boyun olmalısan: cəvabdeh olmalısan. öhdəvə götürməlisin).
yol yoldaşı yoldaşına söyənər, qorxuq yatan tez tətinə oyanar. (qorxuq: xoflu. dehşətli). (tez tətinə: heç nəyilə).
yol yoldaşı, su yoldaşı (uzun sürməz).
yol yorağı bilsə kişi, daş durumda, görər işi.
yol yürənin, iş yapanın, at minənin. (yolu yürən, işi yapışan bitirmiş). {yolu yürən yenər, işi yapışan. (yenər: qutarar)}.
yol, birdir gedənə, yol, mindir itənə (yol birdir: doğru yol birdir. onğ, düz yol birdir). (yol, mindir: sapıq, çaşıq, münhərif yol mindir). (bu söz kişini, seçdiyi yolda, onal, doğru, sadiq durmağa, amacını güdüb, itirməməyə çağırır. yaşamda qaz vurub, qazan doldurmaq olmaz, düşünmək gərəkdir).
yola çıxdın, yaraqlı, iş başladın, ayaqlı. (ayaqlı: yeyin. iti. əzmli). (gedəndə, çörək götür, gələndə, ayaq götür). (yola çıxdın, yol gərəclərin unutma, gəlirsənsə, gəlişivi yubatma (gəl qutar). (işlərivi uslu, qeyim yap).
yola qafa işə çaba. (yol seçimi baş ilə, iş yürüşü çalışmaqla, qeyrətlə).
yolağ bilən bələdçi, açmazlara yol açar. (
Dostları ilə paylaş: |