Aban aban iş olmaz, bəsləməsən qız olmaz


bulut kimi axar yaşı, yonğulmaz bağrımın başı



Yüklə 4,74 Mb.
səhifə96/233
tarix01.01.2022
ölçüsü4,74 Mb.
#104017
1   ...   92   93   94   95   96   97   98   99   ...   233
bulut kimi axar yaşı, yonğulmaz bağrımın başı. (yonğulmaz: düzəlməz).

bulut kükrər, göy ağlayu yer gülər.

bulut kükrür, ışıq gurlur, yağış tökür, sancır könül. armanlarım, yolda qalan arzularım, yollar yarı, güc qalmamış, soldu gülüm, acır könül. (ışıq: ıldırım). (armanlarım: çatılmamış arzularım).

bulut küləyə qarşı yeriməz.

bulut ol yaşa. -bulut qalxsa göyə günə yoldaş, ensə yerə dağa qardaş, yatsa yerə topraq gülər, coşar dəniz.

bulut olsan yoldaş olar yel sənə. (batman otur, yüngül qalx). (işində tutarlı, qayın olubda ərincək olma, sust təprəşmə). (tutarlı, qayın: müsəmməm, ciddi).

bulut yalabıdığı şimşək, söylədigi gürlək. (bulut parlasa şimşək olur, söyləsə gürlək olur).

bulut yığışar, yağış yağar, ellər yığışar, gücü artar.

bulutla gün barışsa, yazın gülər gül açar, bulutla gün qarışsa, yazın ağlar gül qaçar.

bulutlu göy günəşli gün savlamaz. (savlamaz: xəbər verməz). (pozulacaq arac qırx gün öndən cırıldar).

bulutlu göy günəşli gün savlamaz. (savlamaz: xəbər verməz). (pozulacaq arac qırx gün öndən cırıldar).

bunday yaşam, istərsəndə, istəmərsəndə. (bunday: böylədir).

bunlara haq qoyupdur bu yasağı, yerli yerinə bassın ayağı.

bura haq qapısı qaytı doğru sayılmaz, çirkin gözəl birbirindən sayrılmaz. (qaytı: qələt). (baş yarqıc odur. tanrı qapısı hamını alqılar, qəbul edər).

burda orda sağumaq, böylə olmaz yaşamaq. (sağumaq: sağımaq. yaşamaq. durmaq. gün keçirmək).

burma görmədən, durma bilməz. (burma: təmbih). (burma görməz bala, dinc bilməz). (ağ qaranı, yaxcı pisi öğrəşmək gərək).

burma görməz bala, dinc bilməz. (burma: təmbih). (burma görmədən, durma bilməz). (ağ qaranı, yaxcı pisi öğrəşmək gərək).

burma görməz bala, dinc bilməz. (burma: təmbih). (burma görmədən, durma bilməz). (ağ qaranı, yaxcı pisi öğrəşmək gərək).



Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin