Aban aban iş olmaz, bəsləməsən qız olmaz


bilik, kişi ara ülüklü. - bilik, ilim, millət arasında bölünmüş



Yüklə 4,96 Mb.
səhifə42/224
tarix04.01.2022
ölçüsü4,96 Mb.
#52478
1   ...   38   39   40   41   42   43   44   45   ...   224
bilik, kişi ara ülüklü.
- bilik, ilim, millət arasında bölünmüş.

bilik, kişi ara ülüklü. (bilik, ilim, millət arasında bölünmüş).

bilik, qutluq, güc.

bilik, yol açar ilikə. (bilim, ilim başacağa yol açar).

bilikdir baxtımın yaxtı, kağıllıq baxtlar yaxdı. (yaxtı: ışığı) (kağıllıq: anlamazlıq. cahillik).

bilikdir ellərə dayaq, biliksiz el qalar yayaq. (oxuyan el uzar, oxumaz el tozar). (bilikli, savadlı millət yüksələr, biliksiz el yoxsalar).

biliklə açılır bağlı qolların, biliksiz qapanır açıq yolların.

biliklə bilək bir olsa, dağlar aşırar.

biliklə ösər gücüm tovanım, biliksiz çökər elim tavanım. (ösər: çoxalar. köpər). (tavanım: damım).

biliklə sevən dağlar aşdı, bilgisiz sevən, yolun çaşdı.

biliklərdə bilək bolsa, biləkliklər bilik bulsa, cığırsız dağ, açılmaz yol tapılmaz. (biləkliklər: güclülər).

biliklərdə bilək bolsa, biləkliklər bilik bulsa, cığırsız dağ, açılmaz yol tapılmaz. (biləkliklər: güclülər).

biliklərin başilə, igitlərin gücüylə, cocuqların könlüylə, yol yürüyən yorulmaz. (bilənlərin ağlı ilə, igitlərdə olan güc ilə, uşaqlarda olan həvəs, istəklə. yol gedyeriyən armaz).

bilikli ana yaxcı düşünər, doğma balasın ucuza satmaz, öz əliylə böyüdüb uşaq, yad ellilər qoluna atmaz.

bilikli baş korgözlüyü sevməmiş, baxış özgərişin yerməmiş. (korgözlük: güdə beyinlik) (baxış özgərişin yerməmiş: nəzə dəğişikliyinə pis baxmamış).

bilikli baş yanılmaz, yanılsada batınmaz. (batınmaz: çökünməz).

bilikli baş, biləksiz qalmaz. (bilik: bilim. ilim). (bilək: güc). (işləyirsə baş, gərəyin tapar, bildiyin yapar).

bilikli bilək çalar, aparar (üstün, qalib gələr).

bilikli dos baş ulatır. (ulatır: ucatır).

bilikli duyqu sezikli duyqu.

bilikli kişi, dar yerə sığar.

Bilikli quş dimdiyindən cələyə düşər. (Araz Gunduz).

bilikli yaşam yaxımlı önür, biliklə əkin bol önüm verir. (yaxımlı önür: yaraşıqlı irəlir, gəlişir).

biliklidə, ilik gücərər. (ilimlidə, başarıq budaqlanar). (ilik: başarıq).




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin