Aban aban iş olmaz, bəsləməsən qız olmaz



Yüklə 4,96 Mb.
səhifə6/224
tarix04.01.2022
ölçüsü4,96 Mb.
#52478
1   2   3   4   5   6   7   8   9   ...   224
atlı . -atlı oldun lağa qoyma yayanı. (yayanı: piyadanı).

atlı çapar atını, dayça çınlar mən qaldım. (çınlar: dəlirər).

atlı ilə yayaq, savaşa qıldılar ayaq).

atlı qonağı ata mindirərək, yaya qonağı uğurlayaraq yolçu edərlər. (uğulayaraq: yola salaraq).

atlı olan ətsiz qalmaz. (atlı oldun, yol yaxın).

atlı olan yolun aldı, atsız olan, yolda qaldı.

atlı olan, altda qalmaz. (yaraqlı ol, işi apar).

atlı oldun lağa qoyma yayanı. (yayanı: piyadanı).

atlı oldun yayanlığı unutma. (yayanlığı: piyadalığı).

atlı oldun, yol yaxın.

atsan daşı quyuya, yoxsa dibi danqamaz, aytsan sözü kişiyə, yoxsa başı anlamaz. (danqamaz: çanqamaz: səs verməz).

atsan tutular, sorsan tapılar. (qaçsan tutular, sorsan tapılar).

atuva yüyən, kəndivə güvən. (saxlayırsa qorxu yok, saxlamırsa qayğu yok).

av avlanar, tav tavlanar, (iş olub bitər).

av avlandı, tav tavlandı. (iş olub bitər).

ava gedən, avlanır.

ava gəlməz quş olmaz, başa gəlməz iş.

avara it, gündüz hürər.

avçı avında, yolçu yolunda.

avçı bilər alları, ayı bilər yolları!.

avçı bilir alları, ayı bilir yolları. (avçı bilir alların, ayıda bilir yolların).

avçı bilir alların, ayıda bilir yolların.

avçı girməyən qulağda geyik çox olur.

avçı neçə al bilir, ayı onca yol bilir.

avçı neçə al bilir, ayı onca yol bilir.

avçı nə bilir ürək nədir, ürəkdən vurmağa ürək istəmir.

avçı nə bilir ürək nədir, ürəkdən vurmağa ürək istəmir.

avın quşu büründən, bilgə kişi dilindən (bəllənir). (büründən: qılığından).

avına boysanar çimənli düzlər, çimən solar, ceylan qaçar əylənməz, bilgə aydar bilən dosduna, kim olar düşməsin ölüm tosquna, çoğun fırlab salar yerin astına, qalan olmaz kimsə burda əylənməz. (tosquna: posquna: pusquna. duzağına. cələsinə. tələsinə). (bilgə: həkim. hikmətçi). (çoğun fırlab: fələk fırladıb).

avlanmamış balıq, soyulmamış dəri satılmaz.

avsalanmasa, avsalar könül. (könlüvü (həvəsivi) cilovlamasan, osəni cilovlayacaq).

avulu yaxın it, qaşqırdan qorxmaz. (kəndi, köyu yaxın it, qurtdan qorxmaz).

avulu yaxın it, qaşqırdan qorxmaz. (kəndi, köyu yaxın it, qurtdan qorxmaz).

ay aylanar il olar, don dəğişər, don olar. (aylanar: dolanar). (don: 1. fəsil. fəsl. -don dəğişər: hər nə dəğişər. 1. buz. ölüm. -don olar: dona dönüşür).

ay balam yoxsuz, umarım xoşsuz. (çoxan görüşməmiş dosda deyilir).

ay bu evrəni tutuzlu sanan, sonun gəlmiş al palanıvı. kürün pulun qoyub gedisən, al bu ağ, dön verrəm qalanını. (tutuzlu: bəfalı).

ay çevrəyə oyunçaq, könüldə baş doluncaq. (baş onmayıb inanmayınca könül əsəcək). (onmayıb: hinməyib, razılaşmayıb).

ay çıxalı tanışdıq, gün batalı yadışdıq. (çox sürməyən dosluqlar üzrə deyilir).

ay doğsa hammı görər.

ay doğursa el görür. (el: hammı. aləm).

ay doğuşundan, ər yerişindən bəllənir.

ay görününcə, ulduza artıq gəzinməz.

ay gün (göy), su topraq yel qamançılığın təməlləridir.

ay günü gözlər, gün ayı gözləməz.

ay ışığın evrənə, şam ışığın dibinə.

ay ışığın, gündən alır.

ay kiçildikcə, ulduzlar gurca ışınar. (aysız gecə, ulduz gurca ışınar). (kiçik ayla ulduz ışar artığın).

ay kimi yandı gecəmdə gül üzün, gələcəksən di du gəl tarın üçün. (tarın üçün: sən bil allah. səni and verrəm allaha).

ay qəmin bir kərə, el qəmin min kərə düşün.

ay qoca ivrən, köçən kimdi, köçürən kim.

ay olub günə, günü (rəqib), bulut gizlədir günü, günü günə satma, xoş keçir günü.

ay tünü yarıtır, baş durmuşu. (yarıtır: aydınladır). (baş: us. ağıl). (durmuşu: yaşamı).

ay tünü yarıtır, baş durmuşu. (yarıtır: aydınladır). (baş: us. ağıl). (durmuşu: yaşamı).

ay var ili gözlər, il var ayı gözlər.

ay var, ili gözlər, iş var günü gözləməz.

ay yanar tün yarğıtar, gün yanarmış gündüzü, baş ışıqsa yarğıtarmış durmuşu. (yarğıtar: ışıqladar). (durmuşu: yaşamı).

ay yaşdıqca ışlanar. (ay qocaldıqca, böyüdükcə ışıqlanar, ışığı çoxalar).

ay yayana gülən atlı. (yayana: piyadıya).

ay yazan yazı, belə yazı yaz, mutlu bayram, qutlu yaz.

ay! qoca ivrən, köçən kimdi, köçürən kim.

ay, örtüklə qapanmaz, qurçamasan bulaq suyu bulanmaz.

ay, örtüklə qapanmaz.

ayağ ayağ nərdivənə çıxarlar.

ayağ bir olsada, min kərə atılar. (ayağ birdir, atdığı min).

ayağ kiçilmək yox, böyümək güdər.

ayağ sığmaz, baş soxar. (ayağı sığmır, başın soxur).

ayağ sınmayınca, cingildəyəcək. (ayağ: qədəh).

ayağ yalın, qanqal qalın. (qanqal: dəvə tikan).

ayağ yeriməzsə, iz düşməz.

ayağan görə çaruğun, könlüvə görə yaruğun.

ayağan görən yorqanın uzat. (işlə. çalış. yaşamla dəğiş, yaşamı dəğiş).

ayağan qalıb, yoluva görən başmaq al.

ayağdaki bit, atdan düşürər.

ayağdakın yığır, əlindəkin bıraxır. (yazdaki suvlınu izləyib, evdəki toyuğu ıçqınma).

ayağdan çıxan toz, ağıza girər.

ayağdan çıxan toz, baş üsdə qonar.

ayağdan iz bıraxmaq üçün çiynivə çox yük götürməlisən.

ayağı qıssa, dayağı uzun.

ayağı qutsuz deyincə, utsuz desinlər.

ayağı yelli, iti qaçar, başı yelli, dərin batar.

ayağın altına ''bir'' bax, qabağa ''min'' bax.

ayağın yekə olsa, atdımın kiçik tut.

ayağın yerdə süzür, uyalın göydə üzür. (uyalın: xəyalın).

ayağın yükü, başdandır.

ayağını isti tut, başını sərin, yeməyinə düşün, düşünmə dərin.

ayağının altına baxan, yıxılmaz.

ayağıva elə daş bağlakı, başıva dən gəlsin.

ayağla ayağ işləsə, gözlə baş yerində olar.

ayağla gələn qonağı, atınan yola salarlar.

ayağla yoluva görən başmağın olsun.

ayağun altda bu günsə bitən ot, gələcək gün sinin üsdə bitəcək.

ayağun görən, yolun görən başmağun.

ayağun uzat, güdə gəlsə yorqanun, kütləmə ayağ, uzun götür yorqanun. (yaşamda istəkləri, gərəklərivi sağlamağa, tə'min edməyə çalış).

ayaq ayaq nərdivənə çıxarlar.

ayaq bir olsada, min kərə atılar.

ayaq birdir, atdıqı min.

ayaq büdrəsin, dil sürücməsin. (sürücməsin: sürcəməsin. yanılmasın. xəta edməsin).

ayaq çiçilmək yox, böyümək güdər.

ayaq qabı dar olunca, dünya başa dar gələr. { ayağ qabın dar olsa, dünyanın genliyindən, sənə nə asar (fayda)}.

ayaq qabı dar olunca, dünya başa dar gəlir.

ayaq qabın dar olsa, dünyanın genliyindən, sənə nə asar (fayda).

ayaq üsdə, qırxı çıxıb.

ayaq vardır yürməyə, əldə vardır almağa, qulaq vardır duymağa, beyin vardır gördüklərin, duyduqların qanmağa.

ayaq yeriməzsə, iz düşməz.

ayaq yetmədik yerlərə yet könül. (ayaq çatmadıq yerlərə çat könül).

ayaq yükü baş boşu, boyuna yük sınıq qol.

ayaq, qorxaqa, qaçqu yaraq, alqara durqu yaraq. (ayaq, qorxaq üçün, qaçmağa yarar, qormaza durmaq üçün yarar).

ayaqdakən doğrular, tapar dəğər varlılıq. toxluq olub doğru girsə meydana, çoğun girər dövrana. (çoğun: > cühan. cihan. cəhan).

ayaqdakən düşündüyün görgilən, ölüm gəlsə çağun qalmaz oymağa, töküb geri başın çəkib gedərsən.

ayaqdaki bit, atdan düşürər, başdaki bit baş itirər.

ayaqdakın yığır, əlindəkin buraxır. (yazdaki suvlın izləyib, evdəki toyuğu ıçqınma).

ayaqdan çıxan toz, baş üsdə qonar.

ayaqdan düş, ayağa düşmə. (ayaqdan düşmək: gücün itirmək). (ayağa düşmək: gücə yenilmək. gücə boyun olmaq, qoyun olmaq. təslim olmaq).

ayaqdan iz buraqmaq üçün, kəndivi ağır yükünməlisin.

ayaqıva daş bağlakı, başıva dən gəlsin.

ayaqqabın dar olsa, evin genliyi nəyə kar.

ayaqla gələn qonağı, atla yola salarlar.

ayaqla gəz başla dolan. (dolan: düşün, ağılla idarə ed).

ayaqla vurur, ağızla tutur.

ayaqsızdır yalan, üstüvə palan. (eşşək, qanmaz olub inanma yalanın ayaqsızlığına. çolaq yalan düz doğrudan iti qaçar).

ayaqsızı unutma, ayaqyalın gəzinsən.

ayanı güdən, ayaxdan olar. (ayanı güdən: ovuca baxan, ələ baxan).

ayasın (ələ baxan) güdən, ayaxdan olar.

ayaz günü unutma, gön çarığı qurutma.

ayda gələn asov yeyər, gündə gələn kəsov. (asov: asma. asıb pişirik. özəlliklə ət yeməyi).

ayda ışığın gündən alır. (ay ışığın, gündən alır).

aydan arı, gündən duru.

aydıla söz, aydılacaq sözün qaynansı. (deyilən söz, deyiləcək sözün qaynansı).

aydın olsun günlərin, ışıldasın gözlərin, keçmiş ola nə varsa, qutlu olsun gəlcəyin.

aydın olursa eşik, dinc yatar qara pişik. (pişik gecə ova çıxar).

aydın sana, doğru sözə, düz ilqara eşq olsun. (aydın sana: açıq fikrə).

aydıngünüz danından. (günün necəkeçməsi səhərindən bəllənər).

ayğaq deyinər yaşdı güdə hər iki başdan, aydınlara aydın görünər tünlü gecə danda boğulmuş. (ayğaq: aylaq. qanmaz. gic). (avara birinə yaşam güdə gəlir, qanan gecəni ışıqla boğur).

ayı biləyinə, yaluğ ürəyinə güvənir. (yaluğ: insan).

ayı dayındı, köprü aşınca, dayça atındı, ata çatınca.

ayı ilə meymun, bir birinə uyğun.

ayı kim görmüş, kor qoca məmi.

ayı olsunda belə düşsə ələ oynadılarmış, əyilən ənsə əğildikcə aşağı vurularmış.

ayı vurulmadan, dərisi satılmaz.

ayı vurulmadan, dərisi satılmaz. dil (söz) deyilmədən iyid başı alınmaz.

ayı yuvasında, qoz axdarma.

ayıbsız dənğ izləyən, dənğsiz qalır. (dənğ: tay. tuş).

ayıbsız, nə dost olar nədə arvad olur. ayıbsız dənq izləyən, dənqsiz qalır.

ayıdan qaçıb börüyə, yağışdan qaçıb damcıya düşmək. (düşmək: tutulmaq).

ayıdan qorxan, meşədə nə gəzir. (ayıdan qorxan, meşəyə girməz).

ayıdan qorxan, meşəyə girməz.

ayığ verdin qılınqılı. (və'də verdin əməl ed).

ayığın düşündüyün, əsrük (kefli) deyər.

ayığın içində olan, əsrüyün (keflinin) dilində olur.

ayıq aytdın tutqınan. {ayıq aytdın qaymağun. (qaymağun: gözlə cayma)}. (ayıq aytdın: söz verdin).

ayıq ol! sevdiyin səni dəğişir, sənlə dəğişmir.

ayın başı, səndə bir, məndə bir.

ayın on beşi ışıq, on beşi qaranlıq (dı).

ayın on beşi ışıq, on beşi qaranlıq olur.

ayın onbeşi qarıq, onbeşi yarq.

ayın yarısı qaruq, yarısı yaruq. (ayın onbeşi qaruq, onbeşi yaruq).

ayını hamı tanıyır, amma ayı heç kəsi.

ayını öldürərlər, dərisinə qiymət qoyarlar. (ayını öldür ilkin, sonra dərisinə qiymət qoyqil).

ayının acı, oynamaz.

ayının özündəndə qorx, izindəndə (ləpirindəndə).

ayır buyur. (ayrat buyrat). (ayrat: ayır: təfrəqə sal). (buyrat: buyur. buyruq sür. hikumət ed)}. {bulat, durut. (bulandır, istədiyini qalxıt). (aranı qarışdır sözüvü yerit)}. {bölüt burut). (burut: hükm ed)}. {ikit, buyur. (ikit: təfrəqə sal)}.

ayırmasan sevgi çağın payını, gözləgilən özləgiyin qayını. (özləgiyin: özləginin: nisgilinin). (qayını: bəlasını).

ayqır görməyən qısraq, qulunlamaz. (qulunlamaz: balalamaz).

ayqır görməyən qısraq, qulunlanmaz.

ayqıt işlər, əl övünər. (ayqıt: əbzar).

aylanan baş yönün bilməz. (aylanan: dönən. gicələn) (bilməz: tanımaz).

aylanc olsada yol yaxşı. (aylanc olsun yol yaxşı). (aylanc: dolambac).

aymaz kişi yatma dur qıl işini, keçdi karvan, durmaz qığırmaq bilən, ölüm gəlib tutar yaxandan bir gün, tutdusa ayrılmaz çığırmaq bilən. (aymaz: qafil).

aynaya baxaraq yox, adama baxaraq düzəl.

ayran aşı,dalımı qaşı,anan xoşu,mən oynaşı. . (deyim).

ayran tapmaz aşına, soxmalar soxar başına.

ayran ver ayransıza, qalmaz bu devran sizə, vaxt olar ayran olar, verməzlər ayran sizə.

ayran! ayran! ayran! ayrandan için, somusuz, çörəksiz doyuran.

ayrana gələn qabın yaşırmaz. (yaşırmaz: gizləməz).

ayrana gələn qabını, aşa gələn qaşığın gizlətməz.

ayrandan aş olmaz, sınanmadan yoldaş.

ayranı içən qurtuldu, çanağ yalayan tutuldu.

ayranı içən qurtuldu, çəlik yalayan tutuldu.

ayranın iç, taxılın biç.

ayrat buyrat. (ayır buyur). (ayrat buyrat). (ayrat: ayır: təfrəqə sal). (buyrat: buyur. buyruq sür. hikumət ed)}. {bulat, durut. (bulandır, istədiyini qalxıt). (aranı qarışdır sözüvü yerit)}. {bölüt burut). (burut: hükm ed)}. {ikit, buyur. (ikit: təfrəqə sal)}.

ayrı düşən sürüdən, aman qalmaz börüdən.

ayrılan aparar kəndi yarasın, saxlamam könüldə onun qarasın. (qarasın: izin. ləkəsin. korluğun). (acılar basdırılmayınca qan verər).

ayrılan yolda, bölünən dalda qalır.

ayrılan, yolda, bölünən, dalda qalmış.

ayrılanı ayı, bölünəni börü yər.

ayrılanı qurd yemiş, bölünəni dağ bərə.

ayrılarsan elindən, gücdə gedər belindən.

ayrıldı yarım, arzular yarım, gəzəgən tapdı, itirmiş tayın.

ayrıldınsa unut, geriyə yoxdu umut. (ayrılıq adlı yoxdurur yol, ardıca gəzilən umut, ayrılıq ölümdü demiş, 'əldə olan' umud adlanır). (umut varlığından gəlir, gün düşərsə qarlar ərir). (belin bağlı əlindəkinə, göz yumular dalındakına).

ayrılığı dadmayan, nə bilsinki çillə nədir, dərd nədir.

ayrılığın çətinliyi, ona öğrəşməkdir. (ayrılığın çətinliyi, ona əllicə il dözməkdir).

ayrılıq acı, ölümdə acı.

ayrılıq adlı yoxdurur yol, ardıca gəzilən umut, ayrılıq ölümdü demiş, 'əldə olan' umud adlanır. (ayrıldınsa unut, geriyə yoxdu umut). (umut varlığından gəlir, gün düşərsə qarlar ərir). (belin bağlı əlindəkinə, göz yumular dalındakına).

ayrılıq ağrıqı tovlu ata bilməz kimsə, dava dərman bitər, bitməyi yok ayrılığın. (ayrılıq ağrıqı tovlu: hicrin acıdan, odlu kəsəli. hicr ısıqlığı, təb kəsəli).

ayrılıq ayrılanı gücləsə, qırıq könül param parça tökülər.

ayrılıq can yakar, çiyər sökər, öggə oyar, soluq kəsər.

ayrılıq çatar, gizli sevgini bəllədər. dərdli gözü gizlətmə, yaşı axır bəllədər.

ayrılıq itməz, ölüm gitməz, yoxsulluğa qıl yaraq. (yaraq: çara. tədbir).

ayrılıq odun görməyən pişməz.

ayrılıq olamaz dedim, bu sevgiyə doyamaz dedim, acılıq yoramaz dedim, sevgi boşa, ayrılıq yola, acılıq yora, sanmazım ola.

ayrılıq ölüm kölgəsi, ölümdən ötəsi. (ötəsi: bətəri. pisi).

ayrılıq var yaşam ağacı, ayrılıq var ölümdən acı.

ayrılıq vardı çatır min uğur üzlü çatışa. (çatışa: vəslətə. nailiyyətə).

ayrılıq vardır tüstüsüz yanar, sevgilər yolun kol kosun yaxar.

ayrılıq yaramaz yaşamaq üçün, sevir qoşalıq yaratmaq üçün. (yaşamı sevən ölməyi sevməz, yol yolağ arayıb seçməz. (yol yolağ: arac tədbir).

ayrılıq yarar, yarıq düzəlməz, qan verməsin deyə, yamaq vurulur.

ayrılıqdan sızlamaz könlüm mənim, qovşalıqdır sızladar ayruq evin. (qovşalıqdır: vüsaldır. vəslətdir). (ayruq: hicran). (sızladar: pis günә qoyar).

ayrılıqlar birliklərə son qoysa, dəğərlisə birliklərin bəllənər.

ayrılıqlar uzun yolda toxdanar. (toxdanar: bitər. sakinləşər. yaddan çıxar). (ötün ötər keçən itər). (ötün: tarix. zaman).

ayrılıqlar yarar keçər, ölüm gəlsə alar gedər.

ayrılıqlardan canım, söz edmirək, titrədir köksüm, üzür candan ürək!.

ayrılmasın quş qanatdan ər atdan.

ayrılmasın parayla güc, inamdan!. (yoğuş: munacat).

aysız gecə, ulduz gurca ışınar. (ay kiçildikcə, ulduzlar gurca ışınar). (kiçik ayla ulduz ışar artığın).

aysız gecədə, ulduzlar parıl parlar.

aytaqan yerdən qalma, aytmaqan yergə barma. (aytaqan: çağrılan). (aytmaqan: çağrılmayan).

aytdığınız sözcüklər, yuva qurar könüllər.

aytılan söz yığılmaz, atılan ox tutulmaz.

aytılan söz, atılan ox. (aytılan: deyilən).

aytılan yerə gedsən ged, aytılmazın yerdə gəzirsinn nəçün. (aytılan: çağrılan).

aytılmaz söz, atılmaz ox yanılmaz. (aytılmaz: deyilməz).

aytış eytiş bir olsa, yazı işlər düzənlənər. (aytış eytiş: deyiş eytiş).

aytışıqdan söz doğar. (söz danışıqdan keçər). (danışıq, qonuşuq, gəpiş olan yerdə söz, oy gəlişər).

aytışsan söz çıxar, dürtüsən göz. (aytışsan: deyişsən. sözə söz edsən. sözü sözləsən. bəsə bəs edsən).

aytqamadan düşün qıl. (ər aytmaz, aytqandan qayıtmaz).

aytma gizin dosduva, verər anı düşmana.

aytmadan oylan. (danışmadan düşün).

aytmasa kim bilər, açmasa kim görər. (aytmasa: söyləməsə).

aytmayınca kim bilər! açmayınça, kim qörər!. (söyləməyincə kim bilir! açmayınca kim görür!).

aytsam dışım küyər, aytmasam içim küyər. (aytsam: desən). (dışım: yadlar. özgələr).

ayvalmasa gül olmaz, baxılmasa bağ olmaz. (ayvalmasa: baxılmasa. muvazibət olunmasa).

az aşanında uyat (ayb) yox, qaydıb izin tapın son, açılanda uyat yox, özü bilib yapan son.

az aşım, ağrımaz başım.

az azda, tez tezdə olsa, ək.

az bilənlər çox bilənə söz qoymaz, heç bilməyən, az bilənə yer qoymaz.

az bilirsən, heç inanma.

az danış, düz danış.

az danış, qıs danış.

az danışmaq, az yemək, insanı eylər mələk, çox danışmaq, çox yemək, insanı eylər hələk.

az düşünmək pis düşünməkdən yaxşıdır.

az düşünüb çox inanma.

az getdi uz getdi, iynə yarım yol getdi, dərə təpə düz getdi.

az gəpin, kop yapın. (gəpin: qonuş). (kop: çox).

az heçdәn yeğ. (az heçdәn baş).

az inanda çox düşün, yalançıdan oq üşün. (oq: zatən).

az qalmışdı qovuşmağa, qoymadı çoğun, üzüldü ip, qırıldı savun. (çoğun: fələk). (savun: savun. qab. güldan).

az qanan çox inanar.

az qonuşub, az anlatıb, anlasan az çox, birgəlik sürər, bilgəlik qalxar, çəkməyə acı yox.

az 'maz' gərək, iş yaxcı keçə işgilə. (maz: yağ).

az olsun uz olsun. (uz: uyğun, münasib).

az olsun, saz olsun. (saz: yaxcı).

az ödündə çox yol alan, uzun yolda yalnız qalır. (ödündə: çağda. sürədə. zamanda).

az söyləyib çox dinlə, min oylayıb, bir söylə.

az söz verib, çox bacar (az: kəm) (söz: və'də).

az tamah, çox azar gətirər.

az ver, çox yalvar, çox ver, yalvarma.

az verib gəzdirmə, çox verib azdırma.

az yaşa çox yaşa, minlər toxa gəlir başa. (toxa: qəza).

az yaşa çox yaşa, sonda gəlir başa.

az yaşa çox yaşa, sonda gəlir başa. (az yaşa, çox yaşa, sonu bir gün gələr başa). (sonu: axır). (az yaşa, çox yaşa, bir gün gəlir başa).

az yaşa, ya çox yaşa, sonunda gəlgir başa.

az ye, ağır yuxla.

az yeyərəm, həkim görmərəm, uz (düz) dolanlam, hakim görmərəm.

az yeyir küsür, çox yeyir qusur.

az yırğanan, ac qalar.

az yiyərəm, həkim görmərəm, düz dolannam, hakim görmərəm.

az yiyir küsür, çox yiyir qusur.

az, çox yanına gedər. ac, tox yanına gedər.

az, çox yanına gedər. ac, tox yanına.

aza dedilər: hara gedirsən, dedi: çoxun yanına.

aza qanığan, özgüsündə könlü tox, özgəkində gözü yox.

azacıq aşım, ağrımaz başım.

azacıq sevdim üstünü yapdın, bütövün aldın.

azağa qısqac, burxana çırağ gərəkməz. (azağa: şeytana) (burxana: bilənə. alimə). (işi bilən aparır).

azaldıqca güvəncəyin kəndivə, bəkləntilər özgələrdən çoxalar.

azar qaça qaça gələr, ağır ağır gedər.

azar, ayağdanda girsə, başdan çıxar.

azarlı tələsər, armud, vaxda yetişər.

azaşdığın kim aydar, doğan aydar dos aydar, düşən yolun doğru deb, yağu aydar yoz aydar. (düşən yolun: batası yolun) (doğan: qardaş).

azaşıb qalsan, doğruya qara. (doğruya qara: düzə bax).

azaşıb yolda qaldı yaşamlığı bilməyən, azıb yolda qalmamış iz izəyi güdləyən. (yaşamlıq: yaşam savsalı, fəlsəfəsi). (iz izək: iz nişan).

azcaq olursa oğul uşağın, dosdan atadan baydan gör. (azcaq: azmış. pozuq) (gənclərin pozuğluğu devlət, dos, evdən asılıdır).

azcıq (azıcıq) aşım, ağrımaz başım.

azdan gedib azışma, çoxdan gedib üzüşmə, güdə görub yürüşmə, uzun görüb büzüşmə. kəndivə güvən, yularlı yürən. (yularlı yürən: ortamı, yoxlamı tut. toxdan, kontrol ed. e'tidalı saklan). (evrənin görgəzdiklərin tam varlıq, tüm varlığın sanma, bətəri var). {boq görməyən sıçdığını boq sanar, asda usda düz gedən, yaşar sürər yorqalar. (boq: pox). (yorqalar: çox qolayına istəklərinə çalışar)}.

azərbaycan ölkədir, ağız dilmiz türkcədir. (azerbaycan ölkədi, söz dilimiz türkcədir). (azərbaycan ölkədir, dilimiz türkcədir).

azı saysan kopalar. (kopalar: çoxalar).

azığlı at, arınmaz (yorulmaz).

azıqlı at arımaz.

azıqlı at, arınmaz (yorulmaz).

azıqlı ər, ərməz. ( yol yarağı yeməkdir, el dayağı bilikdir). ( çöl yarağı suluqdur).

azıqlı kişi ərib ərməz. (yeməyi olan arınıb yorulmaz). (ərib ərməz: ərib armaz: ərinib, təmbəlləşib yorulmaz).

azıqsız çıxan yola, gəzər gözü el torbasın.

azıqsız çölə çıxma, yaraqsız yola.

azıqsız yola çıxan, gözü özgə götündə qalar. (götündə: heybəsində. kisəsində. əl çantasında).

azıqsız yola çıxanın iki gözü torbada qalar.

azım yoxdu gizlənəm, çoxum yoxdu gizlədəm. (işim düzdür).

azın aşda, çoxun işdə gör.

azın bəslə, çoxun qoru.

azın bəslə, çoxun səslə.

azın bəsləmisən, çoxdan quru qalmısan.

azın kəmin bilməyən, çoxun görsə şıllaqlar. (şıllaqlar: qudurar. azar).

azına inan, çoxun tanrı yetirər.

azına utqunma, çoxuna qudrunma.

azınan çoxun oyunu olmaz.

azını gör, çoxunu bil. (azına şükr ed, çoxuna qədrdanlıq ed).

azıydı arıq-uruq, biri gəldi boynu buruq, o birsidə boynu yoluq.

azqın at dayçıya iyərər (icəşər).

azqın olsan asarlar, yavaş olsan basarlar.

azqın olsan asarlar, yavaş olsan basarlar. orta olsan başarlar (orta olsan elbaşlığı yasarlar: yaparlar).

azlığı daranmayan, çoxluğda dartınar. (daranmayan: dartanmayan. çəkənməyən). (dartınar: özündən çıxar).

azma oğul düşmanındır erməni, düşman yanmaz düşmana. (yanmaz: acımaz. rəhm edməz).

azι yetik, çoxu itik, yeyənlər! (yetik: fayda). (itik: zərər). (azι karar, çoxu zarar, yeyənlər!).

bab gələməz yaman olan yaxcı düzə. (bab: uyqun).

bacanın əğrisinə baxan, tüsdünün düzündən qalar.

bacarana yaşam olar yapmaca, yoxsa adı qoyun qala tapmaca. {yaşama oldağu (vaqeiyyət) kimi baxsan, yaratçılığa çönür, yoxsa açmaza dönür (açmaza: müəmmaya)}.

bacaranın ağzı aşlı, bacarmayanın gözü yaşlı.

bacaranların bacarıksızların günülüğü ucundan iyilərin, uluların yatluları, düşmanları üstün gəldi.

bacarçıdan iş qalar, sözərindən söz qalar, igid ölər iz qalar, odu sönər köz qalar, karvan köçər yurt qalar. (bacarçıdan: ustaçı. peşəkardan). (sözərindən: bilgədən. çeçendən. xətibdən. ədibdən) ).

bacardığın yaparsan, istədiyin yasırsan.

bacarığı bacarmaq, dilək qıldım tanrıdan.

bacarıq başla gəlir, qocalıq yaşla.

bacarıq qapılar açır.

bacarıq yoxsa çözə bir sorunu, yemə qayğı bırak olsun başına, gücüvü istəyivi yığ başıva.

bacarıq, siz görən deyil, siz yaradandır. (görən: qılan). (yaradandır: qayırandır. düzəldəndir).

bacarıqda ölçülər, başaq başqa, baş başqa. (başaq: şəxs). (fikir, oyu, ağıl adamdan adama dəğişir).

bacarıqla, istəmək, birləşirsə dağ yarır.

bacarıqlar istəməkdən doğmamış, istəməklər bacarmadan olmamış.

bacarıqlar uğursuzlar uğradır. (uğursuzlar: şanssızlar. çarəsizlər). (uğradır: onğarır. doğruldur).

bacarıqlar uğursuzlar uğradır. (uğursuzlar: şanssızlar. çarəsizlər). (uğradır: onğarır. doğruldur).

bacarıqlı, iş yartışar, bacarıqsız qayğışar. (qayğışar: qayğı çəkər. boş oysanla uğraşar).

bacarışın tanırsan, seçdiklərin uğurlu.

bacarışın tanırsan, seçdiklərin uğurlu.

bacarışlar yaşamında yol açır, istəyişlər bulutlara yol salır. (bulutlara yol salır: uçurur).

bacarışlar yaşamında yol açır, istəyişlər bulutlara yol salır. (bulutlara yol salır: uçurur).

bacarışlı doğru seçimlər yapmış.

bacarışlı doğru seçimlər yapmış.

bacarışlıq gərəkir, doğru seçim yapmağa.

bacarışlıq gərəkir, doğru seçim yapmağa.

bacarmayan yaşamı, adın qoyar tapmaca.

bacarmayan yaşamı, adın qoyar tapmaca.

bacarmayan yaşamı, adın qoyar tapmaca.

bacarmayan yaşamı, adın qoyar tapmaca.

bacarmısan sevməyi, evrəni heç suçlama, mutluq doğar ürəgdə, sevmə yolun bacarsan.

bacarmısan sevməyi, evrəni heç suçlama, mutluq doğar ürəgdə, sevmə yolun bacarsan.

bacım yoxdur sızıldıya yaş tökə, saçın yolub, sinə sökə, singirimə taş tökə. (singirimə: məzarıma) (ağı).

bacqardaşın dosdunisə nə yaxcı, dosdan mosdan bacqardaşlıq çıxanmaz.




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin