Aban aban iş olmaz, bəsləməsən qız olmaz


görkü: yaraşığı. gözəlliyi). yigit başı sağ olsun, mallısıda var malsızıda. (yigit



Yüklə 4,96 Mb.
səhifə195/224
tarix04.01.2022
ölçüsü4,96 Mb.
#52478
1   ...   191   192   193   194   195   196   197   198   ...   224
görkü: yaraşığı. gözəlliyi).

yigit başı sağ olsun, mallısıda var malsızıda. (yigit: comət. centilmən).

yığılax biz araya, məlhəm qoyax yarıya.

yığılaq biz araya, məlhəm qoyax yarıya. (yığılaq bir araya, məlhəm qoyak yaraya).

yığışma deyirəm, yoluşma başa düşür.

yığmaq olmaz əl ayağın, söz düşərsə dillərə.

yığsan dağalar, səpən dağılar. (yığsan: ekonomi edsən). (dağalar: dağ olar. çoxalar).

yıxdınisə göydən yox, yıxıldınsa yerdən yox. (yox: görmə).

yıxığı yığan (götürən, qaldıran), qalığı qoruyan.

yıxığı yığan, qalığı qoruyan.

yıxılan, gürəşdən doymaz. (öc isi (hissi) için oyar).

yıxılan ağaca, minən çox olar.

yıxılan çatı (damı), bir kərpiç saxlamaz.

yıxılan qalxdı, yatan qaldı, ölən batdı.

yıxılan qalxmış, oturan batmış.

yıxılan özgədən görər, yıxan özündən.

yıxılanı əzmə, düşəni itmə (itələmə).

yıxılanı yer tutar, yer olmasa gor tutar. (tutar: saxlar). (yıxılmış olan durmuşsa, gorda yatan durmamış. ölü gəlib dirilməz).

yıxılanın üstünə tökülən çox olar.

yıxılanın, dosdu olmaz.

yıxılası daşqa, qırxgün öndən cırıldar.

yıxılcağın yerim bilsəydim, döşərdim saman yerinə.

yıxıldın özündən gör, yıxsan özgədən.

yıxıldınsa gülən çox olar, eşitmə, dayandınsa dosdun çox, güvənmə!.

yıxıldınsa qalxmadın, ölüm gəlir sıradan.

yıxıldınsa, toprağa sarıl.

yıxılıb qalxan çatdı, yıxılıb qalan batdı.

yıxılıb qalxan, öğrəşər, yıxılıb qalan, ölməyinə aldışar. (aldışar: adət edər).

yıxılıb qalxar, qalxıb düşər öğrəşər uşaq ayaqda durmaq.

yıxılıb qalxmaq, yanılıb yara almaq, öğrəşib onmaq, yaşamaq böylə. (


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin