül coşsa us susar. (könül: həvəs).

könül dolmaz, qarın doymaz. : qısmasan boğazı, dəvəni utar. (həvəsdi, bəsdi).

könül dostun tapar, istəyin yapar.

könül duysa, ürək sevsə, əl toxunsa, qulaq çınlar.

könül duysun başın tutsun. (tutsun: yönəlsin. təsmimləşsin). (ürəkdən sev, başınla seç).

könül endirən başalır (baş alır: ucalır), baş endirən basalır (basılır).

könül gəl gəl (hən hən) deyər, ürək ged ged (yox yox). ( könül: istək (həvəs). (ürək: ağıl). (könül ürək barışsa, hənlə yoxu alışsa, yaşam bular dəngini, ləngi tapar ləngini).

könül gördüyündən su içər.

könül görər, göz görməz. -iki evrən çevrənər, könül bəzər birisi, göz oyalar o birisi.

könül gövərtəsi göy çalsın.

könül gözəli yox, sevdiyin seçər. (könül sevən göyçək olur!). (gözdü seçən gözəli, könül sevər sevəni).

könül gözü kor olsa başdaki göz neyləsin.

könül gülün, sevgi suyu suvarmış.

könül hara baş ora. baş hara, ayaq ora. göz hara, qulaq ora.

könül hara, baş ora, könül qara, baş qara. baş haradır, ayaqda!, göz haradır, qulaqda!.

könül incik çəkip can arıdam (təmiz, xalisləyəm), yaradan yarı edib üz yarıtam (ağardam, parlatam).



Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin