arıdan arı, gündən duru.
arif olan işarədən söz qanar (ərgin olan qaşdan anlar (bilər) işini).
arığ atın barınqa, çatmaz olur gec yolun. (barınqa: mənzilə).
arıx qoyunu qıçından püləllər, şişər.
arıq ata, qamçı ağır gəlir.
arıq ata, qamçı düşman, yırtıq dama, damcı.
arıq diləklə olursa hər iş xoşdur. (arığ diləklə: xilusi niyyətlə).
arıq ölsə yağı bolmas, yadıq ölsə ağı. (yadıq: yad. qərib).
arıq ölsə yağı bolmaz, yadıq ölsə sağı bulmaz. (yadıq: qərib). (sağı: oxşayan).
arıq saxla, yağu olmasun. (arıq: ac). (ac saxla qudurmasın).
arılara inam yox, pətəkçiyə güman yox.
arın könül duru sevgi varlığım.
arın su axar, kirlisi qoxar.
arının ağın dartan, balna dəğər biçsin.
arının ağına (zəhərinə, ağrısına) dözüb, balını süz.
arının ağına dözüb, balını süz. (zəhərinə, ağrısına).
arının balı gedər, iğnəsi qalar.
arının qonduğu gül, güllərin seçini. (yaxşısı olar).
arınlıqla iş görən, iş görəni kor qoyar. (arınlıqla: ərginliklə. ərgənəgün).
arınlıqla iş yapan, günü qalarmış çora, işi çatarmış gora. (arınlıqla: ərginliklə. ərgənəgün).
arınlıqla iş yapan, heç bir işi bitirməz. (arınlıqla: ərginliklə. ərgənəgün).
arınlıqla iş yapma, bitirməmişdə yatma. (arınlıqla: ərginliklə. ərgənəgün).
arınmamış bulanlı su başdansa.
arışıq qızıl, dənəyi (məhəki) sevməz.
arışlarda yürüşlü, savaşlarda ürəkli, el dərdinə gərəkli.
arıya düşən yırtılar. (araçılıq işi incədən incədi. hər yanda, hər işdə, hər kəslərə araçılıq edəməzsin).
arman qalan sevgilim, eniştəyə oxşarsan, yanımda yoxsan bırak, könlüm içrə yaşarsan. (arman qalan: nisgil qalan). (eniştəyə: firişdəyə. məleykəyə). (bırak: ama).
armanlara çatmaqda qılmadığın işi gör. (armanlara: arzulara) (çatmaqda: çatmaq üçün).
armanları talan oldu, sevmişimiş yalan oldu. (armanları: arzıları).
armanlı ölməkdənsə, doyumlu yaşa. (nisgilli, həsrətli ölməkdənsə, doya doya yaşa). (ac olub ölüncə, doyub öl).
armazlıqla iş görən, çatmaz istək görməmiş. (armazlıqla: yorulmadan. bıqqınmadan).
armıd ağacı alma verməz, yaramazdan uğur gəlməz.
armıd dibinə düşər. (soydan gələn, soy özəlliklərin daşır).
armıd piş, ağzıma düş.
armıdın sapı var, üzümün çöpü.
arpa əkən buğda biçməz.
arpa əkən buğda güdməz.
arpa əkən, buğda biçməmiş.
arpa əkib, buğda gözləmə.
arpa pişər işin düşər, oraq deyib gəzərsən.
arpa pişər, işiniz düşər.
arpa yeyən, ipək geyən.
arpadan kökə, qırnadan bikə olmaz. (qırnadan: kənizdən). (bikə: bəycək. gəlincik).
arpala ya buğdala, adam olsa bəlgürür, samanla ya yoncala, eşşək olsa bəlgürür.
arpalığa gedən yollar. (uçuruma, kağıllığa götürən yollar).
arpası var tapar nökər, atına tökər. (çox işlər pulla, başla aşrılır).
arpasız at, aşumaz, arxasız alp, çərik sıyumaz. qoşun qırmaz.
arpasız, at aşmaz daşumaz, arxasız alp, çərik sıyumaz (qoşun qırmaz).
arsıza üz verdik, ocağına köz verdik.
arslan ağzından ov alınmaz. (güclülərlə alışverişdə hər nə gözlənə bilir).
arslan arslan olduğun, tülkü tülkü oldğun bilməyə çox yol var.
arslan kükrəsə, at ayağı tüşənər. (arslan böğürür, atın ayağı büdürür, çalınır).
arslan kükrəsə, at ayağı tüşənər. (arslan böqürür, atın ayağı çalınır).
arslan ovun verməz.
arslan tapar, iğlən batar. (iğlən: iğlənmiş. ğlinmiş. hasta. xəstələnmiş. armış). (arslan irdəli, qovi istəkli tapar, ular, kəsəl, aciz avara yolda batar).
arslana quyruğ olunca, itə baş ol.
arslanı ac gəzdirən, tülkünü tox.
arslanı ac gəzdirir, tülkünü tox.
arslanı yatağında avla. (kişini yaşadığı yerdən avla).
arslanıda alçov bilə yeydilər (yendilər: məğlub etdilər). (alçov: aldağ. kələk).
arslanlıq iki qıç arasında yok, ürəkdə yerləşir.
arşınla bez ölçülər, çuvalla qoz.
artı olsa alıymaz, kəm olsa qoşar. (artı: artıq. izafə. ziyadə). (qoşar. artar. artırar). (alıymaz: əl vurmaz. götürməz).
artığın arağ axdırar başı.
artıq aş, qabında dursun, artıq söz, içində dursun.
artıq aş, qabında, artıq söz, içində dursun.
artıq buda adamdı sən deyirsən. -gözlü olub korlar kimi yaşandan, dilli olub öz dilini danandan, yurtlu olub öz yurdunu atandan, daşla uzaq, çəkin durqıl adamdan. (daşla uzaq: tulla uzağa). (çəkin durqıl: qıraq gəzdur).
artıq danışmaq suçdursa, əksik danışmaq böyügündəndir.
artıq dəmir almaq günü gəlmişsə çağundan, boşlunqa gedən bir gəmi qalxar bu barından. (dəmir almaq: ləngər almaq. köçmək). (barından: limandan).
artıq düşün, az güvən, qoyun olsan qurd yiyən.
artıq inanc istəyi kor edərmiş gözləri.
artıq inanc istəyi, usandırır us başı. (usandırar us başı: ağıl başı çaşdırır). (artıq inanc istəyi kor edərmiş gözləri).
artıq qıvanc baş ağrıdır, artıq güvənc göt. (qıvanc: sevinc).
artıq mal, göz çıxarmaz.
artıq sevgi vurqunluq. (aşırı sevgi dəlirir).
artıq tamah daş yarar, daş qayıdıb baş yarar.
artıq yanğı baş yarar. (yanğı: tamah). {yanğarıq baş yarıq (yanğarıq: tamahkarlıq edən)}.
artqı güvənc, doğru yoldan sapdırar. (artqı: çədən aşa. həddən artıq).
artqı sözə gərək yok, bu gün varsın, yarın bir olasın. (artqı: artıq. ziyadə) (olasın: ihtimal).
arvad aldın bir cola, ondan olan min cola.
arvad alsan, ürəkdən, qonşu alsan dirəkdən.
arvad bir şeydi ki: alanda peşman, almıyanda.
arvad boşuna yalanlamasa, düz danışan çıxar.
arvad düşünən işi, kişi görər.
arvad eldən, oğul beldən.
arvad gedir paltar almağa, kişi gedir ona baxmağa.
arvad ilə at, iyidin bəxtinə bax.
arvad ilə at, iyidin bəxtinə qalıb. (arvad ilə at, iyidin bəxtinə bax).
arvad kimi düşman yox, gülər bildirməz, köpək kimi dost olmaz, ölər bildirməz.
arvad quran evi, tanrı dağırtmadı, tanrı quran evi, arvad dağıtdı.
arvad malı alçaq qapıdı, bir girəndə dəyər, bir çıxanda.
arvad malı, qab dəsmalı.
arvad malı, sapı mandalı.
arvad nədir: - yersiz deyinən, bilə bilə yalan deyən, görə görə ağlayan, gizlində gülən.
arvad ölsə, taparsan, ağıl itsə batarsan.
arvad öz başına olsa, çillə çağı keçi qırxar.
arvad təğvim değilki ildən ilə yenilə.
arvad üzlü kişidən, kişi üzlü arvad yeğdir.
arvad var qadan alar, ocağıva kömür qalar.
arvad yuxusu yan çalar. (yalan çıxar).
arvad, dildən yanar, kişi gözdən yahalar (aldanar).
arvad, dildən yanar, kişi gözdən yahalar (yanmaq: yahalmaq: aldanmaq).
arvada toy, kişiyə tor.
arvada toy, kişiyə tor. (evlənmək).
arvadı arvaddan soruş.
arvadı bərbər olanın, qonşusu kosa gərək.
arvadı gözlə yox, qulaqla seç.
arvadı sırdaş edən, dəllal aramaz.
arvadı sırdaş olan, dəllal aramaz.
arvadın ağzın, kişinin qolun güd (saxla, gözəddə).
arvadın biliklisi, kişinin varlısı.
arvadın koru, ərin karı.
arvadın lalı, kişinin koru, biri deyinməz, biri görməz. (arvadın koru, ərin karı). (arvad alsan lal olsun, ərə gedsən, kor olsun).
arvadın nə olduğun subaydan sor. arvadın necə olduğun evlidən.
arvadın sözün inanan qıssa yolu uzun gedər.
arvadın yaxşısı, yaşamın yarısı. (yaşam: ömür).
arvadınan at, kişinin bəxdinə bax.
arvatsız kişi, çataqsız ev (kimidir). (çataqsız: damsız).
arzı dilək, könüldə bitir (bitir: gücərir).
arzılıya sınır yok, arzısıza dinir yok. (dinir: huzur. dinclik. iç yapıncı).
arzu bitməz, ömür yetməz.
arzu varıydı bucağa, sürüdü düşdü qucağa.
arzular könüldə doğur, könüldə yatır. başqa biri görəməz, kimsə onu biləməz.
arzular uzanıb sonsuza gedər.
arzular uzun, diləkdi güdə, qısa yaşam vermə gedə.
arzulara tutuşduq, sevib aldıq utuşduq, gizli saklı öpüşdük, yaram sürər qan verər.
arzusuz yaşam, dığırlaq daşam. (yaşam: gəncəm).
arzuya yoxmuş sınır.
asda danış, usda danış. (asdaca, usdaca).
asda danış, usda ged.
asda danış, usda ged. (usda ged: usca, usda, ağıllı, bilgin davranmaq). (yavaş gedib gec qalmandan qayğınma, darıxma. asda ged, düşün, bilənlərdən sor, olursa çatacaqsın).
asda gedən uz gedər. (qızqınçılıqdan, aşırçılıqdan (aşamaçlıqdan. ifratkarlıqdan) uzaq durmaq) (çax çax özün yırtar, dəğirman bildiyin edər).
asda gedən, usda gedər.
asda qaçan armadı. (armadı: armaz: yorulmaz).
asdan alan qul olur, üsdən verən qul edir.
asdar bol olmayınca, üzə gəlməz.
asdar olsa, üz tapılar, un tapılsa, çörək yapılar.
asdar var, üzündən dəğərli, üz var, asdarından dəğərsiz.
asdar var, üzündən dəğərsiz, üz var, asdarından dəğərli.
asdar verib, üz alır, götün verib, baş alır.
asdar yatmış üz astında (astında: altında).
asdara baxıb, üz biçir, üzünə baxıb, don tikir.
asdardan kəsib, üzə yamır.
asdarı olan, üzün tapar, unun tapan, çörəyin yapar.
asdarı üzündən baha.
asdarı var qızıldan, çivi çıxmaz qızıldan.
asdarı var odundan, yeyər yeməz yoğunlar.
asdarın çevir üzünə, ətəyin çevir başına, üzü mənim, içi sənin.
asdarın gizir (gizlədir: saxlır), üzün bəzir.
asdarın gizir, üzün bəzir. (gizlədir: saxlır).
asdarlı üz, islanmaz, su görməyən, çırmanmaz.
asıb asılma, asdırıb asdırılma, kişilik değil.
asılacaq başın yox, kəsiləcək dilin, nədən qorxursan poxoğlu pox.
asılan qulaq, baş asdırmaz. (qulaq asanın, başı sağ qalar). (qulaq asmaq: söz eşitmək). {eşidən qulağ (eşitdiyin doğruca açıqlamış, qavramış kişi), başın dardan qurtarar, başın dara verməz. }. (qulaq asmaz, asıtdı baş) (asmaz qulaq, asıdar baş).
asılan qulaq, baş asdırmaz. (söz eşidəni öldürməzlər).
asılcağun başdansa, bir köşəyə daş olqıl.
asılı evdə, danışma ipdən. (kimsəsi asılmış olanın yanında, ip sözünü işlətmə).
asılmağa başım yox, kəsilməyə dilim yox, uçunmağa güvәnim, qırılmağa ilqarım.
asılmamış qazandan, ovlanmamış dovşandan şorba pişməz. (asılmamış qazanla, ovlanmamış dovşanla şorba pişməz).
aslan dişinə, kişi işinə güvənər.
aslan izin, igid sözün bıraxmaz. (aslan izdən igid sözdən qayıtmaz).
aslan qalan yeri, tülkü aşdı.
aslana əl uzatsan əlin, baş uzatsan başın gedər. (qarşıvı tanı danış).
asmağa baş aranır, kəsmәyә dil, kəndivә güvәn, elindən öğrən.
asta gedən uz gedər, usta gedən düz gedər. (uz: uzaq).
asta gedən uz gedmiş. (asta: yeyin yox. az yavaş).
asta gedən yorulmaz, qurd düşməsə çorulmaz. (çorulmaz: çürüməz).
astar bol olmayınca, üzə gəlməz.
astaşana yetdilər, yastaşanı əzdilər. (astaşmaq: . yavaşlamaq). . (yastaşmaq: əğilmək).
aş atana, yastanma, daş atana daşlanma. {abayla davran. (abayla: siyasətlə)}. (qarnıvı toxlatana, qoduğlanma, daşı görcək daşlanma, düşün yanıtla).
aş atlının, toy donlunundu.
aş başladın, başı daşlama. (daşlama: atma. bıraxma). (yeməkdə əlivi güd). (yeməkdə ölçü saxla).
aş başlanır, baş daşlanır. (yemək görəndə özündən çıxır). (xoşboğaz. qarınpa. qarınqulu).
aş dadın yeyən bilər, yol ağramın, gedən. (ağramın: əzabın).
aş daşınca, kömçəyin qiyməti artar.
aş duzla, duz oranla dadlanar. (oranla: ölçüylə).
aş gəgirdir, tox səkirtir.
aş hara ayaq ora, baş hara könül ora. (bu bir seçimdir).
aş suyuqluğu dən azlığındandır. (aşın suyuqluğu dənin azlığındandır).
aş şorluğu qablamadan olanmaz!! (iş qılığın, yolun bilməli).
aş verən, daş, daşıdar.
aş yeməyin bilməyən, ev yiyəsin uyaldar. (yeməkdən anlamayan kimsə ev iyəsini utandırır). (uyaldar: utandırar).
aş yeməyin bilməyən, ev yiyəsin uyaldar. (yeməkdən anlamayan kimsə ev iyəsini utandırır). (uyaldar: utandırar).
aş, hamıdan baş.
aşa aşa aşınar, daşa daşa daşınar.
aşa aşa aşındıq, daşa daşa daşındıq. (bizdə yaşı belə sürdük).
aşa baş gərək, başa aş. (aş (yemək) qazanmağa baş gərək, başlı olanada (ağıllı olanada) yemək gərək).
aşa başlanır, başı daşlanır. (daşlanır: atılır. bıraxılır). (yemək gələndə başı unutur).
aşa çəksən, çək, yurda çəkmə. (aşıvı palaş, yurduvu yok).
aşa gələndə var, başa gələndə. (baş: bilgi. ağıl).
aşa sevgi aşırar, daşa sevgi daşırar. (aşa: müfrit. artıq). (daşırar: çaşdırar. partladar).
aşa tez qızan, aşa tez soğur. (aşa: çox).
aşa yaman asılır, aşa yuvaş basılır! (aşa: artıq. çox).
aşa yavaş asıldı, aşa yavaş basıldı. (aşa: artıq. çox).
aşados var, başados var. (dos var aşa, dos var başa). (başa: ağla).
aşağı baxıb, yüksəkligin bilginən, yuxarı baxıb, alçaqlığın bil ginən.
aşağı baxıb, yüksəkligin, yuxarı baxıb, alçaqlığın bil ginən.
aşağıda yuxarıdan (ucadan) deyən sözləri, yuxarıda aşağıdan demək gərək.
aşam boyu yaşanan ağrı yox.
aşamda gərəksiz bir şey yoxdu olabilməzdə, yaşamın özündədə gərək yoxdu. ölməkdən olmaqdan danışmaq ola bilər, amma gərək deyir, bəs bu gərək hardan doğdu.
aşan dağdan ov güdmə, çoraq yerdən ot güdmə. (aşan dağdan: dalda qalan dağdan).
aşan günün qırıq qab, hər nə qoysan saxlamaz, olan günün sənindir, dayan desən dayanmaz, olan günə gün çatmaz. (aşan: keçən).
aşçıda var, daşçıda.
aşı aşçıya ver, qoyu çobana. (aşçıya aşpaza). (qoyu: qoyunu).
aşı daşı qarşısız qaldı, yaxşı pis hər nə var aldı. (yaman dünyan).
aşı isti, yeri yastı. (yastı yasdı: : rahat).
aşı pişən bizə gəlməz, işi düşən gələr.
aşı pişirən yağdır, gəlinin üzü ağdır.
aşı yox oruc tutur, işi yox, namaz oxur.
aşıc deyür dibim altun, qamuc deyür, mən hardayam.
aşıcın vermə, qaşığın ver, yerin vermə, yolun ver. (aşıcın: qazanın).
aşığın sazın al, gəlinin nazın. (almaq: öznəmək. diqqət göstərmək).
aşığın sözü qurtulanda, yaram yaram çağırar.
aşıq deyər içindən, düşman deyər eşindən, dəli söylər hər gələ, doslar deyər olandan. (eşindən: kələk olan, uydurma işlərindən).
aşıq dərdli üzüm dadlı.
aşıq dünyanı kor sanır, dörd yanı duvar. (aşığ olan özündən bilgisiz, xəbərsiz olur).
Aşıq gördüyün çağırar. (Araz Gunduz).
aşıq görüşə doyman, seviyə qanman.
aşıq olan bilməz nədir sevinmək, onun işi vırqın gəzib dəlirmək.
aşiq olan dərdəcər, eşqi olan dərd çəkməz. (dərdəcər: dərd çəkən).
aşiq olan, bıkıbda sevər, sevgiyə doyan çəkibdə gedər.
aşiq oldun nə gördügün sevərsin, nə olduğun bilməzsin.
aşıq oldur ki tapa tanrısın, yox o ki tapduğunu tanrı sana.
aşiq olub nə olduğun bilmərsən, xoş görərsən sevərsən,.
aşıq olub umdasan birinə, çevirər könlüvü kin gövürünə. (umdasan: umut bağlasan). (gövürünə: gövürüngünə: sinliyinə. qəbistan) {aşıqlıq nərsiyə uyar, sınadıq birinə nisgilə döndü). nərsiyə: adamdan başqa hər nə)}.
aşıq oynar sazilə, gəlin olar nazilə.
aşıq ölsə kimsə ağlamaz.
aşıq sevdiyinə, göz gördüyünə inanar.
aşıq toyda, xoca gorda.
aşıq uşuq bir damlada birgəşir. (aşıq uşuq: aşıq məşuq).
aşıqğan, aşda pişər. (tələsən aşda pişər. tələsən aşa düşər).
aşıqın ''hayı'', xocanın ''vayı''.
aşıqla aşıq atılmaz. (aşıqla oyun oynanılmaz).
aşıqlıq nərsiyə (adama yox) uyar, sınadıq birinə nisgilə döndü. (aşıq olub umdasan birinə, çevirər könlüvü kin gövürüngünə). (gövürüngünə: sinliyinə. qəbistan).
aşıqlıq nərsiyə uyar, sınadıq birinə nisgilə döndü. (nərsiyə: adamdan başqa hər nə). (canlı birindən başqa nərsiyə ola bil aşıq) {aşıq olub umdasan birinə, çevirər könlüvü kin gövürünə. (umdasan: umut bağlasan). (gövürünə: gövürüngünə: sinliyinə. qəbistan)}.
aşın az çoxun qazan bilməz, qab bilər. yolun az çoxun ər bilməz, at bilər.
aşın çoxu azu qarın ağrıdar, azu başın aldırar. (azu: ya).
aşın dadı duz, ərin dadı söz.
aşın dadı duzdadı, duzun dadı düzdə. (düzdə: ölçüdə).
aşın dadı duzdadı, duzun dadı ölçüdə.
aşın dadı duzdur, duzun dadı düz. (düz: ölçü). {aş duz ilə, duz oran (ölçü) ilə}.
aşın duzu qarzandan olmaz.
aşın duzun ölçülə, havan, sözün bil çilə. (havan: axmaq) (axmaq sözün bil danış).
aşın işin bilməyən, hər keçənə yem olar.
aşın verən daş almış.
aşın yedin, daşın atma.
aşın yeyib, daşın atıb.
aşın yeyib, daşın görməyib hələ.
aşına bax, daşını ölç.
aşınada qurban, daşınada.
aşınan, qaşıq tapmasa, çəmçəylə qaşınar. (çəmçə: çömçə).
aşınmış yola sevinməyin nə gərək, tutduğun yola inanmaq gərək.
aşıran bilməz, doğrayan bilər.
aşıran bilməz, doğrayan bilər. (aşıran: yeyən).
aşıran, aşacaq. (aşıran, aşar). (aşıran, aşar. tutun qopuran iylənir. tüstü salan tüstüyə tutular. odu pülüyən, oda düşər).
aşırı qeyrət, axırı zillət. (aşırı: artıq).
aşırı sevgi dəlirir. (artıq sevgi vurqunluq ).
aşırıb doymadı, yaladı nə doyar.
aşırıb doymadı, yaladı nə doyar. (aşırıb doymayan, yalamaq ilə nə doyar).
aşırıb doymayan, yalamaq ilə nə doyar.
aşırtçılıq sapıqlığa yol açar. (aşırtçılıq: ifratkarlıq. panlıq. artıq gedmə).
aşk könül yemi, aş qarın.
aşk sağır duymazki, aşk soğur görməzki. (sağır soğur: kar kor).
aşk, olanağı aşmaqdır. (olanağı: mümkünü. ehtimalı).
aşq ağladar, dərd söylədər, qanmaza çörək versən, çomaq göstərər.
aşq alar başdan başı, diş bıraxmaz külbaşı, dedilər başdan edər, başıdaşlı daşbaşı. (diş: dinc). (aşq: hər nəyə aşırı vurqunluq).
aşq almaq deyil verməkdir, aşq itmək deyil, sevməkdir, aşq könül yolun gedməkdir. (itmək: iğrənmək. nifrət edmək).
aşq almaq deyil verməkdir, aşq itmək deyil, sevməkdir, aşq könül yolun gedməkdir. (itmək: iğrənmək. nifrət edmək).
aşq birinciylə doğur, sevgi birinciylə gedir, baş seçimlə yaşır.
aşq duraq bilməz, aşmadan aşq bitməz.
aşq gəlcək baş dönür, günü batcaq qaş çönür. (qaş çönür: göy dəğişir. cəvv dəğişir).
aşq girdi başa, ağıl çıxdı qaça.
aşq mənə ərdi, incəltdi bilgətdi, seviymiş bu, bilməzdim, aşqı mənə bəligitdi.
aşq oyunu bir olay, sevən itirir, sevilən itir.
aşq sonsuz bir sürüm, yorumsuz bir sorum. (sürüm: pırosə).
aşq ürəkdə doğar, ürəkdə yaşar.
aşq var tapar səni, aşq var yapar səni.
aşq yarıqları doldurur, düşükleri öldürür. (düşükleri: zayıfları).
aşq yaşanır, hər kəs bacardığın oynur.
aşqa dönük bağışlanmamış.
aşqa düşən sözə dolur, kökə vurulur. (kökə: kefə).
aşqazanın qardaşı, yaman üçün daş daşı. (yaman: yağu).
aşqazanın yoldaşı, yaman günün yadğanı. (yadğanı: biqanəsi).
aşqdır verir anlam yaşam gücünə, aşq olmasa yaşam gedər gücünə.
aşqı belə göz alsada ürəkdə qalır.
aşqı nisgillə yaşa, nisgili aşqla yok.
aşqın gəlişi, başın gedişi. (başın: ağlın).
aşqın gözü kor, qulağı kar (olur).
aşqın köləsi, enər gələsin, önünə çıxasın. (enər: yenər: üstələr).
aşqlar dilək durunca durur, sevda soluq solunca solur. (dilək: istək. həvəs).
aşlı bizi tapmaz, işsiz bizi qoymaz. (varlı bizi saymaz, yoxsul bizi gözdən qoymaz) ). {qoymaz (gözdən qoymaz)}.
aşmış çayı dəlibaş, körpü arır uslubaş. (toğarsız (risksiz) kişi gəlişməz) {tağar: < toğar. tuğar. (< tuğ) (iki dalqa arasında oluşan qorxunc oyuq). təhlükə. risk}. (risksiz gənc pişməz).
aşnalıqlar aş ilə, acralıqlar daş ilə. (acralıqlar: ayrılıqlar).
aşnıb al, ayrıq qalma. (aşnıqmaq: yaxınlaşmaq. yoğuqlaşmaq). (qoşulub al, tək düşmə). (hər nəyə yanaşma yolu var, qaçma yol deyil).
aşra aşra doyanmaz, yalamaqla heç doymaz. (aşra aşra: aşıra aşıra: tıxa tıxa. təpə təpə).
aşsa suyu təpədən, arşın qarış ölçülməz.
aşsız baş dolanmaz.
aşsız yurda girən yox.
aşşağı baxıb yüksəkliyin bilgilən, yoxuşa baxıb alçaqlığın neylisən.
at aldını qarar, eşək astını. (aldını qarar: qabağına baxar).
at aldınsa yorqa bilən yüvrük al, arvad aldın duzlu bilən uslu al.
at alırsan minib al, ev qurursan, tanab qur. (ev qurmaq: evlənmək). (tanab: tanıyıb).
at alırsan minib al, ev qurursan, tanab qur. (ev qurmaq: evlənmək). (tanab: tanıyıb).
at almağa qoçaq göndər, qız almağa qoca.
at almamış arx çəkmə, bellənməmiş yer əkmə. .
at almamış, axır çəkmə.
at alsan qonan, dəvə alsan enən. (qonan: iki üç yaşlı at). (enən: doğan).
at alsan qonan, dəvə alsan enən. (qonan: iki üç yaşlı at). (enən: doğan).
at arıq, evlək uzaq. (evlək: mənzil).
Dostları ilə paylaş: |