yağtu: ışıq. umut).
yol uzaq, eşşək çolaq. {yol uzaq, yük ağır, azıq qıtıq. (azıq: yemək. qıda)}.
yol uzaq, kütəl ağır. (kütəl: tuşə. {yanda götrülən nərsə (yük. ağraq)}. ({(kütəl: 1. < götəl < göt: kök. dib). (1. < güdmək < göz. gözmək. gözəmək). (1. götürmək)}.
yol uzun araba qoca, mən yorqun.
yol üstündə nə bulduğun gözləmə, keçən günlər nə əkdiyin izləmə, bu gün əkib, bu gün biçib tox yaşa.
yol üzü dәrә dağ başına çatanmaz. (yol üzü dәrә: axarı dərəyə olan yol). (seçilən yol amac bəklətər).
yol verdinsə, yol almağın qıyın iş. (qıyın: çətin).
yol yarağ qılıyan, yolara qalmaz, atun ardağlayan, yağuya qalmaz. (ardağlayan: ardında olan. gözləyən. muvazib olan). (yağuya qalmaz: düşmana əsir düşməz).
yol yarağı yemik, el dayağı bilik. (yaraq: ləvazimat). (yemik: yemək. çörək) (dayaq: hami. püştiban). (bilik: ilim).
yol yarağın bu günkündən tutmayan, yarın gecdir yolun tutar yaraqsız.
yol yeriməklə, borc ödəməklə, pul sərpəməklə, yaş yaşamla tükənir.
yol yola çatır, yoluğ uzur. (yoluğ: səfər). (evrən sonsuz baş quyruğu yığılmaz, boş bir güdül tutmaqilə tıxılmaz). (hər kim gəlmiş kәndi ömrün yaşamış). (kəndi başın kəndi yolun tutqılan, ömür bitər səndən qalan iz olur). (yolçular bitər, yolçuluq sürər).
yol yolağ var yaşama, onu bilməz yaşama. (yaşamı iyi sürmək üçün qaçınılmaz yasaları öğrənib boyun olmalısan). (
Dostları ilə paylaş: |