Aban aban iş olmaz, bəsləməsən qız olmaz


balaban çalanındı, at minənin



Yüklə 4,96 Mb.
səhifə15/224
tarix04.01.2022
ölçüsü4,96 Mb.
#52478
1   ...   11   12   13   14   15   16   17   18   ...   224
balaban çalanındı, at minənin.

balabanda qandırmaq: al dili, ima-işarə ilə söz qandırmaq.

balaca daş, sındırar baş.

balacan bas oyuvu at başıvı yatgiləsən. (bas oyuvu: bəsdir oy xiyalların. düşünmə artıq).

balacan bas oyuvu at başıvı yatgiləsən. (bas oyuvu: bəsdir oy xiyalların. düşünmə artıq).

balalı evdə sır yatmaz, oğurluq yerdə, mal qalmaz. (oğurluq yerdə: oğurluq olan yerdə yerdə).

balama qurban inəklər, balam havax iməklər.

balanı yaşdan, qadını başdan. (yaşdan: kiçiliyindən). (başdan: ilk gündən).

balası olan beşiyin tapar, siçanı olan deşiyin.

balası yox, quruq soy. (quruq soy: sonsuz).

balasın gördün, atasın sorma (balanı tanıdınsa, atasın tanımışsın). (bu söz, kişini, oğul, uşaq eğitiminə çağırır).

balasız qadın, gəlincik, parasız igid, ərincik. (gəlincik: gəlin kimi şən, ərincik: qaçağan. çəkingən).

balçıya doşab (pəkməz) satılmaz.

baldan bala dadlıdır.

baldan dadlı, duzdan çor (iti).

baldırda bit, başa çıxar. (baldırdaki bit başa da çıxar). (içi pis, işi kötüdən iyilik gözlənilməz). domuzu süfrəyə oturtsan, ayaqlarını süfrəyə qoyar).

baldız gəlindən, bacı, biri birindən acı.

balı dibindən, yağı üzündən tanı.

balı olan sözün kökünə yetər.

balı, barmağı uzun yox, buyruqlu yeyər. (buyruqlu: qisməti olan).

balıda çox yeyəndə acı dadlanar.

balığ ağa girdikdən sonra, başı ayılır.

balığ balığçıya yönəlir, quş ovçuya.

balığ balığı tutmasaydı, balığ dənizi tutardı.

balığ başdan tutular, kişi dildən.

balığ başsız, bağ bildəsiz salınmaz. (balığ: şəhər. ölkə). (bildəsiz: bələtsiz: bilgisiz. mə'lumatsız).

balığ dənizdə batmaz.

balığ suda, gözü dışda (: bilən nərsəni bilməzdən gəlmək).

balığ üzər çay bilər, quşlar uçar, yel bilər.

balığa üzüş, tülküyə kələş, qurda yırtış, itə boğuş öğrətilməz.

balığa yem olur qarışqa, qarışqa balığ yeyir.

balığçı, balığ yalı (qədər) gözəl olmaz.

balığda qonaqda, iki gün söna ağı olan.

balığı başından avlamaq. ( balığ başından avlanır). (işi başından, kökündən sağlam tutmaq).

balığın böyüyün, bataqlıqda arama.

balığın canı sudadır, yalığun canı dildə. (yalığun: insanın) (kişi, içsəl, ruhsal yaşamın, dil ilə, söz ilə yaşadır. dil, söz, kişi üçün, balığa su yerindədir).

balığın günü suda keçir, iyidin günü işdə.

balığsan balıq. balaca ballıca, ala dilli dodaqlı balıq. (körpə uşağa deyilir).

balıx balığı tutmasaydı, balıx dənizi tutardı.

Balık baştan kokar. Değersiz yönetiler başa geçtiğinde toplumun bozulması hızlanır. (Bayram Özdemir).

balıq başdan çürür. (balıq: ölkə. şəhər). (poyuz yozuq başçılarla ölkə durmaz).

balıq başdan qoxar. (balıq: > bəlx. ölkə. şəhər). (toplumun alt orta qatlarında nə var ki). (ölkə başdan pozular).

balıq başdan pusar. (balıq: > bəlx. ölkə. şəhər). (pusar: qoxar). (toplumun alt orta qatlarında nə var ki). (ölkə başdan pozular).

balıq başdan sasır, ağac içdən çürür. (balıq: el. ölkə).

balıq başdan şişər, yox quyruğundan, yaluğ başdan qoxar, yox qursağundan. (yaluğ: kişi) (kişi başdan azar, yeməyindən, qarnından yox). (kişilik ölümü başdan olur).

balıq küsürsə sudan, yaşam köçər ondan.

balıq onqar su ilə, bilgə onqar el ilə. (onqar: əmələ gələr).

balıq suda can tapar.

balıq suda can tapar.

balıq suda, gözü dışda (: bilən nərsəni bilməzdən gəlmək).

balıq susuz onğmaz, bilik başsız onğmaz. (onğmaz: becərilməz. böyüməz. ösməz).

balıq tutulduqda yenidir.

balıqlar susamaz.

balın təkini ye, sütün üzünü.

balsızda ağlar, balalıda.

balşı düşününcə, əlli bitirmiş işi.

balta ağacdan sorar. -necəsin. –ağac demiş. –sapından ayrıl, danış!.

balta başı salqımlı, sapı çəkişli olar. (salqımlı: ağır. vəznli). (çəkişli: əsnək. qayışqaq. flexible. elastik).

balta başıynan işləməz, sıpıynan işlər.

balta dişi ilə işlər, sapından asılar. (balta dişi ilə işlər, quyruğundan asılar).

balta düşsə, sapına bax (baltaya tutuldunsa, sapı gör kimdədir).

balta görməmiş, orman yox. (orman: meşə) (sıxıntısız, inciksiz iş, kimisə yoxdur). (igit deyingən, dəymədüşər, ərgil (ərgçil), ərköyül olmamalıdır. (ərgil: ərgçil. ərköyül: kəmaltələb).

balta gücü sapından.

balta qızıldan olsa genə yeri odunluq.

balta sapda salqımlı. (salqımlı: ağır. vəznli). (baltanın gücü sapın tutandandır).

balta sapın tanımır, ona qulluq edir. (balta sapın tanımır, dediyin elir).

balta varım, odun yox, ocaq varım, otum yox.

balta yönün sapından sor. (yönün: tuşun. səmtin) (sapından: dəsdəsindən).

baltaçı nə bilir ürək nədir, ürəyi atmağa ürək istəmir.

baltaçının yardımı, baltasız olmaz. (yardımı: köməyi).

baltada varsa, sapındada var. (əksiklik yalınız bir yandan değil).

baltalıda, baltasızda, yıxılan ağacın üstünə axışar.

baltanın boğazına sap soxulmasa baltalanmaz. (baltanın götünə) (baltalanmaz: baltalıq edəməz).

baltanın sapın tanı, qulluq ed.

baltanma belə, sapıva bax kimdədir. (baltanma baltalıq edmə).

baltası kütükdən çıxmaq. (kütükdən: kötükdən). (güc durumdan sıyrılmaq, qurtulmaq, nəcat tapmaq).

baltasız, bağ meşəyə dönər.

baltaya sap olmaq. (1. inanc, məslə yiyəsi olmaq. 2. işə yaramaq, dəğmək).

bamağ arsı baxmaq: elə belə baxmaq.

Bana değmeyen yılan bin yaşasın. İnsanların bencilliğini anlatır. Bana bir kötülüğü olmasında başkalarına ne yaparsa yapsın. (Bayram Özdemir).

bansa toyuq bir evdə, dişlik köçər o yerdən. (dişlik: dinclik. huzur).

bar güdən bağ əkmiş, daş əkən dağ dərmiş.

barağan yürmüş, arayan bulmuş. (çatan yerimiş, axdaran tapmış).

baraş nisgil tikan tək sancılıb başə, baraşqa yox ümidim gecdi artıq son dəmim gəlmiş. (baraş: vəslət. vüsal). (baraşqa: vüsalə).

barça ondan alqu bular, öznü aldan ıraq qılar, qara günün sonu çatar, danlar atar yollar açar. (alqu: boya. rəng. güc. tovan. bacarıq).

barçağ görməz yük əğrisi, amac tutmaz ox əğrisi. (barçağ görməz: yurduna, yerinə çatmaz).

barçağ görməz yük əğrisi, amac tutmaz ox əğrisi. (barçağ görməz: yurduna, yerinə çatmaz).

barçanı könətmək güc. (hamını razı salmaq zor).

barçanı qucmuş sonunda ol qara üzlü ölüm.

barçanın yenğisi, yaxşısı. (hər nəyin yenğisi, yaxşısı).

barçasın itirən, parçasın özlər. (barçasın: hamısın). (parçasın: tikəsin).

barçaya yenğiliq yeğ. (barçaya: hər nəyə).

bardaqda batan, göldə batandan çox olar.

bardı ərən, qonağ görüb, qutqa sağar, qaldı alığ, oyuğ görüb evin yıxar. (bardı: geddi) (xoş düşünər), (alığ: səfeh gədə). (oyuğ görüb: qaraltı görcək). (geddilər o kişilər ki qonağın gəlməyin qutluq sanardılar, qaldılar hüllük küllük kişilər ki, bir qaraltını qonağ sanıban kəndi evin yıxır).

barığ orta tutulsa, yoxdan yeğ. (olan nərsə olmuyandan yeğ). (nəğdin azı, nisyənin çoxundan yeğ.

barın qalı, bir qalıta qapqarma. (barın: tamam). (qalı: malı). (qalıta: çuvala). (qapqarma: doldurma). (yumurtanıı bir səbətə, yığmazlar).

barınmasa çatılmaz, yağınmasa açılmaz. (gedilməsə yetinməz, su düşməsə göğənməz).

barısının başı, sağlıq. (barısının: hamısının).

barış dəğəri, savaşda biçilər.

barış günü bir cücə, savaş günü bir öküzdən yeğ basır. (yeğ basır: baş gəlir).

barış savaşdan doğar!.

barış sevən, savaşa yaraqlı gərək. (yaraqlı: hazir. mücəhhəz).

barış sevsən döğüşməyə yaraqlan.

barışıq yapar, savaşıq yıxar.

barlı ağac baş əğmiş, barsız olan dikəlmiş.

barlı ağac çırpılır.

barlı ağac daş alar, kövrək ürək göz yaşar.

barlı gözəl qoz ağaca, daş gələr.

barmağın heç ağza qoyma, qoyursan, dişlənir.

barmağından bal damır, çanağından yağ.

barmaq başqa demə, biləyi birsə.

barmaq soksa, bal əkşir (turşar).

barmaq soksa, bal əkşir (turşar). (bu söz pis niyyətli, qaramsər haqda söylənir).

barsız ağaca, ağac tolazlama.

barsların anısın, bişilərə balasın. (bars: pələng). (balasın: sevimlisin). (pişiklər barslardan yadgardır, insanlara sevimlilərdir).

bartın sağası sağlıq. (hər nəyin dəvamı, durmusu sağlıqdır).

bas dağlama dilinə, bas palanı belinə.

basaq basaq çıxalı, uca yerlər alalı. (pillə pillə çıxıb ucalıqlaları qapsayar).

basaq basaq yolları, asda gedən yorulmaz. (pillə pillə yolları yavaş gedən yorulmaz).

basaq basaq, aşam aşam yolun sürək yaşamın. (basaq basaq: pillə pillə). (aşam: mərhələ).

basda yürü, yetirsin, əkdə suvar, dərirsin.

basıb yaylağın, qoruğun, çayırların alıb.

basıda balığ olmaz. (basıda: bostanda).

basına gələn, basmaqçı olar. (başına gələn, başmaqçı olar). (başına < basına: zulma ). (başmaqçı < basmaqçı. zalim. zumkar). (zulum görən zalim olur).

basqa basqa çıxan yorulmaz. (basqa basqa: basaq basaq: pillə pillə).

basqıdakı altından, asqıdakı salxım yeğ. (basqıdakı: dəfinədəki).

basqın basanın : basqın yapan öncəlik qazanır.

basqısız taxtanı, yel alır, yel almazsa, sel alır.

basmadan yuxu, yerivi sal.

basmaq bir övüd verər, basılmaq ikisin.

basmaqdan bir övüd alsan, basılmaqdan ikisin alarsan.

bastan yerdə altın var, varsan paxır tapılmaz. (bastan: filan). (paxır: mis). (el ağzında çox söz gəzər, qulaq bəzər, boş olduğu ürək əzər).

bastıran barar, çapağan qalar.

baş açığın qaçağı, börkçü tükanıdır.

baş açılar dil ilə, qay açılar söz ilə. (qay: qussə).

baş ağır, qulağ sağır gərək.

baş axdaranda var, yaş axdaran da.

baş aldansa dadağa, tez tutular qadağa. (qadağa: bəliya).

baş anlamasa könül çəkməz. (anlamasa: başa düşmәsə)}. {baş qopmasa can qopmaz. (qopmaq: qalxmaq. durmaq). {baş qoymasa can qoymaz. (qoymaq: toxdamaq. dinmək)}. (kişi olaraq baş tüm varlığın yönətir. baş olmayınca doğru, uyqun yol bulunmur).

baş aparıb yırtdı qulaq, boş idişin ciringi, boş kəllənin gəpingi. (idişin: qabın). (ciringi: cırınğ cırınğ) (gəpingi: danışması).

baş arayar bir yol sala könülə, can evində könül salmış yurdunu. (baş: ağıl).

baş ayrışır börk üçün, qol sındırılır yenğ üçün: baştan ayrılırsaq, qalpaq üçünə, qolumuz qırılırsa, yenğ üçünə. (üzün verdik, astr üçün).

baş baş olsa dilin qorar, dil yiyəsi baş olsa, başın qorar. (baş baş olsa: kəllədə us, ağıl olsa). (baş olsa: uslu, ağıllı olsa). (qorar: saxlar).

baş baş olsa kişi başına iş gəlməz. (kişi başına iş gələr!!!, demişlər).

baş baş olsa, börk tapılıb baş qorar, başında baş yoxunsa, börklü olsun el savar. (savar: sovurar. dağıdar. bərbad edər).

baş baş olsa, səhvidə başa düşər.

baş başdan üstün. (bilik bilikdən üstün).

baş başdan üstündür.

baş baylığı, mal baylığı. (varlılıq usuğluqda sayılır, mallılıqda). (usuğluqda: ağıllılıqda).

baş baylığı, mal baylığı. (varlılıq usuğluqda sayılır, mallılıqda). (usuğluqda: ağıllılıqda).

baş bir olsada, qayğısı mindir.

baş boş olsa dil çaşar, baş baş olsa, dil yarar. (dil: söz).

baş boşludur daşa, birdə üstəlik.

baş börksüz olur, biliksiz yox. (börksüz baş qalır, biliksiz yox).

baş bulandısa, vay qalanın halına.

baş çanağı boş qalmasın beyindən, qaraş olsa, güldə bitər peyindən. (qaraş: baxım. muvazibət. muraqibət). (peyin: pisgil).

baş çönürsə daşa, könül susar, dil deməyə söz tapmaz.

baş daş ilə dənənməsin, daş baş ilə dənənsin!.

baş daşa, ağıl başa, əl işə, ağız aşa.

baş daşa aşlandı, aşda qaldı, yaşlandı.

baş daşisə, gövrə ləş. (baş olmasa, gövrə daş). (gövrə: tən. ləş).

baş dedim papax gəldi, əy dedim, sınıq gəldi.

baş dəğişir, dil dəğişmir.

baş dildən, qoy boğazdan səmrər. (qoy: qoyun). (səmrər: becərər).

baş dillə dartılır.

baş düşdüyündən, göz gördüyündən, qulaq duyduğundan, tən çəkdiyindən qorxar.

baş düşünər, könül inanar!. (kişini iki yol ayratır. (ayrıdır, ayrı, aralı salır, fərqləndirir). düşünüb inanma, inanıb düşünmə. (1. düşünürsən, inanma, inandınsa, düşünmə). (1. düşünüb inanma, inanıb düşünmə). (düşünürsə inanmır, inanırsa, düşünmür). (düşüncənin sonu, inancdır!. (sonu: ölümü). (inancdır: inanmaqdır). (düşünəndə inanc qalmaz, inanmışsa, düşünc almaz. (düşünc almaz: oylanmaz. fikirləşməz). düşünən inanc almaz. (inanc almaz: inanmaz). düşünən kişi, inanmamış, inanclar, düşüncəyə qalmamış. (inanmağa (inanmaq üçün) düşünməyə gərək deyir).

baş düşünər, qol qılınar, qulaq dinlər, gözdə görüb öğrənər.

baş düşünməseydi, ayağ gedməzdi.

baş düz olursa, qoymaz ayaq caymağa.

baş elçisi dil.

baş əğilər boyun vurular.

baş əkirsən, ək beşikdə, qızıl barın deşikdə, çətin güclük eşikdə.

baş ətəkti yığnab al. ("başı ətəği toparla". intizama qoymaq).

baş gedincə, ayağ durmaz. (baş hara ayağda ora).

baş gedməyincə, ayağ gəlməz.

baş gedsədə, börk qalar.

baş görəndə daşdır, aş görəndə başdır. (acgöz geriçi, mürtəce', dikdator).

baş görəndə daşdır, aş görəndə başdır. (baş: adam).

baş hara, ayağda ora.

baş hardadır, göt də orda. (baş: ağıl). (göt: güc).

baş işləsə diş qolayından yeyər. (qolayından: rahatcana).



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin