Aban aban iş olmaz, bəsləməsən qız olmaz


onbeşində qız, ya ərdə gərək, ya yerdə



Yüklə 4,74 Mb.
səhifə170/233
tarix01.01.2022
ölçüsü4,74 Mb.
#104017
1   ...   166   167   168   169   170   171   172   173   ...   233
onbeşində qız, ya ərdə gərək, ya yerdə.

onda doğru deyir ki, yalan daha tükənmiş olur. (çox yalançı haqda söylənir).

ondaki açmır qonça, gözüm gülə nisgillə baxır, kül basır sönür közüm, odun oda nisgilli qalır.

ondaki adam söz danışmaqdan yorulur, yaşamaq vaxtıdı.

ondaki kəndivə güvənci itirdin, hər kimə inana bilirsin.

onğ, onay, onat. (onğ: doğru ol. düz ol). (onay: razı ol). (onat: razı sal). (doğru ol, razı ol, razı sal).

onğarmaz (düzəldənməz) kimsə tanrı yazdığın, yazmaz kimsə o pozduğun.

onğulur süngü qılış yarası çox, onğulmağa dil yarası çarə yox.

onğun kişi ölmüş, onun yolu yaşamış. (onğun: şərafətli).

onğuşmadan çıxma döğüşə, yalın ayaq basma yürüşə. (onuğmadan: onğuşmadan. hazırlaşmadan).

Oniki imama yalvarıncan bir Tanrıya yalvar. (Araz Gunduz).

onqat at, kövnə çul. (onqat atsa, kövnə çulda bəlgürür). (onqat: bacarıqlı. güclü). (kövnə: > köhnə).

onqun yaranırsa danılmaz, danılsada inanılmaz!. (onqun, könül ilə baş arası bir onaydan, razılaşmadan doğur). (onqun: totem).

Onmadık (talihsiz) hacıyı deve üstünde (Arafat'ta) deve üstünde yılan sokar, Yüce dileğini gerçekleştirmesi nasip olmayacak kişilerin başına akla ve hayale ğelmedik engeller çıkar. (Bayram Özdemir).

onmaza qıyan, pis günə qala. (onmaza: olduğun danana. islah olunmaza). (qıyan: acıyan).

onmazın oxu qıya gedər. (onmazın:şanssızın).

onsəggizin aşdı yaş, ət sümüyü oldu daş. (yaş: gənc). (yaş əğilər, daş sınar).

onsuzda bilirdim bitəcək, son gələcək.

ont kişi ölərmiş, onun işi yaşarmış. (ont: doğur).

onun alçaqlığı qoysaydı, ulçaqlıqda bir pox olardı. (alçaqlığı: əsgigliyi) (ulçaqlıqda: kişilikdə).

onun bir kimsə yayını yasamaz, onu meydanda kimsə basamaz.

onun dişi, qarnın içindədir.

onun uğrunda baş, can oynadır.

onurlu döğüş, onursuz barış bir ara gəlməz, bir sona ərməz. (bir ara gəlməz: tutuşa bilməz. qiyas olnamaz).

onurlunu yola ver, onursuza yol ver. (şərəfli ilə keçin, yola ver, onursuza yol ver çəkib gedsin).

onursuz barış, utsuz yanış. (onursuz: şərəfsiz). (utsuz: namussuz). (yanış: büküş. şikəs).

onursuzca davranma dilinlə belə, dilindir bəllədir kimligin sənin, söylənən sözün anlamı dilindədir, sözün anlamı tanıdır kimligin sənin. (onursuzca: şərəfsizcə).

oracan güclüyəmki kəndimi asmıram.

oraqçı min vurar, baltaçı bir.

orana bax, çivivi (mıxıvı) tax. (orana: nisbətə).

orançıdan güvənçilik əsgilməz. (orançı: ortançı: e'tidalçı).

orançıl görunda dinc yatar. (orançıl: ortançılq: e'tidalçı. ölçümçü). (çox çətin ki ölçümçü qada balıya düşə).

orançılar baş işlədib yaşlanar. (orançı: ortançı: e'tidalçı. ölçümçü) (baş işlətmək: uçurluğa, ifrat təfritə yol verməmək).

orançılıq barışmağa yol qoyar. (orançılıq: ortançılq: e'tidalçı. ölçümçü).

orançılıq hər bir işdə yeğ basar. (orançılıq: ortançılıq: e'tidal).

ordaki qurralıq, boysaxlıq, boydemə yer salar, sevi sevgiyə yer qalmaz.

ordun varsa, yurdun var.

ordunu talan saxlar, dövləti yalan saxlar (talan: qənimət).

orman qulaq, qır göz.

ormana odun götürməzlər.

ornun verən oyun itirər. (yerin verən oyun itirərş).

orsanmış dəmir, dəmiri yeyir. (orsanmış: oğsanmış. yoğrunmuş. döğülmüş. ovğanmış).

orta gedən yorulmaz, yanda duran döğülməz.

orta gedən yorulmaz.

orta oranda gedsin, umaclara yetirsin. (oranda: çəkdə. həddə). (umac: arzı).

orta yoxsa alçaq uca bəllənməz.

orta yoxsa dəngəşməz. (arxac (davər) yoxsa, işlər düzəlməz). (birlə üçü, iki barışdırar, yanaşdırar, danışdırar).

orta yolda atı ölmüş, orta yaşda qadını.

orta yolda atını qoru, orta yaşda, xatını.

orta yolda ölməsün atün, orta yaşda itməsün xatun.

orta yolu astasına ustasına tutqınan!.

ortada yeyir, arıtda gəzir. (arıtda: dalıda. yanda).

ortada yeyir, qırağda sıçır, qırağda yeyir, ortada sıçır.

ortadaki tutular, arıtdaki utular. (arıtdaki: daldaki) (utular: unudular).

ortağ, ərdən (adamdan) artıq almaz. (ortaq, ortağın gözləməlidi).

ortağ, ərdən artıq almaz: ortaq, ortağın gözləməlidi.

Ortak (kuma) gemisi yürümüş, elti gemisi yürümemiş, Kuma, aynı anda bir erkekle evli kadınlar. elti, erkek kardeşlerin hanımları. Bir erkeğin hanımları döğüş kavga geçinirlerde, iki kardeşin hanımları bir türlü geçinemezler. (Bayram Özdemir).

ortaq aşı, it içməz.

ortaq ol, artıq yox. (dəngək, münsif ol).

ortaq öküzdən tək bizov yeğdi.

ortaq, ərdən artuq olmaz. (yartıq (şərik), ərdən artıq olmaz). (''həd çəkivi saxla'' kimi insaflı olmağa çağırma sözü).

ortaqlığım ay günümə düşürsə, ortaqlığım mal davara düşməsin.

ortalamdan düşəri pay yaşımız, qolla, başla, içimizlə yaşırız. (ortalamdan: aralıqdan. yazılmamış yerdən) (yaşamımız, aralıqdan düşmüşmüş paydır. işləyib, düşünüb, iç duyğularımızla yaşırıq).

ortalıq qazanı, qaynamaz.

Ortalıqda yeyər, qıraqda gəzər. (Bunu iş yaxşı gedəndə qazancına görə çalışan, iş bərkə düşəndə aradan çıxan kimsələr üçün deyərlər). (Araz Gunduz).

ortançılıq dəngə qarağı. (qarağı: keşikçisi. iltizamı. zamini). (ölçümçülük dəngə qorar). (e'tidal, ədalətin zaminidi).

ortançıllıq əm bolur. (ortançıllıq: ortaçıllıq. ölçümçülük. e'tidal). (əm: dərman).

ortanı tutan bökünməz. (ortanı tutan: oranı tutan: orançılıqla, e'tidalla davranan). (bökünməz: püşmanlamaz peşmanlama).

ortanluqun ən iyi. nə asda dur yasa düş, nə üsdə dur qazana. (ortanluq: ortunluq. nə iti nə asda. miyanərovluq).

oruc tut, uçmağı ut.

oruc tutmayan adam, balası adın ''ramazan'' qoyar.

oruc tutmayan adam, balası adın ''ramazan'' qoyar. (oruc tutmayan, oğluna 'rəməzan' deyər).

oruna oran döşəyin, döşəyin görə yorqanın. (oruna oran: yerivə görə. yerivə baxıb).

orunla (ölçüynən) gəzən oynuyar gedər. oranasız gəzən oyunda gedər.

orunun gör, oyunun gör.

osdurağdan qulunca nə? (iki ayrıq işi birbirinə nədən kimi soxuşdurmaq).

osdurağın kəndi qabı, hər nəyin öz donu var.

osdurdub qabağa düşdük, sıçıb dala düşdük. (osdurdub: şişirdib).

osdurq qabın, göt tayın arar. (göt: kötü).

osdurq qabın, tay tayın arar.

osdurub ayılandan baş axdarma.

osdurub düz oturur, əğri qoyub düz götürür. (boynuna almır).

osman ekiz, ocman sekiz. (osman: dosd). (ocman: düşman). (dosd iki olsa, düşman səkizdir).

osmanlıq qarır, ocmanlıq qarımaz. (osmanlıq: dosluq). (ocmanlıq: düşmanlıq). (bir kişi yaşamında dosluqlar azıb uza bilir, qırılıb yaxşılaşa bilir, ama düşmanlıq unudulmaz).

ot alağı boşlasan, baxcada bar gül qalmaz, yamanalar göz ötsən, yaxşılara yol qalmaz.

ot çoxsa (çox isə), mal qara, ölü çoxsa, xoca kökəlir.

ot içindən tutuşar.

ot kök üstə bitər.

ot kökü üsdə bitər. (bulağ öz gözündən su içər). (qoç iyid, dayısına çəkər. ) (olduğun, doğulduğun, bulunduğun yerin, qoşutun, quşağın, şərayitin etgisi altında qalma. ).

ot qalxar, su alçaqdan aşar.

ot olsa, haranı yandırar, su olsa belə, haranı söndürər. (çox göydən gedənə söylənir).

ot tütünsüz bolmas, yigit yazuğsuz (suçsuz). (ot tütünsüz olmas, yigit yazıqsız olmas).

ot, kök üstə bitər.

otaçı (həkim) öz sağlığın güdsə, kəsəllənər.

otaçı olmayan yerdə, otaran otaçlıq edər. (otaçı: doktur). (otaran: çoban). (otaçlıq: dokturluq). bilgə olmayan yerdə, qaraçı bilgəlik edər. (bilgə: bilici). (qaraçı: baxıcı. falçı). aslan olmayan yerdə, tülkü bəylik edәr. yarqış olmayan yerdə, oğru başçılıq edәr. (yarqış: ədalət).

otaçıdan sorma, (ağrını) çəkəndən sor. (otaçıdan: həkimdən).

otalağı çor vurmaz, acı badamı don vurmaz.

otduğun yeri süpürdə otur.

otsuz çöldə qoy gəzməz.

otu çək, külünə bax.

otuq ötüşlə uçmaz. (od püfləməklə sönməz).

otumağın başarmır, danışmasın nə bilir.

otur durmaq el ağziylə uyuşmaz, ini böyük şakaları tutuşmaz!!. (ini: kiçik).

oturan orun alar, yürən izin salar. (orun: yerin).

oturan orun alar, yürən yolun. (orun: yerin).

oturan orun aldı, yürən izin saldı. (orun: yerin).

oturan tapır axdaran tapmaz!?.

oturan verdi, duran aldı.

oturma gecə gündüz, yol al yol, yalan yoldaşə küyməmiş yürən ol.

oturma gecə gündüz, yol al yolk, yalan yoldaşa uyma, yolda ol.

oturma! yol eri yolda yaraşur.

oturmadan alta bax, atılmadan öngüvə. (öngüvə: qabağıva).

oturmağın bilməyir, qaçmaq üçün tələsir, saxlamına çabama, tulla gedsin batana.

oturmağın yerinməgi öğrətməz.

oturmaqla varlanmaq olsaydı, sıçan hamıdan varlı olardı.

otursan boşa ötər.

otursan təmbəllik basar, oxusan gözün açılar.

oturub boş verərsən, almağa durmalısan.

oturub ölməkdənsə, dur, yıxıl, öl!.

oturub sizin birlə, nə xoşdur bizə.

oturur gözədir dağdan yuvadan, ovada gördüyün yaddan yavadan.

oturuşmadan dosduvu tanı.

otuz iki qalalı dil var olsun. iki qulaq arasında oturan yalançı baş yox olsun. (dilin suçu yox, dildə yalan yox). (otuz iki qalalı: otuz iki qapılı. hər diş bir qapı).

otuz iki qapı dil. (: dişlər).

otuz iki qapısı var, bir balası, min bəlası. (dilivə yiyə dur).

otuzunda qaysa ayağ, toparlayıb yığılar, altmışında qaysa ayağ, toparlamaq güc olar.

ov balasın ürək göziylə süzür, ovçu ovu baş göziylə görür.

ov həsrəti, alıncan, can həsrәti, verincan.

ov ovçusun tanımır, ovçu ovun!.

ov tapanmayan atından, vuranmayan oxundan küsər.

ov, gözün qurdudu.

ova, ulaya ulaya gedməzlər.

ovadaki quşdan ötür. , evdəki ki quşuva tüpürmə. (küçədəki gözəlin sözün evdə edmə. kəndi xanımıvı, qəhbə qühbeylə ölçüşdürmə). (dışarının, bazarın öıçüsün evə gətirmək).

ovadlığı könüldən, doğruluğu ağızdan gör. (ovadlığı: gözəlliyi).

ovcuna osdurub daşşağına məs çəkir.

ovcuna osdurub daşşağına məs çəkmə.

ovcuna osdurub daşşağına məs çəkmə. (ovcuna osdurub, daşşağına məs çəkir).

ovcuna osdurub, daşşağına məs çəkir.

ovçu axınçı, arsız gərək.

ovçu bilməz acınma, ovçu ölsə acınma. (acınma: tərəhhüm). (acınma: sinsimə. dərd edmə).

ovçu neçə al bilsə. azıq onca yol bilir.

ovçu ovun izindədir.

ovçu ovunda, yolçu yolunda gərək.

ovçu ovunda, yolçu yolunda. (ovçu ovunda, yolçu yolunda gərək).

ovçu pişik gündə yatar, tündə gəzər.

ovçu, axınçı, - arsız gərək.

ovçu, ovun izindədir.

ovçuya bir gözdə yetər.

ovçuya ovlaq imlənmiş, avı özü izləmiş. (ovlaq: ov yeri. şikarqah) (imlənmiş: nişan verilmiş).

Ovçuya ovu yox, dağı göstərərlər. (İş bacarana işin düzələn yönünü göstərmək yetərlidir, anlamına gəlir) (Araz Gunduz).

ovçuya, bir gözdə yetər.

ovlanmadan ov dərisi satılmaz.

ovsunçunu ilan ağı öldurür.

ovu ıçqındın, quşu ıçqınma. (ovu qaçırdın (əldən verdin), quşu qaçırma. əldən vermə).

oy gücün saldırırsa işə, əbbək tapıb salarda dişə. (oy girməsə başa, əl işlər, ağız dişlər, qarın doymaz).

oy özündə, göz əlində olsun. (fikir başında, gözün əlində dursun).

oyaq biri, yuxuda biri, aparar iti. (yetərsizlik başlarda yetərlilik başımda, qovuşursa bir yerə, çatar işim göylərə). (bir kəsin işinin uvatlığı, umatlığı başqalarının yavatlığındanda etgilənir).

oyan açda gözün, korluqda yatma, mala qurralanıb qayruğa batma, ötər evrən üçün mənlikni satma, bu yosqunluq sonun çevrəndə görqıl.

oyanış özgürlüyün qapısı. (oyanış: bilgilik).

oyansan, dayansan, utansan.

oyçandaki əlində ki görünməz, başındaki yanında ki bulunmaz. (oyçandaki: xiyalındaki). {kişioğlu heçin qanıqmaz. (heçin: heçkəz. heç çağ). (qanıqmaz: razı qalmaz)}.

oyda nəsən, dildə ol!. (oyda: fikrində). (oyunda nəsən dildə ol!).

oyğunluq, tuğanlıq kişi içində doğulub durur, yalnız yaşatmamlıyıq. (oyğunluq, tuğanlıq: depresyon).

oylağan, oyundan, yuxlağan, düşündən söz edər.

oylamazdan aytama. (düşünmədən qonuşma).

oylan ayt, bəlgit at. (düşün gəpir, nişanla at).

oylanıb qılan çor görməz. (düşünüb edən, etdiyin bilən korluq görməz).

oynağan yorulmaz, yorulmasa oturmaz.

oynaq atın çulu yırtıq.

oynamaq bilməyən qız: yerim dar demiş, yerin genətmişlər, yenim dar demiş (yenim: ətək. don).

Oynamasını bilmeyen kız: yerim dar. Yerini bollatmışlar, gerim (yerim) dar. demiş. Yeteneği olmayan, söylenilen şeyleri yapmak istemeyenler çeşitli gerekçeler ileri sürerler. (Bayram Özdemir).

oynaşa güvənən, ərsiz qalar.

oynaşa söykən ərsiz qal, qonşuya söykən şamsız qal.

oynaşdan ucuzu yoxdu, oda bəxtinədi.

oynatmasan oyanmaz. (oynatmaq: təhrik edmək).

oynun sonu uruşa bar. (oyun: şaka. şuxluq).

oynur utur, gürşür yıxır. (gürşür: gürəşür).

oysan, dillə tapar can!. (oysan: fikir xiyal).

oytaq olsa su alar, qoytaq olsa, su dalar. (dalar: dal itər. yırtar). (bu söz kişini oldağa, ortama uyğun davranmağa çağırır).


Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin