oyun dedin oyna, oynamadın ornama (həddidən çıxma).
oyunçu çalığa oynar. (çalığa: çalqıya görə).
oyunçu hər nəyi oyunçaq tutar, onu itirər başqasın tutar. qayındı ki, oyunuda doğruya tutar. (qayındı ki: ciddi kişidi ki).
oyundan keçən başında açılar. (iç sezinin qaynağı, başın çalar çalvasın). (qaynağı: qaynaması). (çalvasın: halvasın).
oyundan savaş çıxar. (oyundan: şuxluğdan).
oyunla saz, qız ilə naz ayrılmaz.
öc almağı bacarsan, bağışlamaq güc gəlir. (bacarsan: əlindən gəlsə).
öc artdıqca, öd artar. (öc: kin). (öd: cəsarət).
öc bəsləmək aydın günü kitirər. (kitirər: kitrətir. kirləndirir). yaşam sürəcində hər nəyin çağı var. (pox qurusu qoxurmaz). (quru pox qoxumaz).
öcə tutulan, öclə utulur. (öcə utulan, öclə utulur).
öcə uc qoyulmadan yayılar. (uc qoyulmadan: son qoyulmazsa). (kin güdmək yaş bitirər, yaş itirər) (yaş: yaşamaq fürsət).
öcə utulan, öclə utulur. (öcə tutulan, öclə utulur).
öcür dikə gərək daşlanasan. (dikə: məğrur). (öylə əksik qurranın başına gərəkdir addanasan).
ödü varsa düşmanın, alan açıq yasığız, bu topraqda doğulduq, biz yaşarız, biz varız. (ödü: cür'əti. cəsarəti). (yasığız: yasanmışıq. hazırız).
ödünc (mükafat), döyünc (mücazat), dövlətin iki gözüdür.
ödünc (mükafat), döyünc (mücazat), dövlətin iki gözüdür.
öfgə qopar tufan qopar, qopqun keçər qırıq dallar köp olar. (qopqun: bulğan. qiyamət).
öğlə düşsə gün durmaz. {gün yağuru günortaya dəkdir. (yağuru: bərəkəti)}.
öğrəncinin düşmanı, içiş çəkiş, erkək dişi (oğlan qızın) arxasından düşməsi.
Dostları ilə paylaş: |