Aban aban iş olmaz, bəsləməsən qız olmaz


bilikligin (bilikliklə) uluğluğa dəğdim (çatdım)



Yüklə 4,74 Mb.
səhifə43/233
tarix01.01.2022
ölçüsü4,74 Mb.
#104017
1   ...   39   40   41   42   43   44   45   46   ...   233
bilikligin (bilikliklə) uluğluğa dəğdim (çatdım).

bilikliklə, ululuqluğa dəğirsin!. (bilib, qanmaqla böyüklüyə yetişirsin).

bilikliyə güc gərək.

biliksiz bir yaşar, bilikli min yaşar.

biliksiz, bilək yıxılar, biləksiz, bilik.

biliksiz, biləksiz. (anlamaz, gücsüz).

bilim aldın borcun durar yaşatmaq, yoxki bilib buxcalayıb qapatmaq.

bilim baxt açarı.

bilim başın qıvancı, sağlıq yaşam güvənci. (bilim: elm). (qıvancı: fəxri). (güvənci: dayağı).

bilim bilək birləşsə, yağu durmaz qoş qaçar. (qoş qaçar: tuta tuta qaçar).

bilim bilək birləşsə, yağu durmaz qoş qaçar. (qoş qaçar: tuta tuta qaçar).

bilim çox, ömür qısa, gərəgin (başarsan) daşa yaz. {bilim çox, ömür qısa, gərəgin olsa (bacaracağın varsa) daşa yaz}.

bilim igit yasarı. (yasarı: bəzəyi. zinəti).

bilim sovğa deyil, baş sındırıb, can qoyulmuş yol önümü. (sovğa: yelə alınmış. yoxuz. müfdə).

bilim topla bundan başqa yolun yox, bilim belə ödənmədən verilməz.

bilim topla bundan başqa yolun yox, bilim belə ödənmədən verilməz.

bilim üsdə gəl ərdəm. (ərdəm: bacarıq). (inanılmazca gözəllik yaradar).

bilim, ilim, ilik. (elm, bacarıq, mə'nəviyyat). (bilim: elm). (ilim: bacarıq). (ilik. mə'nəviyyat).

bilim, kitabdada var, ürəkdədə, başdada.

bilimdən olursa qanatların, qaruqdan qaçar yarığa sarı. (yarığa: ışığa).

bilimdən yeği yox, yalandan koru yox. (yeği. yeyi. yaxcısı). (koru: çoru. yamanı).

bilimə yol salınsada, kəndin gedməlisin.

bilimlə bilgəlik, kişini göylərdə yerləşdirər. (bilgəlik: müdriklik).

bilimli el xar olmaz, (heç bir nəyə zar olmaz). (nəfsi).

bilimli ölməz, bilimsiz gülməz.

bilimli uçar, bilimsiz qaçar.

bilimli uçar, bilimsiz qaçar. {duruş, ösüş bilimlə, durmuş yaşam biliklə. (dirəniş, muqavimət, tərəqqi ilimlə, həyat dirilik hikmətlə)}.

bilimsiz bilək, uzaq getməz.

bilimsiz kişi, bilinməz işi.

bilimsiz kişi, kordur işi.

bilimsiz, yol qurulmaz.

bilimsiz, yol qurulmaz.

bilimsizcə bolluca bar alınlmaz.

bilimsizcə bolluca bar alınlmaz.

bilimsizlə çuldaşlıq, bilimliylə yoldaşlıq. (çuldaşlıq: palançılıq).

bilincli az inanar. (çox bilənin inancı az olur).

bilinməmiş doğma yurdun törküzü, özgə yurda aşmasan, bəllənməmiş doğru dosdun untayı, yaman dosdu görməsən. (törküzü: yararlığı. dəğəri). (untayı: (onat: dik. düz. uca). bahası. dəğəri).

bilirəm dedin, dilləndin, bilməm dedin, dinləndin. (dillənmək: danışığa tutulmaq).




Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin