bilinməz: dəğərlənməz).
yoxsul oldun varın yoxun bir bolar, heçkim sözən işən qılmaz, kar bolar, uğur deyib tutan işin, qay bolar, qoldan uçub, umay adlı quş gedsə. (varın yoxun: varlığın yoxluğun). (sözən: sözüvə). (uğur: xeyir). (qay: şərr). (umay: devlət. dövlət. baxt. bəxt). (misgin qılıc).
yoxsul oldun, öz ölkəndə yad oldun, varlı oldun qərib yerdə, çağ (şad) oldun.
yoxsul olmaq man deyil, yoxsul qalmaq man olmuş.
yoxsul olsan ağa ini doğan qardaş yad olur. (ağa ini: böyük kiçik). (doğan qardaş: qohum qardaş).
yoxsul olsan bilik qazan, bilgin olsan, bilək qazan.
yoxsul olsan qarındaşın yad olur, varlı olsan yad ellərin qarındaş. (qarındaş: qardaş).
yoxsul olsan toplum içrə aydan sözün yer tutmaz, dinləməzlər tingə sözün dınq olar. (tingə: gözəl. dəğərli). (dınq: qara pul. dəğərsiz).
yoxsul olunca, yox ol!.
yoxsul toyux yeyirsə, ya özü xəsdədir, ya toyuğu.
yoxsula ağıl verən çox olur, çörək verən az.
yoxsula baylıq, can sağlıq. (
Dostları ilə paylaş: |