Aban aban iş olmaz, bəsləməsən qız olmaz


alıb vermək, görüş qaydası, gedib gəlmək, elçi qaydası



Yüklə 4,74 Mb.
səhifə2/233
tarix01.01.2022
ölçüsü4,74 Mb.
#104017
1   2   3   4   5   6   7   8   9   ...   233
alıb vermək, görüş qaydası, gedib gəlmək, elçi qaydası.

alıcı çok, satıcı az, aracı çok.

alıcı çok, satıcı az, aracı çok.

alıcı havada gərək, tutunmağı öz əlidə. (dolanıb avlamağı öz əlindədir).

alıcı havada gərək, tutunmağı öz əlində. (dolanıb avlamağı öz əlindədir) (alıcının ömrü az olar).

alıcı quşun ömrü az olur. (saldırqana, günlərin biridə saldırılır). (alıcı: yırtıcı).

alıcının ömrü az olar.

alığ başda ağıl yox. (alığ: vurqun. aşıq).

alım alınmış, verilməmiş. (alım: haqq. həqq).

alım birlə (ilə) borc ödənməz.

alim unutmuş, qələm unutmamış.

Alimden zalim, zalimden alim doğar. Allah takdir ederse alim aileden kan dökücü kişi, zalim aileden bilgin saygıdeğer insanlar doğabilir. (Bayram Özdemir).


alimin biliyindən, yalançının dilindən yapışarlar.

alimin biliyindən, yalançının dilindən yapışarlar. (alimin elmindən, yalançının dilindən yapışarlar).

alimin sözündən de, iyidin özündən.

alımlı arslan, berimli sıçan. (alan arslan, verən sıçan kimidi).

alın arslan tutar, gücün kösgük tutmaz. (alın: kələk). (kösgük: qorxuluq. oyuq).

alın arslan tutar, gücün kösgük tutmaz. (alın: kələk). (kösgük: qorxuluq. oyuq).

alın dartıb yağıya, düzlük yalnız dosluğa. (alın dartıb: qızqın olub).

alın daşa, usun başa, əlin işə, ağzın aşa.

alın yazısın, yazılar pozmur, cinlər yozmur, alın yazısı seçim qoludur, seçimlərin quludur.

alınan bilim yaşınmasın, yaşansın. (öğrəşdiyin bacarığı yaşıtma yaşat. (yaşıtma: gizlətmə).

alınanı yoxla, satılanı boşla.

alınca son kəsin canında ölüm, deyəcəm yaşasın yaşam, yox olsun ölüm.

alında yazılmış, əl ilə pozulmamış.

alınmaza, satılmaza çatarsan, kəndi özən güvənsən, var yoxundan olarsan, özgə izdən sürənsən.

alınmaza, satılmaza çatarsan, kəndi özən güvənsən, var yoxundan olarsan, özgə izdən sürənsən.

alınyazı yazılmamış səndən ön, etdiklərin yazdırır, çəkdiklərin qurar yazıvı.

alınyazısı deyə nərsə yox, başa gələn alna yazılır.

alış al dadını gündən günəki sən yaşısan, yarına qalsa kefin, dadğınıbən dadı qaçar. (dadınıbən: dadığıbən. yad, başqa dad tutaraq).

alış oğlu, verişdi.

alış səssiz girər, dinməz öldürər. (alış: adət). {adət bala bala özünə yer elər, sonucunda bildirmədən edigər (edigər: qılar. e'mal edər)}. (alşın kəndi alışın önəmsəməz, nə olduğun biləməz. yan yörədən deyilən sözlərə uyarlı olmalıyıq. (alşın: alışqan. mö'tad).

alış veriş dosluğa körpüdür.

alışan, aşılarda, aşınarda.

alışdığın dadlı bal, keçsə günü acıyar.

alışdığın içində dursun, dışda duran gedər bir gün.

alışıq (adət), varlığın ikinci özüdür.

alışqanlıq hər nəyə, çevrir özün ölçüyə. (ölçüyə: me'yara).

alışqanlıq köləsi, tam yaddışın kölgəsi. (yaddışın: özgənin).

alışmağa min qapı , bıraxmağa bir qapı.

alışmağın nədəni, içdə olan boşluqdur.

alışmaq yer alanda, sarışmaq yerdən qalır. (sarışmaq: çin diləklə, ixlasla qulluqda olmaq).

alışmasa, daşlanmaz, od olmasa köz salmaz.

alışmısan seçim yox, başarmısan keçim (nəcat) yox.

alışmış qudurmuşdan, öğrəşən hürgəşəndən betər.

alqaçan su, dənizə çatmamış (çox oyan buyana qaçan su gor ba gor olar).

alqanda canım canım, bergəndə çıqdı canım.

alqı düşər yol üsdə, basqı doğar sənilə. (alqı: istənilməz nədənlə doğulan. istənilmədən verilən. şansı. təsadüfi). (basqı: istənilən nədənlə doğulan. istənilərək əldə edilən. iradi).

alqış alsan elindən, yüksək durar altından.

alqış alsan elindən, yüksək olmaz altından.

alqış aman, qarqış yaman. (aman: sağlamlıq).

alqış bilə ər kökər, yağmur birlə yer. (alqış ilə: təşviq ilə) (kökər: gögər. gögərər. becərər. bəsər).

alqış ilə ər gögər, yağmur ilə yer gögər. (gögər: gövərər. ösüşər).

alqış qaldırar, qarqış öldürməz.

alqış, iki əldən (çıxar).

allah bilər, qul sezər (görər).

allah bilir, qul sezir (görür).

allah qonağı allah evində olar.

allah ona qıymasın, tanrısı var, saxlasın.

allah pisindən gözləsin.

allah səni iki qaşıqlı, min külüklü eləsin.

allahım aşdır daşdır, umurqanın bol olsun, doğurduğun ərəndən, düşman qaytan ər olsun (umurqanın: azığın. zumarın. hasılın. rizqin). (qaytan: qaytaran). (yeni doğan uşağa sılağ vermə qutluğu).

alma dalda durar, hər gələn daşını atar.

alma dalda durar, hər gələn daşını atar. (alma dalda durunca, hər kərkəs daşını atar).

alma könül sevəni, algilən el sevəni.

alma piş ağzıma düş.

alma pişə ağzıma düşə öğrəşmə, günü gəlir işlər gedir tərsinə.

alma pişə ağzıma düşə, işə.qovaq yeri tələs işə. (qovaq: yerin).

alma yeyib ağrıyınca, ərik yedə öl.

alma, dibindən uzağa düşməz.

almadım verməm, görmədim bilməm.

almaq öğrətmir, satmaq öğrətir.

almaq üçün verirlər.

almaq, öğrətmir, satmaq öğrətir.

almanı atsan göyə, min dönüşük vardı düşüncə yerə. (gözlənilməz olaylar, bəklənilməz olur).

almaşdır tüm aldışların yarağı. (almaşdır: çalışdırmaqdır. yerinə başqasın qoymaqdır. tə'vizdir). (aldışların: adetlerin). (yarağı: dərmanı).

almayınca heç bir nəyi içivə, heç bir yara iç üzündə iz qoymaz.

almayırsa söz qulaq, çözüm qalır tək çomaq, qulaq verib yol alsa, axar ömürlük bulaq. kar qulaqda söz cayar, qanmaz başda baş yarar.

almayırsa söz qulaq, çözüm qalır tək çomaq, qulaq verib yol alsa, axar ömürlük bulaq. kar qulaqda söz cayar, qanmaz başda baş yarar.

almaz daşı bir çobanın əlində, çaxmaq daşı sanlanıbən kullanar. (almaz: almas). (sanlanıbən: güman edilərək).

almış güğümləri, qızlar gedər oluğa (bulağa), atam verərmi məni, sənin biri qopuğa. qopuğa. (qopuq: yersiz. avara. salma).

almış güğümləri, qızlar gedər oluğa (bulağa), atam verərmi məni, sənin biri qopuğa. qopuğa. (qopuq: yersiz. avara. salma).

almış yolun yürüyən, qalmış yolda yürüməz.

alnı yazan yiyəsi,heç bir alına yox yazı.

alnı yazan yiyəsi,heç bir alına yox yazı.

alnından, igit burnundan, atın iyi olacağı alnından, igitin cesur ve kahraman olacağı burnundan belli olar. (Bayram Özdemir).

alovsuz tütün, tütünsüz alovdan qorun. (qara yaxmalardan).

alp çərikdə, bilgə dirikdə.

alp çərikdə, bilgə dirikdə. (döğüşməyə iyidlik, yaşamğa bilik, elm gərək).

alp çəriktə, bilgə tirikdə. (biləkli savaşda, bilikli dolanşıqda, yaşamda bəllənir, seçilir). (biləkli: batur, tovğac, pəhləvan) (savaşda: qoşunda),.

alplar birlə vuruşma, bəylər birlə duruşma.

alsan bitər, satsan itər. {baxsan bitər (cücərər), savsan itər. (başı soyuqluqluq edsən əldən gedər)}. (bu evrən özənlə, yığmaqla, qorumaqla gəlişmiş, sovsalamaq, başı soyuqluqla, satıb savmaqla olan qurum durum tozar, dağılar).

alsan boyna yalanı, boşla gedsin qalanı.

alsan boyna yalanı, boşla gedsin qalanı.

alt dəğrman güclü axır.

alt dəğrman güclü axır.

alt üst edmə yaşamın, altı quyla, üstü qılın yaşamın.

alta baxan altı görər, tərsə baxan tərsi.

alta baxıb yerin tanı, üstə baxıb özün tanı. (alta baxıb daşma, üstə baxıb çaşma). (Sadece senden güçlü, bay insanları düşünme, güç bakımından senden aşağıda olanları da düşün. Güç ve zenginlik bakıından senden aşağıda olan insanlara bakarak gururlanma, senden daha güçlü ve zengin insanların olduğunu da unutma) (Bayram Özdemir).

altda qalanın canı çıxsın. { asda qaçan namətdi. kimi (hər kəs) başın çarasın bulsun. kimi (hər kəs) özün qurtarsın}.

altı ağız birləşmiş, göy üzdəkin endirmiş, altmış ağız alalmış, əlindəkin aldırmış. (alalmış: sözdaşlığın, sözbirliğin itirmiş).

altı alay, üsdü qalay. (altı kaval, üsdü qabal. görnüşü özənli, içi kövənli (boş). üzü bəzək, içi təzək).

altı dolu, gumbuldar (altı dolu, uca danışar).

altı dolu, uca danışar. (altı dolu, gumbuldar).

altı ola, ayrıq ola, altındakın aldırır, iki ola, birlik ola, təpədəkin endirir.

altı olub ağızbir, göyüzdəkin endirər, altı olub ağzala ağızdakın aldırar.

altı olub ağzıbir, göy üzdəkin endirər, altmış olub ağzala ağzındakın aldırar. (ağzıbir: sözbir olan). (ağzala: sözbir olmayan).

altı olub alaağız ağızdakın aldırar, iki olub birgəağız, göy üzdəkin endirər.

altı olub, ağızala, ağzındakın aldırar, iki olub, ağızbir, göy üzdəkin endirər. (ağızala: ağzala: birik olmayan). (biriq: müttəhid).

altı ötər, yeddi yetər, birdə görüşərik.

altın alma, alqış al. (alqış : uğur duva).

altın ayır dosd artır, düşman ocaq başında.

altın ayır gümüşdən, yaman batsın yerində, dosdun artır günündən, yağun yatsın sinində.

altın əli pıçaq kəsməz.

altın gəlsə gümüş düşməz gözümdən, dəğər biçsin qoy dəğərləri bilənlər.

altın gümüş əsgiməz, ata ana püsgüməz. (püsgüməz: dəğərdən düşməz. pozulmaz).

altın qılıc dəmir açar, çəlik yarar. (çəlik: polad). (qılıc: yaraq) (çəlik: polad).

altın qılıc, dəmir qapı açar.

altın yerdə qalmır, yaxşılıq ayaqda. (yaxşılığa deyer verilmir).

altın yerdə yatmaz, yaxşılıq əldə qalmaz.

altına dəmir azmaz, ölülər diril verməz, yaşlılar gəniclənməz, çoğan dönüb, evlər yıxar demişlər.. (azmaz: çönməz.-altına dəmir azmaz: dəmir qızıl olmaz). (diril verməz: yenidən dirilməz). (gəniclənməz: yenidən gəncolmaz). (çoğan: > cihan).

altına dəmir azmaz, ölülər diril verməz, yaşlılar gəniclənməz, çoğan dönüb, evlər yıxar demişlər.. (azmaz: çönməz.-altına dəmir azmaz: dəmir qızıl olmaz). (diril verməz: yenidən dirilməz). (gəniclənməz: yenidən gəncolmaz). (çoğan: > cihan).

altını odda sına, kişini işdə.

altınlı evdən, can dadlı.

altısı bir olsa, göydəkin yendirər (qapdırar), atmışın ayrıqsa, ağızdakın aldırar (qapdırar). (ayrıqmaq: təfrəqəli olmaq). (altı ola, ayrıq ola, altındakın aldırır, iki ola, birlik ola, təpədəkin endirir). (altağu alaqsa, altundakın alquzur, dördəvü düzəlsə, təpədəkin endirir).

altısın sevməmiş, birindən qalmış.

altız atsız, yanız yarsız bolbasın.

altmış olub ağzala, ağzındakın aldırar, altı olub ağzıbir, göy üzdəkin aldırar.

altmışa girdin arxana bax.

altmışa girdin arxana qara.

altmışında əkən, yetmişində yemiş (alma).

altun bilim birgəşsə, könül usun dincələr. (para ilə bilgi birləşsə, könül usun dincələr: canın başın dinc alar).

altun düşər palçuğa, palçuğ minər edərə. (edərə: dəğərə).

altun haçar, açmaz açar.

altun haçar, qapılar açar.

altun olan yıltılar, hər yırtılan altun dəl. (yıltılar: parıldar). (dəl: değil).

altun tasın ağılı aşın, dadlı aşım, paxır tasım. (paxır : mis).

altun tasın görsədər, ağulu aşın içirər.

altun tasın görsədər, ağulu aşın içirər.

altun yaraq, dos inaq. (inaq: andaş). (yaraq: arac).

altunu od sınar, əri altun.

altunyüz, işlərin düz. (altunyüz: yüzdə yüz altun).

alver dosluq götürməz, bütöv ağız hər bir söz ötürməz.

alver dosluq götürməz, bütöv ağız hər bir söz ötürməz.

alver dosluq götürməz, içi bütün heç bir söz ötürməz.

alver ilə çöllüklə, dos kimliyin sınarlar.

alveri bilən ac qalmaz, yolunu bilən gej qalmaz.

amac alda, pul dalda dursun. (parasız çətinki iş görülə). (alda: öndə).

amac arac qarışmaz, eyku kötü yarışmaz. (eyku: yaxcı).

amac aracı açıqlayamaz. (açıqlayamaz: doğrultamaz. tovcih edəməz).

amac bəlli yol bəlli. (burda çətin nə varki).

amac bulub düşünməyən yol bulmaz.

amac çatı, çatığın bulur. (çatı: pillə). (çatığın: pilləkanın. nərdüvanın). {amaclar aracın tapır, istəklilər yerin yapır. (tapır: ardır)}.

amac doğru işin doğru. (istəyin doğruysa, yalnışlıqın ötüşər).

amac hara, çataq ora. (çataq: çatcaq. mənzil).

amac hər yolun dalqacıdır. (dalqacı: çaxmıqı. mühərriki). (ərənlərin nərsəsi yox itirsin, itirmişsə ümidin). (ərənlərin nərsəsi yox: ərənlərə nərsə qalmaz). (ümidin: umacağın. amacın). (kişi üçün durmuş, yaşam seçdiyi diləklə sürür).

amac itib qurban olsa araca, güman qalmaz buyruq düşə aş aca. (buyruq düşə: qismət ola).

amac itirsə gözdən, yalnızlıqlar güc basar.

amac qaxsa yol qalmaz. (qaxsa : aradan çıxsa).

amac olsa gülər kişi yaşamı, amac itsə yolun azar yelən verәr ömrünü. (yelən: boşa).

amac vardır yol kəsdirər yol üsdə, amac vardır dərd artırar dərd üsdə. (yol üsdə yol kəsdirmək: yoldan yola keçməklə ən uyğun, qısa yolu seçmək).

amac varsa, arac var.

amac varsa, sapar yollar qapanmış. (sapar: sapıyan. şaşıran. iğva edәn. vəsvəsə edәn. istəkdən uzaq. vəsvəsəli).

amaca çatmaq üçün, yamac keçməli.

amaca çatmay toxtamay, bəlləmədən oxlamay. (diləyi almadan oturma, nişalamadan vurma).

amaca tutun, doğruca yürün.

amacı bil, seçdin sev, qutluq sana bal dadar.

amacı itik, yol bulmaz.

amacı yoxla, özüvü toxla. (toxla: yasa. mücəhhəz ol).

amacın bilən düşünmədən yol bulmaz.

amaclar aracın tapır, istəklilər yerin yapır. (tapır: ardır). {amac çatı, çatığın bulur. (çatı: pillə). (çatığın: pilləkanın. nərdüvanın)}.

amacsız yaşam, mən onsuz çaşam. (çaşam: gicəm). (amacsız yaşam, mən onsuz boşam).

amacsız yol duranmaz. (duranmaz: dayannamaz. istiqamət tapabilməz).

amacsız, yol tapılmaz. (amacsızlıq sapıq yol. amacsız, yolsuz qalar).

amacsız, yolsuz qalar. (amacsızlıq sapıq yol. amacsız, yol tapılmaz).

amacsızlıq sapıq yol. (amacsız, yol tapılmaz. amacsız, yolsuz qalar).

aman aman çox inanan az düşənən əlindən.

aman qadın zarıdar, yaman qoduğ dığladar, yaman qonşu bezdirər.

aman olsaq görəyin, yağnu gora basayın. (yağnu: yağını. düşmanı).

amanlığa gəpirməz, yaman olursa kişi.

amsaxla ( arvad bazla) qurumsaq birbirin tapar.

ana baladan, bala oyundan doymaz.

ana dansa ana dilin, bala seçər dana dilin!.

ana dansa anadilin necə deyim anadili.

ana dili, süt dili.

ana dilin danan ''öksüz'' olar. (ata anasın itirən soysuz).

ana dilin dananlar, özgə dilə yananlar.

ana dilin 'elə belə' atanlara. onlarki kimlik anlamın qanmırlar, düşünmürlər, ÖLÜ kimidirlər,.

ana dilin itirən qarabaş, ad tapanmaz olar külbaş.

ana dilin iyi gəpir, gəpirməsən, sümük gəmir. (it ol!).

ana dilin qorumazsa ana, nə deyim ona!.

ana könlü bilməz yazı bilməz qışı, gülürsə bala oda güləyər, tutulsa ürək, oda kitirər. (kitirər: tutular).

ana qızın ülgüsü, təpə dağın çölgüsü. (çölgüsü: genişliyi).

ana öğrətən uşağ, diribaş, ata öğrədən uşaq, bilgin olur.

ana ölüncə, ata, amca olur. (qadını ölmüş, yenidən evlənən ata, uşaqlarından uzaqlaşır).

ana sevir, ata qorur. (sevəcən ana, qorağan ata).

ana yerdən çıxmır, erkək balası, bala göydən düşmür, ana balası.

ana yol nə ölməkdir nə öldürmək. (igidlik nə ölməkdir nə öldürmək) (qozavada işlənən yasa). (qozovada, daldurumda: ıssız, ucqar, bəllənməz yerdə, çağda).

ana yurdun altın beşik.

ana yurdun aman olsa, üzün öngü saman olmaz. (öngü: rəngi).

ana, bala dilmacı, dansa dilin çox acı.

anadan doğmaq, ölmək üçündür.

anadan keçdi, yardan yox.

anadil, anayol yasar, atagüc, yağunu basar. (yasar: hazırlar).

anadilim genə evdə qalacaq, duzu artsa yavanmıyacaq.. (yavanmıyacaq: xərab olmuyacaq).

anadilin bilməyən, öksüz oğlu öküzdür. (öksüz: soysuz).

anadilin danan, dana. (anadilin danmaq danalıqdır).

anadilin danmaq danalıqdır. (anadilin danan, dana!).

anadilin danmamış belə, danadan hələ süt yeyən ana.

anadilin unutma, doğma elə çet qalma. (çet: yad).

anadilindən dad alamazsan, sümük yala.

anadır bəslir cocuqda dilək, könüldə əkir dilə bağlı çiçək.

anadır bəslir cocuqda həvəs, könüldə əkir dilə bağlı çiçək.

anadır bəslir diləsi, könüldə varsa bəsi, əkilər dilin səpəsi. (bəsi: mə'nəvi gücü). (səpəsi: tuxum).

anadır bəslir diləsi, könüldə varsa bəsi, əkilər dilin səpəsi. (bəsi: mə'nəvi gücü). (səpəsi: tuxum).

anadır bəslir həvəsi, könüldə varsa bəsi, əkilər dilin səpəsi. (bəsi: mə'nəvi gücü). (səpəsi: tuxum).

analar aldanmaz, atalar aldatmaz, sevişib doğar uşağı, ozaldan budur uğraşı.

analar tək sevigin eşqin əsiri sanamam huv tapılarmış.

anaları nəki, danaları nə olsun.

analı qız bəlli qız, anasız qız - dəli qız.

analı uşağa öğrətərlər, öksüz görüb götürər.

anam elə çox bilirki, kündəni xırda salır, atam elə çox bilirki, ikisin birdən alır. (anam elə çox bilirki, kündəni xırda götürür, atam elə çox bilirki, ikisin birdən götürür).

anam elə çox bilirki, kündəni xırda salır, atam elə çox bilirki, ikisin birdən alır.

ananın aşı, ağzıvın dadı, təndirin başı, yedin yat.

ananın aşı, təndirin başı.

ananın başqası, daşqaçı olar. (başqası: başqaca. başqa görülən. ali görülən. ərköyülü).

anasa yaman qızı nə, eşiyi yaman evi nə?. (ana olursa yaman, qızıda yaman olur. eşidə yaman davranın ev davranışıda yaman olur). (anası yaman qızını alma, eşiyi yaman evinə varma).

anasan dansan anadilin, çora dönsün ağuzda dilin.

anası çıxan ağacı, qızı budaq-budaq gəzər!.

anası çıxar yamacdan, qızı dırmaşar ağacdan.

anası tökəni, balası yığar (qız anasından öyrənər).

anası tökər, balası yığar. (bu söz ana ilə balanın tzm əməkdaşlığın bildirir) (bu söz iki kişini birbirinə uymağı bəlgitir). (ananın qılığın, ülgüsün, qızı yiyələnər).

anası tökər, balası yığar. 6anası tökər, balası yığar.

anası yaman qızını alma, eşiyi yaman evinə varma. (anasa yaman qızı nə, eşiyi yaman evi nə?). (ana olursa yaman, qızıda yaman olur. eşidə yaman davranın ev davranışıda yaman olur).


anasın görüb qızın almaq güc deyil, bacarırsan yarasına bax acısın al.

anasına bax, qızın al, qırağına bax, bezin al.

anasız pətək bal bağlamaz.

anasız, arılar pətəkdəcə ölür.

anavı tanı sılağla, anadilin unutma. (sılağla: hörmət qoy).

anbar sıçanı, ac qalmaz.

and içmə almağa, kimsənin güvəncini sən. -kəndivə güvən. götürdüyün yükü apara bilsən, ellər uyar sənə, yolun sürəli duralı olur, bilgiləsən.

andağan olub günün itirmə, unutğan olub dünün. (unutğan: yaddan çıxaran. (andağan: yadda saxlayan).

andıq olmadan son, sandıq nədir, sağlıq nə. (andıq: anlaq. baş. bigi).

andlı yağu, dönən yardan dosd olmaz. (andlı yağu: əsgi yağu). (dönən: sözün, bəfasın qıran).

anıda yaşıyan indidə ölür, anıyla yaşıyan yarını görür.

anıq qılınsa, yoxa sanılmaz. əldə olan işlənirsə, yox deyilməz, etgilər.

anılar bassa altına, dağ belə olsan ərdər səni. (ərdər: əridər).

anılar batlağına batmağı gör çıxmağı yox. (anıya batdınisə çıxmağıvı güdmə gülüm, ki dönən yoxdu geri) (keçmişin quysu dərin olur. çətinki bir batan, birdə çıxa).

anılar keçmiş, pisi yaxşısı, yaxşısı nisgil, pisi qaxınc.

anılar ölümdən olur, əsgi bir yol yolçunu yorur.

anılar yası, gün itrər.

anılara batan, günə yad qalır. (günün, yaşamın itirir). ('keçmiş' su üzrə düşüb duran görüntülərdir. anılara, şəkillərə qapılmaq ayna (güzgüdə), su üzündə duman içində yaşamsamaqdır, yuxudur, etgi bəklənməz).

anılara batan, günün itirib, oyanan çağı gec olar.

anılmağa umut olamaz, sevilməyə güman qalamaz. için yaşa, kimi alamaz. (bu evrəndə unutulmamağa umut yoxadur, sevilməyədə inam yoxadur. yalnız kəndi içivə, kəndiliyivə yiyə durub yaşa. bu bəyliyivi almağa, heç nəyin, heç kimin gücü çatmaz).

anıya batan, sinində yatan.

anıya batmış, dalıya qalmış.

anıya yaxın qızdan qorx, meşəyə yaxın qurddan qorx.

anıya yaxın, qızdan qorx, meşiyə yaxın, qurddan.

anıya yatan batmış, anıya batan qatmış. (anıya : keçmişlərə).

anıya yatan batmış, anıya batan qatmış. (anıya: keçmişlərə).

anqıran eşək az yemlər.

anqıran eşşək, öz tayın tapar.

anqıran tayın tapar.

anqırmaqla eşşək tutar tapmamış. (tutar: qiymət).

anladım onamadım, ondum anlamadım.

anlağın gücü: - gözdə, qulağda, başdadır. (anlağ: ağıl).

anlaqlıya sivri sinək saz gəlir, anlaqsıza, zurna - döğül az gəlir.

anlaqsızdan doluq alnaq gözlənməz. (alnaq: xiyal). (içi boşdan doluq alnaq gözlənməz).

anlamadı bitməz olur sev yolu. (anlamadı bitməyi yox sev yolu). (sev: aşq. eşq). (sevgi sınır tanımaz, keçmişlərin anımaz).

anlamamaqla, qorxmaq, əkizdilər (bir doğulubdurlar).

anlamasa sevilməsini sevməsin, bıraq gedə anma artıq öyləsin.

anlamayan istəməz, qananmıyan dirənməz, yeriməyən girənməz.

anlamaz baş kişi üçün ölümü yaşadır.

anlamaz üçün dilin yorma, gedilər üçün ürəgin. (gedi: gedici. vəfasız).

anlamaza bir qanıt, susub susmaqdır yanıt. (qanıt:dəlil). (yanıt: cəvab).

anlamaza dil tökmə, dəyərsizə can yorma.

anlamaza söyləmə, dəğirməzə sözləmə. (dəğirməzə: dərk edməyənə. dəğərsizə).

anlamaza söyləmə, dəğirməzə sözləmə. (dəğirməzə: dərk edməyənə. dəğərsizə).

anlamazla yeyib - içiplər, danışmayıblar.

anlamsız söz, dənəsiz çöp.

anlar anıtılır, günlər unutulur.

anlat için susmadan, anlayanın tapınca, danla doğub tünlə yat, yarın dursa yanınca.

anlatan köçdü, söz qaldı. (anlatan köçər, söz qalar). (anlatan: ravi).

anlatan köçər, söz qalar. (anlatan: ravi). (söz: söylənti).

anlayan olsa gülüm bəsdir ona bircə çəkə. (çəkə: qətrə).

anlayana bir sözüm, anlamaza min dözüm.

anlayana sivri sinək saz, anlamaza davul zırna az.

anlayana sıvri sinək, saz gəlir, anlamaza döhül zırna az gəlir. (iş uzmanı, əlindəkindən yararlana bilir, iş bilməz, işin harda olduğun nə bilir).

anlayanın qulu ol, anlamayanın ağası.

anlayanla daş daşı, anlamazla yemə aşı.

anlayanlar uçdular, anlatanlar susdular.

anlıq başa, ayaq ol, qanlı başda, papağ yox. (anlıq: bulqa. arif).

anmır dodaq adıvı, əsgimişmi nə bilim. o keçən anılar, ən gözəl umutlar, ən gözəl uykular, ən gözəl oykular əsgidilər gözümdə, silindilər könlümdə.

anmır dodaq adıvı, əsgimişmi nə bilim. o keçən anılar, ən gözəl umutlar, ən gözəl uykular, ən gözəl oykular əsgidilər gözümdə , silindilər könlümdə.

ansızın tutar ölüm, verməz yaraq (yaraq: fürsət).

aparan bıraxmaz, bıraxan aparmaz.

ar gördüyün, kor tutduğun bıraxmaz.

ar olmuşdu ana dilin duymayan, kor qalırmış gözəlliyi seçməyən, ürək deyil taxda kürək doğma dilin sevməyən.

ara ayrı olsa, aradakı alınır. (ara pozuq olursa, aradaki əldən gedər).

ara olsa, içdə çıxar, üzə çıxar. (ara olsa: imkan yaransa. şərayit uyğun olsa).

ara yolda malın qalmasın, orta yolda atın ölməsin.

araba devrilincə, yol göstərən çox olur. (pis, ağır durumlarda hammı ağıl qoyar).

arac amac bəllətməz, amac arac gizlətməz.

arac amac bəllətməz, amac arac gizlətməz.

arac ələ baxar. (arac işlədəndən asılıdır).

arac işlər, əl öyünər, qılıc işlər ər öyünər.

arac qulluqçudur amaca.

arac sənin qulun, işlədən yolun.

arac yonur əl öğünür.

araça dayaq dəgir. (araça: davər).

araça dayaq dəğər. (araça: aralayıcıya).

araçıdan (vasitədən) yara əsgik olmaz.

arada yeyir, qırağda gəzir.

aradığın bulunmaz, bulanmışsa durulmaz, kəndivi bul güvәnqil, ağız deyən qulaq duyan tüpənqil. (tüpənqil: geri tüp. geri təp. rədd ed).

aradığın, səni arayan olsun. (mevlana).

aradım cihanda bulamadım başıma tac, əğriləri tox gördüm, doğruları ac.

arağ başa çıxsa, ağıl başdan çıxar.

arağan ərir. (axdaran tapır).

arağın birinci bardağın kişi içir, ikincisin arağ içir, üçüncüsü, kişini içir.

arağın necə olduğun içən bilər, nə olduğun çəkən.

aralaşan baş daşlı, ardalaşan dağ aşdı. (aralaşan: birbirindən ayrılan). (ardalaşan: arxalaşan).

arama yoxdu gözü oymağa heç bir gecənin, koru bir quşdu qanatsız düşəcək odda yana.

aranın dağı var olsun, qarlıda olar, qarsızda. iyidin başı sağ olsun, varlıda olar, varsızda.

arayan bulmuş, inləyən ölmüş.

arayan çatar, ölülər yatar!. (çalışmaq, dirilik bəlgəsidir, yatmaq, ölülük imgəsidir).

arayan ellər, əsəyən yellər çoxlu görər görməzin yerlər. (görməzin: görünməmiş. çatınılmaz. əcayib).

arayan əldə, yatan yuxuda. (arayan əldə edər, yatan yuxuda görər).

arayan tapar, bacaran yapar. (arayan: qımıran. qıdıran. qıbıran).

arayan tapdı. tikilən qaldı (yatdı).

arayıb yoxlayan, toxun bulmuş. (toxun: gerçəyin. həqiqətin). {hər amaca çatmaq üçün, nə dərək kiçikdə olsa, çalış dalış gərəkki. (dərək: qədər). (çalış dalış: sə’y kuşiş. (dalış: > təlaş)}.

arçağı çox toprağ ilə toprağın, daşla daş var biri ağdur ol biri qarə durur. (arçağı: fərqi).

arçalı, barçalı. (nəqədər fərqli, çeşitli olursa, onca barlı, zəngin olur).

arda baxan yol azmaz.

ardağ kişi, gördü işi. (ardağ kişi, görər işi). (ardağ: ciddi).

ardağı yox işində, kəsər qalmaz dişində. (ardağı: qayratı. ciddiliyi).

ardağsıza iş vermə, qarınpaya üz. (ardağsız: ciddi olmayan. ehtiyatsız).

ardına daşlasan önünə çıxar. (ardına daşlasan: arxana bıraxırsan).

ardına keç bir söz eşid, aldına keç ikisin. {heç çağun könətilməz kimsə. (könətilməz: razı salınamaz. razı ediləməz)}.

ardınca qaçanda deyiləm, qayıt son kərəmdi deyirəm.

ardınca qoşun qoşun uşağlar, əhvalına kim gülər kim ağlar.

ardında bədov at var, düşman qarşına bat bar.

ardından yüz it hürməyən qurt sayılmaz.

arğaç kimi uzanan, əriş kimi dirənən.

arğın arğın olduran işi, günəşdi yetişdirən yemişi.

arx axan yerinə, baxt baxan yerinə gedər. (güdülmüş nərsiyə çatmaq qolay ola bilir).

arxa dağdan, ürək daşdan olan var.

arxa önün bilməyən çatanmamış barınqa.. (barınqa: mənzilə).

arxadan gələn düşman, üzə gəlincə dost olar.

arxadan kəsər, ətəyə yamar.

arxadan kəsir, ətəyə yamır.

Arxadaş başa, yağı ayağa baxar. (Araz Gunduz).

arxadaşı içində daşı (arxandan vurmasın deyə).

arxadır yurdumuza, eşq olsun ordumuza.

arxalaşan dağ aşar. (arxalaşan: köməkli olan).

arxalaşan dağ aşdı, yalınlaşan düz çaşdı.

arxalaşan yağu qaytar. (arxası olan yağu basar).

arxalaşan, yov qaytar. (arxalaşan, yov qaytarar). (yov: yoğ. yağu. düşman). (arxalaşmaq: müttəfiq olmaq. (birağız olan düşman dəf edər).

arxalı el gur çapar, arxalı it qurd basar.

arxalı it qurt basar.

arxalı it, qurd alar. (alar: çalar. basar. qələbə qazanar. şikəs verər).

arxalı kişi, yüksüz qalmaz. (arxalı: çullu).

arxalıya arxa durma deyərlərki yamaqdır, arxasıza arxa dur desinlərki dayaqdır.

arxamda duran var deyibən, arxayın olma!, dağlarda dayağ olsa! güvənmə, ayın olma. (ayın: aydın. arxayın. dinc).

arxasız kişi, savaş gəzməz. (arxasız: köməksiz).

arxaya baxma qoca, öngürə bax ay qoca.

arxdan su kəsildi saçaqdan çörək. (saçaqdan: süfrədən).

arxdan su kəsilməsə saçaq çörəksiz qalmaz. (saçaq: sü'frə).

arxı salan bir kişi, suyun içən min kişi.

arxıl diləklə yok, dirəklə yazılır. (arxıl: tarix).

arxız sulu, əkiniz dənli, saçağız nənli (nənğli: ne'mətli), biçinçiyə, yolağçıya quraqlıq, əkinçiyə sulaqlıq, yaxcılara uvatlıq, yamanlara yavatlıq.

arxlar axar, çay olar.

arxlar axar, çaylar olar.

arı bal qoyub pətəkdən uçur, bal yeyən yox, qab yalıyan tutulur.

arı bal verən çiçiəyi tanıyar. (arı bal alacağı çiçəyi bilir).

arı baldan olmaz, türk dilindən. (olmaz: ayrılmaz).

arı çaqqan bal dadını itirməz.

arı görməmiş bal olmaz, nazdan əksik yar olmaz.

arı iğnəsin çəkməmiş varlı, bal dəyərin nə bilsin.

arı oldun gülə qon, milçək oldun təzəyə.

arı soxnaq varlıdan, bal dəğəri sorulmaz. (soxnaq: sancmamış).

Arı yuvasına çöp uzatma. (Ara Gündüz).

arıdan arı, gündən duru.


Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin