Aban aban iş olmaz, bəsləməsən qız olmaz



Yüklə 5,82 Mb.
səhifə48/59
tarix21.11.2018
ölçüsü5,82 Mb.
#84359
1   ...   44   45   46   47   48   49   50   51   ...   59
əş: ərarvad).

söz verib tutmayasan çox mandır, nə gözəlki veribən kəndi sözündə durasan.

söz yetirər, iş bitirər.

söz, yol açar, iş açmaz. (açmaz: çözməz).

sözçü köçər söz qalar, sönmüş oddan köz qala, uçan közdən kül qalar.

sözçü köçər söz qalar, sönmüş oddan kül qalar.

sözdə yalan çox olur, işdə yalan pox olur.

sözdü gücü sözçünün, eldi gücü elçinin.

sözə bax kişini tanı, kişiyə baxıb sözü yox.

sözə sucunsa, bulun barır. { sözə şirnəşən, (sözə tutqun olub), işindən yesir qalır}. (sucunsa: suçunsa. dadansa. dadalsa. şirnəşsə).

sözlə işin bir olsa, başın uca qolun zor.

sözlənəndən söz dinlə, sözləyəndə az sözlə.

sözlü başın dili bayraq irkədə, sözsüz başın düşmüş ayağa dili. (irkədə: taxda. qudrətdə).

sözü dil deyər, işi əl görər.

sözü sözə oxşamaz, ağzı sözdən boşamaz.

sözü sözə oxşamaz, ağzı sözdən boşamaz. (boşamaz: boşalmaz).

sözü verib tutana, canlar yolağ qanana. (yolağ: qurban).

sözün bilib söyləsən, üzün suyu tökülməz, yerin bilib tükətsən, cibin pulu tükənməz. (tükətsən: xəşləsən. sərf edsən).

sözün canı işdədir.

sözün çeynəməz deyən, sözə çeynənər.) (sözün pişirib deməyən, öz sözü ilə, öz sözü üsdə əzilər, öz sözünün yolağı, qurbanı olar).

sözün çoxu yalansız, pulun çoxu talansız (olmaz).

sözün dinlə, işin gör, gördüyünlə dəğər biç.

sözün düzün duzlu desən, acıtmaz!.

sözünü duyda gəlini al, qırığın gördə daşını.

stəyin sonu yok.

su axar yolun tapar.

su axar yolun tapar.

su axışdan, sevgi baxışdan bilinədi.

su ayağında atılan, su başında yığılar.

su başdan aşmasın, durum kökdən pozulmasın.

su basırsa qarışqalar balıqlara yem olur, çəkilmişsə qarışqalar balıqları yərmiş.

su buldunsa ver suya, daş buldunsa vur daşa, acıq adlı nərsəni, ata sözü böylədir, -acıq gələr göz qızar, acıq gedər üz qızar. (qızar: qızarar).

su gedər daş qalar, sürmə gedər qaş qalar.

su gətirəndə bir, küzə qıranda bir. (işləyən yanılır).

su qurur dəyər tapır.

su tökülməz quyuya, çəkilər su quyudan.

su yonulmaz, buz yonular. (su oyulmaz, buz oyular). {su ilə buz bir öznədən (maddədən yapılsada, durumuna (moqeiyyətinə) görə dəğişik olasılar (imkanlar) əldə olunur. dəğişik biçimin, formun başqa özəllikləridə var}.

subay gözlü qız alma, yaya gözlü at alma. (gözlü: gözüylə) (yaya: yayaq. piyada).

sucuğ aşı sındırzar. (içgi yeməyin sındırılmasına kömək eylər). (sucuğ: içgi).

sucuğ aşı sındırzar. (içgi yeməyin sındırılmasına kömək eylər). (sucuğ: içgi).

sucuğ başı əsrüdər (məsrüdər), yalançıqlıq dili kəsdirər. (sucuğ: içgi).

sucuğ başı əsrüdər (məsrüdər), yalançıqlıq dili kəsdirər. (sucuğ: içgi).

suda olmuş, suda boğulmuş.

şumda kəsən qoşumu, sonda çəkməz qoşunu. (qoşumu: şərti). (çəkməz qoşunu: savaşa qalxmaz).

süpür kişi dos qılmaz. (süpür: bədəxlaq. əxlaqsız).

sürdü mənim qutumnu. (mənim bəxdimi dəğişdi, batırdı).

sürən ağrı, çorar canı. (sürən: müzmin. davamlı). (çorar: çoradar. çürüdər).

sürən atın yürüdü, əsn külək kürüdü, oturmuşlar çürüdü.(yürüdü: ilərlədi).

sürən çağdan bütün varlıq pay alar. (zaman heç nəyi etgisiz bıraxmaz).

sürü itsiz, el yetisiz dinc almaz. (yetisiz: bilgəsiz).

sürülən yerə qoş salma, sınanmış işə qıp salma. (qoş: cüt).

sürülər gibi gediyoruz, hər nə dediz yapiyoruz, düşünməyiz, soramayız, qanmayız, bu yol sonun tamu içrə görüyoruz. (tamu: cəhənnəm).

sürülərək yaşamdansa, yaşa sür.

süslü dilli, boş ürəkdən ıraq ol.

susmaq yanıt deyil, dözüş toxdaq.

susmaqın anlamı dili var, bilgə sözlü baş olan yerdə.

susqunluq dolu söz, danışmağa dillə göz, qulaq gəlir köməyə, beyin varsa kəllədə.

susuz göldə balıq yox, ovsuz çöldə ovçu yox.

süt çalır, süt calır. (əli bal, əli bol, bolaq. kovalı. ürəyi çox açıq, əli boluna bağışlayan kimsə).

sütdən ağız pişərsə, üfləb üfləb su içər.

suya girən bata bilər, dağa qalxan düşə bilər.

süycü süycü yeyənlər, acı acı gəgirmiş, ağzın açıb deyənlər, sonu bir gəbirmiş. (süycü: dadlı).(gəbirmək: gəbərmək. piscənə, acınaqlı ölmək).

suyu səp sinər yergə, sözü qoy, sığar elgə.

suyun lam axanı, kişinin yerə baxanı.

sandığımızdan çox ir qocalırıq, ir ölürük. (ir: tez).

sandığın kimi görməzlər, sanıldığın kimi görməzsən.

sandığın yok, saldığıdır. (sandığıva yok, saldığınadır). (həsibə yox, nəsibədir).

sandıqlarım dəğdi daşa, sanmadıqlar gəldi başa.

sandım ki gecişdim, gecə qaldım, ondan qaçalı qatmara düşdüm. (qatmar:. qəliz).

sandınki yalnız o sevir səni, sevgiyə tutar o verir, nə bileydin sanır oyunçaq səni.

sandınki yalnız o sevir səni, sevgiyə tutar o verir, nə bileydin sanır oyunçaq səni.

sanı var, salmığı yox. (üzü var, içi yox).

sanına baxma, qanına bax kaçına baxma, içinə bax.

sanki qızıl görməmiş heç kim paxırın.

sanlayıban söyləsən, ağrımaz başın yarılmaz. (sanlayıban söyləsən: düşünüb danışsan. danışdığın düşünsən).

sanma keçəcəkdir güc ilə günlərin ardı, qın olsada keçdi keçəcək heç izi qalmaz.

sanma sevgi sənlə başlar səndə bitər.

sanma tapır yalnız sənin başını, evrən çalar yetməz yetər daşını.

sanmazdı keçər qoymaz izin bir ara qalsın, yadlarda qalınsın, dad alınsın, sinə sinsin, vurdu kələyin eşdi ipin bir quya saldı, çıxmazda qalıb çağı keçib dönməzi yollar!.

sansız sürü, dibsiz quyu olmaz.

sapaç qonaq, ev yiyəsin qonaqlar. (qonaqlar: buyur deyər). (sapaç: səfeh).

sapan vaxtında üz gələn, oraq vaxtında uz gəlir.

sapıq susuq yılqın olur amacı, tapın susuq bulaq olur tapacı. (susuq: susamış. istəkli. talib). (yılqın: ılqın. sərab). (tapın: mö'mün). (tapacı: mə'budu).

sapıq yol, doğru amaca varmaz. (sapıq yol, doğru amac qazanmaz). çaşqın çay, dənizdən qay. (çay: su). (qay: qayar. cayar. çaşar. uzaq düşər).

sapına baxıb bezi al, könlünə baxıb qızı al.

sapınan, ağızdan saqqız oğurlayan.

sapında durmaz pişərsə qavun.

saplanıb keçmişdə qalma, gördüyün düşə aldanma, günlüyün yarına salma, düşər axşam gecə qalırsın.

saplı balta yerdə qalmaz.

saplı iğnə gücün tapılır, çörək yapmadan yoğur yapılır.

sapsız balta suya batar, saplı balta buzu qırar.

sapsız balta, dərəkməz (dərəkməz: dərdə dəğməz).

sapsız balta, nə edər, balta baltalıq, sapınla edər.

sarğışlara düşən, özü toxlu, qalan yoxlu çıxar. (sarğışlara: məğlətələrə) (məğlətə ilə hamı özun haklı, özgəni haksız bilar).

sarğışlara düşən, özü toxlu, qalan yoxlu çıxar. (sarğışlara: məğlətələrə) (məğlətə ilə hamı özun haklı, özgəni haksız, nahaq bilar).

sarı edik geymiş kocçu dizində, arzumanım qaldı ala gözündə.

sarılı söz, arıya köz. (sarılı: örtülü).

Sarımsaği gelin etmişler, kırk gün kokusu çıkmamış, Bir topluluğun arasına yeni katılmış kötü bir kişinin foyası (kişiliği), iç yüzü belirli bir zaman geçtikten sonra anlaşılır. ‎ (Bayram Özdemir).

Sarımsak içli dışlı, soğan yalnız başlı: Birbiri le iyi anlaşan kimselerin saklısı, gizlisi olmaz. Bir ailedenmiş gibi olurlar. Başkaları ile böyle yakınlık kuramayanlar da tek başına kalırlar. ‎ (Bayram Özdemir).

sarpdığın yoldan, doğru yola dönü ver, ötənləri ötmüş, gələnləri görü ver. (sarpdıq: münhərif).

sarsıdarmış, yoğrasız söz, can evin.

sasağanla, sığırçın bir yuvada yaşamaz.

satalağnın, dili oynar, təpirçinin, götü oynar.

satamazdın məni sən heç yabana, küymüş olsaydi ana, alca dilin. {(anadilin danan danalara (analara)}. (alca: qırmız). (yanar olseydi ana alca dilin: ay anam yanmış olseydi ağzındaki qırmız dilin).

satanda kor alanda kor kim apardı!?.

satıcı aldağan olmasın, alıcı aldanan. (satıcı sırıq aldatan olmasın, alıcı sayağ olub aldanmasa işlər iyiyə gedir). (sırıq: sırıyan. aldadan).

satıcı kor, alıcı kor.

satıcı kor, satmasın, alıcı kor almasın. (olmayınca olmuyor).

satıcı kormuş satmadı, alıcı kormuş almadı, bir bilici, aldı malı, çıxdı getdi aradan.

satılan sığırın sütü bol, keçinən birinin götü bal. (keçinən birinin: ölənin).

satılı mal, atılı ox. (satılmış mal, atılmış ox).

satın alsan qulağdan,satın satsan ağızdan. (alanda qulağıva inanma, gözüvə inan, satanda gördüyün önəmli deyir, danışdın iş alır).

satma ucuz yaşamı, sürən evrən düşmüş ələ bir kərə.

satmadan verən, sandığın almaz.

savaş bilməyən, atasın yerə vurar.

savaş bitən son boylaşan çoxolar. (boylaşan: boy oxuyan, boy deyən).

savaş döğüş tavrıq burqu götürməz, uyqarlığa öğrətilər verilməz. (tavrıq: isuli əxlaq. ədəb ərkan. əxlaq dərsi ). (burqu: əxlaq) (öğrətilər: yoluq yoraq).

savaş döğüş tavrıq burqu götürməz, uyqarlığa öğrətilər verilməz. (tavrıq: isuli əxlaq. ədəb ərkan. əxlaq dərsi ). (burqu: əxlaq) (öğrətilər: yoluq yoraq).

savaş vuruş, barışa yer qoy.

savaş, düzəltməz, endirir. (pozar).

savaşan barışar, pox yemək, sözbaza qalar.

savaşanda barışığa üz saxla, varlanıbsan yoxsulluğa var saxla, gənclikdən qocalığa, güc saxla.

savaşda, iki yanda suçlu çıxır.

savaşın iyisi olmaz.

savaşla bitməyən işi, döğüşdü açacaq yolu. (savaşla: savmaqla. qoğmaqla. difa' edməklə). (döğüşdü: birbirin döğmədi).

savaşla bitməyən işi, döğüşdü açacaq yolu. (savaşla: savmaqla. qoğmaqla. difa' edməklə). (döğüşdü: birbirin döğmədi).

savaşlı yer, bolluqdan (bərəkətdən) yad qalır.

savaşmağa üz tap, barışmağa dil tap.

savır külün küllüyün, olsun gücü güllüyün.

savsal yalan doğru tanımaz. savsal saplıyanla toxuyanındır. (savsal: fəlsəfə).

say sana bilən yerində durar, isə qapılan uslu kişi, ağzını yumar, əlini tutar. (isə qapılan: həyəcanlanan. hirslənən) (uslu: ağıllı).

say sanaq, kişini yapar, kişiyə yarar. (say sana bilmək, hesab kitabIı davranma, kişiliyi doğruldar, kişiyə yarqar, yarar yetirər, yaxışar).

say sanasın, götür qoyun qanmıyan, qolay yaşam sürənməz. (bilik sana bilməyən, qolay yaşam sürənməz).

sayğarmasa qaranğunu yaxtıdan, gündən günə batar baxtın qaybaxtın. (yaxtıdan: ışıqdan) (batar baxtın qaybaxtın: korbaxlığın artar).

sayğı, birlik təməli, birlik dirlik təməli.

sayıq olsan doğru yoldan azarsan, bülbül kimi sayran dilin lal olar. (sayıq: sadə).

sayıqtama gələn arxa keçən sular birdə dönər arxa geri. (sayıqtama: boşuna düşnmə. xiyallanma). (keçən sular geri dönməz, sızan sular geri qalxmaz).

sayılı gün, sayılı pul, ötər tez, bitər tez.

Sayılı günler (gün) tez (çabuk) geçer: Bir iş için ayrılmış belirli bir süre çabucak geçer. (Bayram Özdemir).

sayın sayın gəliri, xarıltıyla gediri (para). (sayın sayın: azar azar).

sayın sıra hər kəs köçüb baracaq. (sayın sıra: novbət novbət) (hamı köçməlidir).

sayqalı dos ağrışmaz, sayqasız dos barışmaz. (ağrışmaz: inciməz). (sayqalı: hesablı). (sayqasız: hesabsız).

sayqı bəslə dəğər verənə, yox onaki sayqı dilənə!.

sayqı bulaq, sevgi onun ırmaqı.

sayqı damız sayqı yığ.

sayqı dəgəyən istəyin olsun, sayqır gərəyən ərdəmin olsun. (sayqır: sayqı edməli).

sayqı dəgəyən istəyin olsun, sayqır gərəyən ərdəmin olsun. (sayqır: sayqı edməli).

sayqı dəğər köçmüş, güc girən yerdən.

sayqı köçər durmaz, güc var olan yerdə.

sayqı qalxsa ortadan, sevgi qalmaz orunda. (orunda: orunda. yerində).

sayqı saxlar sevgini, sevgi qorar sayqını. (qorar: qorurar).

sayqı sayana görədir, düzgü alana görə.

sayqı sevgi doğurur,sevgi sayqı.

sayqı sınırsız olmaz, sevgi sınırğa sığmaz.

sayqı üçün əğilmə, ayaq gələr sırtın üstə əzərlər.

sayqı yoxsa sevgi ölər duranmaz. (duranmaz: yaşayanmaz).

sayqıdəğməz sayqılını tez tozar, yaman yoğsa yeğlərimiz tez pozar, gəzinsəndə sayqıdəğərlə gəzin, iyilikdən iyilərə yad qalsın. (yoğsa: qarışsa. yaxlaşsa).

sayqılıq bilik, əkdiyə ilik. (sayqılıq bilik: sayqıdan, hörmətdən olan bilgi). (əkdiyə ilik: tərbiyətə cirgə).

sayqısız sevgi duranmamış.

saylaqan qız, daza gedər.

saylaqan qız, daza gedər. (saylaqan: incədən incəyə arıyan. seçən. qurdalayan).

saylama keçən ötəni, indin yarın duran yerdə. (saylama: sayıb irdələmə) (günlə yarını düşün).

sayma cücə qozağda. (qozağda: yumurtada. çıxmamış cücə).

sayma gülüm yaşam durmuş sənin çün, başqaları sanğa görə düşünüyün düşünsün.

sayma, bağışla, unutda mutlu ol.

saynaq doslar ağrışmaz, saynaqsızlar barışmaz. (saynaq: hesab kitab bilən). (ağrışmaz: çətinlik çəkməz). (barışmaz: dincəlməz). (doslar ara hesab kitab olmasa dinclik olamaz). (örtülü bazar dosluğu pozar).

sayraşar quşlar, gülüşər güllər, təki gəl saluğun düşərsə sənin. (gəl saluğun: gəlmə xəbərin).

sazın ötdü, səmrədi qulağ, ötsün dilim, səmrəsin qulağ. (sən dinləddin biz xoş olduq, indisə dinlə bizdən, sən xoş ol).

sazsız söz olmaz, elsiz dil olmaz.

seç amaca doğru yol, əğri amac oğru yol.

seç seçimin, tut yolun, yoxsa seçim yar yolun, seçimlə olsa yolun, yaşam dadı min artar. (yar: aç. yarat).

seçdiklərin içindən yaşam verər pay sənə.

seçdiyin bilməz sıçdığın bilməz. (seçdiyin bilməyən yapdığın bilməz, yediyin bilməyən sıçdığın bilməz). (yaşamda bilgi (oyanıqlıq. xəbərdarlıq) təməl seçilməlidir).

seçdiyin seçim, səni seçdirir. (seçdirir: mütəmayiz edir).

seçdiyin yoldur çatdırar səni çatacaq yerə.

seçdiyin yolun barağı bəlli. (daşa gedən daşa çıxar, başa gedən başa).

seçdiyin yolun selinə düşməyəsin. (sel iyi kötü, daban tavan nə varsa yıxıb gedər).

seçdiyindən çəkərsən.

seçdiyivi bacarsan, üstə gəlir artığı.

seçəndə sən boydaşı, olsun iyik iç daşı. (boydaşı: yaşam yoldaşı). (daşı: dışı).

seçənlərin dəğərin seçimləri bəlqürür.

seçənməyib əkməyən, istədiyin biçənməz.

seçib yürüb duran barqına çatmış, özgələrin tutan avara qalmış. (barqa: baraq: mənzil. amac. amal) (özgələrin tutan: özgəsinə uyan: özgəsin güdən başqaların sözünə, yoluna baxan, uyan kişi).

seçilən yol amac bəklətər. {yol üzü dәrә dağ başına çatanmaz. (yol üzü dәrә: axarı dərəyə olan yol)}.

seçilmədən bir soluqla bir yaşamdı başlayır, çalış seçin son soluğun gələndə. (son soluğun gələndə: işlərivi bitin ölmədən).

seçim gücü olmadan, dəğişməyə umut yox.

seçim olsa, düşünməyə nə qaldı! (seçim: ərk. azadlıq).

seçim səndə. -sevgi var yakışar, -sevgi var yapışar.

seçim yoksa, seviş qalmaz.

seçim,əkim, biçim.

seçimdə sənin, keçimdə sənin. üzülsəndə budur, bəğənsəndə. yaşam beş gün durur.

seçimdir yaradan bizi, yaşadan eyni pisi. (eyni: eyini).

seçimlə gələn könüllə gedmir, təpiklə gedir. (iran adlı ölkədə evliliklərin çoğunu belə bitir, sevgilər itir, könüllə kitir).

seçimlə girən seçimlə çıxmır, təpiklə gidir.

seçimlərin alın yazın yazırı, seçim yoxsa kişi yolun azırı.

seçimlərin boylu qalır yarına. (yarınıvın nə olduğun bu gün əkirsin).

seçin,əkin, biçin.

seçitlə yaşa, saçıtla yox. (saçıtla: şansla. düşətlə. uğraşıtla).

seçmə olan yerdə, bəğənc olur, bəğənc olan yerdə, bəylik.

sel gedər qum qalar.

sel gücü, damcıdandır.

Sel ile gelen yel ile gider: Emek karşılığı kazanılmayan para, gereksiz yerlere harcanır, çarçur olur gider. (Bayram Özdemir).

Sen ağa ben ağa, bu ineği kim sağa: Herkes kendini tepede yönetici olarak görürse, iş yapacak insanlar işlerini yapmazsa. Ortadaki işleri kim yapacak? (Bayram Özdemir).

Sen dost kazan, düşman ocağın başından çıkar: Sen insanlarla iyi ilişki kur, dost kazan. Düşman kendi ailenden, akrabandan çıkar. ‎ (Bayram Özdemir).

Sene verer talqını, (öğüt/övüt), Özü yudar salxımı. (Kordus).

Serkeş öküz (son) soluğu kasap dükkanında alır, serkeş, taşkın, davranışlarına dikkat etmeyen. Dik başlı olanlar bunun cezsını görürler. Davranışları yaşamlarına bile mal olubilir. (Bayram Özdemir).

sev qonağı hay oluban rus olmasın, tat oluban kürd olmasın. (bunları evində qonaqlayan, yürtdan olar).

sev sevəni, sevmə sevməyəni, sevməyəni sevirsənsə sürükləyib öldürər.

sevda qarşılıqsız verilir.

sevdaların çoxu güllə başlar, tikana bitər.

sevdə sevil, yaşın başa çatmadan.

sevdi könül, bilmir dönül. (dönül: dönmə).

sevdigim atsa məni ax demərəm, gözləməm ilqarını yoxsa əğimi mən üçün. (əğimi: meyli. eşqi).

sevdigin olmayacaqdır bilisən yar sənə, boşla gedsin tutu ver qoyma gedə sən sevənin.

sevdiginlə yok, sevəninlə ol, sevdigin həp istəyin verməz, sevənin bir istəyin koymaz.

sevdiğim çiçek, adı gerçek. (gerçek: gerçək. doğtur. həqiqət). (çoxlarına, tikanlıqda bitən, qoxusuz boyasız gülün adıdır).

sevdiğim çiçek, adı gerçək.

sevdiklərə yarqı, kəndizə sayqı. (yarqi: yumşaqlıq. mərhəmət).

sevdiklərin ərşiməsə əlivə, əlindəkin sevgilən. (mutluluq gizi).

sevdiklərin, istəklərin sınağın sənin.

sevdiklərin, sevinclər dəğişər, sanmadığın sandığıva ərişər (inanmadığın nələr oluşur).

sevdiklərin, sevinclər dəğişər, sanmadığın sandığıva ərişər (inanmadığın nələr oluşur).

sevdiklərinlə yaşa, sevənlərinlə yok.

sevdiqinə əğməyən, sevəninə əğənməz.

sevdim sevilmədim, aldandım. -cansızsa, sevdimsə sevəcəğim, canlıysa sevilsəm seveceğim.

sevdinsə dinən dilsöz ilə bir kərə olsun, getdikdə ası yox deyəsən min kərə olsun. (ası yox: bərə verməz).

sevdirəndə dil, bezdirəndə dil.

sevdiyin alsan kar olur, alanmasan kor olur. (kar: yaxcı). (kor: pis).

sevdiyin iş ucaldar, sevilməz iş qocaldar.

sevdiyin iş ucaldar, sevmədiyin iş qocaldar səni.

sevdiyin it olsa belə, sevərsən genə.

sevdiyin kimidi, sevənin kim oldu sənin.

sevdiyin nisgil olmasın, sevgilin nisgilsiz.

sevdiyin sevənin, sevənin sevdiyin olsun.

sevdiyin sevsə səni, sevgi uçar göylərə.

sevdiyin tək sevilməyi bəkləmə.

sevdiyin tutanmadın!, sevənindən qalma. ( sevdiyin: sevdiyivi ). (tutanmadın: saxlayanmadın).

sevdiyin var, gedməz demə!, gedənin var, dönər demə!. (dünü boşla, günü xoşla!).

sevdiyin yoxsa!, sevənin ara. ( sevdiyin: sevdiyivi ).

sevdiyin yük ağır gəlməz.

sevdiyinə sevinən, sevilməsə sevinməz.

sevdiyinlə sevdiyin kimi ol.

sevdiyinlə yox, sevəninlə ol.

sevdiyivə çağ ayır, ayırmadan sevdiyindən çağ səni.

sevdiyivə uydunsa, sevənivi yadırqa.. (yadırqa: unut).

sevdiyivə ver dəğər, əlində yarça varsa, çağun qoymaz ayırmış, sevən sevənlə qalsın. (yarça: fürsət. macal). (çağun: dövrə).

sevdiyivi gizləmə, gedənləri izləmə.

sevdiyivi qaçırdın, sevənivi qaçırma.

sevdiyivi söyləməkdənsə, göstər.

sevdiyivi unutma, sevməzivi umutma. (umutma: umut vermə).

sevdiyivin, gördügüvün dusdağlısı olma. (gördügüvün: 1. gözlə gördügüvün. 1. gördügün işin).

sevəcən ana, qorağan ata. (ana sevir, ata qorur).

sevəgən könül, umutsuz olmaz. (sevəgən: rəuf).

sevən adam kordu, sevilən korsaq (özün korluğa vuran).

sevən aparmış, güvənən aldanmış!.

sevən dəli, sevin dəli, devran dəli, yer dəli. (sevən dəli, sevgi dəli, çağım dəli, yer dəli).

sevən diləyin bulmamış, diləyən sevgisin bulmuş.

sevən görünən aldadıb sevəni. (sevən görünən aldadar sevəni).

sevən gözlər arama, sevən könül aranqıl.

sevən ilə sevilən bir sevgini paylaşmaz.

sevən issin, atar itinə, süngük.

sevən könül acınmadan duranmır, sinsidirsə, sinsinmədən oyanmır, sevgi gülü tikən içrə ösümsür, ayrıq oxu toxunmadan usanmır. (ösümsür: becərilir).

sevən könül baxan gözdə gül tapar.

sevən könül baş bilməz, soğur gözdən yaş çıxmaz. (baş: ağıl). (soğur: patlamış göz).

sevən könül darıxar, tapanmasa sevdiyini, döğünər itirirsə tapdığını.

sevən könül qulağ sağırı, göz soğuru.

sevən könül sayqı gözlər sevəndən.

sevən könül sevdiyiçün dəğişər, sevilmişlər sevənlərçün dəğişməz.

sevən könül unutmaz, sevən sevincin atmaz, sevən quşa sevgi dal, sınıq dala quş qonmaz.

sevən könül üz açar, gülər üzlü könül.

sevən könül yalnızlığa yad olar, sevməz könlə yer üzüdə dar olar..

sevən könül yaş bilmir.

sevən könül, bilməz dönül.

sevən könül, kəndi özü savçılar. (savçılar: elçilər. elçilik edər). (bu söz, amaclı kişini, kəndi özünü çalıçığa, carçılığa, sözçülügə çağırır, özgələrdən yalvarıclığı pəsgitir, mən' edir). (yaşamda, istək, armanların üçün, kimsədən dilənmə. kəndivə güvən).

sevən qorxu bilməz.

sevən olsa açıq göz, sonrasına qalmaz söz.

sevən olsa açıq göz, sonrasına olmaz söz.

sevən öğünər, sevməyən döğünər, yaşam durar bir açmaz, çoxda çalış açılmaz. (açmaz: tapmaca. yapmaca).

sevən ölər, sevgi yaşar.

sevən sayar sayqı qoyar dilinə, verməz yada kəndi yurdun, kəndi varın kiminə.

sevən sevdiyin, göz seçdiyin görür.

sevən sevənə aytamış. (alqış. xeyir dua). -son günüm sənsiz olmasın.

sevən sevəni acıtmaz, eski başı açıtmaz. (başı: yaranı).

sevən sevənin xorultusun duymaz.

sevən sevənin sözündə durar, quluğunda yürər.

sevən sevgilə yox deməz, qalxan edər canını.

sevən sevgilin itirsə dəlirir, sevgili sevənin.

sevən səni ağıysada ut, sevməyən səni balisə unut.

sevən ürək keçmişləri unutsa, sevməyinə güc tapar! (güc tapar: güc qalar).

sevən ürək, sağışları, qorxuları üstələr. (sağışları: sağıncları. iztrabları).

sevəndə, cibin, gözlərin qapat, qulaqların aç!.

sevənə vermə sevgivi, sevgiyə ver sevənin.

sevənğlər ölürmüş, sevinclər yaşırmış.

sevəni sev, sevənə sən ol yoldaş, sevmәdikdәn, ıraq eylə özünü.

sevəni sevən itirsə, qalmaz ışıq, tin gedər. (tin gedər: ruh uçar).

sevəni, söğmə, söğəni sevmə.

sevənin quluyam, sevməyənin sultanı.

sevənini unudan, sevdiyində yarmadı. (yarmadı: müvəffəq olmadı).

sevənivə ver könül, sevdiyindən al könül.

sevənivi unutsanda sevdiyivi unutma qıl.

sevənlər mutsuz olamaz, sevməyən mutluq duyamaz.

sevənlər sevgilərin ulca tutar. (ulca: uluca).

sevənlərə qul olma, sevməyəyənə düş yuxu.

sevənlərin dəngəsi yok. (dəngəsi: e'tidalı).

sevərəm mən səni candan içəri, hər nə çəkir məni səndən ötəri.

sevərim demək qolay, yaşamaq isə gücə güc. (gücə güc: çox güc).

sevərsin sev atarsın at, tutarsın tut, sevilmək gözləsən itmişdə qoy baxdın. (itmişdə qoy: azmışda qoy).

sevgəməkdən, özləməkdən başqa olmaz eşqlər anlamı bil.

sevgəməkdir, özləməkdir eşqlər anlamı bil.

sevgi acı ilə ölən deyil. (sevgini acı öldürmür, yalan öldürür).

''sevgi'' adlanan yara vursa sənə, ''sevgi'' dəyil, istəkdir. sevgi yara vurmaz. (istək: həvəs).

sevgi ağına bozuna baxmaz, ac olan, dadına duzuna.

sevgi alar könlü içi gizlicə, çıxmağında çox dirənər üzlücə. (sevgilər könüldəykən çox sıcaq (ısıca) yaşanır, ama yaşama uyqulanması çox güc olur).

sevgi azsa, axmaz bulaq, duymaz qulaq, gözlər soğur kor qalur. (yaşma şevqi, qaynağı sevgi). (yaşma: yaşama).

sevgi bassa dəngini, sayqı onun dəngidir. (sevgi çəkidə əin tapmaq istəsə, sevgi dartılırsa, sayqı ilə dəhdəş (dəngdaş. həmərziş) gəlir). (demək sayqı ilə sevgi yarışda).

sevgi başındaki dad, yadda qalı, olmaz yad..


Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin