Aban aban iş olmaz, bəsləməsən qız olmaz


onbeşində qız, ya ərdə gərək, ya yerdə



Yüklə 5,82 Mb.
səhifə44/59
tarix21.11.2018
ölçüsü5,82 Mb.
#84359
1   ...   40   41   42   43   44   45   46   47   ...   59

onbeşində qız, ya ərdə gərək, ya yerdə.

onda doğru deyir ki, yalan daha tükənmiş olur. (çox yalançı haqda söylənir).

ondaki açmır qonça, gözüm gülə nisgillə baxır, kül basır sönür közüm, odun oda nisgilli qalır.

ondaki adam söz danışmaqdan yorulur, yaşamaq vaxtıdı.

ondaki kəndivə güvənci itirdin, hər kimə inana bilirsin.

onğ, onay, onat. (onğ: doğru ol. düz ol). (onay: razı ol). (onat: razı sal). (doğru ol, razı ol, razı sal).

onğarmaz (düzəldənməz) kimsə tanrı yazdığın, yazmaz kimsə o pozduğun.

onğulur süngü qılış yarası çox, onğulmağa dil yarası çarə yox.

onğun kişi ölmüş, onun yolu yaşamış. (onğun: şərafətli).

onğuşmadan çıxma döğüşə, yalın ayaq basma yürüşə. (onuğmadan: onğuşmadan. hazırlaşmadan).

Oniki imama yalvarıncan bir Tanrıya yalvar. (Araz Gunduz).

onqat at, kövnə çul. (onqat atsa, kövnə çulda bəlgürür). (onqat: bacarıqlı. güclü). (kövnə: > köhnə).

onqun yaranırsa danılmaz, danılsada inanılmaz!. (onqun, könül ilə baş arası bir onaydan, razılaşmadan doğur). (onqun: totem).

Onmadık (talihsiz) hacıyı deve üstünde (Arafat'ta) deve üstünde yılan sokar, Yüce dileğini gerçekleştirmesi nasip olmayacak kişilerin başına akla ve hayale ğelmedik engeller çıkar. (Bayram Özdemir).

onmaza qıyan, pis günə qala. (onmaza: olduğun danana. islah olunmaza). (qıyan: acıyan).

onmazın oxu qıya gedər. (onmazın:şanssızın).

onsəggizin aşdı yaş, ət sümüyü oldu daş. (yaş: gənc). (yaş əğilər, daş sınar).

onsuzda bilirdim bitəcək, son gələcək.

ont kişi ölərmiş, onun işi yaşarmış. (ont: doğur).

onun alçaqlığı qoysaydı, ulçaqlıqda bir pox olardı. (alçaqlığı: əsgigliyi) (ulçaqlıqda: kişilikdə).

onun bir kimsə yayını yasamaz, onu meydanda kimsə basamaz.

onun dişi, qarnın içindədir.

onun uğrunda baş, can oynadır.

onurlu döğüş, onursuz barış bir ara gəlməz, bir sona ərməz. (bir ara gəlməz: tutuşa bilməz. qiyas olnamaz).

onurlunu yola ver, onursuza yol ver. (şərəfli ilə keçin, yola ver, onursuza yol ver çəkib gedsin).

onursuz barış, utsuz yanış. (onursuz: şərəfsiz). (utsuz: namussuz). (yanış: büküş. şikəs).

onursuzca davranma dilinlə belə, dilindir bəllədir kimligin sənin, söylənən sözün anlamı dilindədir, sözün anlamı tanıdır kimligin sənin. (onursuzca: şərəfsizcə).

oracan güclüyəmki kəndimi asmıram.

oraqçı min vurar, baltaçı bir.

orana bax, çivivi (mıxıvı) tax. (orana: nisbətə).

orançıdan güvənçilik əsgilməz. (orançı: ortançı: e'tidalçı).

orançıl görunda dinc yatar. (orançıl: ortançılq: e'tidalçı. ölçümçü). (çox çətin ki ölçümçü qada balıya düşə).

orançılar baş işlədib yaşlanar. (orançı: ortançı: e'tidalçı. ölçümçü) (baş işlətmək: uçurluğa, ifrat təfritə yol verməmək).

orançılıq barışmağa yol qoyar. (orançılıq: ortançılq: e'tidalçı. ölçümçü).

orançılıq hər bir işdə yeğ basar. (orançılıq: ortançılıq: e'tidal).

ordaki qurralıq, boysaxlıq, boydemə yer salar, sevi sevgiyə yer qalmaz.

ordun varsa, yurdun var.

ordunu talan saxlar, dövləti yalan saxlar (talan: qənimət).

orman qulaq, qır göz.

ormana odun götürməzlər.

ornun verən oyun itirər. (yerin verən oyun itirərş).

orsanmış dəmir, dəmiri yeyir. (orsanmış: oğsanmış. yoğrunmuş. döğülmüş. ovğanmış).

orta gedən yorulmaz, yanda duran döğülməz.

orta gedən yorulmaz.

orta oranda gedsin, umaclara yetirsin. (oranda: çəkdə. həddə). (umac: arzı).

orta yoxsa alçaq uca bəllənməz.

orta yoxsa dəngəşməz. (arxac (davər) yoxsa, işlər düzəlməz). (birlə üçü, iki barışdırar, yanaşdırar, danışdırar).

orta yolda atı ölmüş, orta yaşda qadını.

orta yolda atını qoru, orta yaşda, xatını.

orta yolda ölməsün atün, orta yaşda itməsün xatun.

orta yolu astasına ustasına tutqınan!.

ortada yeyir, arıtda gəzir. (arıtda: dalıda. yanda).

ortada yeyir, qırağda sıçır, qırağda yeyir, ortada sıçır.

ortadaki tutular, arıtdaki utular. (arıtdaki: daldaki) (utular: unudular).

ortağ, ərdən (adamdan) artıq almaz. (ortaq, ortağın gözləməlidi).

ortağ, ərdən artıq almaz: ortaq, ortağın gözləməlidi.

Ortak (kuma) gemisi yürümüş, elti gemisi yürümemiş, Kuma, aynı anda bir erkekle evli kadınlar. elti, erkek kardeşlerin hanımları. Bir erkeğin hanımları döğüş kavga geçinirlerde, iki kardeşin hanımları bir türlü geçinemezler. (Bayram Özdemir).

ortaq aşı, it içməz.

ortaq ol, artıq yox. (dəngək, münsif ol).

ortaq öküzdən tək bizov yeğdi.

ortaq, ərdən artuq olmaz. (yartıq (şərik), ərdən artıq olmaz). (''həd çəkivi saxla'' kimi insaflı olmağa çağırma sözü).

ortaqlığım ay günümə düşürsə, ortaqlığım mal davara düşməsin.

ortalamdan düşəri pay yaşımız, qolla, başla, içimizlə yaşırız. (ortalamdan: aralıqdan. yazılmamış yerdən) (yaşamımız, aralıqdan düşmüşmüş paydır. işləyib, düşünüb, iç duyğularımızla yaşırıq).

ortalıq qazanı, qaynamaz.

Ortalıqda yeyər, qıraqda gəzər. (Bunu iş yaxşı gedəndə qazancına görə çalışan, iş bərkə düşəndə aradan çıxan kimsələr üçün deyərlər). (Araz Gunduz).

ortançılıq dəngə qarağı. (qarağı: keşikçisi. iltizamı. zamini). (ölçümçülük dəngə qorar). (e'tidal, ədalətin zaminidi).

ortançıllıq əm bolur. (ortançıllıq: ortaçıllıq. ölçümçülük. e'tidal). (əm: dərman).

ortanı tutan bökünməz. (ortanı tutan: oranı tutan: orançılıqla, e'tidalla davranan). (bökünməz: püşmanlamaz peşmanlama).

ortanluqun ən iyi. nə asda dur yasa düş, nə üsdə dur qazana. (ortanluq: ortunluq. nə iti nə asda. miyanərovluq).

oruc tut, uçmağı ut.

oruc tutmayan adam, balası adın ''ramazan'' qoyar.

oruc tutmayan adam, balası adın ''ramazan'' qoyar. (oruc tutmayan, oğluna 'rəməzan' deyər).

oruna oran döşəyin, döşəyin görə yorqanın. (oruna oran: yerivə görə. yerivə baxıb).

orunla (ölçüynən) gəzən oynuyar gedər. oranasız gəzən oyunda gedər.

orunun gör, oyunun gör.

osdurağdan qulunca nə? (iki ayrıq işi birbirinə nədən kimi soxuşdurmaq).

osdurağın kəndi qabı, hər nəyin öz donu var.

osdurdub qabağa düşdük, sıçıb dala düşdük. (osdurdub: şişirdib).

osdurq qabın, göt tayın arar. (göt: kötü).

osdurq qabın, tay tayın arar.

osdurub ayılandan baş axdarma.

osdurub düz oturur, əğri qoyub düz götürür. (boynuna almır).

osman ekiz, ocman sekiz. (osman: dosd). (ocman: düşman). (dosd iki olsa, düşman səkizdir).

osmanlıq qarır, ocmanlıq qarımaz. (osmanlıq: dosluq). (ocmanlıq: düşmanlıq). (bir kişi yaşamında dosluqlar azıb uza bilir, qırılıb yaxşılaşa bilir, ama düşmanlıq unudulmaz).

ot alağı boşlasan, baxcada bar gül qalmaz, yamanalar göz ötsən, yaxşılara yol qalmaz.

ot çoxsa (çox isə), mal qara, ölü çoxsa, xoca kökəlir.

ot içindən tutuşar.

ot kök üstə bitər.

ot kökü üsdə bitər. (bulağ öz gözündən su içər). (qoç iyid, dayısına çəkər. ) (olduğun, doğulduğun, bulunduğun yerin, qoşutun, quşağın, şərayitin etgisi altında qalma. ).

ot qalxar, su alçaqdan aşar.

ot olsa, haranı yandırar, su olsa belə, haranı söndürər. (çox göydən gedənə söylənir).

ot tütünsüz bolmas, yigit yazuğsuz (suçsuz). (ot tütünsüz olmas, yigit yazıqsız olmas).

ot, kök üstə bitər.

otaçı (həkim) öz sağlığın güdsə, kəsəllənər.

otaçı olmayan yerdə, otaran otaçlıq edər. (otaçı: doktur). (otaran: çoban). (otaçlıq: dokturluq). bilgə olmayan yerdə, qaraçı bilgəlik edər. (bilgə: bilici). (qaraçı: baxıcı. falçı). aslan olmayan yerdə, tülkü bəylik edәr. yarqış olmayan yerdə, oğru başçılıq edәr. (yarqış: ədalət).

otaçıdan sorma, (ağrını) çəkəndən sor. (otaçıdan: həkimdən).

otalağı çor vurmaz, acı badamı don vurmaz.

otduğun yeri süpürdə otur.

otsuz çöldə qoy gəzməz.

otu çək, külünə bax.

otuq ötüşlə uçmaz. (od püfləməklə sönməz).

otumağın başarmır, danışmasın nə bilir.

otur durmaq el ağziylə uyuşmaz, ini böyük şakaları tutuşmaz!!. (ini: kiçik).

oturan orun alar, yürən izin salar. (orun: yerin).

oturan orun alar, yürən yolun. (orun: yerin).

oturan orun aldı, yürən izin saldı. (orun: yerin).

oturan tapır axdaran tapmaz!?.

oturan verdi, duran aldı.

oturma gecə gündüz, yol al yol, yalan yoldaşə küyməmiş yürən ol.

oturma gecə gündüz, yol al yolk, yalan yoldaşa uyma, yolda ol.

oturma! yol eri yolda yaraşur.

oturmadan alta bax, atılmadan öngüvə. (öngüvə: qabağıva).

oturmağın bilməyir, qaçmaq üçün tələsir, saxlamına çabama, tulla gedsin batana.

oturmağın yerinməgi öğrətməz.

oturmaqla varlanmaq olsaydı, sıçan hamıdan varlı olardı.

otursan boşa ötər.

otursan təmbəllik basar, oxusan gözün açılar.

oturub boş verərsən, almağa durmalısan.

oturub ölməkdənsə, dur, yıxıl, öl!.

oturub sizin birlə, nə xoşdur bizə.

oturur gözədir dağdan yuvadan, ovada gördüyün yaddan yavadan.

oturuşmadan dosduvu tanı.

otuz iki qalalı dil var olsun. iki qulaq arasında oturan yalançı baş yox olsun. (dilin suçu yox, dildə yalan yox). (otuz iki qalalı: otuz iki qapılı. hər diş bir qapı).

otuz iki qapı dil. (: dişlər).

otuz iki qapısı var, bir balası, min bəlası. (dilivə yiyə dur).

otuzunda qaysa ayağ, toparlayıb yığılar, altmışında qaysa ayağ, toparlamaq güc olar.

ov balasın ürək göziylə süzür, ovçu ovu baş göziylə görür.

ov həsrəti, alıncan, can həsrәti, verincan.

ov ovçusun tanımır, ovçu ovun!.

ov tapanmayan atından, vuranmayan oxundan küsər.

ov, gözün qurdudu.

ova, ulaya ulaya gedməzlər.

ovadaki quşdan ötür. , evdəki ki quşuva tüpürmə. (küçədəki gözəlin sözün evdə edmə. kəndi xanımıvı, qəhbə qühbeylə ölçüşdürmə). (dışarının, bazarın öıçüsün evə gətirmək).

ovadlığı könüldən, doğruluğu ağızdan gör. (ovadlığı: gözəlliyi).

ovcuna osdurub daşşağına məs çəkir.

ovcuna osdurub daşşağına məs çəkmə.

ovcuna osdurub daşşağına məs çəkmə. (ovcuna osdurub, daşşağına məs çəkir).

ovcuna osdurub, daşşağına məs çəkir.

ovçu axınçı, arsız gərək.

ovçu bilməz acınma, ovçu ölsə acınma. (acınma: tərəhhüm). (acınma: sinsimə. dərd edmə).

ovçu neçə al bilsə. azıq onca yol bilir.

ovçu ovun izindədir.

ovçu ovunda, yolçu yolunda gərək.

ovçu ovunda, yolçu yolunda. (ovçu ovunda, yolçu yolunda gərək).

ovçu pişik gündə yatar, tündə gəzər.

ovçu, axınçı, - arsız gərək.

ovçu, ovun izindədir.

ovçuya bir gözdə yetər.

ovçuya ovlaq imlənmiş, avı özü izləmiş. (ovlaq: ov yeri. şikarqah) (imlənmiş: nişan verilmiş).

Ovçuya ovu yox, dağı göstərərlər. (İş bacarana işin düzələn yönünü göstərmək yetərlidir, anlamına gəlir) (Araz Gunduz).

ovçuya, bir gözdə yetər.

ovlanmadan ov dərisi satılmaz.

ovsunçunu ilan ağı öldurür.

ovu ıçqındın, quşu ıçqınma. (ovu qaçırdın (əldən verdin), quşu qaçırma. əldən vermə).

oy gücün saldırırsa işə, əbbək tapıb salarda dişə. (oy girməsə başa, əl işlər, ağız dişlər, qarın doymaz).

oy özündə, göz əlində olsun. (fikir başında, gözün əlində dursun).

oyaq biri, yuxuda biri, aparar iti. (yetərsizlik başlarda yetərlilik başımda, qovuşursa bir yerə, çatar işim göylərə). (bir kəsin işinin uvatlığı, umatlığı başqalarının yavatlığındanda etgilənir).

oyan açda gözün, korluqda yatma, mala qurralanıb qayruğa batma, ötər evrən üçün mənlikni satma, bu yosqunluq sonun çevrəndə görqıl.

oyanış özgürlüyün qapısı. (oyanış: bilgilik).

oyansan, dayansan, utansan.

oyçandaki əlində ki görünməz, başındaki yanında ki bulunmaz. (oyçandaki: xiyalındaki). {kişioğlu heçin qanıqmaz. (heçin: heçkəz. heç çağ). (qanıqmaz: razı qalmaz)}.

oyda nəsən, dildə ol!. (oyda: fikrində). (oyunda nəsən dildə ol!).

oyğunluq, tuğanlıq kişi içində doğulub durur, yalnız yaşatmamlıyıq. (oyğunluq, tuğanlıq: depresyon).

oylağan, oyundan, yuxlağan, düşündən söz edər.

oylamazdan aytama. (düşünmədən qonuşma).

oylan ayt, bəlgit at. (düşün gəpir, nişanla at).

oylanıb qılan çor görməz. (düşünüb edən, etdiyin bilən korluq görməz).

oynağan yorulmaz, yorulmasa oturmaz.

oynaq atın çulu yırtıq.

oynamaq bilməyən qız: yerim dar demiş, yerin genətmişlər, yenim dar demiş (yenim: ətək. don).

Oynamasını bilmeyen kız: yerim dar. Yerini bollatmışlar, gerim (yerim) dar. demiş. Yeteneği olmayan, söylenilen şeyleri yapmak istemeyenler çeşitli gerekçeler ileri sürerler. (Bayram Özdemir).

oynaşa güvənən, ərsiz qalar.

oynaşa söykən ərsiz qal, qonşuya söykən şamsız qal.

oynaşdan ucuzu yoxdu, oda bəxtinədi.

oynatmasan oyanmaz. (oynatmaq: təhrik edmək).

oynun sonu uruşa bar. (oyun: şaka. şuxluq).

oynur utur, gürşür yıxır. (gürşür: gürəşür).

oysan, dillə tapar can!. (oysan: fikir xiyal).

oytaq olsa su alar, qoytaq olsa, su dalar. (dalar: dal itər. yırtar). (bu söz kişini oldağa, ortama uyğun davranmağa çağırır).

oyun dedin oyna, oynamadın ornama (həddidən çıxma).

oyunçu çalığa oynar. (çalığa: çalqıya görə).

oyunçu hər nəyi oyunçaq tutar, onu itirər başqasın tutar. qayındı ki, oyunuda doğruya tutar. (qayındı ki: ciddi kişidi ki).

oyundan keçən başında açılar. (iç sezinin qaynağı, başın çalar çalvasın). (qaynağı: qaynaması). (çalvasın: halvasın).

oyundan savaş çıxar. (oyundan: şuxluğdan).

oyunla saz, qız ilə naz ayrılmaz.

öc almağı bacarsan, bağışlamaq güc gəlir. (bacarsan: əlindən gəlsə).

öc almanın güclü yolu başarı, səndə başarı, öclüvü qırar. (qırar: üzər).

öc artdıqca, öd artar. (öc: kin). (öd: cəsarət).

öc bəsləmək aydın günü kitirər. (kitirər: kitrətir. kirləndirir). yaşam sürəcində hər nəyin çağı var. (pox qurusu qoxurmaz). (quru pox qoxumaz).

öcə tutulan, öclə utulur. (öcə utulan, öclə utulur).

öcə uc qoyulmadan yayılar. (uc qoyulmadan: son qoyulmazsa). (kin güdmək yaş bitirər, yaş itirər) (yaş: yaşamaq fürsət).

öcə utulan, öclə utulur. (öcə tutulan, öclə utulur).

öcür dikə gərək daşlanasan. (dikə: məğrur). (öylə əksik qurranın başına gərəkdir addanasan).

ödü varsa düşmanın, alan açıq yasığız, bu topraqda doğulduq, biz yaşarız, biz varız. (ödü: cür'əti. cəsarəti). (yasığız: yasanmışıq. hazırız).

ödünc (mükafat), döyünc (mücazat), dövlətin iki gözüdür.

ödünc (mükafat), döyünc (mücazat), dövlətin iki gözüdür.

öfgə qopar tufan qopar, qopqun keçər qırıq dallar köp olar. (qopqun: bulğan. qiyamət).

öğlə düşsə gün durmaz. {gün yağuru günortaya dəkdir. (yağuru: bərəkəti)}.

öğrəncinin düşmanı, içiş çəkiş, erkək dişi (oğlan qızın) arxasından düşməsi.

öğrənən aldı, öğrədən qaldı.

öğrəniş yədəkdi, öğrənmək yetmək.

öğrənmək baxmağınan olsaydı, it qəssab olardı.

öğrənməklə bir iş bitir, biri başlır.

öğrənməyi bıraxmış, ölməyini unutmaz. (öğrənməyi unutmuş, ölməyini unutmaz).

öğrəşilən işlənilir, görünən yansıtılır.

öğrəşirsə biri qapalı qalsın, qandalı qırıq tusdağı yarıq, acılar çəkdirər ona ayrılıq. (kişi öğrəşiyin əsiri. (öğrəşiyin: öğrəşdiyin. aldışının. atələrinin).

öğrəşmək öğrətməkdən çox qınr. (qın: qıyın. çətin. zor).

öğrəşməklə başlayır yaşam, öğrəşəndən son, düşür axşam.

öğrəşməli bilməli, unutmamaq gülməyi.

öğrəşməli bilməli, unutmamaq gülməyi.

öğrəşməyə, dün keçdi, yarın gecdir, bu gün yarıdır. (yarıdır: düz uyqun çağudur).

öğrəşməyi bacarsan, sanmadığın yaparsan.

öğrəşməyi bıraxmaq, öncüllüğü unutmaq.

öğrəşməyi bıraxmaq, öncüllüğü unutmaq.

öğrəşməyin bacaran, unutmağın öğrəşməlidir.

öğrəşsə qulaq qarqa səsinə, sandavuş ötsə yoş görməz qulaq. (sandavuş: sandavuc: bülbül). (yoş xoş).

öğrətmək, öğrəşməkdən qatı qın. (qatı qın: çox çətin, güc).

öğrətmənə ikisi gərək, bir bilik, biri ürək.

öğurluqla yamanlıq yalan ilə başlamış.

öğüd bilməz qanlıbaş, dünya sınav götürməz. (bu evrən sınav, təcrübə, öğrənmə yeri deyil. elə yaşamın özü, varlığın gözü).

öğüdün qısası, ipin uzunu (sözün qısası, ipin uzunu).

öğülən oğlan ətəyə sıçar. (öğülən oğlan ətəyi bələr).

öğün yetməz, gül açmaz, çalışmadan alınmaz. (öğün: çağ. novbə).

öğünc olsun, oğunc yox(öğünc: şadlıq). (oğunc: peşmanlıq). ( şadlıq olsun, peşmanlıq yox).

öğünc olsun, oğunc yox(öğünc: şadlıq). (oğunc: peşmanlıq). ( şadlıq olsun, peşmanlıq yox).

öğünclə yaşayan ökünməz. (öğünclə: umutla. sevinclə). (ökünməz: bükünməz. püşman olmaz).

öğünəyin türkcəmizdə oxub pozub yazmağa, qayınturun türkcəmizi önə alıb barmağa. (qayınturun: qayındurun. bərk durun. tutunun. əzm edin).

öğüş öğmə başqıya, öğüş yalnız tanrıya.

öğüş seviş, qatığ öküş sağladar. (çox sevinmənin ardı peşmanlığa bitər. artıq gedişdən çəkinmə üçün söylənir). (öküş : peşmanlıq).

öğüş seviş, qatığ öküş sağladar. (çox sevinmənin ardı peşmanlığa bitər. artıq gedişdən çəkinmə üçün söylənir). (öküş: peşmanlıq).

öğütən ödəyən deyil. (öğütən: nəsihət verən). (ödəyən: cavabdeh). (özgələrdən öğrəşdə, öz bildiyin itirmə).

öğütən ödəyən deyil. (öğütən: nəsihət verən). (ödəyən: cavabdeh). (özgələrdən öğrəşdə, öz bildiyin itirmə).

ökdəli ol öğüt yığ, ökdəsiz ol öğüt ver. (ökdəli: ökütlü. uslu. ağıllı).

ökdəyə günündə, dələ gündə bayram. (ökdəyə: ağıllı) (dələ: dəliyə).

öklənməmiş (düşünmədən) evlənən ev yıxar, öklənibsə evlənir, ev yığar.

öklənməmiş (düşünmədən) evlənən ev yıxar, öklənibsə evlənir, ev yığar.

Öksüz kuzu toklu (öveç) olmaz. Öksüz: anası yok. toklu: bir yaşındaki kuzu. Öveç: üç yaşındaki koç. Koruyucusu olmayan kimse gelişemez güçlenemez. (Bayram Özdemir).

Öksüz oğlan (bala) göbeğini kendisi keser. Koruyanı, gözeteni olmayan kişi, kendi işini kendi yapar. (Bayram Özdemir).

öksüz oğlan göbəyini özü kəsər, birər birər əngəlləri aşıp keçər.

ökünc bilən öğünməz. (peşmanlığı anan, çoxda şişinməz).

ökünc bilən öğünməz. (peşmanlığı anan, çoxda şişinməz).

ökünmədən unudurum, öpünmədən höpüdürüm, məndə nəvar bilməzsin, ortalıqda ged gəzsin.

ökünmədən unudurum, öpünmədən höpüdürüm, məndə nəvar bilməzsin, ortalıqda ged gəzsin.

öküt başdan çıxar, qızıl daşdan. (öküt: ökdə. us. ağıl).

öküz ayağı olunca, bizov başı olmaq yeğ. (xan ayağı olunca, öz başıvın başı ol).

öküz boynun şişirmə.

öküz böyüyüb dəvə olsa, dəvə böyüyüb dağ olar.

öküz olsam yer qatır, dəvə olsam yük ağır. (qatır: bərk). (bəxti çönmüş).

öküz öldü ortağ ayrıldı.

öküz öldü, ortaqlıq savuldu. (ortaqlıq: şərakət).

öküz öldü, ortavçılıq savıldı. (ortavçılıq: ortaçılıqda iş görmə).

öküz özünə yonca əksə başı ağrıyar. (öz dilində yazıb-oxusalar başları ağrır bizimkilərin) (öküz qanmamazlıq simgəsi sayılır. qanmaz kişi öz uğruna işləməyin biləməz. yaxcı pisi seçəməz).

öküzdən süt çıxmaz, axmaxdan öğüt.

öküzə ovhə diyəndə, götürlənür.

öküzü yox qoşmağa, saban gəzir almağa. (saban: xış).

öküzün baş buynuzu, qızın üzünün suyu. (üzünün suyu: 1. utundan, həyasından. 1. üz gözəlliyindən).

öküzün yemin yeyib dananın yerində yatır. (dana yatağında yatır).

öl ağacı qurumazdan burlandır. (höl: şeh).

ölcəyin bilən, ölçəyin bilər. (hər nəyin sonu durur (durur: gəlir).

ölç aşıvın duzunu, bil ağzıvın sözünü.

ölçuləri biraz boş, birazcıqda gen tut, kimsə sən üçün yaşamır, inan!, kəndivi yaşat. yaşa!.

ölçü bilməz: ürək. dəniz. çay.

ölçü bilsən yaşamda, diləyincə yaşarsan.

ölçü dəğişər, ölçüt yox. (ölçüt& ilkə. misdaq. me'yar. qıstas. kıriter).

ölçü dəğişər, ölçüt yox. (ölçüt& ilkə. misdaq. me'yar. qıstas. kıriter).

ölçü ilə iş baş başlayıb dartan ip, yolun tutmuş itirməmiş başını.

ölçü öz özünə ölçülməz. uşaq, öz özünə böyüməz, parça öz özünə biçiləz, yol yolağsız, yerilməz.

ölçü yoxsa bir işdə, bərə verməz bitişdə.

ölçü yoxsa bir işdə, bərə verməz bitişdə.

ölçümçü kişi tək qalmaz. (ölçümçü: e'tidalı qoruyan).

ölçümçülük dəngə qorar. (e'tidal, ədalətin zaminidi). (ortançılıq dəngə qarağı). (qarağı: keşikçisi. iltizamı. zamini).

ölçümçülük dəngə qorar. (ölçümçülük: ortançılıq. e'tidal). (e'tidal, ədalətin zaminidi). (ortançılıq dəngə qarağı). (qarağı: keşikçisi. iltizamı. zamini).

ölçüsüz bazar dosluğu pozar.

ölçüsüz bazar dosluğu pozar.

ölçüsüz durmaz ayaqda bir yapı.

ölçüyə qoymaq üçün başqaların, dənə bil kəndividə ölçü ilə.

öldürənin anası unudar, ölənin yox.

ölecek (eceli gelen) sıçan pişiyin daşağın qaşır. (ölecəyi (əcəli) gelen sıçan, pişiyin daşağın qaşır).

ölecəyi (əcəli) gelen sıçan, pişiyin daşağın qaşır.

öləcək qarqa, qırılmış dala qonar.

öləcəklə olacağa, çarə yox.

öləcəklə olacağa, qara yox. (qara: çarə).

öləkdə (ölməkdə) incimək yoxdu, yaşada (yaşamaqda) incimək çoxdu.

ölən getdi baxma geri, sayqıla olanda diri.

ölən qoyun börüdən qorxmaz.

ölən məndən, bel-külük səndən.

ölən sevgi ayrılıq doğur, ayrılıq dərdi kişilər boğur, ayrılıq yoxsa aralıq olur. (aralıq: uzaqlıq).

ölən sevgi basrılmasa kölgə basar çevrəni. (basrılmasa: quylanmasa).

ölən sevgi basrılmasa kölgə basar çevrəni. (basrılmasa: quylanmasa).

ölən sevgi quylanmasa öd qoxar. (quylanmasa: unudulmasa). (öd: ağu. zəhər).

ölən sevgi quylanmasa öd qoxar. (quylanmasa: unudulmasa). (öd: ağu. zəhər).

ölən sığır sütlü, ölən qadın qutlu olur. (qutlu: uğurlu).

ölən sığır süytlü.

ölən var ardıca ağlayan çox olar, öləndə var olmamış kimi yox olar.

ölən var ardıca ağlayan çox olar, öləndə var olmamış kimi yox olar.

öləndə. hammı yalnızdı.

öləni boşla, gələni xoşla.

öləni boşla, qalanı yoxla, duranı tuşla. (duranı tuşla: yaşıyana yiyələn).

ölənin ardından ölünməz.( ölənlə ölməzlər.).

ölənin gerisi, güvənin ölüsü olmaz.

ölənlə birgə yıxılıb ölmək olmaz. (doğması ölənlərə dözümlü olmağı öyrədir).

ölənlə ölməzlər. (ölənin ardından ölünməz).

öləsi kişi ölümdən, verəsi kişi malından, evlənən kişi ayrışdan qorxamaz. (ox: əslən).

ölkə başı yetgili, işgillərin deşgili. (yetgili: iş bilən. layiq). (işgillərin deşgili: işgillərin dişgili. müşgüllərin açarı).

ölkə boşuna qalmır, durmağına alır qan, ölkə qorur qorçuya olsun igidlər qurban. (bax uyqura öğüclən, boyun qoydu yazıya, doğma olan yurdunda, itlə doyan çinliyə, əğdi boyun, doğma yurtda yad qaldı. (öğüclən: ibrət vermək).

ölkə dediyin düşmansız olmaz.

ölkə qıvamı, qılıncla qələmdəndir.

ölkə nədir.. -əl çatılmaz arzuların, gözkəmdəki özləmlərin yatan yeri.. (gözgəm: üfüq).

ölkə yağışdan çıxıp yağmıra düşüb. (heç nə dəğişməmiş).

ölkədə yalan yatdı, kişi batdı. (yalan yatdı: yalan var oldu).

ölkələr var, -yasalar pitikdə bitər taxcanı bəzər. (


Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin