Aban aban iş olmaz, bəsləməsən qız olmaz



Yüklə 4,74 Mb.
səhifə229/233
tarix01.01.2022
ölçüsü4,74 Mb.
#104017
1   ...   225   226   227   228   229   230   231   232   233
'yurd aşq, sevi' olmayana xor baxacam mən.

yurda seviş, yovqa söğüş birgə doğur. (yovqa: yağuya).

yurdsuz kişi, tuxumsuz topraq.

yurdun otlusundan qutlusu yeğdir.

yurdun yekəliyin, sən bilməsəndə, qar bilər.

yurqaş zırna qaval gəzdirməz. (yurqaş: ağbasan. ölü yuğan).

yurt dərəki, köçən son, pul dərəki, bitən son, eyku kişi, ölən sonra bəlgirür. (eyku: yaxcı).

yurt dərəki, köçən yurtda bəlgürür, qın sınamaz, ballanmamış demişlər. (dərəki: qədri) (qın sınamaz, bal olmamış: çətinlik görmədən dadlı ələ gəlməz).

yurtlar yürüb, dağlar aşıb, yollar eşib. (çox gəzib çox görən kimsə).

yurulub yorulmayıb gözlərə baxıram, tapdanıb oyanmayıb baxdıma yanıram.

yutlu danırsa özün, yatlı gəlib yurt salar.

yutuğ, içöz yoxsa, yaşam, doğa doğru əğri tanımaz. (yutuğ: içöz vicdan).

yuvanı dişi quş yapar. (erkək ev yapır, qadın oda).

yuvanı ərkək tikər, dişi saxlar.

yuvarlaq daş yosun tutmaz, göt tikilməmiş ev olmaz.

yuvarlaq daşda, yosun (ot) bitməz.

yuvarlaq daşda, yosun bitməz. (yosun: ot).

yuvarlanan daş, yosun bulmaz. (dığırlanan daşda ot bitməz).

yuvaş gedən yadamaz. (yuvaş gedən armaz). (yavaş gedən yorulmaz).

yügrük gedən yorular.

yügürən iti, sevəməz tilki.

yügürmə çoxa, düşərsin poxa. (poxa: bükə. dərdsərə).

yügürməyi gənc başarır, yürüməyi yaşam öğrədir.

yügürüb batmaq, çəkilib dayanmaq.

yügürük eşşək axsaq at, birin sat birin at.

yük ağırı çəkilir, söz ağırı çəkilməz.

yük altında, ipək çulla gəzilməz.

yük götürən dəvə, qamış belə götürür.

yükləsən kimsəyə, işin qaldı, kəndinə inanır, işin aldı. (inanc, güvənc kiməsniyə (kimsə olursa olsun) yaramaz!).

yüksək könül qırıq könüllərdə törür.

yüksəkdə uçan yer üzü görməz.

yüksəkdən baxan irini uvağ (kiçik) görər.

yüksəkdən baxan irini uvağ görər. (uvağ: kiçik).

yüksələndə çevrə bilər sən kimsin, düşən anda sən doslarun tanırsan.

yüksələndə çevrə bilər sən kimsin, düşən anda sən doslarun tanırsan.

yüksəyə ağan, devrilir bir gün.

yüksüz eşşək yorğa gedər.

yükü çəkən atdı, atı çəkən arpa.

yükü çəkəndən sor, atı minəndən, oxu atandan, düşü yatandan, aşı qazandan.

yükün ağdığı, barınmayar barınqa. (ağdıq yük, mənzilə çatmaz). (ağdıq: əğri).

yükün ağırın nər çəkər, dərdin ağırın ər çəkər.

yüngül dosdun, yükü ağır olar.

yüngül satma ərginligin qalasın, ərginlikdən kişi tapar sayasın, kor yaşasan çəkmə gözün qadasın, bələş qana, qurdurqana əğilmə. (


Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin