Aban aban iş olmaz, bəsləməsən qız olmaz



Yüklə 4,96 Mb.
səhifə224/224
tarix04.01.2022
ölçüsü4,96 Mb.
#52478
1   ...   216   217   218   219   220   221   222   223   224
yürük: rəfdar). (törük: devrik. davranma). (ucalığı: böyüməyi. ilərləməyi).

yürüməyə üşənən, qoşmaya doyamaz. (üşənən: təmbəllk edən).

yürün bəylər döğüşə, yollar dözün günəşə.

yürüş bilməz, yol pozar, gəpiş bilməz söz pozar.

yürüş, gəliş irəliş.

yürüversən ömür bitməz yetərsən, başı sonu burda duraqın sənin. (yeri çalış istəklərinə çatdı, ilkin sonun burda bitir bilgilən).

yürüyən, sürünən, yügürən, uçan, görünən, yubunan (gizlənən), çapınan, qaçan.

yüyən görməz, yəhər minməz, arpa yeməz at olmaz, pul qazanmaz, xanım gəlməz, ev olmaz.

yüyənli at, yəhərsiz, yəhərli at, iyənsiz qalmaz. (yüyənli: ovsarlı). (iyənsiz: yiyəsiz).

yüyrəkli işdənsə, ürəkli iş üs bassın. (yüyrəkli: rayic. yerik olan. modda olan). (yapdığın işə könül ver). (çalış könlüvə yatan işi yapın).

yüz beynin olsada, birgə bilənlə danış.

yüz birə qoşulmaz, bir yüzə qoşular.

yüz dərəni bir sərə biçər.

yüz durandan min soruş, min ölüdən bircə yox. (qarşıvı tanı qarşıla).

yüz eşitməkdən bir görmək yaxşı.

yüz eşitməkdən bir görmək yaxşıdır. (yüz eşitməkdən bir görmək yaxşı).

Yüz gün yaraq, bir gün gərək. (Araz Gunduz).

yüz ildə bəslənən sevini, bir günlük ürəyə satdım. (sevini: eşqi).

yüz iligin umursun adam deyə əkdirsin, on iligin umursun ağac yalım tikirsin, bir iligin umursun buğda əkib biçirsin. (əkdirsin: əkidirsin. becərirsin. tərbiyət edirsin).

yüz illər var bir günə sinər. (sinər: yerləşər. gizlənər).

yüz ölçək bir biçək, özümüzə uyğun seçək.

yüz sorasan mində sor, yanlış soru doğru yanıt alanmaz.

yüz söz, iki işləyən əli, dəğişə bilməz.

yüz 'vur' diyəndən, bir vuran yaxşı.

yüz" "birə" getmir, "bir" "yüzə" gedir, çox "aza" getmir, "az" "çoxa" gedir.

yüzdə var doxsanda var, öpməli daban gördüm, tüpürməli üzdə var.

yüzlükə dursan, ellə yürsən, işin yanar, könlün qalar. (yüzlük. rəsm).

zafranın sarılığın, görəndən (xəsdədən) sor, dadını, qoxlayandan.

zaman keçər söz qalar.

zaman yaşan ömürdü, gələn soluq, keçənləri alınmaz, daddan sayılmaz. (yaşan: yaşanılan).

zaman zamana uymaz.

zaman, tanrı yaşar, kişioğlu həp ölmək için var!.

zamana yatlu oldu, halal yeyilməz, haram ˇqiymətli oldu.

zamanaya qaqıyanın, qazığı samanla dolar.

zamanı keçdi samanı keçdi, itin hürdü karvanı keçdi, yarına umuq, günü bəklədin, yaşlığın keçdi, yaşın keçdi.

zəfranın sarısın, sayrudan (saruğdan. xəsdədən) sor, dadın, yeyəndən.

zənginin payı gəlincə, yoxsulun canı çıxar.

zər ilə zor iş aparar.

zərər maldan olsun başdan yok.

zərgər evində, pişik taqqıltıdan qorxmaz.

zərgər tükanın tozuda qızıldandır.

zərgər tükanın tozuda qızıldır.

zinə sular, çay olar.

zirək kişi bir sorunu qaldırar, bilgə kişi bu sorudan qaçınar.

zirəm sənə su verəcəm – bu gün verəcəm sabah verəcəm – özüm billəm haçan verəcəm.

zırnaçının göz nəyinə, anlamazın söz nəyinə.

zırnaçıyla, halvaçı yığnağı. (boş kavara kimsələr toplamı).

zirvələrin, öz zirvəsi var.

zolağ görməmiş ağ qaranı nə tanır, ağ qaranı görməmiş zolağı nə tanır.

zor - zoru, kor – koru görür.

zor altında yaşanar, qorxu altda yaşanmaz.

zor qapıdan girincə, şəriət bacadan çıxar.

zor olsada başlaması, xoş olsunda qutulması.

zor zoru, kor koru görür.

zorla it sürüyə gedməz.

zurnaçının göz nəyinə gərəkdir.

zük üzüyü görər, dərdi deşilər.



zülmün ipi yoğunluğundan qırılar.

.


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin