Aban aban iş olmaz, bəsləməsən qız olmaz


Baş kesyaş kesme, Ağaç kesmek, insan öldürmekten daha kötüdür. (Bayram Özdemir)



Yüklə 4,74 Mb.
səhifə16/233
tarix01.01.2022
ölçüsü4,74 Mb.
#104017
1   ...   12   13   14   15   16   17   18   19   ...   233

Baş kesyaş kesme, Ağaç kesmek, insan öldürmekten daha kötüdür. (Bayram Özdemir).

Baş kesyaş kesme, Ağaç kesmek, insan öldürmekten daha kötüdür. (Bayram Özdemir).


baş qaldırıb, tökmə təni, əli yarağa, ayağ dayağa, qayrat kanı, türk qadını!.

baş qırılır, börk içində, qol qırılır, kürk içində. (: saxlı, gizli tutma).

baş qopmasa can qopmaz. (qopmaq: qalxmaq. durmaq). {baş qoymasa can qoymaz. (qoymaq: toxdamaq. dinmək)}. {baş anlamasa könül çəkməz. (anlamasa: başa düşmәsə)}. (kişi olaraq baş tüm varlığın yönətir. baş olmayınca doğru, uyqun yol bulunmur).

baş qorunsa, börk tapar.

baş qoymasa can qoymaz. (qoymaq: toxdamaq. dinmək). {baş qopmasa can qopmaz. (qopmaq: qalxmaq. durmaq)}. {baş anlamasa könül çəkməz. (anlamasa: başa düşmәsə)}. (kişi olaraq baş tüm varlığın yönətir. baş olmayınca doğru, uyqun yol bulunmur).

baş olan yerdə könül susdu.

baş olan yerdə, daş dəlinməz, baş dəlinər.

baş olmadan, yazı yazılmaz : olacaq, olmamış, yazılmamış.

baş olmasa umut sonun bıqtırar. (sonun: sonda).

baş olmasa yaşda dəğər nə gəzir, dəğər başda olur yaşda yok.

baş olmasa yerində sevәn könül yaş bilmәz.

baş olmasa, gövrə daş. (gövrə: tən. ləş). (baş daşisə, gövrə ləş).

baş olmasa, yel yığanı, yel dağar. (dağar: dağıdar).

baş olmasın yaşlansın, çör çöb yeyib bəslənsin.

baş olsa börk tapılar.

baş olsa, papax tapılar. (baş sağ olsun, börk tapılar).

baş olursa baylığın, dəğər bular sağlığın. (baş: ağıl).

baş olursa sən varikən kənd için kölgən durar. (baş olursa: ağlın olsa. qansan).

baş öğrəşsə övgüyə, qalmaz orun sevgiyə. (övüngə: övülməyə. tə'rifə. mədhə). (orun: yer).

baş pozuq, başçı pozuq.

baş sağ olsa təlpək tapılar. (təlpək: papaq).

baş sağ olsun, börk tapılar.

baş sağ olsun, börkə nəvar. (börkə: təlpəyə). (baş sağ olsa, börk tapılar).

baş sağlığı can sağlığından artıq. (baş sağlığı tən sağlığından artıq). (baş: beyin).

baş sağlığı, can sağlığı birgə gərək. (başın, beynin işləməzsə, can, tən sağlın olüsa qaramaldan nəyin artıq).

baş sağlığı, dünya varlığı.

baş sağlığın tin baylıq, tən sağlığın güc baylıq. (baş: beyin. ağıl).

baş seçdiyin bəğənsə könül, birinə güvən birinə qıvan. (qıvan: sevin).

baş sevgidə dad olur, ötün ötür keçmişlərin yad olur, günlə doğul, günü yaşa gündəsi, bəlli deyil yarın gələ nə olacaq olası. (baş: ilk).

baş sınsa börk içində, qol sınsa yenğ içində, söz deyilsə el içində.

baş tanımırsa daşı, daş neyləsin.

baş tapılsa, yol azılmaz. baş tapılsa, yol tapılar.

baş tapmamış yolunu, könül almış yurdunu. (baş: ağıl). (gerçək adlanan içik evrən. ürfan).

baş uzağın görər könül yaxının, könül gülün dərər, baş təkənin. (baş: ağıl).

baş üsdə demə, ayağ atda qoy, işimi gör.

baş var düşür dara, başda var çəkilir dara.

baş verməyən öğrəşməz.

baş yaxışır yoldaşla, aş yaxışır, duzlaşla.

baş yastıqda umuqlu, yastıqdan baş umutlu. (umuq: yolda olan umut).

baş yazısı ox kimidir, gah aşağı, gah yuxarı.

baş yazısı tam yönlərə əsdirir.

baş yazısı tam yönlərə əsdirir.

baş yazısı yazılmaz, yazılmamış okunmaz, qurqu yoxsa qurulmaz, yalançıdır döndürübən dondurarda evrənim.

baş yazısı yazılmır, qazılır.

baş yazısın, əl yazısı pozamaz.


Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin